29/10/2025
29 oktyabr 2025 tarixində Milli Hematologiya və Transfuzyologiya Mərkəzində “Sümük iliyi yetməzlikləri, Fanconi aplastik anemiyası, Chosal hemaphysial displaziya və Gaucher xəstəliyi” mövzularına həsr olunmuş elmi-praktik tədbir keçirildi.
Bu tədbir çərçivəsində hematologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən nadir qan xəstəliklərinin diaqnostikası, müalicə strategiyaları və klinik təcrübələr müzakirə olundu.
Facet MMC olaraq, bu əhəmiyyətli tibbi forumda tərəfdaş qismində iştirak etməkdən, mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparmaqdan məmnunluq duyuruq.
Belə tədbirlər, tibb elminin inkişafı, innovasiyaların tətbiqi və multidissiplinar əməkdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Tibbdə dəqiqliyə, yeniliyə və sağlam gələcəyə doğru birgə addımlayırıq!