Uzman Pediatr Ulvi Aliyev

Uzman Pediatr Ulvi Aliyev Həkim pediatr 0-18 yaş uşaqlar

02/05/2025

♦️Boyu145 cm çatmamış heç bir uşaq təhlükəsizlik kəməri taxmamalıdı.
✅️Bəzi yenidoğulanlarda saturasiya düşdüyü üçün nəqliyyat vasitəsinə test aparıb sonra mindirirlər.
❗️Hava yastığı 10-20 millisaniyəyə açılır.Bu sürət yaxın məsafədən kiçik uşağı öldürməyə kifayət edir.
🚘Nəqliyyat qusması olan uşaqları səyahət öncəsi mümkün qədər az yedirmək məsləhətdir.Zəncəfil pastilləri və Çin üsulu massaj yaxşı tə'sir edir.
#

Ət sosial status,qüvvə,maskulinlik simvoludur.Ət yemə ailədən,coğrafiyadan və sosial çevrədən asılıdır.Ət yeyən uşaqlar ...
01/04/2025

Ət sosial status,qüvvə,maskulinlik simvoludur.
Ət yemə ailədən,coğrafiyadan və sosial çevrədən asılıdır.
Ət yeyən uşaqlar fol turşusu,bitki lifi və E vitamini azlığı yönündən risk daşıyırlar.
Vegetarianlar isə əksinə:onlarda B12,sink,dəmir az olur adətən.
Təcrübələr göstərib ki,ət yeyən qrupda boy atma daha sürətlidir.
Uşaq vaxtında ət yemək irəli yaşlarda zehni funksiyanı artırır.
1990-2018 ci illər arasında185 ölkədən dünya uşaq əhalisinin 93% əhatə edildiyi bir metaanaliz çalışmasında ASF(heyvan mənşəli qida) gündəlik orta hesabla 1,9 öynə olması görülüb.Üstəlik 16% uşaq gündə 3öynə bu qidaları qəbul edir.
ASF süd,dəniz və yumurta məhsulları da daxildi.
Oğlan və qız fəqi yoxdur,şəhərlərdə kənddən çoxdu.
Təkcə 2018də Rusiya,Braziliya və Meksika ilk yerləri,Uqanda,Keniya və Hindistan ən son yerləri tutublar.
Dünyada ən çox ət istehlakı Avstraliyadadı 121,6kg/il
Azərbaycanda bu ildə 34kgdır (əgər düzgünsə).
Qoyun əti yemək üzrə Monqolustan 66.3kg/il,mal əti üzrə Argentina 46,9kg ilk yerlərdədir.
Ən bahalı ət Kobe əti (waqyu) sayılır.Yaponiyada Tajima cinsi əsrlərdir xüsusi üsulla yetişdirilir.Buzovlar tövlələrdə bəslənir, pivə içirdib,masaj edilir,hərəkəti məhdudlaşdırılır.
Digər ətlərdən fərqli olaraq bu növdə yağ əzələnin üzərində yox,içində toplanır.
Başqa ətin bişməsi üçün uzun müddət tələb edilirsə, wagyu 2 dəqiqəyə bişir.Tərkibindəki yağ 50 dərəcədə deyil, 30 dərəcədə əriyir,hardasa bədən temperaturunda.Kiloqramı 1000 dollar civarındadı.
#

♦️Qeysər kəsiyinin dünyada yol verilən norması 15%di.Amma son vaxtlar kəskin artaraq 50%ə çatmaqdadır.⚠️Xüsusilə cahil c...
24/03/2025

♦️Qeysər kəsiyinin dünyada yol verilən norması 15%di.Amma son vaxtlar kəskin artaraq 50%ə çatmaqdadır.
⚠️Xüsusilə cahil cəmiyyətlərdə "ayna uşaqları" deyilən kütləvi əməliyyat ayinləri mövcuddur.
✅️Sezar kəsiyi ilə doğulan uşaqlarda Diqqət Əksikliyi və Hiperaktivlik Pozğunluğu daha çox rast gəlinir.
✅️Sezar uşaqları başqa adamların toxunmasından xoşlanmırlar.Belə uşaqlarda görmə yaddaşı zəif olur.
❗️Autizmli uşaqlar daha çox qeysər kəsiyi ilə dünyaya gələnlərin arasında görülür.
🟠Şizofreniya ilə sezar kəsiyi arasında əlaqə olduğu da ədəbiyyatda qeyd edən yazılar var.
⚙️Süni yolla doğulanlarda qoxu və digər propripseptiv hissiyyat azalmış olur.
#

„Дети учатся на примере взрослого, а не на его словах.“ — Карл Густав Юнг
23/03/2025

„Дети учатся на примере взрослого, а не на его словах.“ — Карл Густав Юнг

Bahar Azərbaycana saat 13:01də daxil olur.Yeni Gününüz,Yeni İliniz,Novruz Bayramınız mübarək olsun Əziz Yurddaşlar!Gözəl...
20/03/2025

Bahar Azərbaycana saat 13:01də daxil olur.
Yeni Gününüz,Yeni İliniz,Novruz Bayramınız mübarək olsun Əziz Yurddaşlar!
Gözəl anlarla,xoş təəssüratlarla dolu bahar təravətli günlər arzulayıram!
novruz #2025 #

19/03/2025
Naxçıvanda  növbəti uşaq müayinəsi  29 MART2025 cü ildə ŞƏFA xəstəxanasında olacaq.Fəaliyyət sahəsi:✅südəmər və sağlam u...
14/03/2025

Naxçıvanda növbəti uşaq müayinəsi 29 MART
2025 cü ildə ŞƏFA xəstəxanasında olacaq.
Fəaliyyət sahəsi:
✅südəmər və sağlam uşaq təqibi(0-18 yaş)
✅tənəffüs sistemi xəstəlikləri
✅həzm traktı xəstəlikləri
✅infeksion xəstəliklər
✅allergik xəstəliklər
sidik-cinsiyyət sistemi infeksiyaları
✅qanyaradıcı sistem xəstəlikləri(anemiya,dəmir defisiti və.s)
✅parazit invaziyaları
✅ hormonal pozğunluqlarla müşaiyət edilməyən şişmanlıq(obezite),ginekomastiya,hirsutizm,boy qısalığı və kilo azlığı
✅yeniyetməlik dövrünün təqibi və xəstəliklərinin müalicəsi
✅hipo və avitaminozlar
⚕Əlaqə nömrəsindən qəbula yazılmaq olar:
☎️036 545 62 03
📲 060 545 62 03dr.ulvi_aliyev .dr.ulvi.aliyev
#дети #педиатр #детскийврач #

05/03/2025

⛔️Bir neçə gündən bir neçə həftəyə yuxusuzluq ölümlə nəticələnə bilər.
✅️Uşaqlarda 20-40%,yeniyetmələrdə 75% qədər yuxu pozulmasi olur.
❇️Yuxu genetik səbəblə("torağay "və ya "bayquş")
✴️Valideyn faktoru (yuxu,ekran müddətini idarəetmə,depressiya)
⚕️Uşağın xroniki xəstəlikləri(astma,adenoid,ekzema,parazitlər,autizm,hiperaktivlik,obezite və s)
📚Çevrə(otaq temperaturu,nəmişlik,səs,işıq)faktorları ilə əlaqəlidir.
🎗Omeqa 3,dəmir və sink verilənlərdə gecə yuxusunun digərlərinə görə daha uzun olduğu görülüb.
💢Müntəzəm İdman və açıq havada gəzinti də yuxuya müsbət təsir edir.
#

📜Oruc təkcə islamda yox fərqli formalarda xristianlıq,yəhudi,buddizm,caynizm kimi inanclarda da mövcuddur.✅️Amma çox vax...
01/03/2025

📜Oruc təkcə islamda yox fərqli formalarda xristianlıq,yəhudi,buddizm,caynizm kimi inanclarda da mövcuddur.
✅️Amma çox vaxt "zərərli "tərəfləri qabardılması zamanı müsəlmanlar yada düşür.Ay İbn Sina Ramazan ayına "mərəzan" deyibdi,ay Sabir "iki gözüm qaldı qazanda" deyibdi və s.
✴️Bədən kütlə indeksini azaldır,obezitə olanlarda daha çox.LDL xolesterini aşağı salır,HDL artırır,sistolik təzyiqi düşürür,şəkəri azaldır.Bağırsaq mikrobiotasında "yenidənqurma" gedir.Lachnospiracea növündən olan mikroorqanizmlər artır ki,bunlar da butirogenez üzərindən qoruyucu təsir göstərir.
🟪Uşaqlar tuta bilərmi?
Göstərilən yaşdan(təqribən qızlarda 12 oğlanlarda 14)əgər istəyirsə gücü çatdığı qədər tuta bilər.Əvvəlcə günortaya qədər, nə vaxt acdısa yeyə bilər.Qış və yaz ayları daha rahat olur.
🟧Səhərlər çox şirin və duzlu yeməklər tövsiyə edilmir.Bunlar susamaya səbəb ola bilər.Yetərli olsun deyə səhərlər heç olmasa 3 stəkan su içilməsi faydalıdır.
🟩Axşamlar meyvə-tərəvəzlərə üstünlük verilməsi yaxşıdır.
#

"Uşaq divarın suvağını yeyib."-valideyn bu sözləri böyük təşvişlə dedi.Vaxtaşırı təbaşir yeyən hamilə,buz yeyən qonşu,çi...
16/02/2025

"Uşaq divarın suvağını yeyib."-valideyn bu sözləri böyük təşvişlə dedi.
Vaxtaşırı təbaşir yeyən hamilə,buz yeyən qonşu,çiy düyü xırçıldadan iş yoldaşı görə bilərsiniz.
Pika(geofaqiya)-yeyilməyən şeylərə qarşı həvəsdi.Ən çox dəmir azlığında görülür.Amma yemə pozğunluğu xəstəlikləri içində sərbəst yer alır.İlk dəfə 1852 ci ildə Geyzinger tərəfindən təsvir edilib.
İki yaşa qədər uşaqlar hər şeyi ağızlarına aparırlar: bu pika sayılmır.
Pika bə'zi parazitlərlə yoluxma və ağır metallar ilə zəhərlənmə səbəbi ola bilər.
İstəmədən də torpaq yemiş ola bilərsiniz.Ölkəmizdə doşab istehsalında bəzi bölgələr üzüm suyuna torpaq qatırlar.Buna "şirəxak" deyirlər.Aldığınız istiotun içində marketinq hiyləsi olaraq torpaq var.Bə'zi rayonlarda qızdırma salmaq üçün möhür(türbət)əzib suda həll edib içirdirlər.
"Yeyilən Torpaq" muzeyi var Hollandiyada.Muzeyin eksponatları çox zəngindi,burda 34 ölkədən 400 dən çox eksponat(torpaq nümunəsi) var.Etsy,eBay və Amazonda da "yeməli torpaq"satırlar.
İndoneziyada torpaqdan bişirilən ampo yeməyi var.
#

♒️Torpaq da gücünü itirib.⚗️1985,1996,2002 ci illərdə bir sıra meyvələrin tərkibindəki vitamin və mikroelementlərlə bağl...
02/02/2025

♒️Torpaq da gücünü itirib.
⚗️1985,1996,2002 ci illərdə bir sıra meyvələrin tərkibindəki vitamin və mikroelementlərlə bağlı təcrübə aparıblar.
✅️Mə'lum olub ki, əvvəlki illərlə müqayisədə bananın içindəki B6 95%,çiyələkdəki C vitamini 87%,brokolidəki kalsium 73% azalıb.
🟤Pessimist proqnozlar deyil bunlar,faktdı nə yazıq ki...
🟨Niyə belədir?Bə'zi səbəblər:atmosferdə CO artıb.Meyvələr kal halda dərilir,transport mərhələsində "yetişir",ömrünü uzatmaq üçün dərmanlamaya məruz qalır və s.
🟦Əvvəllər mövsümi yetişən təbərrük təamlar indi il uzunu əlçatandı.Qışda yay meyvəsi,yayda qış...
#

Naxçıvanda  növbəti uşaq müayinəsi  25 YANVAR2024 cü ildə ŞƏFA xəstəxanasında olacaq.Fəaliyyət sahəsi:✅südəmər və sağlam...
16/01/2025

Naxçıvanda növbəti uşaq müayinəsi 25 YANVAR
2024 cü ildə ŞƏFA xəstəxanasında olacaq.
Fəaliyyət sahəsi:
✅südəmər və sağlam uşaq təqibi(0-18 yaş)
✅tənəffüs sistemi xəstəlikləri
✅həzm traktı xəstəlikləri
✅infeksion xəstəliklər
✅allergik xəstəliklər
sidik-cinsiyyət sistemi infeksiyaları
✅qanyaradıcı sistem xəstəlikləri(anemiya,dəmir defisiti və.s)
✅parazit invaziyaları
✅ hormonal pozğunluqlarla müşaiyət edilməyən şişmanlıq(obezite),ginekomastiya,hirsutizm,boy qısalığı və kilo azlığı
✅yeniyetməlik dövrünün təqibi və xəstəliklərinin müalicəsi
✅hipo və avitaminozlar
⚕Əlaqə nömrəsindən qəbula yazılmaq olar:
☎️036 545 62 03
📲 060 545 62 03dr.ulvi_aliyev .dr.ulvi.aliyev
#дети #педиатр #детскийврач #

Address

Atatürk Avenue 140
Baku
AZ1108

Opening Hours

Monday 09:00 - 17:00

Telephone

+994508776745

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Pediatr Ulvi Aliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Pediatr Ulvi Aliyev:

Share

Category