13/04/2026
Plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları hepatozların müalicəsində effektiv istifadə olunur.
Qaraciyərin piyli distrofiyası qaraciyər hüceyrələrində həddindən artıq yağ toplanması ilə xarakterizə olunan bir vəziyyətdir. Bu hal, qaraciyərin normal funksiyasını pozaraq müxtəlif problemlərə yol aça bilər.
Plazmaferez qandan toksinləri, yağ turşularını, xolesterin və digər lipidləri (yağları) ayırırmaqla qaraciyərə düşən yükü azaldır.
Ozonoterapiya qan axınını, qatılığını yaxşılaşdırmaqla, qanı oksigenləşdirməklə, iltihab əleyhinə və antioksidant təsir göstərməklə qaraciyər hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
Bu müalicə metodlarının istifadəsi detoksikasiya orqanlarında möhkəmlilik ehtiyatı yaradır, orqanizmin xarici təsirlərə müqavimətini artırır.
Plazmaferez – qanın ekstrakorporal (qan dövranından kənar) təmizlənməsini bildirən prosedur prosesidir.
Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir. Qan hüceyrələri qan dövranına geri qaytarılır və beləliklə qan patoloji maddələrdən təmizlənir.
Plazmaferez - qanın təmizlənməsi ("qan yuma", "qan dəyismə") prosedurundan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.
Plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Ozonoterapiyada tibbi ozon və oksigen qazının müalicəvi təsirindən istifadə olunur.
Bir çox xəstəliklərin mənşəyində orqan, toxumaların qidalanmasının pozulması və hüceyrə səviyyəsində kifayət qədər oksigen çatmaması dayanır.
Ozon terapiyası terapevtik nəticələr verən, müxtəlif üsullarla orqanizmə yeridilən oksigen-ozon qarışığının (tibbi ozonun) müalicəvi təsirinə əsaslanır.
Ozonoterapiya periferik mikrosirkulyasiyanı stimullaşdırır, oksigenin hüceyrə tərəfindən daha yaxşı qəbuluna səbəb olur, hüceyrə immun mexanizmlərini aktivləşdirir və mübadilə proseslərini yaxşılaşdırır.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Xidmətlərimiz;
-Diskret, sentrifuqalı plazmaferez ("kiçik qan yuma") - 45 manat;
-Membran plazmaferez ("böyük qan yuma") - 230 manat (endirimlə 180 m.);
-Ozonlaşmış fizioloji məhlulun vena daxilinə yeridilməsi - 200 ml 20 manat, 400 ml 28 manat;
-Ozonla autohemoterapiya (qanın ozonlaşdırılması) - 42 manat;
-Diskret plazmaferez + ozonoterapiya endirimlə 55 manat.
Efferent terapiya kabineti Dr. Mehman ☎️ 050 790 6901
https://www.qanintemizlenmesi.com/qiymeti