۞PaToLoGiYa۞

۞PaToLoGiYa۞ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ۞PaToLoGiYa۞, Health/Medical/ Pharmaceuticals, Baku.

01/05/2013

dashli xolisistit

Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünə qədər ola bilər.
Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində yardımçı olmaqdır. Gün ərzində 500-600 ml öd ümümi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gələrsə (məsələn, yağlı yemək yeyən zamanı) öd kisəsi yığılaraq onu ümümi öd axarına ata bilir. Öd özlüyündə çoxkompenentli bir sistem olub sudan (90%) və üç əsas lipid mənşəli maddələrdən təşkil olunmuşdur (80% öd turşuları, 16% lesitin və digər fosfolipidlər, 4% xolesterin (Harrison, 2005). Bundan əlavə, ödün tərkibində az miqdarda da olsa elektrolitlər, bilirubin, proteinlər, amin turşuları, sterioidlər, vitaminlər, ağır metallar, dərman və toksinlərdə ola bilər. Öd kolloid məhlul olsa da uzun müddət stabil və dayanıqlı vəziyyətdə qala bilir. Normal insan ödü xarici mühitdə 90-120 saat (nukleasiya müddəti) stabil vəziyyətdə qalır. Yalnız bu müddət keçdikdən sonra ödün tərkib hissələri çökməyə başlayır.
n kolloidal stabiliyini xolesterinlə öd turşuları və fosfolipidlər arasındakı ekvivalent mütənasiblik təmin edir. Xolesterin suda həll olunmasa da öd turşuları və fosfolipidlərin koməyi ilə həll olunmuş vəziyyətdə olur. Öddə xolesterinin miqdarı artarsa və öd turşuları və fosfolipidlərin miqdarı azalarasa öd kolloidal stabilliyini itirərək tez çökməyə meyilli olur. Öd daşı xəstəliyi olan xəstələrdə xolesterinin öddə çəkisi 8%-ə qədər yüksəlir. Məhz xolesterinin öddə yüksəlməsi öd daşı xəstəliyinin yaranmasına təkan verən əsas faktorlardandır. Təsadüfi deyildir ki, öd daşlarının 80%-i xolesterin mənşəli olur.
Səbəblər və risk faktorları
- Hamiləlik və qadın cinci. Xolesterin mənşəli öd daşları qadınlarda daha çox rast gəlinir. Bu daha çox hamiləliklə əlagələndirilir. Hamiləliyin 3-cü trimesterində öddə xolesterinin miqdarı artır və hamilə qadınlarda yemək zamanı öd kisəsinin hərəkətliliyi zəifləyir (Harrison, 2005). Bununla da ödün kolloidal stabilliyi pozulur və o çökməyə meyilli olur. Tədqiqatlar göstərir ki, hamilə qalan qadınların 20-30%-də öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 5-12%-də öd daşı inkişaf edir. Digərlərində isə ödün kolloidal stabilliyi və axıcıllığı tam bərpa olunur. Digər bir nəzəriyyəyə görə esterogenlər qaraciyərdə lipoprotein reseptorlarını stimulyasiya edir və qida ilə daxil olan xolesterinin maksimal mənimsənilməsini təmin edir. Bununla da öddə xolesterinin miqdarı artmış olur.
- Oral kontraseptivlərin (hamiləliyin qarşısının alınması üçün dərman maddələrinin qəbulu) istifadəsi də xolesterin mənşəli öd daşlarının əmələ gəlmə ehtimalını artırır.
- Aşağı kalorili qidalanma da xolesterin mənşəli daşların əmələ gəlməsinin səbəblərindən biri hesab olunur.
- Piylənmə öd daşının əmələ gəlməsinin səbəblərindən biridir. Öd turşularının miqdarı normada olsa da ödə infaz olunan xolesterinin miqdarı artmış olur.
- Çəkinin azalması. Bu zaman toxumalarda olan xolesterin mobilizasiya olunaraq qanda, eləcə də öddə artır . Yanaşı olaraq öd turşularının miqdarında da azalma baş verir. Xüsusilə də çəkinin birdən düşməsi öd daşlarının formalaşmasına təkan verən əsas faktorlardan biri hesab olunur. Odur ki, çəkinin atılmasının tədricən olması məsləhət götülür və atılan çəkinin həftədə 1.5 kq-dan çox olması məqsədəuyğun deyil (Marschall, 2007).
- Öd kisəsinin ləng hərəkətlili olması – hipomator diskineziya. Bu zaman ödün xaric olması ləngiyir və öd kisədə daha uzun müddət qalmalı olur. Yuxarıda qeyd etdiyimiz kimi ödün stabil qalması müddəti (nukleasiya müddəti) normada 90-120 saatdır. Motilliyinin zəif olması ödün kisədə daha uzun müddət qalmasına səbəb olur ki, bu da xolesterinin çökmə ehtimalını artırır. Öd kisəsinin ləngliyinə uzunmüddətli parentral qidalanma (vena daxili), ac qalma, hamiləlik, Octriotid kimi dərman maddələri səbəb ola bilər.
- Yoğun bağırsaq xəstəliklərində öd turşularıın geri sorula bilməməsi səbəbindən enterohepatik tənzim mexanizmi pozulur və xolesterinlə öd tuşuları arasında olan müvazinət pozulur.
- Biliar sirroz kimi qaraciyər xəstəliklər öd turşularının sekresiyasının azalmasına səbəb olur. Öd turşularının azalması isə xolesterinin həll olunmasında çətinliklər yaradır və onun çökməsinə gətirib çıxarır. Digər tərəfdən, sirroz, öd yollarının infeksiyaları kimi qaraciyər xəstəliklərində öddə bilirubinin miqdarı da artmış olur ki, bu da piqment daşlarının yaranmasına gətirib çıxarır.
- Xroniki hemolitik anemiya piqment mənşəli öd daşlarının əmələ gəlməsinə səbəb ola bilər
- CYP7A1 genində deffekt öd turşularının sekresiyasının azalmasına gətirib çıxarır və bu səbəbdən də ödün kolloidal stabilliyini pozur
- Clofibrate terapiyası
- Yaşlılıq. Yaşa dolduqca ödə xolesterin ifrazı artır və öd turşularının yaranması isə azalır.
- MDR3 genin deffekti nəticəsində fosfolipid ifrazının azalması da öz növbəsində öddə xolesterinin həll olunma qabiliyyətini pozmuş olur.
Əlamətlər
Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfı tapıntı kimi müəyyən olunur. Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır.
- Biliar tutmalar. Daşın kisə axarı və ya ümumi qaraciyər axarı daxilində intralüminal təzyiqi artırması və gərilmə yaratması üzündən epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Biliar tutmalar qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən biliar tutmalar kəskin xolesistin inkişafından xəbər verir. Biliar tutmalar yağlı və ya ifrat dərəcədə çox yeməklə təhrik edilir. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur.
- Ürəbulanma və qusma bir çox hallarda biliar tutmalarla paralel müşahidə edilə bilər.
- Bilirubin və qələvi fosfatazanın yüksəlməsi – daşın öd kisəsi ilə yanaşı ümumi öd axarında da olmasına sübhə yaradır
- Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir.
- Üşütmə xolangitin inkişafını göstərən əlamətdir. Xolangit daha çox öd daşının ümumi öd axarını tutmasının fəsadı kimi infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması nəticəsində inkişaf edir.
Fəsadları
- Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı
- Xoledoxolitiaz – ümumi öd axarında daşın olması
- Sarılıq – daşın ümumi öd axarını obtürasiya etməsi
- Xolangit - öd daşının ümumi öd axarını tutmasının nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması
- Kəskin pankreatit – mədəaltı vəzinin iltihabı
- Öd daşı keçməzliyi – öd daşı bağırsaq keçməməzliyi törədə bilər
Müayinələr
- Qanın ümumi analizi
- Qanın biokimyəvi analizi (məsələn, bilirubin və fraksiyaları, qələvi fosfataza, ALT, AST )
- Abdominal Ultrasonoqrafiya
- Abdominal Komputer Tomoqrafiyası
- Abdominal Rentgen müayinəsi
- Endoskoipk Retroqrad Xolangioqrafiya (ERCP)
- Oral xolesistoqram
- Öd kisəsinin radionuclide müayinəsi
Bəzi situasiyalarda aşağıdakı müayinələrdə oluna bilər
- Nəcisdə yağın təyini
- Sidikdə bilirubinin təyini
- Abdominal Maqnit Rezonans Tomoqrafiyası
Müalicə
Yuxarıda qeyd etdiyimiz kimi öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən hali olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Müəyyən olunmuşdur ki, asimptomatik öd daşları zamanı cərrahi əməliyyat ehtiyac yarada biləcək şikayətlərin meydana çıxma ehtimalı 1-2%-dir. Digər 20% insanlarda öd daşı yuxarıda sadalanan şikayətlər törədir.
Hansı hallarda öd daşının müalicəsi vacibdir Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır (1) öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır, (2) öd daşının ilkin ağırlaşmalarının olması kəskin xolesistit, pankreatit və s., (3) öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verən faktorların olması kalsifikasiya olunmuş öd kisəsi, daşların 3 sm-dən böyük olması, öd kisəsində anadangəlmə anomaliyalar.
Öd daşı xəstəliyinin iki müalicə üslu var konservativ və cərahi.
Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən istifadə edilir. Öd daşının diametri 10 mm-dən kiçik olarsa xəstələrin 50%-də 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə (gündə 8-10 mgkg dozada) effekt verir (Harrison, 2005). Əgər daşın diametri 5 mm-dən kiçik olarsa bu zaman konservativ müalicənin effetivliyi 70%-dən çox olur. Öd daşının konservativ müalicəsinin daha bir üsulu ekstrakorporal (bədən xaricindən) dalğa şoku ilə litotripsiyanın aparılmasıdır. Amma litotripsiya üçün xəstə çox ehtiyatla seçilməlidir öd daşının ölçüsü 2 sm-dən kiçik olmalı, daşlarım sayı bir neçə olmalı və öd kisəsinin yığılma qabiliyyəti normal olmalıdır.
Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya – öd daşı xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılmasına olan göstərişlər çox daralmışdır.
Proqnoz
Müalicə alanların 99%-də əlamətlər təkrar olunmur.
Profilaktika
- Yağlı yeməklərin azaldılması
- Hərəkətlilik
- Piylilik zamanı tədricən arıqlama (həftədə 1,5 kg)

01/05/2013

Şəkərli diabet
Milyonlarla insan şəkərli diabetdən əziyyət çəkir. Yalnız Amerika Birləşmiş ştatlarında diabet xəstələrinin sayı 23 milyondur. Hər 20 dəqiqədə 1 diabet dianozu təsdiqlənir. Diabetin müalicəsinin müvəffəqiyyəti adətən xəstədən asılı olur. Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır.
Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara da öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır. Və həmin qlökozanın hüceyrələrə daxil olması üçün 2 əsas faktor olmalıdır bunlardan birincisi hüceyrələrdə kifayət qədər qapılar olmalıdır (reseptorlar), ikincisi isə həmin qapıları aça bilmək üçün insulin adlanan maddə olmalıdır ki, həmin maddələr hüceyrələrə daxil ola bilsin. Enerjisiz bütün hüceyrələr ölür.
İnsulin mədəaltı vəzidə əmələ gəlir və qandakı qlükozanın miqdarından asılı olaraq qana porsiyalarla ifraz olunur. iabet zamanı insulinin kifayət qədər olmaması ( tip 1) və ya hüceyrələrdə qapıların (reseptorların) az olması (tip 2) hüceyrələrin kifayət qədər enerji almamasına səbəb olur. Nəticədə qanda olan qlükoza hüceyrələrə keçə bilmir. iabet yoluxucu deyil. Əmələgəlmə səbəbləri hələ də tam məlum deyil. Lakin irsi faktorların bu xəstəliyin əmələ gəlməsində rolunun olduğu artıq aydındır.
Simptomları
Diabet sizin qanınızda şəkərin yuxarı olduğu aşkarlananda məlum olur. Ümumi əlamətləri
- Susuzluq
- Sidik ifrazının tezliyinin artması
- Aclıq
- Çəkinin itməsi
- Üzülmə
- Görmədə dəyişikliklər
- Dərinin qaşınması
Qanda qlükozanın normallaşdırılmaması komaya və ölümə gətirib çıxara bilər.
Müalicə
Xəstəliyin tipindən asılıdır. İnsulin azlığından əmələ gələn diabetdə (1 ci tip) xəstələr mütləq insulin iynəsi almalıdırlar. Eyni zamanda qidalarında da pəhrizə riayət etməlidirlər. İnsulin gündə bir neçə dəfə vurula bilər. Təəssüf ki tablet şəklində insulinin hazırlanması hələ də mümkün olmamışdır. 2 ci tip diabetdə (hüceyrə qapıları az olan) insulinə ehtiyac olmaya bilər. Lakin pəhriz və sağlam həyat tərzinə riayət etmək mütləqdir.
Diabetin nəzarətdə saxlanılması
- Düzgün qidalanma
- Bədən tərbiyəsi
- Qanda şəkərin normal səviyyədə saxlanması
- Dərmanların vaxtında qəbulu
- Diabet barədə oxumaq
- Çəkinizin normada saxlanması
- Bədəninizdə piy toxumasını azaltmaq
Hiperqlikemiya və hipoqlikemiya
Qanda şəkərin normadan artıq (hiperqlikemiya) və ya əskik (hipoqlikemiya) olması hallarıdır.
Hiperqlikemiyanın əlamətləri (şəkərin yuxarı olması)
- Quru ağız
- Susuzluq
- Tez-tez sidik ifrazı
- Görmənin pozulması
- Üzülmə
- Çəkinin itirilməsi
Bu əlamətlər varsa sizdə şəkərsiz maye qəbul edin. Qanda şəkərinizi təyin edin, çox yüksəkdirsə həkiminzə zəng vurun. Qidanız və qəbul etdiyiniz dərmanların dozası bir daha həkim nəzarətindən keçməlidir.
Hipoqlikemiya isə əksinə dərmanlarınızın dozası lazım olandan yüksək olanda, qidalanmanızda problem olanda və ya fiziki aktivliyiniz artıq olanda yarana bilər. Əlamətləri
- Tərləmə, titrəmə, əsəbilik
- Aclıq
- Başgicəllənmə
- Dolaşıq düşüncə
- Baş ağrıları
- Görmənin pozulması
Bu halda təcili olaraq şəkərli qida qəbul etməlisiniz. Həkimə müraciət edin!
Ağırlaşmalar
Diabet sinirlərin zədələnməsinə səbəb olur ki, nəticədə ayaqlarınız üşüyür, hissiyyatını itirir. Ayaqlarınızı tez-tez yoxlayın. Çünki əmələ gəlmiş zədələri hiss etməyə bilərsiniz.
Seksual pozğunluqlar əmələ gələ bilər.
Diabet zamanı damarlarınız zədələnir ki, bu da ürək-damar xəstəliklərinin əmləgəlmə ehtimalını artırır. Eyni zamanda ürək, böyrək damarlarınız da zədələnir ki, uyğun olaraq görməniz və böyrəklərinizin işi pozula bilir.

01/05/2013

Burun çəpərinin əyriliyi
Burun boşluğunu iki hissəyə bölən, sümük və qığırdaqdan ibarət olan bir divarın sağa, yaxud sola, bəzi hallarda isə hər iki tərəfə əyilməsinə burun çəpərinin əyriliyi deyilir.
Burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.
Simptomları
Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.
Diaqnostikası
Diaqnoz çox vaxt xəstənin şikayətlərinə və rinoskopiyaya (burunun daxili müayinəsi) əsasən qoyulur. Rentgenoqrafiya və kompyuter tomoqrafiya (KT) müayinələrinin də aparılması diaqnozu və əyriliyin xarakterini dəqiqləşdirmək və sənədləşdirmək üçün vacib sayılır. Əlavə olaraq, burunun hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya aparıla bilər.
Müalicəsi
Cüzi dərəcədə əyriliklər xəstəni narahat etmədiyi halda, xüsusi müalicə tələb olunmur. Ancaq sadalanan simptomlar və ağırlaşma riski ortaya çıxarsa cərrahi əməliyyat vacib sayılır. Bu əməliyyat əsasən içəridən aparılır və burada prinsip əyilmiş sümük və qığırdaq hissələri xaric etməkdən ibarətdir. Çıxarılan hissəciklər nisbətən əyridirsə, onları düzəldərək yerinə qaytarmaq olar. Həddindən çox əyilmiş sümüklər isə xaric olunur. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan sonra adətən tənəffüs bərpa olunur, ancaq burada vacib olan tənəffüsü çətinləşdirən yanaşı xəstəliklərin olub-olmaması və onların da vaxtında müalicəsinin aparılmasıdır.

01/05/2013

Astma
Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya var.
Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər.
Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir. Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər.
Əlamətlər
- xırıltılar
- qəfil başlanır
- epizodik olur
- gecə və ya səhər erkən daha güclü ola bilər
- soyuq havadan, refluksdan güclənə bilər
- öz-özünə keçə bilər
- bronxodilatatorlarla müalicə olunur
- Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı
- Qabirğaarası dərinin tənəffüs zamanı dartılması
Təcili yardım simptomları
- Tənəffüsün çətinləşməsi
- Üz və dodaqların göyərməsi
- Həyacan və tənəffüsün qısalması
- Sürətli nəbz
- Tərləmə
- Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq
Əlavə simptomlar
- Burun pərlərinin genişlənməsi
- Döş qəfəsində ağrı və gərginlik
- Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur
- Nəfəsalma müvəqqəti dayanır
Müayinə
Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastic tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir.
Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir.
Əlavə olan testlər
- Ağciyər funksiyasını yoxlamaq üçün testlər
- Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi
- Döş qəfəsinin rentgeni
- Qan analizləri (eozinofillərin sayılması ilə)
- Arterial qanda qazların təyini
Müalicə
Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir.
Müalicə üçün əsas 2 dərman növləri var
Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır
- İltihabın qarşısını alan steroidlər ( Azmacort, Vanceril, AeroBid, Flovent)
- Leykotrien inhibitorları (Singulair və Accolate)
- Anti-IgE terapiyası (Xolair)
- Uzun müddətli bronxodilatatorlar (Serevent)
- Xromolin sodium (Intal) və ya nedocromil sodium
- Aminofillin və ya teofillin
Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir.
Tutma zamanı sürətli təsir edən dərmanlar
- Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex).
- Kortikosteroidlər (prednisone və ya methylprednisolone), ağıza və ya venaya vurulur.
Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır.
Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir.
Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir.
Peak flow 50-80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir, 50%-dən aşağı isə kəskin tutmadır.
Proqnoz
Astmanın müalicəsi yoxdur. Düzgün aparılan müalicə simptomların bir müddətdən sonra azalmasına gətirir. Və bir çox xəstələr normal həyat yaşayır.
Ağırlaşmalar
- Tənəffüs sisteminin üzülməsi
- Dərmanların əlavə təsirləri
- Pnevmotoraks
- Ölüm
Həkimə nə zaman getməli
Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin.
Tənəffüs həcmi 50-80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin.
Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin.
Profilaktika
Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır.
Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.

05/03/2013

Aborta 'ALLAH' Qarşısında Heç Bir Bəraət Yoxdur.!.

17/03/2012
13/03/2012
Esil Patologiya Buna Deyirem Men.)
09/03/2012

Esil Patologiya Buna Deyirem Men.)

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ۞PaToLoGiYa۞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram