05/07/2025
Autisti psixoanalizə qəbul etmək olarmı? Bəzən soruşurlar: bu, etikdirmi? Psixoanaliz normallaşdırmağı, adaptasiyanı və ya “müalicəni” hədəf seçmir. O, “inkluziya” vəd etmir, amma sabit, sakit və zorakılıqsız bir məkan yaradır - burada subyekt danışa, susa, təkrarlaya və öz sistemini qura bilər. Autizm nə psixozdur, nə də nevroz. Bu, fərqli bir strukturdur. Burada Özgə (Other) istək qaynağı deyil, ünsiyyət vasitəsi bəzən dil deyil bir obyekt, səs və ya parçadır, bədən bir forma yox, gərginlik, hiss, həyəcan mənbəyidir. Odur ki, etik olmaq - zorla şərh etməmək, müdaxilə etməmək, “yardım” bəhanəsi ilə müdafiəni dağıtmamaq deməkdir. Etik olmaq - subyektin ritmini eşitmək, onun yaratdığı konstruksiyanı pozmamaq, yanında olmaq deməkdir - yerinə yox. Analitik nə lazım olduğunu bilmir. Amma o, elə bir məkan aça bilər ki, orada nəsə formalaşmağa başlasın: söz, sxem, obraz, təkrar, baxış... Bəzən bu kifayət edir ki, autistik dünya dağılmasın, nəfəs almağa başlasın.
Bir ana ilə söhbətdən