Ürək-Damar Cərrahiyyə Uzmanı Dr.Cabir Gülmalıyev

Ürək-Damar Cərrahiyyə Uzmanı Dr.Cabir Gülmalıyev Ürək və Damar Cərrahı / Cardiovascular Surgeon Ürək və Damar Xəstəlikləri Uzmanı

19/03/2025

Damar tıxanıqlığı (ateroskleroz) uzun müddət əlamətsiz irəliləyə bilər, lakin bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.

Əgər bu simptomları hiss edirsinizsə, dərhal həkimə müraciət edin!

• Ürəkdə ağrı və sıxılma – Xüsusilə fiziki fəaliyyət zamanı yaranan və istirahətlə keçən sinə ağrısı (stenokardiya) ürək damarlarının tutulduğunu göstərə bilər.
• Ayaqlarda ağrı və şişkinlik – Uzun müddət gəzəndə və ya hərəkət edəndə yaranan ayaq ağrıları və şişkinlik arteriyaların tıxanıqlığından xəbər verə bilər.
• Soyuq və solğun ətraflar – Əlləriniz və ayaqlarınız həmişə soyuqdursa və rəng dəyişiklikləri varsa, bu, qan dövranının zəiflədiyini göstərə bilər.
• Baş gicəllənməsi və huşun itirilməsi – Beyin damarlarında tıxanıqlıq varsa, bu, qəfil baş gicəllənməsinə, görmə problemlərinə və hətta insult riskinə səbəb ola bilər.
• Təngnəfəslik və halsızlıq – Kiçik fiziki fəaliyyətlər zamanı belə nəfəs darlığı yaşayırsınızsa, ürək damarlarınızın tutulması ehtimalı var.

Bu simptomları hiss edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin! Damar tutulması erkən diaqnoz və düzgün müalicə ilə qarşısı alına bilər.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Koronar şuntlama əməliyyatı, ürəkdəki damarların tıxanması və ya daralması nəticəsində qan axınının məhdudlaşdığı hallar...
17/03/2025

Koronar şuntlama əməliyyatı, ürəkdəki damarların tıxanması və ya daralması nəticəsində qan axınının məhdudlaşdığı hallarda həyata keçirilir. Bu əməliyyat ürəyinizə daha yaxşı qan təchizatı təmin edərək ciddi ürək problemlərinin qarşısını alır.

Əməliyyatın zəruri olduğu hallar:
• Şiddətli ağrı – Müalicə ilə yaxşılaşmayan ürək ağrıları
• Koronar damarlarda ciddi daralmalar – Ürək damarlarında 70%-dən çox daralma
• Ürək çatışmazlığı – Ürəyin qan pompalama qabiliyyətinin azalması
• İnfarkt riskinin yüksək olması – Əgər damarlar tamamilə tıxanarsa, infarkt riski artır

Koronar şuntlama əməliyyatı ürəyinizin daha yaxşı işləməsi və həyat keyfiyyətinizin yüksəlməsi üçün vacib ola bilər!

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Daha Az Kəsik, Daha Tez Sağalma!Minimal invaziv ürək cərrahiyyəsi, ənənəvi əməliyyatl...
17/03/2025

Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Daha Az Kəsik, Daha Tez Sağalma!

Minimal invaziv ürək cərrahiyyəsi, ənənəvi əməliyyatlardan fərqli olaraq daha kiçik kəsiklərlə həyata keçirilir. Bu üsul xəstələrin daha az ağrı, daha sürətli sağalma və daha qısa xəstəxanada qalma müddəti yaşamasını təmin edir.

Minimal invaziv cərrahiyyənin üstünlükləri:
• Kiçik kəsiklər, daha az yara və iz
• Ənənəvi əməliyyatlardan daha az ağrı
• Sürətli sağalm
• Daha az qan itkisi
• Daha az infeksiya riski

Minimal invaziv üsul, ürək cərrahiyyəsində müasir və effektiv bir yanaşmadır!

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

17/03/2025

Siqaret tərkibindəki zəhərli maddələr yalnız ağciyərləri deyil, ürək-damar sistemini də ciddi şəkildə zədələyir.

🚭Çəkilən hər siqaret ürəyinizin daha çox işləməsinə və damarlarınızın zərər görməsinə səbəb olur.

Siqaretin ürək-damar sisteminə zərərləri:
• Qan təzyiqini artırır – Nikotin damarları daraldır.
• Xolesterol səviyyəsini yüksəldir – Ateroskleroz riskini artırır.
• Qan laxtalanmasını gücləndirir – İnfarkt və insult riskini artırır.
• Damar elastikliyini azaldır – Qan dövranını çətinləşdirir.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Ürək normalda 60-100 döyüntü/dəqiqə tezliyində döyünməlidir. Lakin bəzən ürək döyüntüləriniz normadan fərqli hiss olunur...
17/03/2025

Ürək normalda 60-100 döyüntü/dəqiqə tezliyində döyünməlidir. Lakin bəzən ürək döyüntüləriniz normadan fərqli hiss olunur. Bəzən qəfil sürətlənir, dayanırmış kimi olur və ya nizamsız döyünür. Bu, aritmiyadır.

Nizamsız ürək döyüntüləri bəzən stres, yorğunluq və ya kofein istifadəsi ilə bağlı ola bilər. Amma bəzən ciddi ürək xəstəliklərinin xəbərçisi də ola bilər.

Əgər bu əlamətləri yaşayırsınızsa, diqqətli olun:
🔻Tez-tez və səbəbsiz ürək döyüntüləri hiss edirsiniz
🔻Sinə nahiyəsində sıxılma, ağrı və ya narahatlıq hissi olur
🔻Başgicəllənmə və ya huşunu itirmə halları olur
🔻Səbəbsiz yorğunluq və halsızlıq hiss edirsiniz
🔻Nəfəs darlığı və ya boğulma hissi yaranır
🔻Gecə yuxudan qəfil ürək döyüntüsü ilə oyanırsınız

Bu simptomlar ürək ritm pozğunluğu ilə yanaşı ürək çatışmazlığı, hipertoniya, şəkərli diabet və digər xəstəliklərin göstəricisi ola bilər.
Vaxtında həkimə müraciət edin.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Aşağı ətraflarda ödəm ürək çatışmazlığının əsas əlamətlərindən biri ola bilər, lakin hər zaman ürəkmənşəli olmaya bilər....
14/03/2025

Aşağı ətraflarda ödəm ürək çatışmazlığının əsas əlamətlərindən biri ola bilər, lakin hər zaman ürək
mənşəli olmaya bilər.

Ürək çatışmazlığına bağlı ayaq şişkinliyini necə tanıyaq?

🔴Hər iki ayaqda simmetrik şişkinlik
🔴Axşama doğru artan və səhər azalan ödəm
🔴Nəfəs darlığı, yorğunluq, taxikardiya ilə müşayiət olunması

Ayaqda şişkinliyin digər mümkün səbəbləri:
🔻Böyrək və qaraciyər xəstəlikləri
🔻Venoz çatışmazlıq, varikoz
🔻Hormonal pozğunluqlar (tiroid, hamiləlik)
🔻Uzun müddət oturmaq və ya duzlu qidalar

Şişkinlik davamlıdırsa və əlavə simptomlar varsa, mütləq həkimə müraciət edin.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Niyə hipertoniya “səssiz qatil” adlanır❓Çünki bir çox insanda illərlə heç bir əlamət vermədən inkişaf edir. Lakin bu müd...
19/02/2025

Niyə hipertoniya “səssiz qatil” adlanır❓

Çünki bir çox insanda illərlə heç bir əlamət vermədən inkişaf edir. Lakin bu müddətdə damarları zəiflədir, ürəyi yükləyir və həyati vacib orqanlara təsir edir.

❕Araşdırmalara görə yüksək təzyiq insult riskini 7 dəfə, ürək çatışmazlığı riskini 6 dəfə, koronar damarlarda ateroskleroz riskini 4 dəfə artırır.
Yüksək təzyiqi olan xəstələrdə təzyiqi 1-2 mmHg aşağı salmaq belə ürək-damar xəstəliklərindən ölümləri əhəmiyyətli dərəcədə azaldır.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Sizdə tez-tez səbəbsiz nəfəs darlığı yaranır❓Xüsusilə istirahıt zamanı, pilləkən qalxanda və ya gecələr oyananda nəfəs a...
17/02/2025

Sizdə tez-tez səbəbsiz nəfəs darlığı yaranır❓
Xüsusilə istirahıt zamanı, pilləkən qalxanda və ya gecələr oyananda nəfəs almaqda çətinlik çəkirsiniz❓
Bu, ürək xəstəliklərinin xəbərçisi ola bilər❗

Nəfəs darlığı hansı problemlərə işarə edir?

• Ürək çatışmazlığı – Ürək bədənin ehtiyac duyduğu qədər qanı pompalaya bilmir.
• Ürək damarlarında tıxanma – Qan axını zəiflədiyi üçün oksigen çatışmazlığı yaranır.
• Aritmiyalar – Ürək ritm pozğunluqları orqanizmi oksigensiz qoya bilər.
• Mitral qapaq xəstəlikləri – Ürək qapaqları tam bağlanmadıqda və ya açılmadıqda nəfəs darlığı yaranır.

🔻Hansı hallarda həkimə müraciət etməlisiniz?
• Nəfəs darlığı sürətlə artırsa
• Sinədə ağrı, başgicəllənmə və ya yorğunluqla müşayiət olunursa
• Gecələr nəfəs çatışmazlığı ilə oyanırsınızsa.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

14/02/2025

Ürək sağlamlığı üçün 5 məsləhət:

🔻 Omega-3 yağ turşularını artırın – Omega-3 ürək-damar xəstəliklərinin riskini azaldır. Lazım gələrsə, həkim məsləhəti ilə omega-3 əlavələri qəbul edə bilərsiniz.
🔻 Qan təzyiqinizi izləyin – Hipertoniya (yüksək təzyiq) ürək çatışmazlığı və infarkt riskini artırır. Evdə nizamlı şəkildə təzyiqinizi ölçün və həkimlə məsləhətləşərək lazım gəldikdə dərman müalicəsinə başlayın.
🔻 Qandakı xolesterolu balansda saxlayın – P*s xolesterol (LDL) damarların tutulmasına səbəb ola bilər. Doymuş və trans yağlardan uzaq durun, lifli qidalar (yulaf, paxlalılar) qəbul edərək xolesterolu normada saxlayın.
🔻 İltihab əleyhinə qidalar qəbul edin – Xroniki iltihab ürək xəstəliklərinə səbəb ola bilər. Zəncəfil, sarıkök, qoz, yaşıl çay və yaşıl yarpaqlı tərəvəzlər iltihabı azaltmağa kömək edir.
🔻 Yuxu rejiminizə diqqət edin – Gecə 6-8 saat keyfiyyətli yuxu almaq ürək sağlamlığı üçün vacibdir. Yuxusuzluq və ya yuxu apnesi qan təzyiqinin artmasına və ürək xəstəliklərinə səbəb ola bilər.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Ürək xəstəliklərinin kökündə dayanan 5 səbəbi aşağıdakı kimi sıralaya bilərik:1. Düzgün olmayan qidalanma: Yağlı, yüksək...
03/02/2025

Ürək xəstəliklərinin kökündə dayanan 5 səbəbi aşağıdakı kimi sıralaya bilərik:
1. Düzgün olmayan qidalanma: Yağlı, yüksək kalorili və qida dəyərləri az olan qidaların qəbulu arteriyaların daralmasına və ürək xəstəliklərinə səbəb ola bilər.
2 Fiziki fəaliyyətsizlik: Hərəkətsiz həyat tərzi qan dövranını zəiflədir, piylənməyə və ürək-damar problemlərinə gətirib çıxarır.
3. Stres və psixoloji gərginlik: Uzunmüddətli stres hormon balansını pozur, təzyiqi artırır və ürək yükünü artırır.
4. P*s vərdişlər: Siqaret, alkoqol və narkotik istifadəsi ürəyin işini pozur, damarların sərtləşməsinə səbəb olur.
5. İrsi faktorlar: Ailə tarixində ürək xəstəliklərinin olması, genetik meyilliliyi artırır və risk faktorunu gücləndirir.

Bu faktorların qarşısını almaq üçün sağlam qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, stresi idarə etmək və mütəmadi tibbi müayinələrdən keçmək tövsiyə olunur.

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Ürək qapağı əməliyyatından sonra infeksiya riski hər zaman var. Burada diqqət edəcəyimiz əsas məqam ürəyə implantasiya e...
31/01/2025

Ürək qapağı əməliyyatından sonra infeksiya riski hər zaman var. Burada diqqət edəcəyimiz əsas məqam ürəyə implantasiya edilən süni qapağın infeksiyalaşmasıdır.

Bunun qarşısını almaq üçün:
🔻 Əməliyyat öncəsi mütləq stomatoloji müayinədən keçin
🔻 Ağız boşluğu gigiyenasına əməl edin
🔻 Diş prosedurları və ya cərrahi müdaxilələrdən əvvəl həkimin tövsiyə etdiyi antibiotikləri qəbul edin
🔻 Dişləri mütəmadi fırçalayın, diş həkimi müayinələrinə gedin
🔻 Əməliyyat kəsiyini təmiz və quru saxlayın
🔻 Sağlam qidalanın, siqaret və alkoqoldan uzaq durun
🔻 Qızdırma, halsızlıq və digər əlamətlərdə tibbi yardım alın

🌐 https://drcabir.az/

Ətraflı məlumat üçün:
📲 Telefon: (+994) 50 693 53 35
📍 Ünvan: Bona Dea Beynəlxalq Hospital

Address

Bona Dea International Hospital
Baku
1060

Alerts

Be the first to know and let us send you an email when Ürək-Damar Cərrahiyyə Uzmanı Dr.Cabir Gülmalıyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ürək-Damar Cərrahiyyə Uzmanı Dr.Cabir Gülmalıyev:

Share

Category