Aspirin APTEK

Aspirin APTEK "ASPİRİN" apteki 1999-cu ildə indiki məkanda -- Nəsimi r-nu, Nizami küçəsi 73A ünvanında fəaliyyətə başlamışdır.

Yarandığı gündən və bütün fəaliyyət dövründə əməkdaşları yalnız ali tibbi təhsilli əczaçılardan -- provizorlardan təşkil olunmuş bu aptekdə peşəkarlıq hər zaman əsas vəzifə kimi dəyərləndirilmiş və kommersiya maraqlarından üstün tutulmuşdur. "ASPİRİN" aptekinə müraciət edənlərə burada müştəri kimi deyil, pasient kimi yanaşılır. İllərlə bu aptekə müraciət edənlər yaxşı bilirlər ki, hətta həkimlərinin təyinatda buraxdıqları səhvlər burada nəzərdən yayınmayacaq və əczaçılar həkimlə əlaqə saxlayaraq müvafiq düzəlişlərini edəcəklər. "ASPİRİN" apteki dövriyyəsindəki dərmanların keyfiyyətli olmasına xüsusi həssaslıqla yanaşır. Bunun üçün yalnız qanuni fəaliyyət göstərən dərman depoları -- ilk növbədə filialı olduğu "Zeytun Pharmaceuticals" şirkəti ilə, həmçinin, çeşid genişliyini təmin etmək üçün digər dərman depoları ilə əməkdaşlıq edir. "ASPİRİN" apteki geniş çeşidli dərman preparatlaından başqa, əczaxanalara uyğun müəyyən qeyri-dərman məhsullarının -- uşaq yeməkləri və ləvazimatlarının, idmançılar üçün zülal tərkibli qida əlavələrinin, yüksək keyfiyyətli kosmetik malların və kiçik həcmli tibbi texnikanın da satışı ilə məşğuldur. "ASPİRİN" apteki Azərbaycan, rus və ingilis dilində danışan peşəkar əczaçıları ilə hər gün 08:00-dan 23:00-a qədər (istisna: bazar və bayram günləri 09:30 - 22:00) sizin xidmətinizdədir. Həmçinin, məbləği müəyyən həddən yuxarı olan sifarişlərin evlərə və iş yerlərinə çatdırılması xidməti də mövcuddur.

28/04/2024

VƏTƏN ÜÇÜN ÖLƏNLƏRİ UNUTMADIQ! UNUTDURMARIQ!

28/04/2024
28/04/2024

TarixçəAzərbaycanın müstəqillik uğrunda mübarizəsi, bu müstəqilliyi yenidən əldə etməsi və daha sonra baş verən Birinci Qarabağ müharibəsi daima güneyli soydaşlarımız tərəfindən diqqətlə izlənilib.…

01/01/2024
31/12/2023

Address

Agdam

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 09:00 - 22:00

Telephone

994124936141

Alerts

Be the first to know and let us send you an email when Aspirin APTEK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram