Kardioloq-aritmoloq Dr. Günay Rəhimova

Kardioloq-aritmoloq Dr. Günay Rəhimova Dr. Günay Rəhimova | Kardioloq-Aritmoloq
Qəbul və Suallar üçün: 📞 (+994) 55 911 00 28

14-15 Fevral tarixində, Gəncə Beynəlxalq Xəstəxanada müayinələrimiz var.  Qəbula yazılmaq üçün 📞055 911 0828📞055 911 68 ...
01/02/2026

14-15 Fevral tarixində, Gəncə Beynəlxalq Xəstəxanada müayinələrimiz var.
Qəbula yazılmaq üçün

📞055 911 0828

📞055 911 68 18

Bu gün gözəl gün idi. Nəhayət, Qafqazda və Azərbaycan ilk ürək transplantasiyası və pasient  ictimaiyyətə təqdim olundu....
31/01/2026

Bu gün gözəl gün idi. Nəhayət, Qafqazda və Azərbaycan ilk ürək transplantasiyası və pasient ictimaiyyətə təqdim olundu.

Həm ölkəmiz, həm ölkəmizdə kardiologiya və kardiocərrahiyyə adına, həm əməliyyatı ilk icra edən professor Kamran Musayevin adına böyük qürur və sevinc hissi yaşadıq.

Mən isə bunlardan əlavə pasientim olan Rəşadın sağlamlığına qovuşmasının xoşbəxtliyini yaşadım.

Biz Rəşad və onun anası ilə keçən il tanış olduq. Anası göz yaşı içində mənə yaxınlaşıb oğlunun sənədlərini göstərdi. Rəşad ağır xəstə idi, transplantasiya gərəkli idi, o zamana qədər isə defibrilyator cihazı taxılmalı idi ki həyatda qalsın.

Cihazını taxdıq, sonra isə onlara transplantasiyanın vacibliyini, ölkəmizdə İcbari Tibbi Sığorta ilə bunun mümkün olduğunu deyərək onları ölkədə ən çox güvəndiyim ürək damar cərrahı Kamran doktor və onun komandasına yönləndirdim.

Bir gecə mənə xəbər gəldi ki Rəşada donor tapılıb. Birazdan əməliyyata alınacaqdır. O gecə həyacanım, məsuliyyətim, və sevincim bir birinə qarışdı.

Hər şey gözəl keçdi. İndi budur qarşımızda ürəyi sağlam döyünən Rəşad dayanıb.

Bütün ölkə səhiyyəsinin keçən ilin sonunda ən böyük uğurudur bu. Və bu işdə əməyi keçən hər kəs qəhramandır.

P. S. bu arada hər zaman filmlərə baxırdıq. Ürəyi dəyişilən insan donorunun həyatını yaşayır, onun sevdiyi insana vurulur. Yalan imiş, əzizlərim .Rəşad elə ayılan kimi köhnə ürəyi ilə sevdiyi xanımı axtarıb 🙂

P. S. S. sevgi deyilən hissin də beynində yaranlb bitdiyini anladıq. Çox dərin mənalar yükləməyin bu ürəyə 😉

21-22 YANVARDA Gəncədəyik🩷 Əlaqə nömrələri📞 0559110828📞0559116818
19/01/2026

21-22 YANVARDA Gəncədəyik🩷
Əlaqə nömrələri

📞 0559110828

📞0559116818

Gəlin sizə dietimdən danışım. Həm maraqlı, həm faydalı olsun.  Öncə onu deyim ki bu haqda o qədər çox sual alıram ki ayr...
17/01/2026

Gəlin sizə dietimdən danışım. Həm maraqlı, həm faydalı olsun.

Öncə onu deyim ki bu haqda o qədər çox sual alıram ki ayrıca bir posta çoxdan ehtiyac var idi. Mən çox kilolu deyildim. Başlayanda 65-66 kq ilə başladıq və niyə başladıq?

Pilləkənləri normalda sürətlə çıxmağı sevirəm, bir gün hiss etdim ki çox təngnəfəs oldum :) Mənim valideynlərimdə, onların bacı qardaşlarında, nənələrimdə şəkər xəstəliyi var. Risk etməyə haqqım varmı? Xeyr!

O günlərdə sevimli dietoloqum .narmin xanımla tanış olduq. Analizləri verdik, müəyyən problemlər vardı, onlarla bağlı danışdıq və başladıq.
Nərmin xanım mənə möcüzəvi üç günə beş kilo ver, dükan, mükan, keto filandan bəhs etmədi, o kalori defisitini izah etdi, sağlıqlı qidalanmanı və qoda balansını tətbiq etdi və mən o gündən onun dediyi hər sözə inandım.

Bu günlərdə idmana başlamışam, 55 kiloyam, amma sağlıqlıq şəkildə biraz daha arıqlamağı düşünürəm. Özümü əla hiss edirəm, təngnəfəsliyim tamam keçib, daha rahat yatıb, daha gumrah oyanıram.
Hər biriniz bilirsiniz, mən çox işləyirəm. Amma bu rejimdə daha çox enerjim var. Daha az yoruluram.
Kilo vermək, qədərində arıq olmaq sağlamlıqdır. Düşünürəm ki mənə inanırsınlz.

Və önəmli bir nüans var- məncə daha gözəl, daha gənc görüntüdür.

Sizləri hər halınızla sevirəm, amma arıqlayın ❤️

SUMQAYITA  7 Fevral tarixində gəlirik. 📞Əlaqə nömrəsi 0559116808🕹️Ünvan- Boulvard Medical Center
17/01/2026

SUMQAYITA 7 Fevral tarixində gəlirik.

📞Əlaqə nömrəsi 0559116808

🕹️Ünvan- Boulvard Medical Center

SUMQAYITA yenidən gəlirik7 fevral tarixində Sumqayıtda Boulevard Medical Center də xəstə qəbulumuz olacaq.Qəbula yazılma...
15/01/2026

SUMQAYITA yenidən gəlirik
7 fevral tarixində Sumqayıtda Boulevard Medical Center də xəstə qəbulumuz olacaq.

Qəbula yazılmaq üçün

0559116808 nömrəsi ilə əlaqə saxlayın

20-21 Yanvarda Gəncədəyik. Qəbul üçün 📞0559110828📞0559116818
14/01/2026

20-21 Yanvarda Gəncədəyik.

Qəbul üçün

📞0559110828

📞0559116818

‼️Gəncədə  növbəti qəbul 20-21 Yanvar günləridir. Hərzamankı kimi Gəncə Beynəlxalq Xəstəxanaya gəlirik. Əlaqə nömrələri‼...
11/01/2026

‼️Gəncədə növbəti qəbul 20-21 Yanvar günləridir. Hərzamankı kimi Gəncə Beynəlxalq Xəstəxanaya gəlirik.

Əlaqə nömrələri‼️

☎️0559116818

☎️0559110828

Bu il bayramda Piterə gəldik. Mən Avropanın çox ölkəsində və şəhərlərində olmuşam. Peterburq qədimliyinə, tarixinə, gözə...
04/01/2026

Bu il bayramda Piterə gəldik. Mən Avropanın çox ölkəsində və şəhərlərində olmuşam. Peterburq qədimliyinə, tarixinə, gözəlliyinə və nəhəngliyinə görə hem birindən geri qalmır.

Düzdü, qışı çox soyuqdur, amma məncə bunu buraya gələndə təxmin etməliyim, məni soyuqda donmaqdan xilas edən isə hər addımbaşı kofe, çay, bütün digər isti içkilər dada biləcəyin restoran və kafelərin olması idi,
Çox gözəl mədəni həyatı var. Hər yerdə v hər gün teatrlar, tamaşalar, filmlər gedir. Uşaqların əyləncəsi də möhtəşəmdir.

Biz aiəlikcə getdiyimiz hər yerdə taksi sürücüləri, ofosiantlar, bütün təbəqlərdən, millətlərdən, dinlərdən və rənglərdən olan insanlarla söhbəti sevirik. Söhbətlərdən də anladığım budur ki TV də, sosial şəbəkələrdə danışılan, göstərilən hər şey bizlərə yüzə vurulmuş formada çatdırılır.

Bir sözlə mayda buraya yenə gələcəyik, Qış Pitetirini sevdiyimiz kimi yayı da tanıyaq deyə.

Bayramınız bir daha mübarək olsun🩷

Dəyərli pasientlərim, hörmətli həkimlər, səhifəmi izləyən, əməyimizi dəyərləndirən, zəhmətimizə qiymət verən hər kəs- Qa...
31/12/2025

Dəyərli pasientlərim, hörmətli həkimlər, səhifəmi izləyən, əməyimizi dəyərləndirən, zəhmətimizə qiymət verən hər kəs- Qarşıdan gələn Yeni iliniz gözəl gəlsin. Hüzurlu, sağlam və xoşbəxt olasınız.
Hörmətlə, Günay Rəhimova🩷

İki ilə yaxındlr ki həyatımın mərkəzinə Lalə Azərtaş adlı İnsan da daxil olub. Niyə xanım, qadın sözlərini yazmadım deyi...
24/12/2025

İki ilə yaxındlr ki həyatımın mərkəzinə Lalə Azərtaş adlı İnsan da daxil olub. Niyə xanım, qadın sözlərini yazmadım deyim. İnsan sözü bütün titullardan öncədir. Sonra cinsiyyətə ayırırlar bizi, sonra kimsə təbəqələşdirir, ziyalı, alim, oxumuş, oxumamış, çoban, fəhlə ya jurnalist deyə titullarla təltif edirlər.
Lalə Azərtaş mənim üçün ilk öncə İnsandır. Dəyərli, zəhmətkeş, savadlı, qeyrətli, kürəyinə söykənəbiləcəyin insandır. Mən ona dost deyə bilərəm. O özü də bilir niyə. Və əminəm ki mənim kimi ona dost deyə bilənlərin sayı çoxdur.
Bu gün mənim dostum Azərbaycan Milli Mətbuatın 150 illik yubileyi medalı ilə təltif olunub. Çox laiqdir, bu medal ən çox ona yaraşır.
Var olun. Sevgi ilə qalın hər zaman, Dəyərli Lalə xanım🩷

🗓️ 10-11 yanvarda GƏNCƏYƏ NÖVBƏTİ GƏLİŞİMİZ olacaq ‼️2 gün aritmoloji xəstələrin müayinəsi üçün müayinəyə yazıla b...
23/12/2025

🗓️ 10-11 yanvarda GƏNCƏYƏ NÖVBƏTİ GƏLİŞİMİZ olacaq ‼️

2 gün aritmoloji xəstələrin müayinəsi üçün müayinəyə yazıla bilərsiniz.

Hər növ aritmiyaların dərman və əməliyyat yolu ilə (Ablasiya) icrası, cihaz implantasiyalarının həyata keçirilməsi “Gəncə Beynəlxalq Xəstəxanası”-da mümkündür. ☑️

Müxtəlif növ aritmiyaların müalicəsi bölümümüzdə Dr. Günay Rəhimova tərəfindən gerçəkləşdirilir.

⚠️ Əməliyyatlar İcbari Tibbi Sığorta ilə keçərlidir.

📞 Qəbula yazılmaq üçün:

(055) 911 08 28

(055) 911 08 68





̈nayrəhimova

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Kardioloq-aritmoloq Dr. Günay Rəhimova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kardioloq-aritmoloq Dr. Günay Rəhimova:

Share

Category