2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Internaturanı 4 nömrəli və Respublika Klinik Xəstəxanasında keçərək Qulaq-Burun-Boğaz ixtisasına yiyələnmişdir.
2010-cu ildə TUS (Tibbdə Uzmanlıq Sınavı) imtahanını qazanaraq, 2015-ci ildə İstanbul Universitetinin İstanbul Tibb fakultəsinin (Çapa) Dəri-Zöhrəvi Xəstəliklər kafedrasında
“Dəri və Zöhrəvi xəstəlikləri Uzmanı” adına layiq görülmüşdür. Hazırda dəri xəstəlikləri, saç və dırnaq xəstəlikləri, venerologiya, dermato-allergiya, kosmetologiya, dermato cərrahiyə ilə məşğuldur.