Bahar Tibb Mərkəzi

Bahar Tibb Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bahar Tibb Mərkəzi, Health/Medical/ Pharmaceuticals, Baku.

10/03/2015

Alisklamp – Müasir Sünnət Metodu..Artıq Bahar klinikasında...
Alisklamp Haqqında
Alisklamp tikişsiz, qanamasız,ağrısız,estetik, sürətli, problemsiz və xəstəlik riski olmadan sünnət etmək üçün inkişaf etdirilmiş tək istifadəlik bir sünnət alətidir.
Sıxma mexanizmi ilə sünnət edilməsini təmin edən kiçik bir plastik vasitədir. Polikarbonatdan əldə edilmiş şəffaf plastik bir borudan və ağ neylon sıxma mexanizmindən ibarətdir. Son dərəcə yüngüldür və istifadə üçün asandır.
Alisklamp yeni doğulmuş uşaqdan yetkinlik yaşına çatmış şəxslərə qədər bütün yaş qruplarına müvafiq olaraq fərqli ölçüləri mövcuddur.
Hər Alisklamp‘ın yanında uyğun ölçünü seçmək üçün bir ölçü aparatı vardır.

Alisklamp mövcud sünnət alətləriylə çox sayda sünnət edən mütəxəssis və praktikant həkimlər ilə tibb işçilərinin ortaq fikirləri alınaraq hazırlanmış, anatomik uyğunluğu olan tək sünnət alətidir.
Alisklamp’ın unikal, anatomik olaraq uyğun dizaynı və asan istifadə şəkli sünnətdən mükəmməl nəticələr əldə edilməsini təmin edir.Dizayn edilərkən mövcud sünnət alətlərində tez-tez qarşılaşılan və ciddi komplikasiyalara səbəb ola bilən problemlər aradan qaldırılmışdır.
Alisklamp ilə sünnət funksiyası daha etibarlı, daha sürətli və daha mükəmməl reallaşmaqdadır.
Alisklamp‘ın invaziv xüsusiyyətinin olmamasına görə klassik sünnət əməliyyatlarında yaşanan problemlərin qarşısı bu alətin istifadəsi ilə alınmaqdadır.

10/02/2015

Alisklamp – Müasir Sünnət Metodu..Artıq Bahar klinikasında...
Alisklamp Haqqında

Alisklamp tikişsiz, qanamasız,ağrısız,estetik, sürətli, problemsiz və xəstəlik riski olmadan sünnət etmək üçün inkişaf etdirilmiş tək istifadəlik bir sünnət alətidir.
Sıxma mexanizmi ilə sünnət edilməsini təmin edən kiçik bir plastik vasitədir. Polikarbonatdan əldə edilmiş şəffaf plastik bir borudan və ağ neylon sıxma mexanizmindən ibarətdir. Son dərəcə yüngüldür və istifadə üçün asandır.

Alisklamp yeni doğulmuş uşaqdan yetkinlik yaşına çatmış şəxslərə qədər bütün yaş qruplarına müvafiq olaraq fərqli ölçüləri mövcuddur.
Hər Alisklamp‘ın yanında uyğun ölçünü seçmək üçün bir ölçü aparatı vardır.


Alisklamp mövcud sünnət alətləriylə çox sayda sünnət edən mütəxəssis və praktikant həkimlər ilə tibb işçilərinin ortaq fikirləri alınaraq hazırlanmış, anatomik uyğunluğu olan tək sünnət alətidir.
Alisklamp’ın unikal, anatomik olaraq uyğun dizaynı və asan istifadə şəkli sünnətdən mükəmməl nəticələr əldə edilməsini təmin edir.Dizayn edilərkən mövcud sünnət alətlərində tez-tez qarşılaşılan və ciddi komplikasiyalara səbəb ola bilən problemlər aradan qaldırılmışdır.

Alisklamp ilə sünnət funksiyası daha etibarlı, daha sürətli və daha mükəmməl reallaşmaqdadır.
Alisklamp‘ın invaziv xüsusiyyətinin olmamasına görə klassik sünnət əməliyyatlarında yaşanan problemlərin qarşısı bu alətin istifadəsi ilə alınmaqdadır.

25/08/2014

Bahar klinikasının sevimli doktorlarından birinin Vüqar İsgenderovun bu gün doğum günüdür.Sizi klinikamızın adından tebrik edirik size can sağlığ, uzun ömür arzu edirik....

15/08/2014

.Balaca uşaqlar üçün.....
Yuxu və oyaq qalmanın gün ərzindəki nisbəti, gecə yuxusunun daha uzun müddətli olması rejimi uşaq anadan olan kimi öz-özünə tənzimlənmir. Bu işdə körpəyə yardım etmək lazımdır.

Yuxu sükut və rahatlıqla qorunur, oyaq vaxtı isə uşaqla təmasda olurlar, oynamaq üçün oyuncaqlar verirlər, masaj edirlər və s. Ritmin yaranmasına qidalandırma rejimi də kömək edir. Yadda saxlamaq lazımdır ki, 6 ayına qədər qida uşağın tələbatları içində aparıcı yer tutur. Ona görə də uşağı yuxudan oyanan kimi yedizdirirlər, sonra isə yuyundurub əsgilərini dəyişirlər. Bunlar da oyaq qalma elementlərinə daxildir. Rejim yaradarkən yuxu-yedizdirmə-oyaq qalma ardıcıllığına riayət etmək lazımdır.
Əksər yeni doğulmuşlar tox, əsgiləri quru olursa, bağırsaqları normal işləyirsə, yeməkdən yeməyə qədər yatırlar. Bir aylıq uşağın orta hesabla yatma müddəti gündə 18 saatdan az olmamalıdır. Tədricən oyaq qalma müddəti uzanır və 6 ayında uşaq gün ərzində 3 dəfə 2 saat, gecə isə 10 saat yatır.
Yuxunun bir neçə mərhələləri var və bunlar da 3 yaş ərəfəsində tam formalaşır. Müşahidələr göstərir ki, 1-2 yaşlı uşaqlar p*s əhvali-ruhiyyədə oyanır, 3 yaşında isə tez yuxuya gedir və rahat, xoş əhvali-ruhiyyədə oyanır.
Uşağın yuxusunu «yaratmaq» lazımdır. Körpə öz yuxusunu kifayət qədər oyaq qalmaqla qazanır. Uşaq 2,5 ayına qədər yedizdirildikdən sonra dərhal yuxuya gedir. 3 ayından sonra isə qidalanma oyaq qalma müddətini uzadır, ona görə də bu vaxtı oyunlara, masaja sərf etmək lazımdır.
Adətən kifayət qədər təcrübəsi olmayan və ya çox ciddi, uşağa yalnız öz rejim prinsiplərini tətbiq edən anaların uşaqları ağlağan olur. 1 yaşına qədər uşaq üçün onun daxili ritmlərinə tabe olaraq yuxu və oyaq qalma rejimi yaratmaq lazımdır. 1 yaşından yuxarı uşaqları ehtiyatla və təkidlə həkim tərəfindən təyin edilmiş rejimə öyrətmək lazımdır.
Bir çox hallarda gənc valideynlər maraqlanırlar ki, uşaqları yelləmək lazımdır ya yox. Uşağı yelləmək olar, çünki o, ana bətnində yellənmiş, diafraqmanın hərəkət ritminə, hamiləlik zamanı ana yeriyərkən, fiziki iş görərkən onun hərəkətlərinə adət etmişdir. Sorma, yellənmə, ritmik beşik kimi faktorlar beyinin fəaliyyəti ilə daxili orqanların fəaliyyətinin uzlaşmasına, sinxron olmasına zəmin yaradır. Eyni zamanda bu faktorlar yuxu mərhələlərinin yaranmasına kömək edərək uşağın rahat yuxuya getməsinə və sakit yatmasına səbəb olur.
Bir qədər böyük uşaqları gündüzlər tez-tez yelləncəklərdə, karusellərdə yelləmək lazımdır. Bu zaman onlar gecə rahat yatırlar. Uşağın gecə narahat yatması onun qanında immun sisteminin inkişafına mane olan zərərli maddələrin artmasına səbəb olur.
Gecə qışqıran uşağı bir neçə dəfə qarın üstə çevirməklə, şaquli vəziyyətdə sağdan sola yelləməklə sakitləşdirmək olar. Ona su və ya yemək də verməyə icazə verilir. Uşağı silkələmək qəti qadağandır! Onu ehmalca, həzin yelləsəniz, o tezcə yuxuya gedəcək.

15/08/2014

Üzüm
ÜZÜM. Müalicə vasitəsi kimi meyvələrindən və yarpaqlarından istifadə edilir. Kimyəvi tərkibinə gjörə üzüm bir qədər ana südünə oxşayır. Belə ki, üzümdə olan üç vitamin bilavasitə qan və qanəmələgətirən sistemə aiddir:
- foll turşusu (B qrupuna daxil olan vitamindir) qan əmələ gətirməsini gücləndirir;
- K – vitamini qanın laxtalanma sisteminə müsbət təsir göstərir;
- P – vitamini qan damarlarının divarlarını möhkəmləndirir və qan təzyiqini normallaşdırır.
Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır. Meyvələri sidikqovucu, yüngül işlədici və tərlədici təsirə malikdir. Üzüm qan azlığında, mədə şirəsi çox olan qastritdə, babasildə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada, əsəb üzgünlüyündə, yuxusuzluqda və qəbizlikdə məsləhət görülür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir. Meyvələrində və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm şirəsi sidik daşı xəstəliyində bədəndən sidik turşusunu qovmaq üçün məsləhətdir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və b. içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, isalda, ürək çatışmazlığında və xroniki faringitdə məsləhət görülmür.
Üzüm çox qiymətli pəhriz ərzağıdır. Bronxial astmada üzüm şirəsi çox faydalıdır. Üzümlə müalicə olunduqda müalicə 1-1,5 ay aparılır. Hər gün 200 q üzüm yeməyə başlamaqla və tədricən 1,5-2 kq-a çatdırmaq lazımdır. Müalicə zamanı yeməkdən 1,5-2 saat əvvəl acqarına üzüm yemək lazımdır. Müalicə məqsədilə qış vaxtı kişmişdən və ya üzüm şirəsindən istifadə edilir.
Üzüm həlimi. 100 q üzüm qurusu bir stəkan su ilə 10 dəqiqə qaynadılır, şirəsi sıxılır, öskürəyə qarşı və bəlğəmgətirici vasitə kimi gündə 3 dəfə, ½ stəkan qəbul edilir. Yarpaqlarının həlimi anginada qarqara etmək üçün işlədilir. Xalq təbabətində üzüm öskürəkdə, sidik kisəsi xəstəliyində və babasildə istifadə edilir.
Yadda saxlamaq lazımdır ki, üzüm dişlərin emalınıın dağılmasına səbəb olduğu üçün üzüm yedikdən sonra dişləri təmiz yumaq məsləhətdir.
Orqanizmdə daş əmələ gəlməsinin qarşısını almağa və sidik turşularının bədəndən xaric olmasına üzüm və onun suyu kömək edir. Belə xəstələrə üzüm yemək, onun suyunu içmək məsləhət görülür. Böyrək daşı və başqa böyrək xəstəliklərində üzüm yemək faydalıdır.
Həddindən artıq yorulmada (üzülmədə) hər 2 saatdan bir 2 x.qaşığı üzüm şirəsi içmək məsləhət görülür.
Hələ qədim insanlar hiss etmişdilər ki, qurudulmuş üzüm – kişmiş yemək əsəb sisteminə yaxşı təsir edir, hirsi yatırır, əhval - ruhiyyəni yaxşılaşdırır, ürəyi möhkəmlədir və qaraciyərin işini stimullaşdırır.
Kişmiş qlukoza və dəmirin yaxşı mənbəyidir, bədən tərəfindən yaxşı mənimsənilir və qanın kimyəvi tərkibini yaxşılaşdırır. Tünd rəngli şirin kişmişlər ürəyin həyat tonusunu qaldırır. Bunun üçün kişmişi, qoz, badam və ya fındıq ləpəsi ilə yemək lazımdır. Bu məqsədlə gündə 100 q kişmiş və 50 q ləpə yemək lazımdır. Bu aktiv zehni (əqli) işlə məşğul olanlara, xüsusilə, faydalıdır. Ağ kişmiş gözəl təbii işlədici olduğu üçün bağırsaqları təmizləyir.
Üzüm yedikdə orqanizm möhkəmlənir. Gündə iki dəfə və hər dəfə 1 stəkan üzüm şirəsi içmək, orqanizmin kaliuma olan tələbini ödəyir.
Abqoranın hazırlanması. Müxtəlif xörəklərin hazırlanmasında və bəzi xəstəliklərdə abqoradan istifadə edilir. Abqora hazırlamaq üçün kal üzüm salxımları yığılır, onlar təmizlənir, yuyulur, taxta qaba doldurulur, ağac toxmaqla döyüb suyunu çıxarırlar. Alınan suyu tənzifdən süzüb şüşə qaba doldururlar. Alınan kal üzüm suyu durulana qədər bir müddət qabda saxlanır, tam durulduqdan sonra butulkalara doldurulur, ağzını bərk bağlayırlar.
Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır ki, maye acımasın və qora suyu öz keyfiyyətini itirməsin.
Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərk bağlanmış butulkalar günəş işığı düşən yerə düzülür və 40 gün günəş işığı altında saxlanır. Nəticədə, butulkalardakı abqora öz şəffaflığını itirir, xına rəngi alır. Bu halda abqora hazır hesab olunur, butulkalardakı abqora şkafda sərin yerdə saxlanır.

15/08/2014

Osteoxondroz - onurğa sütunun yırtığı
Osteoxondroz, disk hernisi Disk iki qisimdən meydana gələr. Diskin ortasındakı qisim jelatin kimi yumşaq və ətrafındakı anulus fibrosus halqa şəklində bunu qucaqlamışdır. Disk gənc insanlarda bir muko glukosakkarid törəməsi olan glikosaminoglikanlardan meydana gələr. Bu maddə suyu özünə çəkər və bağlar, beləcə elastik bir quruluşa sahib olar. Diskdə damar və sinir yoxdur, yəni onun bəslənməsi fərqlidir. Hərəkət etdikcə onurğalardan ehtiyacı olan mayeni alır. Adam yaşlandıqca glikosaminoglikan yerinə bir polisakkarid-protein kompleksi olan dermatan sülfat meydana gələr. Dermatan sülfat suyu özünə daha az çəkər və bağlar. Bu səbəblə də diskin ortasındakı nukleus pulposus qisimi büzülər.
Disk hernisi (Osteoxondroz) nədir? Osteoxondroz ümumiyyətlə diyar (lomber bölgəsi) və az olaraq da boyunda görülsə bunada boyun yırtığı deyilir. Osteoxondroz ümumiyyətlə 30-50 yaşları arasında görülər, diyar tez-tez görülməsinin səbəbi bura həddindən artıq ağırlığın yüklənməsidir. Diskin ortasındakı jelatinimsi qisimdən qopan parçalara sequester deyilir və bunlar ümumiyyətlə sinirləri sıxıştırararaq ağrıya səbəb olarlar.
Disk sallanması (prolapsus): Diskin təzyiqə dözə bilməyərək bir qisiminin spinal (onurğa) kanala doğru sallanması səbəbiylə spinal kanaldan keçən sinir dəstələri sıxışar. Buda zamanla iltihablanmalara və ağrılara səbəb olar. Diskin normal qalınlığı 4-6 mm. dir, əgər disk öz təbii quruluşunu qorusa ki, bu ümumiyyətlə mümkün deyil.

Diskin sallanmadan əvvəl çıxıntı etməsi (protrusion): Disk ətrafındakı qisimin boşalması səbəbiylə ortasındakı jelatinimsi təbəqə üzərində həddindən artıq təzyiq minər və buna dözə bilməyən jelatin yüngül çıxıntı edər. Bu çıxıntı sinirləri sıxıştırar və buda əsəbi ağrılara səbəb olar. Diskin sallanması (prolapsus) və ya diskin çıxıntı etməsinin (protrusion) bir çox səbəbi ola bilər. Bunların başında yaşlanma ara toxuma zəifliyi və qəzalar Osteoxondroz meydana gəlməsində ən böyük faktorlardır.

Osteoxondroz əlamətləri (semptom): Osteoxondroz bəzən özünü göstərmədən yavaş yavaş irəliləyə bilər, bəzənsə onurğalardan çıxan sinirləri və ya onurğa içindən keçən sinir dəstəsini sıxıştıraraq narahatlıqlara səbəb olar.
1-) Sinir köklərinin sıxışmasıyla ortaya çıxan narahatlıqlar: Qol və ya qıçlarda çox sıx bir ağrı, qarışqalanma və ya keylik kimi vəziyyətlər ortaya çıxar. Siyatik olaraq bilinən narahatlıqda diyarın ayaqlara qədər uzanana sinir sıxışması nəticəsində meydana gələr.
2-) Onurğasılığının sıxışması nəticəsində ortaya çıxan narahatlıqlar: Onurğasılığının sıxışması nəticəsində qol və qıçlardakı narahatlıqların yanında mesane, makat və cinsi orqanlarda keylik hiss edilər. Bu vəziyyətdə mütləq həkimə gedilməlidir.
3-) Sinir dəstəsinin (cauda equina) sıxışması nəticəsində ortaya çıxan narahatlıqlar. Buna qısaca cauda sindromuda deyilir: Sinir dəstəsinin sıxışması nəticəsində mesane və son bağırsaq (rektum) artıq idarə edilə bilməz. Cinsi orqanlarda və qıçlarda iflic görülə bilər. Bu vəziyyətdə mütləq həkimə baş vurulmalıdır.
Osteoxondroz diaqnozu: Xəstəliyin keçmişinin (Anemnez) həkim tərəfində yaxşı bilinməsi lazımdır, beləcə həkim xəstəliyin hansı mərhələdə olduğu təsbit edilər, lakin bəzən buda kafi gəlməyə bilər. Bu səbəblə komputertomografi, rentgen və ya MRin çəkilməsi gərəyə bilər. Ancaq bu şəkildə xəstəliyin hansı dövrədə olduğu aydın olar və ona uyğun bir müalicə tətbiq olunar. Nə kimi tədbirlər alına bilər? Onurğada problem çıxması çiyin, kürək və bel əzələlərinin vəziyyətinə çox bağlıdır, çünki əzələlər möhkəm güclü olduqca onurğalara düşən yükdə azalar.
1-) İş yerində bant və ya masa başında çalışarkən beli çox məcbur etmədən iş imkanı nizamlanmalıdır.
2-) Çox kilolar onurğalar üçün çox böyük ağırlıq meydana gətirər, bu səbəblə çox kilolardan qaçınılmalıdır.
3-) Kürsüyə oturunca doğru oturmaq gərək həddindən artıq önə, yanlara və ya arxaya sallanmaq belə zərər verə bilər.
4-) Ağır yükləri qaldırmamalı və ya parça parça qaldırmalıdır.
5-) Ağır yükü qaldırarkən qətiliklə qıçları düz tutaraq əyilib qalxılmalıdır.
6-) Daşınan yükün tək tərəfli daşınmaması lazımdır.
7-) Yükün mümkün olduqca bədənə yapışıq daşınması daha uyğundur.
Osteoxondroz müalicəsi: Osteoxondroz iflic və ya mesane narahatlığına səbəb olmursa əvvəlcə dərmanlarda və ya masajlarda müalicə sınağı edilər. Əgər ağrılar artar və iflic olma təhlükəsi meydana çıxınca o zaman mütləq əməliyyat lazımdır. Diskdən qopan jelatin zamanla quruyaraq büzülər və buda ağrıların yaxşılaşmasına və ya azmasına səbəb olar. Bu vəziyyətin düzəlməməsi halında həkimə getmək lazımdır. Xəstənin əməliyyat keçirməsi və ya olmaması ekspert həkimlərinin verəcəyi qərara bağlıdır.
1-) Ağır iflic və ya iflic olma vəziyyətinin gerbi halında mütləq əməliyyat lazımdır.
2-) Sinir dəstəsinin (cauda equina) sıxışması halında mütləq əməliyyat lazımdır.
3-) Ağrılar azalır iflic olma vəziyyəti artırsa əməliyyat lazımdır.
4-) Onurğa iliyi üzərində təzyiq (sıxışma) olursa əməliyyat lazımdır. əməliyyat tələb etməyən vəziyyətlərdə isə, gicitkən-, hərbə-, söyüd-, ayrı kökü-, civanperçemi-, və atkuyruğu otu preparatları ilə müalicə edilə bilər. Ayrıca balıqla müalicədə edilə bilər, lakin balıqla müalicə üçün işin eksperti olmaq lazımdır.

FALEZ PLAZADA KEÇİRİLMİŞ ÜREK -KARDİO CERRAHLARIN KONFRANSI
14/05/2014

FALEZ PLAZADA KEÇİRİLMİŞ ÜREK -KARDİO CERRAHLARIN KONFRANSI

26/03/2014

Bu gün axşam Xəzər TV-nin 20:30 xəbərlər buraxılışında Bahar Tibb Mərkəzinin həkimi qastroenteroloq Habil Huseynovun çıxışı olacaq..

Baş həkimimiz Dr Hüseyin Məmmədovun Ekspert Tv-yə müsahibəsindən.
17/12/2013

Baş həkimimiz Dr Hüseyin Məmmədovun Ekspert Tv-yə müsahibəsindən.

Qızdırmanı aşağı salmaq üçün nə etməli?

07/06/2013

Web-saytimiz hazirliq merhelesindedir.
Saytimizda gormek istediyiniz reng, tematika ve diger gorunus effektleri varsa zehmet olmasa evvelceden bildirin.
Baharklinikasi.az

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Bahar Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share