Stomatoloq Dr.Rashidli

Stomatoloq Dr.Rashidli Təbəssümünüzü bize etibar edin , inamla gülümsəyin (: You have a beautiful smile, we'll prove it !...

24/07/2024
new teeth   new look      new smile 🙂
24/02/2024

new teeth
new look
new smile 🙂

2.2 dişin Zirkonium qapaqla bərpası.
06/01/2024

2.2 dişin Zirkonium qapaqla bərpası.

Diş sırasındakı 2ci dərəcəli adentiya pasientin istəyilə nə implant nə də körpü konstruksiya edilmədən mikroprotez ilə b...
21/12/2023

Diş sırasındakı 2ci dərəcəli adentiya pasientin istəyilə nə implant nə də körpü konstruksiya edilmədən mikroprotez ilə bərpa edildi 🙂

🦷👶🏻Diş sırasının anomaliyaları uşaqlar arasında tez-tez rast gəlinən hallardan biridir. Sağlam diş sırası nitqin düzgün ...
25/07/2023

🦷👶🏻Diş sırasının anomaliyaları uşaqlar arasında tez-tez rast gəlinən hallardan biridir. Sağlam diş sırası nitqin düzgün inkişafı, yeməyin yüksək keyfiyyətli çeynəməsi üçün vacibdir. Hətta üzün formasına və qamətə təsir edir.

❓Bəs bu əyriliklərin yaranması hansı səbəblərdən qaynaqlanır, gəlin baxaq :
🔹 İrsiyyət ;
🔹 Dişlərin çıxması dövründə pozulmalar ;
🔹 Bəzi vərdişlər (oyuncaqları ağıza almaq, barmaq sormaq) ;
🔹 Burun-boğazla problemin tez-tez olması (bu, nəfəsalma problemi ilə bağlı ağız tənəffüsünün üz sümüklərinin inkişafına təsiri ilə bağlıdır) ;
🔹 Düzgün qamətin olmaması ;
🔹 Körpəlik dövründə süni qida qəbulu zamanı düzgün su qabının seçilməməsi və b.
Sırada əyriliyin formalaşma dövrü 6 aylığından 16 yaşınadək mərhələli şəkildə gedir.

Müalicə əsasən hansı formada aparılır❓

☑️ 3-6 yaş dövründə əsasən əyriliyə səbəb ola biləcək vərdişlərlə mübarizə, yer tutucuları, plastinkalardan istifadəyə üstünlük verilir.
☑️ 7-11 yaş arası uşaqlarda müalicə məqsədilə əsasən plastinka, reteyner, kapalardan istifadə olunur.
☑️ 12 yaş (və 16 yaşa doğru) cərgə qüsurunun korreksiyasına gəldikdə, breketlərdən istifadə olunur. Bu dövr ərzində demək olar ki, sümüklər və sıra tam formalaşmış olur. Bu yaşda breketlərin taxılma müddəti əyriliyin patologiyasından və dərinliyindən asılıdır.
Elaynerlər və adi plastinkalar, həmçinin reteynerlər daha ağır formalarda məqsədəuyğun olmur.

Müalicəyə nə qədər tez başlanılarsa korreksiya müddəti bir o qədər qısa müddətdə nəticə verər. 🤝

Əlaqə 📲 : +994 77 347 86 87
Ünvan 📍: 32Beauty Stomatoloji klinikası

🦷😖 Nə zaman diş ətində problem olduğundan şübhələnmək olar ?☑️Ağız qoxusu ;☑️ Diş ətlərində həssaslıq, qızarıqlıq və şiş...
21/07/2023

🦷😖 Nə zaman diş ətində problem olduğundan şübhələnmək olar ?
☑️Ağız qoxusu ;
☑️ Diş ətlərində həssaslıq, qızarıqlıq və şişkinliklər olduqda ;
☑️ Diş ətində ağımtıl rəngli iltihabi görünüşlər olduqda ;
☑️ Dişlərin fırçalanması və ya diş ipi istifadəsi zamanı qanama ;
☑️ Diş əti çəkilmələri ;
☑️ Ağırlaşmış formalarda dişlərdə laxlamalar ;
☑️Qidalanma zamanı ağrı və qanamalar.

Bəs bu halda müalicə necə aparılır❓

1️⃣ Yaxşı olar ki, ağırlaşmalar olmamış həkimə müraciət olunsun.
İlkin müalicə üsulu ağız daxili gigiyenik durumu bərpa etməkdən ibarətdir. Diş daşı, diş ərpi, diş əti cibləri təmizlənməsi mütləqdir; parodontal sarğılar tətbiq edilə bilər.
Lazım gələrsə, sərt toxumaların nə qədər təsirləndiyini yoxlamaq üçün rentgen diaqnostikası aparılır.
2️⃣ Daha sonrakı mərhələdə əgər problemin digər mənbələrindən ola biləcək diş sırasında əyriliklər varsa, köhnə və tamlığını itirmiş plomblar və ya qapaqlarla bağlıdırsa onların dəyişilməsi; əgər xəstəliyin əlaməti kimi periodont toxumasında iltihab varsa problem mənbəyinin müalicəsi və s.
3️⃣ Sonda isə həkim, pasientə profilaktika üçün rutin olaraq evdə hər kəsin tətbiq etməli olduğu müxtəlif gigiyenik göstərişlər təyin edir.

Əlaqə 📲 : +994 77 347 86 87
Ünvan 📍: 32Beauty Stomatoloji klinikası

🦷_🦷 Diastema - 2 mərkəzi kəsici diş arasında olan boşluqdur. Ara məsafə 2-6 mm-ə, bəzi hallarda isə 1 sm-ə çata bilər. A...
18/07/2023

🦷_🦷 Diastema - 2 mərkəzi kəsici diş arasında olan boşluqdur. Ara məsafə 2-6 mm-ə, bəzi hallarda isə 1 sm-ə çata bilər. Aşağı çənədə anomaliyaya daha az rast gəlinir.
Bu problem demək olar geniş müşahidə olunur və pasientlərdə kompleks yaradır.

Diastemanın yaranmasına bir neçə amil təsir göstərə bilər : irsilik, adentiya, dişlərin forma və ya ölçüsündə anomaliya və s.

👍🏻 Lakin bu problemin də həll yolu var. Diastemanın korreksiyası üçün bir neçə üsul var. Gəlin onlara nəzər salaq :
🔹 Vinirlər. Dişlər arasındakı boşluğu aradan qaldırmağın yollarından biri vinirdən istifadədir. Bu üsul problemi uzun müddət aradan qaldırır. Vinirlər tətbiq olunduqdan sonra həkim qulluq üçün lazımi tövsiyələr verir.
🔹 Plomb. Plomblar dişlərin kosmetik korreksiyasının məşhur üsuludur. Diastema doldurularaq yox edilir. Müasir plomblar dişlərə zərər vermir və bir qəbuldan sonra nəzərə çarpan nəticə göstərir.
🔹 Breket. Breketlər dişlər arasındakı boşluğu aradan qaldırmaq üçün ən çox yayılmış üsuldur. Konstruksiya yetkin xəstələrdə və yeniyetmələrdə quraşdırıla bilir.

Əlaqə 📲 : +994 77 347 86 87
Ünvan 📍: 32Beauty Stomatoloji klinikası

🦷Pasiyentləri maraqlandıran məqamlardan biri də implantasiyadan sonra qidalanmada hansı məhdudiyyətlərin olmasıdır. Gəli...
11/07/2023

🦷Pasiyentləri maraqlandıran məqamlardan biri də implantasiyadan sonra qidalanmada hansı məhdudiyyətlərin olmasıdır. Gəlin bu məsələyə geniş nəzər salaq.

☑️ İmplantasiyadan dərhal sonra qida qəbulu məsləhət deyil, nəyə görə :⤵️
🔹 Selikli qişanı zədələmək riski ola bilər ;
🔹 Hələ tam reabilitasiya olunmamış hissələrə qida ilə birlikdə bakteriyalar düşə bilər ;
🔹 Prosedurdan sonra dərhal qida qəbulu qanaxmaya və iltihaba səbəb ola bilər.

✅ Reabilitasiya dövründə daha çox nələrə diqqət olunmalıdır, gəlin buna baxaq :
🔹 Sərt qidalardan bir müddət uzaq durmaq lazımdır. Yeməklər maye, əzilmiş formada olsa daha məqsədəuyğundur ;
🔹 Vitamin və mikroelementlərlə zəngin qidalara üstünlük verin ;
🔹 Çeynəmə zamanı implant olan tərəfə yox, digər tərəfə təzyiq salmaq daha məqsədəuyğundur.

Əlaqə 📲 : +994 77 347 86 87
Ünvan 📍: 32Beauty Stomatoloji klinikası

🦷 Bu üsul, körpü kimi dayaq dişlərinə bərkidilən çıxmayan konstruksiyadır. Diş sırasında bir və ya bir neçə diş olmadıqd...
07/07/2023

🦷 Bu üsul, körpü kimi dayaq dişlərinə bərkidilən çıxmayan konstruksiyadır. Diş sırasında bir və ya bir neçə diş olmadıqda istifadə olunur.

✅ Konstruksiya bir-biri ilə əlaqəli qapaqlardan ibarətdir: kənardakılar yonulmuş dişlərə sementlənir, mərkəzi olanlar isə itirilmiş bir dişin və ya bir neçə dişin bərpasına xidmət edir.

✅ Çeşidliliyi baxımından qapaqlara: vaxtilə daha çox istifadə olunan qızıl, titan, metaloplastik, günümüzdə isə qapaqlara təkcə funksionallığına deyil həm də estetikliyinə görə daha çox müraciət etdiyimiz zirkoniumdioksid (Zirkon), metalokeramika, preskeramika aiddir.

Əlaqə 📲 : +994 77 347 86 87
Ünvan 📍: 32Beauty Stomatoloji klinikası

Address

Nesibbey Yusifbeyli 94
Baku

Alerts

Be the first to know and let us send you an email when Stomatoloq Dr.Rashidli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Stomatoloq Dr.Rashidli:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram