06/02/2017
Obezite Əməliyyatları Kimlərə Məsləhət Görülür?
Obez olan və əməliyyat edilmədən müxtəlif metodlarla arzu edilən nəticələrə nail olmayan şəxslərdə obezite cərrahiyyə əməliyyatı haqqında düşünülməlidir. Hansı insanların tibbi baxımdan obez qəbul edildiyini müəyyənləşdirmək üçün bədən kütləsi indeksindən (göstəricisindən) istifadə olunur. Bədən kütləsi indeksi şəxsin çəkisinin onun boyunun kvadratına bölünməsi yolu ilə hesablanır. Bu hesablamaya görə 1) bədən kütləsi indeksi 40-dan çox olanlara və ya ideal çəkisindən 45 kq çox olanlara, 2) bədən kütləsi indeksi 35-dən çox olanlarda obezite ilə əlaqədar şəkər xəstəliyi, yüksək təzyiq, yuxu apnesi və nəfəs daralması, qaraciyər yağlanması, oynaqlarda kirəclənmə, xolesterol xəstəliklərindən ən azı ikisinin olduğu şəxslərdə, 3) arıqlama cəhdlərinə baxmayaraq, normal çəkiyə nail olmama hallarında obezite cərrahiyyə əməliyyatı məsləhət görülür.
Konkret desək, bir neçə ildir obez olan lakin spirtli içki, dərman asılılığı və ya psixi sağlamlığı baxımından problemi olmayan şəxslər əməliyyat olunmağa namizəddirlər. Əlavə olaraq obez olmağın verdiyi mənəvi yükün əməliyyat olunmağın risklərindən daha çox olduğu şəxslərdə obezite cərrahiyə əməliyyatı haqqında düşünülə bilər.
Obez şəxslərin əksəriyyətində uzun müddətli çəki itkisi təmin edən yeganə təsdiqini tapmış müalicə metodu obezite cərrahiyyə əməliyyatıdır. Bu, “həmin şəxs əməliyyat olmadan arıqlaya bilməz” mənasına gəlmir, bəziləri bunu qətiyyətlə bacara bilir, lakin əksər hallarda çəkidən azad olma prosesi ləngiyir və həmin çəkilər yenidən qayıdır. Obezite cərrahiyyə əməliyyatı gimnastika və düzgün qidalanmanı əvəz edə bilməz, lakin bu hədəflərin reallaşa bilməsini təmin edir və davam edən bu problemin həlli üçün uzunmüddətli nəzarət mexanizmi formalaşdırmaqla dəstək funksiyasını yerinə yetirir. Mütəxəssislərimiz obezite cərrahiyyə əməliyyatının çəki probleminizin müalicəsində ilk variant olmamasının vacibliyini xüsusi olaraq qeyd edirlər. Əslində üstünlük verilən cəhət əməliyyat olunmadan arıqlaya bilməyinizdir.
Nüfuzlu obezite cərrahiyyəsi təşkilatları obezite əməliyyatlarının obezite cərrahiyyəsi və metabolik cərrahiyyə ixtisası üzrə təhsil almış və öz sahəsində özünü təsdiq etmiş cərrah tərəfindən və obezite cərrahiyyə əməliyyatından sonra müvafiq nəzarətin edilə biləcəyi, mümkün olarsa dietoloq, psixoloq və gimnastika üzrə məsləhətçinin fəaliyyət göstərdiyi klinikada aparılmasını məsləhət görürlər.
☎ +994123103426
☎ 0515134477
💻 www.doctour.com.tr