Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi

Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik Klinikasi aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır.

Klinika haqqında

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikas

ı Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.

Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çoxprofilli Tədris Terapevtik Klinikanın 400 çarpayılıq 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsində,eləcə də angioqrafiya,endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır. Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiya aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.) Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları, defibrilyatorlarla təchiz olunmuşdur. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir. Klinikada xəstələrin müayinə və müalicəsi ilə 20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.

04/04/2018

- MİLLİ MƏRKƏZİNDƏ MİLLƏTİN FACİƏSİ -

Hamınızdan maksimal paylaşım xahiş edirəm.

Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib sadəcə onu dinləməyimi xahiş etdi. Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi. Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gödüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi. Ona bildirdim ki, özüm gedib vəziyyəti gözlərimlə görmək istəyirəm. Dostumun xətrini çox istəsəm də vəziyyətin onun söylədiyi qədər acınacaqlı olduğunu təsəvvür etmirdim. Bu gün səhər saat 9.00-da Milli Onkologiya Mərkəzində oldum. Həyətə girişdən ilk baxışla ətrafda olan gözəllik dostumun qərəzli olduğu anlamını verirdi. Xəstəxanaya daxil olanların marşrutu ilə hərəkət etdim. Aydındır ki, oradakı mənzərə normal insanı üzməyə bilməz. Ancaq hərəkət etdikcə xəstələrlə qısa söhbətlər dostumun həqiqəti anlatdığını göstərdi. Ola bilər bəziləri üçün gördüklərim adi gələ bilər. Deməli onda ya mən insan deyiləm, yaxud belələri insanlıq hisslərini tamam itiriblər.

Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Tibb personalı verdiyim bütün sualları çox şübhə ilə qarşıladı və heç bir sualıma cavab vermədi. Kimyaterapiya aparılan mərtəbələrin birində xəstə ilə söhbət zamanı yaşlı bir tibb bacısı az qala məni – sanki terroristi, güclə oradan uzaqlaşdırdı (foto 8). Bu yaşımda çox təşkilatlarda, o cümlədən qapalılarında da olmuşam, ancaq bu qədər məxfilik, şübhəlilik heç bir yerdə görməmişdim. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Mənimlə söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanırdılar. Bəziləri isə mənə “bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır.

İndi isə müəyyən etdiyim, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırıram:

1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.

2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

İnsan əlindən dəhlizlərdə hərəkət etmək mükün deyil. Təxminən 50 kv.m. sahəsi olan, UZİ, qan analizi aparılan otaqda (foto 3) havasızlıq bir tərəfə insanların sanki Bakı avtobuslarındakı kimi sıx dayanmasını soruşduqda xəstələrin birinin mənə “rəhmətliyin oğlu, bizim gördüyümüz cəhənnəmin yanında bu cənnətdir” cavabı artıq sözə ehtiyac olmadığını göstərdi. Söhbət etdiyim xəstələr, onların qohumları hamısı bir ağızdan əsas problemin pul olduğunu bildirdilər. Kimisi borca düşdüyünü, kimisi faizlə pul götürdüyünü, kimisi isə evini satıb kirayələrdə qaldıqlarını bildirdilər.

Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Mənə yardımçı olan bir nəfər belə faciəni sadəcə görməyin normal insan sağlamlığı üçün təhlükəli olduğunu bildirdi. Keçirdiyim hisslər onun haqlı olduğunu tədiqlədi.

İndi isə Azərbaycan qanunvericiliyindən bəzi normaları Oqtay Şirəliyevin oxuması üçün diqqətə çatdırıram:

AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.

Başa düşürəm ki, Oqtay Şirəliyevin, Milli Onkologiya Mərkəzi rəhbərlərinin özlərinin və qohum əqrabalarının dəbdəbəli həyat sürməsi üçün çoxlu pul lazımdır. Ancaq bu pulların ölümlə üz-üzə dayanmış, cəhənnəm əzabı çəkən insanların hesabına əldə etmələrini heç cür başa düşə bilmirəm. Bir də millətin cəhənnəm əzabı çəkdiyi bir mərkəzin adının qarşısında MİLLİ sözünün olmasını ümumiyyətlə anlamadım.

P.S. Yuxarıda hamıdan bu yazının paylaşılmasını xahiş etdim. Burada isə, xüsusilə “Haqqın.az” saytının, “Azadlıq”, “Yeni Musavat” qəzetlərinin və özlərini müstəqil hesab edən bütün mətbuat nümayəndələrinin bu faciəni işıqlandırmalarını xahiş edirəm.

P.P.S. Milli Onkologiya Mərkəzində özləri, yaxınları müalicə alarkən rüşvət, süründürməçilik halları ilə rastlaşanlardan xahiş edirəm, bütün baş verənləri şərhlər və yaxud məktub bölümünə yazın.

28/02/2013

EKQ-nin sutkalıq monitorinqi -ÜİX -in və ürəyin ritm pozulmasının elektrofiziolojı instrumental üsuludur.
EKQ Holter monitorinq ücün göstərişlər
•Şıkayəti olmayan xəstələrdə həyat ücün təhlükəli aritmiyanın riskinin qıymətləndirilməsi
o Hipertrofik kardiomiopatiya
o Təzəlikcə keçirilmiş miokard infarktı, ürək çatışmazlığı və ritm pozğunluğu ilə ağırlaşdıqda
o QT-nin uzanması sindromu
•Antiaritmik müalicənin qiymətləndirilməsi və proaritmik effektin aşkar olunması
•Ürək əzələsinin qan təhcizatının pozulması
o Prinsmetal tipli variant stenokardiyasına şübhə olduqda
o Müstəsna hallarda miokard infarktınndan sonra xəstənin sonrakı müalicə taktikasını müəyyən etmək ücün
o Müstəsna hallarda ÜİX-li xəstələrin müalicənin effektivliyini öyrənmək ücün
•Xəstələrdə sinus ritminin tsiklik variabilliyinin öyrənilməsi
o Miokard infarktı keçirilmiş xəstələrdə
o Ürək çatışmazlığı ilə
o Şəkərli diabet və ya gecə apnoe sindromu zamanı vegetativ sinir sisteminin funksiyasının pozulmasına mübhə olduqda
•Elektrostimulyatorların fəaliyətinin qıymətləndirilməsi
o Xəstənin şikayəti aritmiya şübhəsi yaratdıqda
o Stimulyatorun fərdi programlaşması, məsələn taxikardiya olduqda yüksək tezliyə qoyulması və ya xəstənin aktivliyindən asılı olaraq ritm tezliyinin korreksiyası
o QT-nin uzanması sindromu olduqda QT-nin sutkalıq intervallarının qiymətləndirilməsi.

Xolter-monitor Cardioline
-ideal reqistrator, 7 gün ərzində, 12 kanallı EKQ aparmaq qabiliyyəti
-böyük rəmgli displey
-bluetooth -la təminat
-səs yazma funksiyası
-monitoring müddətində xəstənin vəziyyətini (oturub, ayaq üstə və ya uzanmış) təyin etmək
Opsiyalar
•intervalların ölçulməsi
•interpretasiya
•aritmiyanın təyini
•Ürək ritminin variabilliyi
•Əlavə yaddaş (20 EKQ)

Xəstənin planlı müayinəsində, müalicə həkiminin funksional diaqnostika şöbəsinə qabaqcadan xəstəlik tarixi ilə müaraciəti vacibdir.

28/02/2013

Elektrokardioqrafiya - ürək qan-damar sisteminin müayinəsində ilkin mərhələ olub sonrakı diaqnostik mərhələlərin aparılması ücün təməl qoyur. Metodun sadə aparılmasına baxmayaraq yüksək informativ metod hesab olunur.
Ekq aparılmasına göstərişlər:
1.Ürək xəstəliyinə şübhə olduqda və xəstəlik ücün yüksək risk olduqda. Əsas risk faktorları:
•Hipertoniya xəstəliyi
•Kişilər üçün 40-dan yuxarı yaş
•Papiros çəkmə
•Hiperxolesterinemiya
•Keçirilən infeksiya
•Hamiləlik
2.Ürək xəstəsinin vəziyyəti pisləşdikdə, ürək nahiyyəsində ağrı olduqda, təngənəfəslik artıqda və aritmiya yarandıqda.
3.İstənilən cərrahi müdahilədən əvvəl.
4.Daxili üzvlərin, endokrin vəzlərin, sinir sisteminin, burun-boğaz-qulaq xəstəlikləri, dəri xəstəlikləri və s. Zamanı ürəyin prosesə qoşulması təhlükəsi olduqda.
5.Sürücü, pilot və dənizçilərin ekspertizası üçün.
6.Profesional risk təhlükəsi olduqda.
Terapevt (kardioloq) tövsiyyəsinə əsasən ürəkdə üzvi və funksional dəyişikliyi differensiasiya etmək, dərman probası (nitroqliserinlə, obzidanla və kaliumla), həmcinin hiperventilyasiya və ortostatik yük sınağı aparmaq ücün.
Elektrokardioqraf Cardioline Cardiette AR 2100 adv - 12 kanallı - tez və keyfiyətli, boyük xəstə axını yoxlamaq üçün imkan verir.

Elektrokardioqraf Cardioline Cardiette AR 2100 adv - 12 kanallı - tez və keyfiyətli, boyük xəstə axını yoxlamaq üçün imkan verir.

20/01/2013

Klinikanın ULTARASONOQRAFİYA kabinetlərində müayinələr Cənubi Koreyanın istehsalı olan, özündə müasir ultrasəs texnikasının ən son nailiyyətlərini cəmləşdirən Medison Şirkətinin "Sonoace 8000-live" cihazları vasitəsilə həyata keçirilir. Bu aparatların köməyi ilə qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzin müayinələri, uşaqlarda bud-çanaq oynaqlarının müayinəsi və geniş neyrosonoqrafik müayinələr aparılır. Aydın və həcmli görüntüyə malik rəngli dopplerlə təchiz olunmuş avadanlıqlar doppler əyriliyinin avtomatlaşdırılmış təhlilini aparmaq imkanı yaradır. Bu isə diaqnozu dəqiq müəyyən etməyə imkan verir. Rəngli doppleroqrafiya vasitəsi ilə arteriya və venalarda daralmanı, varikoz genəlməni, anevrizmləri, trombları, damar çatışmazlığını və bunun ağırlıq dərəcəsini dəqiq təyin etmək olur.

Eyni zamanda Live 3D/4D real zaman daxilində 3 ölçülü təsvirin alınmasına imkan yaradır. Bu isə diaqnozun dəqiq müəyyən edilməsinə və düzgün müalicə aparılmasına kömək edir.

3D image optimizing rejimi vasitəsi ilə akustik yumşaq və sərt strukturları ayırmaq mümkün olur. Vocal (Virtual Organ Computer Aided anaLysis) proqramın köməyi ilə mürəkkəb strukturların (kista, prostat vəzi və s.) maksimum dəqiqliklə həcmini müəyyən etmək olur.

Tissue Harmonic Imaging - toxuma harmoniyası proqramı ilə, piy toxuması həddən artıq inkişaf etmiş şəxslərdə, dalğların dəri, dərialtı toxuma, qabırğalardan seçiçi olaraq keçməsini təmin olunaraq patoloji dəyişikliklər aşkar olunur.

02/01/2013

Все вирусы герпеса имеют свойство латентно находиться в организме человека долгие периоды времени.

Вирус имеет сродство к тканям слюнных желез, что зачастую позволяет находить и локализовывать его именно там. Данный вирус, как и все вирусы герпеса, имеет свойство постоянно находиться (персистировать) в организме человека при однократном заражении, однако сам по себе он не сильно заразен, поскольку для этого требуются частые и тесные контакты с носителем.

ЦМВ также весьма широко представлен в популяции, однако антитела в организме человека начинают выделяться самостоятельно. Как правило, антитела обнаруживают у 10—15 % подростков и 40 % людей от 30—35 лет.
Заражение

Заражение ЦМВ происходит:[3]
воздушно-капельным путем, а также через слюну при поцелуях;
половым путем — при контакте со спермой и слизистой матки;
при переливании крови;
при родах и во время пребывания ребенка в утробе в процессе беременности;
через молоко матери при грудном кормлении ребенка.
[править]
Клинические проявления

Срок от 20 до 60 дней считается инкубационным для ЦМВ, тогда как острая фаза заболевания длится от 2 до 6 недель. При этом проявляются: повышение температуры тела, признаки общей интоксикации, слабость, ознобы, головные боли, боли в мышцах, явления бронхита. Впоследствии под действием вируса происходит перестройка иммунной системы организма, готовящейся к отражению атаки. Однако в случае нехватки сил организма острая фаза переходит в более спокойную форму, когда зачастую проявляются сосудисто-вегетативные расстройства, а также поражения внутренних органов. В данном случае возможны три проявления заболевания:
ОРВИ (острая респираторная вирусная инфекция) — в данном случае представлены все симптомы ОРВИ — слабость, общее недомогание, быстрая утомляемость, немного повышенная температура тела, головные боли, насморк, увеличение и воспаление слюнных желез, белесоватые налеты на языке и деснах; иногда возможно наличие воспаленных миндалин.
генерализованная форма — поражение ЦМВ внутренних органов (воспаление печеночной ткани, надпочечников, почек, селезенки, поджелудочной железы). Данные поражения органов могут стать причиной бронхита, пневмонии, что ещё более ухудшает состояние и оказывает повышенное давление на иммунную систему. При этом лечение антибиотиками оказывается менее эффективным, нежели при обычном протекании бронхита и/или пневмонии. Вместе с тем может наблюдаться уменьшение тромбоцитов в периферийной крови, поражение стенок кишечника, сосудов глазного яблока, головного мозга и нервной системы. Внешне проявляется, в дополнении к увеличенным слюнным железам, кожной сыпью.
поражение органов мочеполовой/мочевыводящей системы — проявляется в виде неспецифического и периодического воспаления. При этом, как и в случае бронхита и пневмонии, воспаления плохо поддаются лечению традиционными для данного локального заболевания антибиотиками.

Также в случае заражения беременной женщины возможна патология плода, когда плод заражается поступившим в кровь извне ЦМВ, что приводит к невынашиванию плода (одна из наиболее частых причин). Также возможна активизация латентной формы вируса, заражающего плод через кровь матери. Заражение приводит либо к гибели ребенка в утробе/после родов, либо к поражению нервной системы и головного мозга, что проявляется в различных психологических и физических заболеваниях. Особое внимание необходимо уделять ЦМВИ у плода (внутриутробная цитомегаловирусная инфекция), у новорожденного и детей раннего возраста. Важным фактором является гестационный период заражения, а также тот факт наступило ли заражение беременной впервые или произошла реактивация инфекции — во втором случае вероятность инфицирования плода и развития тяжёлых осложнений существенно ниже[4].

Цитомегаловирус является одним из факторов, вызывающих развитие влажной макулодистрофии.[5][6][7]

31/12/2012

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS-TERAPEVTİK KLİNİKASININ
YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

Azərbaycanda tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin klinik fənləri tədris edən bir çox kafedralarının hal-hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir. Klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılması məqsədilə qərara alıram:

1. Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası yaradılsın.

2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan tikinti işlərinin başlanılması üçün Azərbaycan Tibb Universitetinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin və tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 11 sentyabr 2007-ci il

27/12/2012

Ля́мблии, или жиа́рдии (лат. Giardia) — род жгутиковых протист из отряда дипломонадид (Diplomonadida). Паразитируют в тонком кишечнике человека и многих других млекопитающих, а также птиц.

Один из видов этого рода — кишечная лямблия (Giardia intestinalis) (синонимы — Giardia lamblia и Giardia duodenalis) — возбудители лямблиоза человека.
История изучения

Впервые кишечная лямблия описана врачом Лямблем в 1859 году как возбудитель Лямблиоза. Культивирована in vitro только в 1959 году советским ученым Карапетяном.
Строение и биология

Лямблии, как и другие дипломонады, имеют два ядра и двойной набор органоидов — четыре пары жгутиков, два медиальных тела. Само тело имеет грушевидную форму: передний конец расширен и закруглён, задний — сужен и заострён. Для этого рода характерен сложно устроенный прикрепительный диск, а также полное отсутствие цитостома. Размеры тела от 10 до 18 мкм. Способны образовывать цисты. Зрелые цисты имеют овальную форму, 4 ядра и несколько аксостилей. Лямблии — анаэробы. Они лишены митохондрий и аппарата Гольджи. У них обнаружены рудиментарные митохондрии — митосомы, имеющие двойную мембрану и снабжаемые белками тем же способом, что и митохондрии (см. Внутриклеточная сортировка белков), но лишённые генетического материала.

С помощью вентрального прикрепительного диска лямблии прикрепляются к микроворсинкам тонкого кишечника. Питаются они, видимо, только переваренной пищей хозяина путём пиноцитоза.
Жизненный цикл

Размножаются в активном состоянии (на стадии трофозоита) путем продольного деления надвое. Во внешнюю среду с фекалиями хозяина попадают как трофозоиты, так и образующиеся в кишечнике цисты. Выживают во внешней среде только цисты, попадающие в организм новых хозяев фекально-оральным путем (с зараженной водой или пищей).
Патогенность
Основная статья: Лямблиоз

Лямблии являются причиной заболевания, связанного с их паразитизмом в тонкой кишке, иногда в желчном пузыре — лямблиоза. Чаще всего болеют дети, начиная с трёхмесячного возраста. Большие количества лямблий, которые покрывают обширные поверхности кишечной стенки, нарушают секреторную функцию кишечника, процесс всасывания жиров, жироподобных веществ, углеводов, а также моторную функцию кишечника. Могут вызывать механические воздействия, раздражая эпителий двенадцатиперстной кишки. Лямблии оказывают сильное токсическое воздействие на организм.

25/12/2012
23/12/2012

Tədris Terapevtik Klinika fəaliyyətə başlamazdan əvvəl qarşıda duran prioritet məsələlərdən biri də ölkəmizin bu möhtəşəm universitet klinikasında MÜASİR TEXNOLOGİYA və ELMİ YANAŞMAya əsaslanan DƏQİQ DİAQNOSTİKA xidmətinin yaradılması olmuşdur. Klinikanın ən müasir cihazlarla təchiz olunmuş, tam avtomatlaşdırılmış KLINIK-DIAQNOSTIK LABORATORIYASININ yüksək peşəkarlığa malik personalı Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs Universitetinin xəstəxanasına ezam edilmiş, planlı təcrübə kursu keçmişlər.

Klinik Diaqnostik Laboratoriyada bu xidmətin bütün bölmələri fəaliyyət göstərir: (Klinik Biokimya; Klinik Mikrobiologiya; İmmunologiya və Allerqologiya; Hematologiya; Molekulyar genetika; PZR).

Biokimya bölməsi Almaniyanın SİEMENS şirkətinə məxsus, 15 dəq. müddətində nəticə verə bilən, saatda 800 test etmə imkanına malik "Dimension max" və saatda 400 test etmə imkanına malik "Dimension Xpand" biokimyəvi analizatorları ilə təchiz edilmişdir.

Ən müasir texnologiyaları özündə cəmləşdirən, bu cihazlar rutin biokimyəvi testlər, dərman monitorinqi, sidikdə narkotiklərin skrininqi, kardio-markerlərin dəqiq və sürətli ölçülməsi, şiş markerləri və hormonların təyininə imkan verir.

Bundan başqa, biokimya bölməsində ABŞ-ın Qida və Dərman agentliyi (FDA) tərəfindən keyfiyyətinə zəmanət verilmiş TRİAGE CARDİAC PANEL sistemində kardioloji markerlər ən qısa müddətdə təyin olunur ki, bu da təcili yardım və reanimasion hallarda əsaslı, təxirəsalınmaz tibbi müdaxilənin təşkilinə imkan verir. TRİAGE TOX DRUGS DS PANEL-ində isə asetaminofen, ekstazi, barbiturat, benzodiazepin, kokain, he**in, fenisiklidin, trisiklik antidepressantlar, marixuana, metadon kimi dərman maddələri və narkotiklərin səviyyələri qısa müddətə təyin edilir.

Klinik mikrobiologiya bölməsində mikrobiologiya sahəsində dünyanın ən güclü sistemlərinə malik BİOMERİEUX (Fransa) şirkətinin VİTEK 2 və BACT-ALERT cihazları mövcuddur. Dünyanın ən unikal cihazlarından sayılan VİTEK 2 avtomatlaşdırılmış sistemində bakterial və funqal mənşəli patogenlərin ən dəqiq identifikasiyası və antibiotiklərə həssaslığı minimal inhibisiya konsentrasiyası səviyyəsində təyin edilir. BACT-ALERT cihazında isə ən qısa müddətdə qan, likvor və s. kimi steril orqanizm mayelərindən bakterial və funqal patogenlər izolə edilir. Sistemin içərisindəki adsorbentlər hətta antibiotikoterapiya periodunda belə, törədicilərin izolə edilməsinə imkan verir. Bu sitemdə eyni zamanda vərəm mikobakteriyalarını ən qısa müddətə izolə etmək mümkündür.

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq Tədris Terapevtik klinikanın bakterioloji laboratoriyası avadanlıq və mütəxəssisləri ilə müasir dünya standartlarına uyğun fəaliyyət göstərir və bu işdə ölkənin digər klinikaları üçün mütəxəssislərin hazırlanması ilə məşğul olur.

Bundan başqa, ən həssas testlərdən olan QuickVue Chlamydia test və Mycoplasma IST test (BioMer, Fransa) sistemləri də geniş yayılmış urogenital infeksiyaların bizim laboratoriyada dəqiq diaqnozuna imkan verir. Uşaqlarda ishalın əsas törədiciləri arasında 60% hallarda yer alan viruslar laboratoriyamızda VİKİA ROTA-ADENO (BioMer, Fransa) sistemində təyin edilir. StrepA testi isə A qrupundan olan beta-hemolitik streptokokların (tonzillit, revmatik qızdırma, qızıl yel, skarlatina kimi xəstəliklərin törədiciləri olan S.pyogenes) əsnəkdən alınmış patoloji materialda sürətli təyininə imkan verir ki, bu da mülaciə həkiminə vaxt qazandırır.

HUBT 20А- ureaza tənəffüs testi cihazında isə Azərbaycanda ilk dəfə olaraq, mədə və onikibarmaq bağırsaq xorası, qastroduodenit, mədə xərçəngi kimi xəstəliklərin törədicisi olan H.pylori təyin edilir. Bu, H.pylori təyinində xəstəyə minimal narahatlıq verən, ən dəqiq və həssas test hesab edilir.

Klinik Mikrobiologiya bölməsində həmçinin ABŞ istehsalı olan COPRO SYSTEM plus; URIN SYSTEM plus; A.F. GE***AL SYSTEM; TRİAGE PARASİTE PANEL (E.histolytica, G.lamblia, C.parvum) sistemləri ilə müxtəlif etiologiyalı infeksion proseslərin diaqnozu yüksək dəqiqliklə təyin edilir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azerbaycan Tibb Universitetinin Tedris-terapevtik klinikasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share