
04/03/2025
Çingiz Qənizadə: “Tiryək müharibəsində heç kimə güzəştə getməməliyik! Tiryək müharibəsi hazırda bütün dünyanı bürüyüb. Bizim isə bu müharibədə bəxtimizə İran düşüb”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Şərqdən və İrandan gələn bir çox narkotik vasitələr qanunsuz şəkildə Azərbaycana daşınır. Bunların arasında tiryək və daha güclü narkotik maddələr də var:
“Həm hüquq mühafizə orqanları, həm Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti Orqanlarının qaçaqmalçılıqla ciddi mübarizə aparmasına baxmayaraq, bu proses sürətlə artmağa davam edir. Həmin vasitələr sərhəddən qanunsuz formada: bəzən dəniz-su vasitəsi ilə, bəzən isə çətin nəzarət olunan ərazilərdən, yəni dağlıq və yüksəkliklər vasitəsilə ölkəyə keçirilir. Nəzarət ciddi olsa da, qarşı tərəf əngəl tanımır".