Dr. Nurangiz Hacıyeva MD

Dr. Nurangiz Hacıyeva MD �Hər bir uşaq valideynlərin bizə əmanətidir, əmanətə xəyanət olmaz� Təqdim etdiyimiz kitabda hədəfimiz məhz budur. Onun dünyası bir özgə aləmdir. Nə olar?

Biz körpələrimizə həyat veririk, onlar isə bizim həyatımıza məna qatırlar.Analıq hissi qadına bitib-tükənməyən duyğular dolu, məftunedici və tanış olmayan dünya bəxş edir. Nəinki uşaq doğulduqdan sonra, hətta ana bətnində döl də hər şeyi eşidir və hiss edir. İlk günlərdən ana və körpə arasında canlı əlaqə yaranır, bu da gələcəkdə böyük və həqiqi məhəbbətə çevrilir. Ona görə də biz onunla xoş söhbə

t etsək, üzümüzə yaxınlaşdırıb, gözlərinə baxsaq, bizimlə onun arasında böyük məhəbbət yaranacaq. Axı ilk məhəbbət baxışdan başlayır...
Yer üzündə heç bir varlıq uşağımızı bizim qədər sevib, anlaya bilməz. Lakin istənilən informasiyanı sevgi ilə yanaşı, bilik və düşüncə ilə qəbul etdikdə daha böyük nailiyyətlər əldə etmək olar. Uşaq ilk ilində sürətli artım tempi ilə inkişaf edir. Əminliklə deyə bilərik ki, körpənin ilk 6 ayında yalnız ana südü ilə qidalanması ideal olub, onun sağlam bünövrəsi üçün qızıl standartdır. Uşaq əmizdirən ana bədii obraz olub, özündə sakitlik, mehribanlıq, xoşbəxtlik, rahatlıq, arxayınlıq, razılıq, sevinc təcəssüm etdirir. Həm ana, həm uşaq üçün bu, sakitliklə dolu, heç bir duyğu ilə müqayisə olunmayan həzdir. Lakin qadınlar tez-tez səbirsizlik edib, düşünmədən həm özlərini, həm də körpələrini bu həzdən məhrum edirlər. İstənilən məməlilər kimi, insanın da uşağını öz ana südü ilə əmizdirməsi daha uyğun olardı. Anaların öz uşaqlarını digər bioloji növ – inək, keçi südü ilə qidalandırması ekoloji fəlakətdir. İnək balası I ilində təxminən 100 kq olur, insan balası isə 1 yaşında 10 kq olmalıdır. Həmin südlə uşağın qidalanması nə qədər düzgündür..? Həkimlik fəaliyyətinin indikatoru – göstəricisi (faydalılıq əmsalı) də ana südü ilə qidalanan körpələrinin sayı ilə müəyyən olunur. Bu kitabda bacardıqca bu missiyamızı yerinə yetirməyə çalışdıq. Uşağın yaşına uyğun düzgün qidalanmasını təmin edəriksə, sağlam gələcəyinə arxayın olarıq. Hər körpə təkrarolunmazdır, fərdi özəlliklərə məxsus nemətdir. Vaxtında və ya vaxtından əvvəl doğulmağına, qız və ya oğlan olmasına, ilk və ya sonbeşik olmasına baxmayaraq, doğulduğu andan etibarən o, şəxsiyyətdir, individualdır. Orada nə “olmaz”lar var, nə də “yox”lar. Bu dünyada hər şey mümkündür, orada yasaq yoxdur, hədd yoxdur... Nəyi necə etsək, daha yaxşı olar? Nə olmaz?.. İlk vaxtlar bu dünya öz yeniliyi ilə bizi çaşdıra bilər. Lakin biz bilməliyik ki, onun ürəyiaçıq və ya paxıl olması, mehriban və ya qəddar olması, təmizkar və ya pinti, elmli və ya savadsız olması, bir sözlə, insan kimi necə formalaşması bizdən asılıdır. Biz bacardığımız qədər onu, dünyaya uyğunlaşdırmalı və körpəmizi əsl həyata hazırlaşdırmalıyıq. Uşaqlıqdan qocalana qədər insan ən sevincli, ən kədərli anında Allahdan sonra anasının adını çəkir, ona güvənir. Odur ki o güvənci yanıltmamalıyıq. Öz körpəmizlə davranış zamanı həddən artıq diqqətli olmalı, onu daim sevgi və qayğı ilə əhatə etməli, orqanizmindəki ən kiçik dəyişikliklərə belə fikir verməli, bu barədə dərhal uşaq həkiminə vaxtında məlumat verərək, onun bütün məsləhətlərinə tam məsuliyyətlə əməl etməliyik. Axı uşaqlarınızın sağlamlığı bizim rahatlığımız deməkdir. Qarşıda sizi böyük kəşflər və təcrübələr gözləyir. İnanırıq ki, siz bu çətin işi sevə-sevə, zövqlə edəcəksiniz. Məşhur həkim Pol Raskin tələbələrinə qocalığın psixoloji təsirlərinə dair mühazirəsini belə başlamışdır: “Xəstə” nə danışır, nə də deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz sözlər söyləyir. Onun üçün zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecəyarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır”. Bu misaldan sonra Raskin tələbələrindən bu “xəstəyə” baxmaq istəyib-istəmədiklərini soruşur. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söyləyirlər. Raskin isə hər gün bu işi böyük bir zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini deyəndə tələbələr təəccüblənirlər. Daha sonra Raskin tələbələrinə “xəstənin” fotoşəklini göstərdi. Bu, həkimin 6 aylıq qızı idi...
Ümidvarıq ki, bu kitabda olan məsləhətlərdən yararlanıb sizlər sağlam gələcəyin qurulmasına öz töhfənizi bəxş edəcəksiniz. Bu çətin, lakin mənalı yolda sizə uğurlar diləyirəm, əziz valideynlər!

20/05/2025

Amerika Pediatrlar Assosiasiyasının məlumatına görə, meyvə şirəsində şəkər çox olduğundan onu təmiz şəkildə uşağa 1 yaşdan sonra tövsiyə edirlər. Odur ki, meyvələr 6 aydan püre şəklində rasiona daxil edilir. Püre şəklində daxil edilərkən meyvənin tərkibində olan sellüloza, liflər müəyyən qədər şəkəri neytrallaşdırır. Püre şəklində meyvələrin daxil edilməsi həm də erkən kariyesin formalaşmasının qarşısını alır.
8 aydan başlayaraq uşaqlara nəzarət altında videoda göstərildiyi kimi banan vermək olar. Bu isə uşaqda çeynəməni, həm də nitqi artırır.. Uşaqlara meyvə şirəsi verməyin. Bağırsaqda olan mikrofloranın qidalanması üçün meyvənin ləti lazımdır. Bağırsaq sağlam olarsa uşağın beyni də yaxşı inkişaf edər. Meyvə şirəsi glukogen indeksin yüksəldir. Odur ki, şirəçəkən maşınlardan uzaq olun😉və sağlam olun. #2025

Öskürəklərin, adenoidlərin, allergiyanın inkişafı ilkin olaraq burun boşluğundan başlanır.  Burun boşluğunda olan mayeni...
11/05/2025

Öskürəklərin, adenoidlərin, allergiyanın inkişafı ilkin olaraq burun boşluğundan başlanır. Burun boşluğunda olan mayenin 3/4 hissəsi burun boşluğunjn nəmlənməsinə, qalan hisdə mukosilisr klirensi təmin edir. Kipriklərin fəaliyyəti üçün burun boşluğundan burun udlağa doğru aparılır. Burun boşluğunun ön hissəsində selik yavaş hərəkıt edir təxminən 1–2 mm/saat; arxa hissədə 10 mm/dəq daha sonra yemək borusuna doğru sonra isə udukur. Burun boşluğunun arxa 3/1 hissəsinin seliyi hər 10–15 dəqiqədən bir yenilənir, рН 5,5–6,5. Əgər рН 6,5 dən çox olarsa burun boşluğunda olan kipriklərin fəaliiyəti pozulur. Nəticədə infeksiya və allergiya inkişaf edir. Vacib tövsiyələr:
1️⃣Damardaraldıcıların (nazivin, otrivin, snup) 3 gündən çox istifadəsi çoxlu fəsadlara yol açır. Çünki onlar damar strukturunu pozur (atrofiya edir) və ən təhlükəli asıllıq yaradır.
2️⃣Burun boşluğunu tez- tez Natri Xlorla şprislə və ya otsosla yuyulması qulaq pərdəsinin zədələnməsinə gətirə bilər. Natri xlor daha çox vena daxili infuziya üçün istifadə edilir. Onunla burun boşluğun davamlı yuduqda selikli qişaları qurudur və çox vaxt həssas selikli qişaları zədələyir. Həm də uşaqlar üçün çox xoşagəlməz prosedurdur.
3️⃣✅👍🏼Uşaqların burun boşluğunun 0,9% Natri xlorla deyil, burun boşluğunun yuyulması üçün nəzərdə tutulmuş !!!!!təbii dəniz suyu 🌊 (aqualor, aquamaris ) spreyləri ilə yuyun. Hətta ən qədim tibdə uşaq və böyüklərin burunun dəniz suyu ilə yuyurdular. Yuma qaydası 2- ci şəkildə göstərilib. Düzdü o vaxtlar ekologiya daha təmiz idi.. Təbii dəniz suyu virus və bakteriyanı mexaniki yol ilə yuyur. Tərkibində olan zn və selen ionları interferon, immunoqlobulin və lizosim sintezin artırlr. Dediklərimi əməl etsəz qeyd edilən xəstəlikləraz rast gələr. .P. S. 1-ci şəkildə mənim oğlanlarımdır 20 il əvvəl. 2. ci şəkil burun spreyini etmə texnikası💦 #

Yenidoğulan uşaqların  40 çıxmadan onları  havaya çıxarmaq və papaqsız gəzdirmək  OLAR🤓Əziz pasiyentlərim❤️, izləyicilər...
08/05/2025

Yenidoğulan uşaqların 40 çıxmadan onları havaya çıxarmaq və papaqsız gəzdirmək OLAR🤓
Əziz pasiyentlərim❤️, izləyicilərim, qəbulumda olmayan lakin yazdıqlarımı əməl edən dəyərli insanlar💝
Uşaq doğum evindən evə gəldikdən bir gün sonra havaya çıxarıla bilər. Adamlar arasına yox, amma sakit açıq səma altında təmiz hava alması önemlidir. SPF kremlərin istifadəsi yaz fəslində saat 12:00🕛 -16:00 saat, yayda saat 10:00 🕙 -17:00 arası tövsiyə edilir.
May, iyun, iyul, avqust, sentyabr aylarında doğulan uşaqları çölə çlxaranda papaq və taxmayın. Hətta corab da geyindirməyin. Nə qədər çox sahəyə günəş düşərsə bir o qədər fayda olar.
Uşağı çölə çıxartmaqda məqsədimiz nədi? Hava alsın və vitamin D qəbil etsin.
Biz neynirik??? Hava alması üçün mane olan ağız bağlanır (şarf və ya arabanın qoruyucusu ilə), vitamin D qəbul üçün mane olaq papaq taxılır😬.
Vitamin D gəldikdə 500 vahid profilaktik doza 2 yaşa kimi fəsildən asılı olmayaraq içilir. Müalicəvi doza isə həkim tərəfindən müəyyən edilir.
🔆İmmuniteti qaldıran dərman yoxdur, möhkəmlənmə tədbirləri və düzgün həyat tərzi və sağlam qidalanma var.
Yaz- yay aylarında uşaqlarla havada çox olun ki, qışda uşaqlar xəstələnməsin🙏🏼 Təmiz yerlərdə qyaqyalın gəzmək faydalıdır (bu haqda növbəti postda)

Amerika allerqoloqları cəmiyyətinin son 2025-ci il fevral ayında araşdırmasına əsasən ananın ilk südünü ( ağız südü, kol...
20/02/2025

Amerika allerqoloqları cəmiyyətinin son 2025-ci il fevral ayında araşdırmasına əsasən ananın ilk südünü ( ağız südü, kolostrum) qəbul etməyən uşaqlarda qida allergiyası riski artır. Doğum evində uşaqlarınıza smes verməyə icazə verməyin. Ən bahalı qarışıqlar belə ana südünü əvəz etmir. Siz balasına insan südü verən inək gördünüzmü? Biz insanlar uşaqlarımıza niyə inək südü verək? Genofondumuzu qoruyaq🙏🏼 Qarlı bir qış gecəsində bu haqda bir daha düşünək. #

Uşaqlarının hündür olmasını istəyən valideynlərim, birinci onu bilin ki, övladınız boy uzunluğu  ata- anasının uyğun ola...
10/02/2025

Uşaqlarının hündür olmasını istəyən valideynlərim, birinci onu bilin ki, övladınız boy uzunluğu ata- anasının uyğun olacaq. Lakin bəzi məsləhətləri əməl etsəz uşaqlarınız daha uca boy olarlar🙏🏼🙏🏼🙏🏼🙏🏼Uşaqların ən intensiv boyu ilk 15 ildə artır.
🙁Şirniyyat boy artımını tormozlayır. Qlükoza boy hormonunun ifrazını azaldır. Uşaqlarda boy artımı ən çox gecə baş verir. Axşam yuxudan qabaq uşaqların şirniyyat yeməsi boy artımına mənfi təsir edir. Lakin bu o demək deyilki uşaqlar şirniyyat yeməməlidir. Hər şey dərəcəsində gözəldir. Nizami Gəncəvi dediyi kimi "Artıq içiləndə dərd verir su da". 👏Uşaq rasionunun 5-16% i şirniyyat təşkil edə bilər. Uşaqlarda boy artımı həkimin dediyin normativdən geri qalırsa qidalanmanı tarazlayın! şirniyyatları səhər yeməyinə keçirin.Bu tövsiyə normal inkişaf edən uşağa kömək edəcək👍🏼 #

Burun boşluğundan gün ərzində təxminən 10.000 litr hava keçir. Bundan əlavə, burun mukozası patogenlərin (bakteriyalar, ...
24/01/2025

Burun boşluğundan gün ərzində təxminən 10.000 litr hava keçir. Bundan əlavə, burun mukozası patogenlərin (bakteriyalar, göbələklər, viruslar) ağciyərlərə nüfuz etməsinin qarşısın alır.
Müasir dövrdə bütün növ ksenobiotiklərlə havanın total çirklənməsi nəticəsində burun selikli qişası daimi funksional gərginlik vəziyyətindədir.
Burun və onun selikli qişasının xəstəlikləri son zamanlarda geniş yayılmışdır. Bir çox öskürəklərin səbəbi burun arxası axıntı və burunla tənəffüsün düzgün olmamasıdır. Burun selikli qişasının müdafiə funksiyalarının həyata keçirilməsi mürəkkəb struktur tələb edir. Burun keçidlərinin və turbinatların konfiqurasiyası nazofarenksdə inhalyasiya edilmiş havanın hərəkəti üçün turbulent xarakter yaradır və inhalyasiya edilmiş hissəciklərin selikli qişada çökməsinə kömək edir. Burun boşluğunun selikli qişası selikli ifrazatları daşıyan kirpikli hüceyrələrdən və bu ifrazı əmələ gətirən qədəh hüceyrələrindən, həmçinin qısa və uzun interkalasiyalı epitel hüceyrələrindən ibarət psevdostratifikasiya olunmuş kirpikli epitellə örtülmüşdür. ❗️Kirpikli hüceyrələrdə 250-300 kirpik var, uzunluğu 7 mikron və hündürlüyü 0,3 mikrondur. Burun mukozasının kirpikli epitelinin kirpiklərinin hərəkəti mikrotubulların sürüşməsi ilə həyata keçirilir.
Kirpiklərin dalğavari hərəkəti iki mərhələdən ibarətdir. 1️⃣ mərhələdə kirpik sürətlə hərəkət edir - bir qapaq, 2️⃣mərhələdə - yavaş-yavaş adi vəziyyətinə qayıdır. Bir hüceyrənin və hətta bir sahənin bütün kirpikləri vəhdətdə işləyir. 📢Kirpiklərin funksiyası burun mukozasının 28-33 ° C temperaturunda optimal fəaliyyət göstərir və bu fəaliyyət otaqda temperatur 22 ° C temperatur olanda baş verir. Otaqda 22 ° C çox istilik və nəm itkisi kirpiklərin titrəməsini dayandırır. Bu isə uşaqların daha çox həssas olmasına, daha çox allergizasiyasına və daha çox öskürməsinə və daha çox xəstələnməsinə səbəb olur. Bir sözlə evinizi sərin etsəz uşaqlar daha azan stələnər📣 ! Gözəl həftə sonu hər birinizə♥️

‼️Son günlər hər il olduğu kimi uşaqlar və böyüklər arasında İnfluenza A virusu sıx görülməkdədir. İnfluenza A virusu qı...
24/12/2024

‼️Son günlər hər il olduğu kimi uşaqlar və böyüklər arasında İnfluenza A virusu sıx görülməkdədir. İnfluenza A virusu qış aylarında yuxarı tənəffüs yollarının ən çox xəstəlik törədən viruslarındandır. Yəni bu virus həmişə qış fəslində olur və olacaq. ❗️Xəstəliyin gedişi böyüklərə nisbətən uşaqlarda daha ağırdır. Xüsusən təkrar-təkrar xəstələnmə halları, müalicə bitəndə yeni uşaqların yenidən xəstələnməsi, orta qulaq 👂və ağciyərdə 🫁 yaratdığı iltihablar çox üzücüdür. Virus hava damcı yolu ilə yoluxur və yoluxan şəxs 5 gün müddətindən ətrafa qarşı yoluxdurucu olur. Buna görə də bağca, məktəb, əyləncə məkanları kimi qapalı yerlərdə virusa yoluxma ehtimali daha çox olur.
Virusun əsas əlamətləri valideynlərin ən çox panikaya düşdüyü
1️⃣ 38 -39 dərəcədən yüksək temperatur,
2️⃣Baş ağrısı
3️⃣Əzələ ağrısı,
4️⃣Boğaz ağrısı,
5️⃣Öskürək,
6️⃣Burun axıntısı,
7️⃣Qusma və ishal. Bu əlamətlər sizə tanış gəlirmi? Çünki, son dövrdə bu şikayyətlərdən ən azı biri olmayan ailə yoxdur.
Bəs belə hallarda nə etmək olar. Xəstəliyin yüngül gedişində uşağın hərarəti düşənde onun əhvalı yaxşı olursa və maye içirse 5 gün gözləyirik. Uşaqlara ev şərsitində dinclik veririk. Burun boşluğumu daima dəniz suyu ilə yumaq, ağrıkəcisi və temperatursalıcı dərman (ibuprofen və ya panadol) vermək lazımdır. Xəstəlik 5-7 günə geriləyir. Digər simptomlar azalsa da öskürək anidən kəsilməz, bir müddət davam edə bilər. Əgər uşaqda nəfəs darlığı, tənəffüs sayında artma varsa həkimə müraciət edin. Tənginəfəsliyi uşağın qarın əzələsinə baxaraq 1 dəqiqədə nə qədər nəfəs alıb verdiyinə əsasən yoxlaya bilərsiniz.
Valideynlər arasında əsas səhvlır
1. Qızdırma salıcının dozasın düz verməmək.
2. Uşaqları isti saxlamaq. İsti haqqında post paylaşacam
Sağlam olun! #

Qəbizliyin müalicəsi 4 hissədən ibarətdir:1️⃣. Qidalanma. Qidalar lifli yəni qabıqla çiy şəkildə  (xüsusən, xiyar, gaval...
26/11/2024

Qəbizliyin müalicəsi 4 hissədən ibarətdir:
1️⃣. Qidalanma.
Qidalar lifli yəni qabıqla çiy şəkildə (xüsusən, xiyar, gavalı, əncir) və ya alaçiy balqabaq, kök) yeyilir.
Qoyun əti və keçi ətinə üstünlük verilir.
Kəpəkli çörək, quru meyvələr (qaragavalı, qaysı, əncir), bal, soyuq şəkildə salatlar.
⛔️Qəbizlik zamanı tövsiyə edilməyən qidalar: süd, dəmir preparatları, bulyon, düyü, meyvələrdən (heyva, armud, nar), süni meyvə suları, tünd çay və kofe,
Səhər yeməyindən sonra (eyni vaxtda ) defekasiya aktı. İlk vaxtlar şam ilə stimulyasiya. Nəcis ifrazına çağırış olmasa belə. SO4 sulfat tərkibli mineral sular.
2️⃣. İdman: 1. Hərəki aktivlik (gəzinti, üzgüçülük, pilləkənlə enmək və qalxmaq). 2. Qarnı dərindən içəri çəkib 10 kimi sayıb yavaş- yavaş buraxmaq (gündə 5 dəfə ). 3 qarnın ön divarını masaj etmək.
3️⃣Güvəc (qorşok) vərdişi
4️⃣Dərmanlar hekim tərəfindən təyin edilir.
Müalicə uzunmüddətli olur! Hətta illərlə davam edir.
Vazelin yağı, gənəgerçək yağı, balqabaqyağı (bağırsaq reseptorun qıcıqlandırır və peristaltikanı artırır. Digər tərəfdən səthi epitelin aktivliyin azaldır, su və elektrolitlərin sovrulmasın azaldaraq nəcis kutləsinin həcmini artırır. #2025

Uşağı tənbəlliyə valideynlər alışdırır. O oturubsa, valideynlər rahatdır, problemləri yoxdur. Tədricən uşaq inert, hərək...
04/10/2024

Uşağı tənbəlliyə valideynlər alışdırır. O oturubsa, valideynlər rahatdır, problemləri yoxdur. Tədricən uşaq inert, hərəkətsiz, tənbəl olur. Onu uşaqlıqdan zəhmətə, əməyə alışdırmaq, 4-5 yaşından xırda ev işlərinə buyurmaq lazımdır. Uşağın ən kiçik zəhmətini, yaxşı keyfiyyətlərini, uğurunu tərifləmək, qiymətləndirmək önəmlidir. Bu onlarda həvəs və ruh yüksəkliyi yaradacaq, onları inamlı olmağa sövq edəcək. Hörmət edilən, sevgini hiss edən uşaq öz gücünə əmin olur və həyatı sevir.
Və unutmayın: insanın tərbiyəsində ən ümdə məqam – əməyə vərdiş və sevginin olmasıdır.
Bu halda onun uğur qazanmağı qaçılmazdır. Bəs siz uşağınıza neçə yaşdan və hansı ev işlərini tapşırırsız? #

Hər bir orqanın öz funksiyası var. Burun ətin kəsdirmək istəyən valideynlər, bu postu oxuyun.  Istənilən   orqanda iltih...
23/09/2024

Hər bir orqanın öz funksiyası var. Burun ətin kəsdirmək istəyən valideynlər, bu postu oxuyun.
Istənilən orqanda iltihab baş verdikdə orda ödem şişkinlik yaranır.
Allergiya zamanı, bağırsaq problemində, qeyri sağlam qidalandıqda da burun selikli qişasının şişkinliyi yaranır, nəfəsalma çətinləşir. Təəssüf ki, "həkimlər" çox vaxt burun ətini kəsdirilməsin təcrid edirlər. Lakin həmin pasiyentlərdə əməliyyatdan sonra probləm həll olunmur və onun acısın uşaqlar problemin davam etməsi ilə çəkirlər.
Burun tıxanıqlığı varsa mütləq allergiya (rinit) inkar edilməlidir.
Adenoidlər(burun- udlaq badamcıqları) limfoid toxuma olub, orqanizmi infeksiyalardan mühafizə edir. Uşaq xəstələnəndə mikroorqanizmlərin öhdəsindən gəlmək üçün adenoidlər şişir.
Burun əti (adenoid)  5-6 yaşına qədər getdikcə böyüyür, sonra kiçilməyə başlayır və 11 yaşında yetkin bir insandakı ölçüsünə çatır. Adətən 12 yaşdan sonra yəni, cinsi yetişkənlik dövründən sonra involyusiyaya uğrayır(geriyə sovrulur). Öz təcrübəmdə 100 lərlə uşağı əməliyyatdan uzaqlaşdırmışam.
Uşaq sağalandan sonra normal halda bu vəz öz normal ölçüsünə qayıtmalıdır.
Əgər uşaq tez- tez xəstələnirsə, düzgün müalicə almırsa onlar öz əvvəlki ölçülərinə qayıda bilmir və uşaqlarda burun tənəffüsün çətinləşdirir. Uşaqlarda tənəffüs çətinləşməsi qırtlaq qapağı deformasiyaları zamanı müşahidə olunur. Adenoid hipertrofiya (şişkinliyi) olan insanda fransız aktyoru Fernandelə oxşarlıq yaranır- "Fernandel siması" formalaşır. Önəmli olan düzgün hiperdiaqnostikanın olmamasıdır. Daha qabarıq valideynlər tərəfindən müşahidə edilən yuxuda çətin nəfəs almaqla ifadə olunur. Əməliyyata göstəriş
III dərəcə adenoid, sinusit və ya orta qulaq iltihabı, orta qulaqda maye yığılmasına səbəb olursa, onun götürülməsi məsləhət görülür. 3-cü dərəcəli adenoid zamanı toxumalara - beyndə, sümük toxumasında oksigen təminatı pozulur, bəzi hallarda eşitməyə mənfi təsir edir. Burun ətinin fəsadları varsa, uşaq əməliyyat olunmalıdır. Bəs nə etmək lazımdır? Ardı var..
# ətini # göstərişsiz # kəsən .

Məktəbdə dədris  başlanmasına az qalıb lütfen...5 dəqiqə uşaqla əyləşin və ona izah edin ki, heç kimə boyuna, bədən çəki...
18/08/2024

Məktəbdə dədris başlanmasına az qalıb lütfen...5 dəqiqə uşaqla əyləşin və ona izah edin ki, heç kimə boyuna, bədən çəkisinə, dərisinin rənginə, ailə həyatına, geyiminə, evdən getirdiyi qidaya, yemək tərzinə və ya ona xoş olmayan nəyə görəsə gülmək olmaz.
İzah edin ki, hər gün eyni ayaqqabını geyinməkdə və ya köhnə ayaqqabı geyinməkdə heç bir p*s şey yoxdur.
Onlara izah edin ki, heç kimi özlərindən uzaqlaşdırmasınlar.
Onlara izah edin ki, kimisə cırratmaq, alçatmaq, sataşmaq ağrılıdır. Məktəb OXUMAQ üçündür neqativ yaymaq üçün deyil.
Onlara xatırladaq ki, bəzi uşaqlar məktəbdən sevilən ailələrə dönmürlər, ona görə də xeyirxah olmaq vacibdir.
Hər şey evdə başlayır❤️Biz pediatrlar deyilənlərlə çox rastlaşırıq. Məktəbə ən gözəl ləvazimatları hazırladığımız qədər ən düzgün davranışımız olsun🤗Fikirləriniz maraqlıdır. Hər kəsə xoş həftə sonu arzulayırıq🙏🏼
P. S. Xatırlayarsızsa bu yaxınlarda 5 ilini qeyd edirdik. Bu şəkilləri 5 il mənimlə olan uşaqların valideynləri yollayıb🙏🏼. Hər kəsə təşəkkürlər❤️‍🔥

18/06/2024

Address

Həsən Bəy Zərdabi Pr. , 3166
Baku

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00
Saturday 09:00 - 13:00

Telephone

+994703320504

Alerts

Be the first to know and let us send you an email when Dr. Nurangiz Hacıyeva MD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Nurangiz Hacıyeva MD:

Share

Category