Vertebra

Vertebra "Vertebra" onurğa mərkəzi sırf onurğa xəstəliklərinin müalicəsi və bərpası ilə məşğul olan klinikadır Onurğa 32 fəqərədən ibarətdir.

Ölkəmizdə onurğa problemləri ilə məşğul olan müasir tibbi mərkəz “Vertebra Dr. Iradə onurğa Tibb Mərkəzi ” dir. Müalicə ocağının rəhbəri İradə Hacıyeva müəssisə haqda bizə ətraflı məlumat verdi:
“Vertebra” sözü fəqərə deməkdir. Bizim “VERTEBRA” Tibb Mərkəzi də onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinən müasir ixtisaslı müayinəsi və müalicəsi ilə məşğul olan tibb mərkəzidir. Klinikanın rəhbəri kimi deyə bilərəm ki, “Vertebra” TM bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq. Klinikamızda onurğa fəqərəarası disk yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik. Onurğa xəstəliklərinin müalicəsində çəki azaltma və idman prosedurlarının, müalicəvi gimnastikanın böyük əhəmiyyəti var. Onurğa sütunu xəstəliklərinin müalicəsi məqsədilə effektiv fizioterapiya prosedurları, müalicəvi vannaları, hidrotraksiya vannasını, yoqa terapiyasını, müalicəvi masajı da geniş tətbiq edirik. Məktəb yaşlı uşaqların onurğa problemləri xüsusilə cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərin aparılmasını vacib sayırıq. Uşaqlarda rast gəlinən onurğa əyrilikləri, skoliozlar, kifozlar bizi çox narahat edir. Birinci, ikinci dərəcəli skoliozlar çox sadə müalicə olunur. Bu xəstəliyin müalicəsi üçün klinikamızda müvafiq fizioterapiya metodları, miostimulyasiya, traksiya (dartılma), kinezeterapiya və su prosedurları var. Ən çox da boy artımı yaşlarında meydana gəlir. Skoliozları, kifozları valideynlər məktəb yaşlarında çox vaxt vaxtında müəyyən edə bilmirlər. Birinci mərhələdə ümumiyyətlə valideynlər aşkar edə bilmirlər. Buna görə də biz onurğa Tibb Mərkəzində 10 yaşa qədər uşaqların pulsuz müayinəsini həyata keçiririk. Bizim məqsədimiz onurğa sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyat olmadan müalicəsini təşkil etməkdir. Məlum olduğu kimi insanın dayaq-hərəkət sisteminin əsasını onurğa sütunu təşkil edir. Hər bir fəqərənin arasında dəlik və disklər vardır.Bu dəliklərdən çoxlu sayda sininrlər çıxaraq orqanizmin bütün hüceyrələrinə, orqan və toxumalarına qədər gedərək sinir-trofik qidalanmanı təşkil edir. Adətən qan-damar sisteminin qidalanması barədə xalq arasında bir qədər məlumat var. Lakin sinir-trofik qidalanma da ən vacib yer tutur. Məhz sinir-trofik qidalanma da bəhs etdiyimiz bu sinirlərin hesabına həyata keçirilir. Onurğa kanalında onurğa beyni yerləşir. Onurğa kanalından çıxan bu sinirlər əgər sıxılarsa, ciddi dəyişikliklərə səbəb ola bilir. Tutaq ki, bel nahiyəsində fəqərəarası dəliklərdən çıxan sinirlər baş barmağın ucuna qədər gedir. Əgər sinirlərin sıxılması olarsa, sinir ucluqlarına, barmaqlara qədər dözülməz ağrılara səbəb ola bilər. Uzun müddət diqqət yetirmədikdə sinir-trofik qidalanmanın pozulması nəticəsində ətrafların digər tərəfə nisbətən gödəlməsi, a rıqlaması baş verə bilər. Əgər fəqərələr hansı nahiyədə dəyişiklikliyə məruz qalıbsa, bu fəqərəarası dəlikdən çıxan damarlar və sinirlər sıxılacaq və təkcə aşağı-yuxarı nahiyələrə deyil, innervasiya etdiyi daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaracaq. Boyun fəqərələrində patoloji proses olarsa, başda, boyunda, gözdə problemlər özünü göstərəcək. Döş fəqərələrində patologiyalar olarsa, stenokardiya tipli ağrılar, tənginəfəsli, ürək sıxıntıları, ürəkdə ritm pozuntuları və sair əlamətlər özünü göstərəcək. Aşağı döş fəqrələrində dəyişikliklər olarsa, mədəaltı vəz, mədə ağrıları kimi əlamətlər, qaraciyərin funksiyasının pozulması, öd kisəsi patologiyası, ümumiyyətlə biruzə verə bilər. Bağırsaqların funksiyasının pozulması müşahidə olunur. Onurğanın bel nahiyəsində patologiyalar, o cümlədən protruziyalar, fəqərəarası disk yırtıqları nəticəsində çanaq orqanlarının, aşağı ətrafların funksiyaları pozulur. Fəqərəarası disklərdə yırtıqların bütün hallarda cərrahi əməliyyat olunması düzgün deyil. Əməliyyat sonuncu yerdə durur. Disk yırtıqları bütün dünyada çox az hallarda əməliyyatla müalicə olunur. Disk yırtıqları o zaman əməliyyat olunur ki, uzun müddətli konservativ müalicə effekt vermir və ya xəstə tamamilə yeriyə bilmir. Hansısa sinirin atrofiyası var arıqlama gedir. 6, 7, 8 mm yırtıqları əməliyyat etmək doğru deyil. Sadəcə xəstəyə güclü ixtisaslı tibbi yardım lazımdır. Həkimlərimiz ölkəmizdə və xaricdə keçirilən kurs simpozium və konfranslarda iştrak edir. Klinikamızın xaricdə olan konsultant həkimləri ilə daim əlaqə saxlayıb xəstələrimizin müalicəsində onların fikrinə üstünlük veririk.

08/03/2026

Hörmətli və dəyərli xanımlar!
Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi adından bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik. 💐
Siz cəmiyyətimizin gözəlliyi, ailələrimizin dayağı və həyatın ən böyük ilham mənbəyisiniz. Fədakarlığınız, qayğınız və gücünüzlə hər zaman ətrafınıza nur və sevgi bəxş edirsiniz.
Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, sevgi və həyatınızın hər sahəsində uğurlar arzulayırıq. Qoy hər gününüz sevinc, qürur və gözəl anlarla dolu olsun. 🌷
Bayramınız mübarək!
Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi və kollektivi.

06/03/2026

Sevdiklərinizə sağlamlıq hədiyyə edin!
Klinikamızda artıq Hədiyyə Kartları mövcuddur.
💳 100 AZN dəyərində hədiyyə kartını cəmi 90 AZN-ə əldə edə bilərsiniz!
Bu kartla yaxınlarınıza sağlamlıq, müayinə və xidmətlərimizdən yararlanmaq imkanı hədiyyə edin.
📍 Özünüz üçün və ya sevdikləriniz üçün ideal seçimdir.
📩 Ətraflı məlumat və sifariş üçün bizə yazın.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

06/03/2026

🇦🇿 Novruz bayramına özəl kampaniya! 🌿✨
16–30 mart tarixlərində Vertebra Onurğa Mərkəzində kompleks müalicəyə başlayanlara xüsusi endirim tətbiq olunur.
Aşağıdakı problemlərdən əziyyət çəkirsinizsə, müalicəni təxirə salmayın:
• Skolioz
• Kifoz
• Onurğa əyrilikləri
• Bel və boyun ağrıları
• Serebral iflic (uşaqlar və böyüklər üçün reabilitasiya)
• Onurğa və hərəkət sistemi problemləri
Peşəkar mütəxəssislərimiz və müasir müalicə üsullarımızla sağlamlığınızı bərpa etməyə kömək edirik.
Novruzu sağlam və ağrısız qarşılamaq üçün bu fürsəti qaçırmayın. ✨
📅 Kampaniya: 16–30 mart
📍 Vertebra Onurğa Mərkəzi
📞 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

🇷🇺 Специальная акция к празднику Новруз! 🌿✨
С 16 по 30 марта в Центре позвоночника Vertebra действует специальная скидка для всех, кто начинает комплексное лечение.
Мы помогаем при следующих проблемах:
• Сколиоз
• Кифоз
• Искривления позвоночника
• Боли в спине и шее
• Церебральный паралич (реабилитация для детей и взрослых)
• Заболевания опорно-двигательной системы
Профессиональная команда специалистов и современные методы лечения помогут восстановить здоровье позвоночника.
Встретьте Новруз здоровыми и без боли. ✨
📅 Период акции: 16–30 марта
📍 Центр позвоночника Vertebra
📞 Для записи и подробной информации свяжитесь с нами.

🇬🇧Special Novruz Holiday Campaign! 🌿✨
From March 16 to March 30, Vertebra Spine Center offers a special discount for those who start comprehensive treatment.
We provide treatment and rehabilitation for:
• Scoliosis
• Kyphosis
• Spinal deformities
• Back and neck pain
• Cerebral palsy (rehabilitation for children and adults)
• Musculoskeletal system disorders
Our professional specialists and modern treatment methods help restore spine health and improve quality of life.
Celebrate Novruz healthy and pain-free. ✨
📅 Campaign period: March 16–30
📍 Vertebra Spine Center
📞 Contact us for more information and appointments.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

🇦🇿Döş nahiyəsində 79° Cobb bucağı ilə diaqnoz qoyulan pasiyentimizin müalicəsinə başladıq.Müalicə proqramımız:🔹 Schroth ...
04/03/2026

🇦🇿Döş nahiyəsində 79° Cobb bucağı ilə diaqnoz qoyulan pasiyentimizin müalicəsinə başladıq.
Müalicə proqramımız:
🔹 Schroth terapiyası
🔹 3C Dr. İradə müəllif üsulu
Məqsədimiz onurğanın funksional vəziyyətini yaxşılaşdırmaq, posturanı korreksiya etmək və ağrıları azaltmaqdır.
Düzgün və sistemli reabilitasiya ilə yüksək bucaqlarda belə müsbət nəticələr əldə etmək mümkündür.

🇷🇺bМы начали лечение пациента с диагнозом грудной кифоз с углом Кобба 79°.

Программа лечения включает:
🔹 Schroth терапию
🔹 Авторский метод 3C Dr. Ирады

Наша цель — улучшить функциональное состояние позвоночника, скорректировать осанку и уменьшить болевой синдром.

При правильной и системной реабилитации возможно достижение положительных результатов даже при больших углах искривления.


🇬🇧We have started treatment for a patient diagnosed with thoracic kyphosis with a 79° Cobb angle.

The treatment program includes:
🔹 Schroth therapy
🔹 3C Dr. Irada’s author method

Our goal is to improve spinal function, correct posture, and reduce pain.

With proper and structured rehabilitation, positive results are possible even in severe curvature cases.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

26/02/2026

Skolioz bucağı 11°-dən 8°-yə endirildi.
Korsetsiz, xüsusi korreksiyaedici məşqlər və fərdi proqramla.
Yüngül skoliozlarda erkən müdaxilə və düzgün terapiya çox önəmlidir.
Vaxtında addım – sağlam gələcək deməkdir.

🇷🇺 Угол сколиоза снижен с 11° до 8°.
Без корсета — с помощью специальных коррекционных упражнений и индивидуальной программы.
При лёгкой степени сколиоза раннее вмешательство и правильная терапия имеют большое значение.
Своевременный шаг — это залог здорового будущего.

🇬🇧 The scoliosis angle was reduced from 11° to 8°.
Without a brace — through specialized corrective exercises and an individualized program.
In mild scoliosis cases, early intervention and proper therapy are crucial.
A timely step means a healthy future.
📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

23/02/2026

🇦🇿Həkimə sual cavab rubrikamızda Dr. Arif Əfəndioğlu.

🇷🇺В нашей рубрике «Вопрос–Ответ с врачом» — доктор Ариф Эфендийоглу.

🇬🇧In our “Doctor Q&A” section — Dr. Arif Afandiyoglu.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C



17/02/2026

🇦🇿ACL rekonstruksiyasından sonra reabilitasiya mütləqdir.
Əməliyyatdan sonra xüsusilə dördbaşlı bud əzələsində (quadriceps femoris) tonus azalması və güc itkisi müşahidə olunur. Bu isə diz oynağında zəiflik və stabilliyin azalmasına səbəb olur.
Düzgün planlaşdırılmış reabilitasiya proqramı əzələ gücünün bərpasını, oynaq stabilliyinin artırılmasını və funksional hərəkət qabiliyyətinin tam geri qazanılmasını təmin edir.

🇷🇺После реконструкции ACL реабилитация является обязательной.
После операции часто наблюдается снижение тонуса и силы четырёхглавой мышцы бедра (quadriceps), что приводит к слабости и снижению стабильности коленного сустава.
Грамотно составленная программа реабилитации способствует восстановлению мышечной силы, улучшению стабильности колена и полноценному возвращению к функциональной активность.

🇬🇧
Rehabilitation after ACL reconstruction is essential.
Postoperatively, decreased tone and weakness of the quadriceps muscle are common, leading to reduced knee stability.
A properly structured rehabilitation program restores muscle strength, joint stability, and full functional capacity.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

🇦🇿Skolioz müalicəsində fərdi yanaşma vacibdir.Schroth metodu ilə postural düzəliş, xüsusi nəfəs texnikası və əzələ balan...
13/02/2026

🇦🇿Skolioz müalicəsində fərdi yanaşma vacibdir.
Schroth metodu ilə postural düzəliş, xüsusi nəfəs texnikası və əzələ balansının bərpası üzərində işlədik.
Nəticə: daha stabil onurğa, daha güvənli duruş.

🇷🇺 В лечении сколиоза индивидуальный подход имеет решающее значение.
С помощью метода Шрот мы работали над коррекцией осанки, специальной дыхательной техникой и восстановлением мышечного баланса.
Результат: более стабильный позвоночник и более уверенная осанка.

осанка.
🇬🇧 An individualized approach is essential in scoliosis treatment.
With the Schroth method, we worked on postural correction, specific breathing techniques, and restoring muscular balance.
Result: a more stable spine and a more confident posture.



📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

02/02/2026

🇦🇿1 kurs müalicə ilə skoliozu 2-ci dərəcənin sonundan 1-ci dərəcəyə enən xəstəmiz.

🇬🇧Our patient with scoliosis, who improved from the end of grade II to grade I after one course of treatment.

🇷🇺Наш пациент со сколиозом, который улучшился с конца II степени до I степени после одного курса лечения.

☎️0125632757
📱051/055 949 16 16
📱0509897634 (Birbaşa kurs rəhbəri ilə əlaqə)
🏩Baki şəh.8 mkr. Ibrahimpaşa Dadaşov küç. 71C.

27/01/2026

🇦🇿Əslən Gürcüstanlı Almanyadan gələn tələbəmiz.

🇷🇺Наш студент родом из Грузии, приехавший из Германии.

🇬🇧Our student is originally from Georgia and has come from Germany.

📞051/055 949 16 16
☎012 563 27 57
📌Bakı şəh. 8 mkr. İbrahimpaşa Dadaşov küçəsi 71 C

Address

İbrahimpaşa Dadaşov 71C
Baku
AZ1130

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994125632757

Alerts

Be the first to know and let us send you an email when Vertebra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category