Dr.Ramiz Əkbərov - Uroloq,Androloq

Dr.Ramiz Əkbərov - Uroloq,Androloq -Doğum tarixi : 11 Sentyabr 1956 il. M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası

-Tələbəlik illərində akademik M.

Yardımlı rayonu

-Oxuduğu məktəb: Yardımlı rayon M.F.Axundov adına orta məktəb 1963-1973

-1973-1979 illər N.Nərimanov adına Azərbaycan Tibb Universitenin müalicə profilaktika fakültəsini "Lenin" adlı təqaüdlə bitirib.

-1979-1980 ci illər cərrahiyyə üzrə subordinatura və internatura. Cavadzadənin klinikasında tibb qardaşı kimi əmək fəaliyyətinə başlayıb

-1980-1983 ci illərdə Saatlı rayon mərkəzi

xəstəxanasında həkim-cərrah

-1983-1985 Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu,urologiya kafedrası, kliniki ordinatura

-1994 ildə İranda , 2002 və 2012-14 illərdə Türkiyədə, Akdəniz universiteti / Gülhanə əsgəri tibb Akdemiyası / Amerika xəstəxanası və s. )

-1985-2017 ci illər Daxili İşlər Nazirliyinin Respublika Hospitalında mülki uroloq,cərrahiyyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini; hospitalın rəisi vəzifəsində çalışmışdır.

-2017-ci ilin yanvarından təqauddə olan tibb xidməti polkovnikidir.

-Tibb üzrə fəlsəfə doktorudur (2003 -ci il)

-Fəlsəfə üzrə fəlsəfə doktorudur (2008 ci il)

-Respublikanın əməkdar həkimidir (2008 ci il)

- İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatıçısıdır

-Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətinin və eyni zamanda
Avropa Uroloqlar cəmiyyətinin üzvüdür

-20 dən çox elmi-bədii publisistik kitabın (rus,türk,alman dillərində)

-200-ə yaxın elmi məqalə, tezis metodik tövsiyyələrin, səmərələşdirici təklifin, publisistik məqalənin müəllifidir.

-Azərbayacan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür (1998, 1999-cu ildən)

-"Qızıl Qələm", "Həsənbəy Zərdabi", "Altun" mükafatlarının laureatıdır.

- Hal -hazırda "İstanbul NS" Klinikasında Uroloji-Androloji bölümünün rəhbəridir

31 Mart - Unudulmayan tarix, susmayan yaddaş!1918-ci ildə baş verən faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad ed...
30/03/2026

31 Mart - Unudulmayan tarix, susmayan yaddaş!
1918-ci ildə baş verən faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edirik!
Bu gün yalnız keçmişi xatırlamaq deyil, həm də yaddaşımızı qorumaq, tariximizi unutdurmamaq günüdür!

📌Nefroptoz-Böyrəyin sallanmasıdır. Bu xəstəlikdən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkir. Böyrəklərin enməsi ...
28/03/2026

📌Nefroptoz-
Böyrəyin sallanmasıdır. Bu xəstəlikdən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkir. Böyrəklərin enməsi qarın əzələlərinin zəifləməsi, ağırlıq qaldırma və hamiləlik dövrü ilə əlaqəli olur.
📌Nefroptozun əsas xüsusiyyətləri:
Səbəbləri: Böyrəkətrafı toxumanın zəifləməsi, kəskin çəki itkisi, ağır fiziki əmək, travmalar və ya bədənin quruluş xüsusiyyətləri.
📌Simptomlar: Bel nahiyəsində ağrılar (xüsusilə ayaqüstü vəziyyətdə), böyrək sancıları, ürəkbulanma ola bilər.
📌Fəsadlar: Böyrək damarlarının burulması, böyrəkdə qan dövranının pozulması, pielonefrit (iltihab) və daş yaranması riski artır.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Kişi hormon analizi, kişilərdə cinsi sağlamlıq və hormon balansını qiymətləndirmək üçün vacibdir. Bu analiz, testostero...
26/03/2026

📌Kişi hormon analizi, kişilərdə cinsi sağlamlıq və hormon balansını qiymətləndirmək üçün vacibdir. Bu analiz, testosteron, prolaktin, LH və FSH kimi hormonların səviyyələrini ölçərək, kişi reproduktiv sağlamlığını izləməyə imkan verir. Testosteron, kişi cinsi funksiyalarını və ümumi sağlamlığı tənzimləyən əsas hormonlardan biridir. Testosteron səviyyələrindəki dəyişikliklər, cinsi istəksizlik, erektil disfunksiya və digər endokrin problemlərə səbəb ola bilər. Kişi hormon analizi əsasında prolaktin, yüksək səviyyədə olduqda, kişilərdə döş böyüməsi və ya cinsi funksiyaların pozulması kimi problemləri göstərə bilər. Prolaktin və testosteron səviyyələrindəki anomaliyalar, həmçinin cinsi sağlamlıq problemlərinə, xüsusilə erektil disfunksiya və cinsi əlaqə zamanı çətinliklərə səbəb ola bilər. Kişilərdə hormonal balansın pozulması, həyat keyfiyyətini mənfi təsir edə bilər. Kişi hormon analizi nəticələri, kişilərdə hormon balanssızlığını vaxtında aşkar etməyə kömək edərək müvafiq müalicə və dəstək təmin edir. Bu testlər, kişilərin sağlamlığını qorumaq üçün əvəzolunmazdır.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Bir çox cinsi infeksiyanın əlamətləri olmur. Simptomlar olmasa belə cinsi infeksiyası olan biri cinsi əlaqə zamanı infe...
24/03/2026

📌Bir çox cinsi infeksiyanın əlamətləri olmur. Simptomlar olmasa belə cinsi infeksiyası olan biri cinsi əlaqə zamanı infeksiyanı başqasına ötürə bilər.
Bu səbəbdən bu infeksiyalara qarşı qorunmaq və mütəmadi olaraq yoxlanılmaq lazımdır. Əgər infeksiya varsa tez bir zamanda müalicə olunmaldır.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

🌸Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun.Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləri...
19/03/2026

🌸Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun.
Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Novruz bayramınız mübarək olsun!

📌Kisi sonsuzluğunun cərrahi patologiyalarında (kriptorxizm, xayaların ektopiyası, obstruktiv azoosperimiyalar, varikosel...
18/03/2026

📌Kisi sonsuzluğunun cərrahi patologiyalarında (kriptorxizm, xayaların ektopiyası, obstruktiv azoosperimiyalar, varikosele ıı-ııı dərəcə, hidrosele, xaya artımlarının böyük kistaları və s.). vaxtında cərrahi əməliyyatın aparılması.
📌Xəstələrə uroloq-androloq tərəfindən dinamiki nəzarətin təşkili, pasientlərin tibbi maarifləndirilməsi, nigahdan qabaq uroloq-androloqun məsləhəti ilə bəzi müayinə metodlarının aparılması (sidiyin, spermanın analizi, böyrəklərin, sidik kisəsinin, prostatın US -müayinəsi, xayaların doppler US-müayinəsi, ehtiyac olarsa bəzi dərinləşdirilmiş müayinələr, o cümlədən qanda androgenlərin və esterogenlərin təyini, abdominal MRT və KT; xayaların radiozotop müayinəsi, diagnostik laporoskopiya: kəllənin rentgen və KT műayinəsivə s,).

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

Siqaret və alkoqolun kişi sağlamlığına, xüsusilə cinsi sağlamlığa mənfi təsirləri uzun müddətdir ki, tibb sahəsində cidd...
13/03/2026

Siqaret və alkoqolun kişi sağlamlığına, xüsusilə cinsi sağlamlığa mənfi təsirləri uzun müddətdir ki, tibb sahəsində ciddi narahatlıq doğurur. Bu zərərli vərdişlər təkcə ümumi sağlamlığa deyil, həm də kişilərin cinsi həyatına əhəmiyyətli dərəcədə təsir göstərir.
Siqaretin kişi cinsi sağlamlığına təsiri:
Siqaret çəkmək kişi cinsi sağlamlığına bir çox mənfi təsirlər göstərir. İlk növbədə, tütün istifadəsi qan dövranını zəiflədir, bu da erektil disfunksiyaya səbəb ola bilər. Nikotin damarları daraldır və qan axınını azaldır, bu da cinsi orqanlara gedən qan axınını məhdudlaşdırır. Bundan əlavə, siqaret çəkmək testosteron səviyyəsini aşağı salır, bu da cinsi istəyin azalmasına və sperma keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

Uzunmüddətli siqaret istifadəsi həmçinin ateroskleroz riskini artırır, bu da damarların divarlarında yağ və digər maddələrin toplanmasına səbəb olur. Bu vəziyyət qan axınını daha da məhdudlaşdırır və cinsi fəaliyyətə mənfi təsir göstərir. Bundan əlavə, siqaret çəkmək oksigen səviyyəsini azaldır, bu da ümumi enerji səviyyəsini və cinsi performansı aşağı salır.
________________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbəro
📍İstanbul NS klinika
________________________

kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel

Zülal mübadiləsinin əsas son məhsuludur.  Qalıq azotun təqribi 50%-ni sidik cövhəri təşkil edir.  Qaraciyərdə Krebs sikl...
11/03/2026

Zülal mübadiləsinin əsas son məhsuludur. Qalıq azotun təqribi 50%-ni sidik cövhəri təşkil edir. Qaraciyərdə Krebs siklində amin turşulardan sintez olunur. Sidik cövhəri osmotik aktiv maddədir və sidiyin qatılaşması mexanizmində vacib rol oynayır. Böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.

Kliniki diaqnostikada sidik cövhəri böyrəklərin ifrazat funksiyasını dəyərləndirmək üçün istifadə olunur. Sağlam insanda sidik cövhərinin əmələ gəlməsi onun qidalanmasından asılıdır. Heyvan mənşəsi qidaların (ət, balıq, yumurta, pendir, kəsmik) qəbulu zamanı sidik cövhəri miqdarı artır, bitki mənşəli qidalanmada isə əksinə azalır. Qaraciyər patologiyaları zamanı isə sidik cövhəri miqdarının azalması müşahidə oluna bilər. Uşaqlarda və hamilə qadınlarda yüksək zülal sintezi ilə əlaqədar sidik cövhəri miqdarı aşağı olur. Yaşlandıqca sidik cövhərinin miqdarı artır.

________________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel

Varikosel nə vaxt müalicə edilməlidir?  Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermoqrammada olan dəyişiklikl...
09/03/2026

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermoqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T- nun (testosteron) miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Qeyd edilən hallar kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicə üçün əsas göstərişdir.

________________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel

Əziz xanımlar, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə sizi ürəkdən təbrik edirik.Hər zaman xoşbəxt, sevilən və də...
07/03/2026

Əziz xanımlar, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə sizi ürəkdən təbrik edirik.
Hər zaman xoşbəxt, sevilən və dəyərli olmağınızı arzulayırıq!

Bayramınız mübarək!💐

📌Kişilərdə və qadınlarda sidik qaçırma çox önəmli problemlərdən biri olub,fərqli səbəblərdən yarana  bilir.Bəs kişilərdə...
05/03/2026

📌Kişilərdə və qadınlarda sidik qaçırma çox önəmli problemlərdən biri olub,fərqli səbəblərdən yarana bilir.Bəs kişilərdə sidik qaçırma niyə olur?

Kişilərdə sidik qaçırma səbəblərindən biri prostatit və prostat adenoması xəstəliyidir.

Kişilərdə xoşxassəli prostat böyüməsi səbəbilə sidik qaçırma şikayətinə rast gəlinir.Prostat böyüyərək sidik kisəsini sıxır sidik ifrazını çətinləşdirdiyi üçün ilk öncə sidiyi tam boşalda bilmədiyindən əzələdə dəyişiklik baş verir.Müalicə edilmədikdə,getdikcə uzunmüddətli sidik qaçırma vəziyyəti yaranır.

Bəzən prostat əməliyyatlarından sonra da sidik qaçırma şikayəti xəstələrdə yarana bilir.Ancaq bu daha çox radikal prostat (prostat xərçəngi ) əməliyyatı keçirən xəstələrdə müşahidə oluna bilər.Radikal prostektomiya əməliyyatında geridə xərçəng toxumaları buraxmamaq məqsədilə prostat bütünlüklə götürüldüyü üçün sidiyi saxlayan əzələlər boşaldığından və ya xəstənin anatomik quruluşundan sidik qaçırma problemi bəzi xəstələrdə görünə bilinir.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov
📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

📌Androloji xəstəliklərdən niyə utanılır?Kişilərin demək olar ki, hamısı intim həyatlarına çox önəm verdikləri halda andr...
01/03/2026

📌Androloji xəstəliklərdən niyə utanılır?
Kişilərin demək olar ki, hamısı intim həyatlarına çox önəm verdikləri halda androloji xəstəliklər qarşısında laqeydlik göstərirlər. Onların əksəriyyəti bu haqda susmağa üstünlük verir. Lakin ən yüngül xəstəliklər belə müalicə olunmadıqda ağırlaşmalara gətirib çıxarır. Bu fəsadlar isə sonsuzluq, impotensiya ilə nəticələnə bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.

______________________
🩺Respublikanın əməkdar həkimi, təqaüdçü polkovnik, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov

📍İstanbul NS klinika
________________________
kisi sonsuzluq infeksiya urogenitalinfeksiya kisisonsuzlugu infeksiyalarvesonsuzluq dasxesteliyi boyrekdasi oliqospermiya prostatboyumesi varikosel uroloq

Address

Ataturk Prospekti 140
Baku
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

994503140824

Alerts

Be the first to know and let us send you an email when Dr.Ramiz Əkbərov - Uroloq,Androloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category