Op.dr.Rashad Akbarli / Ümumi Cərrah

Op.dr.Rashad Akbarli / Ümumi Cərrah CƏRRAHİYYƏ HƏYAT BƏXŞ EDİR

19/09/2025

✨ Piylənmə ilə mübarizədə böyük addım! ✨

150 kq çəkisi olan gənc pasiyentimizdə mədəkiçiltmə əməliyyatı uğurla icra olundu.
🔹 Əməliyyat tam laparoskopik üsulla aparıldı
🔹 Pasiyentimiz artıq çəkiyə bağlı sağlamlıq problemlərindən xilas olmaq üçün ilk addımını atdı
🔹 Əməliyyat sonrası yeni, sağlam həyat başlayır

📸 Əməliyyatdan görüntüləri təqdim edirik – bu, həm motivasiya, həm də sağlamlıq üçün məsuliyyətli addımın nümunəsidir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

17/09/2025

🩺 “Əməliyyatdan sonra işə nə vaxt qayıtmaq olar?”

↘📆Bu müddət əməliyyatın növündən və xəstənin ümumi vəziyyətindən asılıdır:
🔹 Kiçik əməliyyatlardan sonra – 2-3 günə yüngül işə başlamaq olar.
🔹 Laparoskopik əməliyyatlardan sonra – 7-10 günə ofis işinə qayıtmaq mümkündür.
🔹 Açıq qarın əməliyyatları və yırtıqlardan sonra – tam bərpa üçün 4-6 həftə gözləmək tövsiyə olunur.

✅ Əsas qayda: İşə qayıtmazdan əvvəl həkiminizin icazəsini almaq və özünüzü tam hazır hiss etmək vacibdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

16/09/2025

⬆️Pasiyentimiz sol tərəfli qasıq nahiyəsində uzun müddətdir müşahidə olunan şişkinlik və ağrı şikayətləri ilə müraciət etmişdi. Müayinə və USM nəticəsində sol tərəfli qasıq yırtığı diaqnozu təsdiqləndi.

✅ Müalicə: Pasiyentə ən müasir metod olan laparoskopik (qapalı) yolla yırtıq əməliyyatı tətbiq olundu. Bu üsulun üstünlükləri:
🔹Kiçik kəsiklərlə aparılır
🔹Daha az ağrı
🔹Qısa bərpa müddəti
🔹Ertəsi gün evə yazılma imkanı
🔹Təkrar yırtıq riskinin minimuma enməsi

✅Əməliyyat uğurla başa çatdı, yırtıq qapadıldı və möhkəmləndirici tor (mesh) yerləşdirildi.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

12/09/2025

Bəzi cərrahi əməliyyatlardan sonra (məsələn, yoğun və ya nazik bağırsaqda zədələnmə, şiş, iltihabi xəstəliklər və s.) bağırsağın sağalması üçün müvəqqəti stoma (bağırsağın qarın divarına çıxarılması) açıla bilər.

🔹 Stomanın məqsədi
• Bağırsağın istirahət etməsini və sağalmasını təmin etmək
• Əməliyyat sahəsini infeksiyadan qorumaq
• Həyati təhlükə yaradan vəziyyətlərdə bağırsaq keçidini bərpa etmək

🔹 Stoma ilə həyat
Əvvəlcə yeni vəziyyətə uyğunlaşmaq çətin görünə bilər, amma düzgün qulluq və pəhrizlə stoma ilə tam normal həyat sürmək mümkündür – iş, idman və səyahət də daxil.

🔹 Stomanın ləğvi (bağlanması)
Bağırsaq tam sağaldıqdan və normal keçid bərpa oluna biləcək vəziyyətə gəldikdən sonra ikinci əməliyyatla stoma ləğv edilir. Bu əməliyyat adətən əvvəlkindən daha qısa və yüngül olur.

🔹 Normal həyata dönüş
Stoma bağlandıqdan sonra bağırsaq fəaliyyətinə alışmaq üçün bir neçə həftə vaxt tələb oluna bilər. Həkimin verdiyi pəhriz və həyat tərzi məsləhətlərinə əməl etməklə qısa müddətdə tam normal həyata qayıtmaq mümkündür.

✅ Unutmayın: Müvəqqəti stoma son deyil, sağalma prosesinin bir hissəsidir. Onun vaxtında və düzgün ləğvi ilə bağırsağın normal fəaliyyəti bərpa olunur.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

10/09/2025

✅ Mədə kiçiltmə əməliyyatından sonra sağalma prosesi hər kəsdə fərqlidir

👨‍⚕Bildiririk ki,hər bir pasiyentin orqanizmi və sağalma sürəti fərqlidir.
🔹 Bəziləri əməliyyatdan qısa müddət sonra özünü yaxşı hiss edir
🔹 Digərləri isə tam adaptasiya üçün bir az daha çox vaxt tələb edir

Bu tamamilə normaldır və fərdi yanaşma vacibdir.
Əsas məqsəd – sağlam qidalanma, həyat tərzi dəyişikliklərinə əməl etmək və bədəninizi dinləməkdir.

💡 Unutmayın: Özünüzü başqaları ilə müqayisə etməyin – sağalma prosesi sizin orqanizminizə uyğun gedir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

09/09/2025

🔹Mədə qida borusuna turşunun geriyə axması – qastroezofageal reflüks – həyat keyfiyyətini ciddi şəkildə azaldan xəstəliklərdəndir.

🔹Dərman müalicəsi nəticə vermədikdə və ya xəstədə ağırlaşmalar yarandıqda, cərrahi əməliyyat ən effektiv çıxış yolu olur.

🔹Videoda gördüyünüz əməliyyatla mədənin qida borusu ilə keçidi möhkəmləndirilir, turşunun geriyə axmasının qarşısı alınır və xəstəyə sağlam həyat bəxş edilir.

✨Əməliyyatdan sonra xəstələr illərlə yaşadıqları yanma, ağıza acı su gəlməsi, udma çətinliyi kimi şikayətlərdən qurtulurlar.

📍Unutmayın: vaxtında müayinə və düzgün müalicə sağlam gələcəyin açarıdır.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

05/09/2025

⬆️Videoda qeyd etdiyimiz kimi, bu üsul müasir cərrahiyyənin ən böyük nailiyyətlərindən biridir. Açıq əməliyyatlarla müqayisədə:

✅ Daha kiçik kəsiklərlə həyata keçirilir
✅ Pasiyentdə ağrı daha az olur
✅ Sağalma prosesi sürətlənir
✅ İnfeksiya riski aşağıdır
✅ Estetik baxımdan daha üstün nəticə verir

Pasiyentin gündəlik həyatına qayıtması da daha tez baş verir. 💠

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

03/09/2025

🩸 Anemiya təkcə qanın azalması deyil, müxtəlif xəstəliklərin əlaməti ola bilər!
🔹 Anemiya çox zaman gizli qan itkisinin, mədə-bağırsaq sistemində şiş və ya xoraların, həmçinin digər daxili xəstəliklərin xəbərçisi ola bilər.
🔹 Sadəcə dəmir çatışmazlığı kimi qəbul etmək düzgün deyil. Çünki səbəb araşdırılmadan sadəcə dəmir preparatı qəbul etmək əsas problemi gizlədə bilər.
🔹 Mədə və yoğun bağırsaq xərçəngləri, xroniki qanaxmalar, qastrit, xoralar, həmçinin bəzi hematoloji xəstəliklər anemiyanın fonunda aşkarlanır.

⚠ Ona görə də anemiya aşkarlanan hər kəsdə səbəb mütləq araşdırılmalı, lazım gəldikdə endoskopiya, kolonoskopiya və digər müayinələr aparılmalıdır.

✅ Yadda saxlayın: Anemiya bir nəticədir, səbəbi tapmadan müalicə aparmaq düzgün deyil.

Ətraflı məlumat üçün videoya baxa və suallarınızı bizə yaza bilərsiniz.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

02/09/2025

✨ Sağ baldırın arxa səthində yerləşən xoşxassəli dəri törəməsi əməliyyatla xaric edildi.
🔹 Kiçik bir kəsiklə törəmə tam çıxarıldı və nahiyə estetik şəkildə tikildi.
🔹 Pasiyent üçün həm sağlamlıq, həm də görünüş baxımından narahatlıq yaradan bu törəmə artıq yoxdur.

➡️ Videoda əməliyyatın əvvəl və sonra görüntülərini izləyə bilərsiniz.
🩺 Xoşxassəli dəri törəmələri də zamanla böyüyə, gündəlik həyatda narahatlıq yarada bilər. Ona görə də vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

29/08/2025

📌Hər bir əməliyyatın arxasında böyük zəhmət, səbr və ümid dayanır.Whipple (PDR əməliyyatı) isə ən mürəkkəb və riskli cərrahi müdaxilələrdən biridir. Bu əməliyyat adətən mədəaltı vəzi, öd yolları və ya onikibarmaq bağırsaq xəstəlikləri zamanı həyata keçirilir. Uğurlu icrası həm cərrahın təcrübəsi, həm də pasiyentin güvəni ilə mümkündür.

👨‍⚕️ Pasiyentimiz 1 il yarım öncə bu əməliyyatı keçirdi. Çətin, narahatlıqlarla dolu bir dövr başladı, amma bu gün artıq tam fərqli həyat yaşayır – sağlam, ümidli və xoşbəxtdir.

Bu uğur hekayəsi bizə göstərir ki, vaxtında müraciət, düzgün diaqnoz və peşəkar cərrahi yanaşma ilə ən çətin xəstəliklərin belə öhdəsindən gəlmək mümkündür.

💙 Hər uğurlu nəticə – bizim üçün sadəcə bir tibbi nailiyyət deyil, pasiyentimizin yeni həyat səhifəsidir.

Ətraflı məlumat üçün videoya baxa və suallarınızı bizə yaza bilərsiniz.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

27/08/2025

Arıqlamaq sadəcə “az ye, çox hərəkət et” kimi sadələşdirilə bilməz. Çünki artıq çəki yalnız yemək istəyi və iradə ilə bağlı deyil – bu, hormonal, metabolik və genetik faktorların iştirak etdiyi kompleks bir prosesdir.

Əksər xəstələr dəfələrlə pəhriz saxlayıb, idmanla çəki itirib, lakin bir müddət sonra yenidən kökəlirlər. Bunun səbəbi bədənin öz müdafiə mexanizmləridir – metabolizmin yavaşlaması, iştahanı artıran hormonların çoxalması və s.

Bariatrik cərrahiyyə (mədəkiçiltmə əməliyyatı) sadəcə mədənin ölçüsünü azaltmaq deyil, həm də hormonal tarazlığı bərpa edərək iştahanı və maddələr mübadiləsini tənzimləyir. Bu səbəbdən iradə ilə əldə olunmayan nəticəni əməliyyatla qalıcı şəkildə əldə etmək mümkündür.

👉 Qısaca: Təkcə “nəfsinə hakim olmaq” çox vaxt kifayət etmir. Bu, tibbi bir problemdir və elmi yanaşma tələb edir.

Ətraflı məlumat üçün videoya baxa və suallarınızı bizə yaza bilərsiniz.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

26/08/2025

💫Boyun arxa nahiyəsində yerləşən böyük lipoma ilə müraciət edən pasiyentin əməliyyatı.

🔹 Lipoma – piy toxumasından yaranan, xoşxassəli yumşaq toxuma törəməsidir. Əksər hallarda zərərsiz olsa da, böyüdükcə həm estetik narahatlıq yaradır, həm də sıxaraq diskomfort hissi verə bilər.

📹 Videoda əvvəlcə pasiyentin boynunda böyük ölçülü lipomanı görürsünüz, daha sonra isə əməliyyatla tam şəkildə çıxarılması nümayiş olunur.

✅ Əməliyyatdan sonra pasiyent rahatlıqla gündəlik həyatına davam edə bilir.
✅ Lipomanın tam çıxarılması onun təkrar yaranma riskini minimuma endirir.

🔍 Unutmayın ki, belə hallarda ən doğru addım – vaxtında mütəxəssisə müraciət etməkdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Op.dr.Rashad Akbarli / Ümumi Cərrah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op.dr.Rashad Akbarli / Ümumi Cərrah:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Cərrahi fəaliyyət sahələri

Endokrin və süd vəz cərrahiyyəsi: * Qalxanvari vəzin xoş və bəd xassəli şişləri,toksiki ur,çoxdüyünlü ur (Zob) , qalxanvari ətraf vəzin adenoması. * Böyrəküstü vəz cərrahiyyəsi * Süd vəzinin xoş və bəd xassəli şişləri, irinli mastit. Həzm sistemi cərrahiyyəsi: * Qida borusu xoş və bəd xassəli şişləri, çapıq daralma və strikturası,axalaziya * Mədənin xoş və bəd xassəli şişləri,12 b. bağırsağın xora xəstəliyi * Dalağın şişləri, splenomeqaliya * Qaraciyərin xoş və bəd xassəli şişləri,exinokok xəstəliyi * Öd daşı xəstəliyi,öd yollarının şişi * Mədəaltı vəzin xoş və bəd xassəli şişləri, kəskin destruktiv pankreatit(pankreonekroz) * Nazik və yoğun bağırsağın xoş və bəd xassəli şişləri, bağırsaq keçməzliyi,dolixokolon,Kron əstəliyi,xoralı kolit,divertikulit və divertikulyoz * Kəskin appendisit * Müxtəlif mənşəli kəskin peritonitlər * A**l çat, peria**l abses, a**l fistula, hemorroy ( Babasil ) * Pilonidal sist və pilonidal sinus(Büzdümün dermoid sisti) Yırtıq cərrahiyyəsi: * Qasıq yırtığı * Bud yırtığı * Göbək yırtığı * Qarnın ön divarının əməliyyatdan sonrakı yırtığı * Diafraqmal yırtıq(qastro-ezofaqeal reflüks xəstəliyi) Estetik və plastik cərrahiyyə: * Süd vəzin kiçildilməsi,böyüdülməsi (Mammoplastika) * Qarnın gərmə,kiçildilmə və formalaşdırılması (Abdomenoplastika) * Liposaksiya Damar cərrahiyyəsi: * Aşağı ətrafların varikoz xəstəliyi * Dializ fistullarının yaradılması Ginekoloji cərrahiyyə: * Yumurtalıq sisti * Boru hamiləliyi * Uşaqlığın xoş və bəd xassəli şişləri,uşaqlığın sallanması * Rektosele,sistosele,aralığın travmaları (Vaginoplastika) Uşaq cərrahiyyəsi: * Anadangəlmə yırtıqlar * Kriptorxizm (xayaların enməməsi) * Fimoz (sünnət və sünnət xətalarının düzəldilməsi) Uroloji cərrahiyyə: * Böyrəklərin xoş və bəd xassəli şişləri * Xayaların xoş və bəd xassəli şişləri,xaya hidropsu(Hidrosele) * Varikosele Ağciyər cərrahiyyəsi: * Ağciyərlərin exinokoku, xoş və bəd xassəli şişləri, vərəmi. Bunlardan əlavə və dərialti törəmələr, müxtəlif daxili orqan və yumşaq toxumalarin travmalari.

Bunlardan əlavə dəri və dərialtı törəmələr, müxtəlif daxili orqan və yumşaq toxumaların travmaları, digər təcili və təxirəsalınmaz halların cərrahi müalicəsi.

Cərrahi əməliyyatlar həm açıq üsulla(ənənəvi), həm də minimal invaziv (Laparoskopik) üsulla yüksək peşəkarlıq və müasir texnalogiya ilə icra olunur.

Əlaqə nömrə: (050) 501 16 90, (055) 894 24 01