Mama-Ginekoloq Dr.Sevinc Mammadova

Mama-Ginekoloq Dr.Sevinc Mammadova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mama-Ginekoloq Dr.Sevinc Mammadova, Doctor, Merkezi Klinika, Baku.

🔴Medikamentoz abort üçün işlədilən preparatlarda xüsusi maddə–mifepriston vardır ki,onun təsir mexanizmi döl qişalarının...
13/12/2023

🔴Medikamentoz abort üçün işlədilən preparatlarda xüsusi maddə–mifepriston vardır ki,onun təsir mexanizmi döl qişalarının uşaqlıq divarından soyulmasına əsaslanır. Əzələ yığılmalarını artırmaq üçün istifadə olunan prostaqlandinlər uşaqlıq əzələlərini intensiv yığaraq döl yumurtasını uşaqlıq boşluğundan çölə atır.
❇️Üstünlükləri:
- hamiləliyin ən erkən mərhələlərində aparmaq olar-aybaşı ləngiməsinin ilk günündən USM-də hamiləlik təsdiq olduqdan sonra 6-cı həftəyə qədər;
- Bu üsul cərrahi müdaxilə deyil!Hamilə yalnız həkimin nəzarəti altında preparat qəbul etməlidir;
- uşaqlıq və boynu mexaniki təsirə məruz qalmır və zədələnmə riski yoxdur;
- narkoza ehtiyac olmur;
- mənfi nəticələri hamiləliyin digər pozulma üsullarına nisbətən bir neçə dəfə aşağıdır.
♻️Medikamentoz abortun aparılması:
- Həkim hamiləlik diaqnozu qoyur və medikamentoz aborta əks-göstəriş yoxdursa preparat təyin olunur.
- Abort zamanı qarının aşağısında spastik ağrılar və uşaqlıq yolundan qanlı ifrazat düşüyün başladığını göstərir.
- Bu mərhələdə qadınların əksəriyyətində döl yumurtasının uşaqlıqdan qovulması baş verir.
- Hər bir qadında ağrı sindromunun və qanlı ifrazatın intensivliyi fərdi xarakter daşıyır.
🛑Abort sonrası kontrol:
- Mifepriston qəbulundan 5-7 gün sonra təkrar baxış və kontrol USM aparılır.Əgər abort effektsiz olarsa(natamam abort), bu zaman vakuum aspirasiya aparılır.
⛔️Dərman abortuna əks-göstərişlər:
- kəsikin/xroniki böyrək və qaraciyər çatmazlığı;
- uşaqlıqdankənar hamiləliyə şübhə;
- 6 həftədən çox müddətli hamiləlik;
- uşaqlıqdaxili kontrasepsiya fonunda baş vermiş hamiləlik;
- kortikosteroid preparatlarla uzunmüddətli müalicə;
- mifepristona fərdi həssaslıq;
- porfiriya;
- Miom uteri;
- ağır anemiya;
- hemostazın pozğunluqları;
- qadın cinsi orqanlarının iltihabi xəstəlikləri;
- mədə-bağırsaq orqanlarının iltihabi xəstəlikləri.
🆘Həkim məsləhəti olmadan istifadə olunan dərmanlar kəskin qanaxmaya və həyati təhlükəyə səbəb ola bilər❗️❗️❗️
Həyatınızı riskə atmadan həkim məsləhəti mütləqdir❗️❗️❗️

T.Ü.F.D. Cərrah Mama-Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi klinika
📲0502817000

🛑Endometrial küretaj. Endometrial hiperplaziyaUşaqlığın endometriumunun(daxili divarının) qalınlaşmasıdır.Normalda 28gün...
11/12/2023

🛑Endometrial küretaj. Endometrial hiperplaziya
Uşaqlığın endometriumunun(daxili divarının) qalınlaşmasıdır.Normalda 28günlük aybaşı siklində uşaqlığın divarı ilk 14gün estrogen,sonrakı 14gün isə progesteron təsirində olur.Estrogen endometriumu qalınlaşdırır,28günün tamamında progesteron hormon səviyyəsinin düşməsilə normal aybaşı baş verir.Əgər artmış estrogen ifrazı progesteronla uyğunlaşmazsa,endometrium normadan artıq qalınlaşır və vaginal qanama progesteron təsiri ilə deyil,estrogenlə daha çox qalınlaşmış uşaqlıq divarının soyulub tökülməsi ilə əmələ gəlir.
⛔️Bəzi hiperplaziyalarda hüceyrələr anormal quruluşda olur,bu hal atipik endometrial hiperplaziya adlanır və endometrium xərçənginə səbəb ola bilər.
🆘Kimlər risk altındadır?
- 35yaşdan yuxarı qadınlar
- Erkən yaşda aybaşı olmaq
- Premenopauzadakı qadınlar
- Aybaşı gecikmələri olan qadınlar
- Artıq çəki
- Şəkərli diabet,zob xəstəliyi
- Polikistik yumurtalıq sindromu
- Uzun müddət estrogen preparatlarının qəbulu
🔶Əlamətləri:Ən çox rast gələn əlaməti vaginal qanamadır.Bu risk faktorlarından biri olan qadında vaginal qanamalar varsa,hiperplaziyadan şübhələnmək lazımdır.
🔷Diaqnoz:
- Ultrasəs müayinəsi-endometrium qalınlığı ölçülür.
- Biopsiya-uşaqlığın daxili divarından incə boru ilə hüceyrə alınmasıdır.
🔴Endometrial küretaj-endometriumun qaşınması ilə material götürülməsidir.
Bu material mütləq patohistoloji müayinəyə göndərilir və cavaba əsasən müalicə taktikası seçilir.
🆘Əgər hüceyrə səviyyəsində dəyişiklik(atipiya) aşkarlanarsa, Total Abdominal Histerektomiya əməliyyatı göstərişdir!



T.Ü.F.D.Cərrah Mama-Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

Gözəl qızım doktorunu ziyarətə gəlib…Doktorun xəstələrinə diqqətinin qarşılıqsız qalmadığını görmək bizim üçün stimul mə...
06/12/2023

Gözəl qızım doktorunu ziyarətə gəlib…
Doktorun xəstələrinə diqqətinin qarşılıqsız qalmadığını görmək bizim üçün stimul mənbəyidir.🙏🏻

Sağlam,xoşbəxt böyü!❤️

Özünüzün və körpələrinizin sağlamlığını etibarlı əllərə əmanət edin.🌸


T.Ü.F.D.Cərrah Mama-Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

❇️Spiral qadınlarda adətən menstruasiya zamanı qanamanın azaldığı,ancaq bitmədiyi zamanda qoyulur.- Yeni doğum edən və u...
01/12/2023

❇️Spiral qadınlarda adətən menstruasiya zamanı qanamanın azaldığı,ancaq bitmədiyi zamanda qoyulur.
- Yeni doğum edən və uşağına süd verən qadınlara doğumdan 2ay sonra taxıla bilər.
- Düşükdən bir ay sonra görülən aybaşıda spiral istifadə edilə bilər,ya da uşaqlıq daxilinin tam təmizliyindən əmin olduqda düşükdən dərhal sonra spiral yerləşdirilə bilər.
- Düşük sonrasında abort olunubsa ya da istəkli olaraq hamiləliyi sonlandırmaq üçün edilən abortlardan dərhal sonra spiral qoyula bilər.Bəzən abortdan dərhal sonra spiral qoyulmur və bir həftədən sonra qoyulur.Buna səbəb uşaqlıq daxilində qalığın olmadığından əmin olmaqdır.
- Abortdan bir ay sonra görülən aybaşı dövründə spiral qoyulması daha məqsədə uyğundur.
➡️Təsir mexanizmi:
* tərkibindəki metalın toksiki təsirilə uşaqlığa keçən spermatozoidlərin məhvi;
* levonorgestrelin təsirindən endometriumun atrofiyası,menstruasiya qısa və gec olur,bəzən tamamilə itir;
* endometriumda yerli iltihabi proses yaradaraq embrionun bitişməsinə mane olmaq;
* uşaqlıq yığılmasını aktivləşdirərək yumurtahüceyrəni xaric etmək.
⛔️Uşaqlıqdaxili spiral nə vaxt qoyulmamalıdır?
* Anadangəlmə uşaqlıq anomaliyaları;
* Kəskin kiçik çanaq infeksion xəstəliklərində,kəskin servisit və vaginit zamanı;
* Son üç ayda doğuşdan sonrakı endometrit və ya septik abort keçirən xəstələrdə;
* Cinsi yolla ötürülən xəstəliklərdə risk qrupunda olanlar;
* Ge***al aktinomikoz zamanı;
* Aktiv viral hepatit olanlarda progesteron hormonu olan spiral istifadə edilməməlidir;
* Qaraciyər xəstəliyi,sirroz və qaraciyər şişi olanlarda hormonlu spiral istifadə edilmir;
* Hormonal spirallar nadir hallarda dərmanlarla əks-göstərişdə ola bilər(xüsusilə hormonal preparatlar);
* Misə allergiyası və Willson xəstəliyi olanlarda spiral istifadə edilmir;
* Bilinən və ya şübhəli süd vəzi xərçəngi olan xəstələrdə hormonal spiral istifadə edilməz.


T.Ü.F.D.Cərrah Mama-Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

🛑Təcili Kontrasepsiya –cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını alma...
29/11/2023

🛑Təcili Kontrasepsiya –cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını almaq üsullardır.Bu məqsədlə aşağıdakı vasitələrdən istifadə olunur:
•           Kontraseptiv həblər.
•           Mis tərkibli UDV-lər.
⁉️Təcili kontrasepsiya bu hallarda istifadə edilir:
•           Qadın qorunmamış cinsi əlaqədə olduqda;
•           Prezervativ cırıldıqda;
•           UDV/Spiral düşdükdə. 
⁉️Təcili kontrasepsiya qorunmamış cinsi əlaqədən sonra hansı zaman ərzində istifadə olunmalıdır?
* 5 gün(120saat) ərzində (mümkün qədər tez) istifadə olunmalıdır. Təcili kontrasepsiya üsulundan arzuolunmaz hamiləliklərdən qorunmaq üçün müntəzəm istifadə etmək olmaz. Onlardan yalnız təcili hallarda istifadə edilir.
🟢Bu məqsədlə iki növ dərman preparatları istifadə olunur:
* levonorgestrel(progestin) əsaslı;
* etinilestradiol(estrogen) və levonorgestrelin(progestin) kombinasiyası.
- Monokomponent vasitələr cinsi əlaqədən sonra bir və ya 12 saatlıq ara ilə iki dəfə qəbul edilə bilər.
- Kombinəedilmiş maddələr iki dəfə qəbul olunur.
🔷Təcili kontrasepsiya tabletlərinin təsirləri:
* ovulyasiyanın qarşısını alır və ya onu gecikdirir;
* spermatozoidlə yumurtahüceyrənin birləşməsinə mane olur;
* mayalanmış yumurtahüceyrənin uşaqlığa daxil olmasını çətinləşdirir.
📈Effektivlik:
- Levonorgestrelin effektivliyi 90%-dir, kombinəolunmuş preparatlar bir qədər az effektiv olur.
⛔️Əlavə təsirlər:
- Dərman qəbulundan sonra qanaxma təhlükəli deyil və öz-özünə dayanır. Tabletlərin təkrar istifadə edilməsi qanaxma ehtimalını artırır.
- Qarında ağrı və aybaşı gecikməsi olarsa,mütləq həkimə müraciət etmək lazımdır. Bu uşaqlıqdankənar hamiləlik əlaməti ola bilər.Buna baxmayaraq sübut olunmuşdur ki, postkoital kontrasepsiya vasitələrinin tətbiqi ektopik hamiləlik ehtimalını artırmır.Əvvəllər ektopik hamiləliyi olmuş qadınlar da bu dərmanları qəbul edə bilər.
* Əgər cinsi əlaqədən 120 saatdan çox vaxt keçmişdirsə, təcili uşaqlıqdaxili kontrasepsiyaya üstünlük verilir.

T.Ü.F.D.Cərrah Mama-Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

⚪️NORMAL DOĞUŞ⚪️❇️Normal doğuşun üstünlükləri:- Tez sağalma və normal həyata tez qayıtmaq;- Doğum sonrasında yara ağrısı...
27/11/2023

⚪️NORMAL DOĞUŞ⚪️

❇️Normal doğuşun üstünlükləri:
- Tez sağalma və normal həyata tez qayıtmaq;
- Doğum sonrasında yara ağrısı olmaz;
- Fəsadların yaranma ehtimalı minimaldır;
- İnfeksiya riski çox aşağıdır;
- Ana tez sağaldığı üçün körpəsiylə daha tez məşğul ola bilir;
- Normal doğuşdan sonra süd hormonları daha sürətlə artdığı üçün süd azlığı yaranmır;
- Doğuş kilolarını asan və sürətli atmaq mümkün olur;
- Qəbizlik problemi keysəriyyə keçirənlərə nisbətən daha az müşahidə olunur;
- Doğuş yoluna girən körpələrin təzyiqə məruz qalması nəticəsində ciyərlərindəki amnion mayesi boşalır və nəticədə tənəffüs pozğunluğu yaşama riski daha az olur;
- Doğuş ka**lında anadan aldığı bəzi faydalı bakteriyalar hesabına immun sistem güclənir;
- Normal doğuşla dünyaya gələn körpələr keysəriyyəyə nisbətən daha çox əmmə refleksinə malikdir;
- Normal doğuşla dünyaya gələn körpələrin küvezdə qalma ehtimalı daha azdır;
- Körpənin yuxusu,kilo artımı və beyin inkişafı normal doğumla dünyaya gələnlərdə daha yaxşıdır.
🆘Keysəriyyə əməliyyatı zamanı qadının həyatı və sağlamlığına olan risk təbii doğuşdan bir neçə dəfə çoxdur.Buna görə də,digər cərrahi əməliyyatlarda olduğu kimi,keysəriyyə əməliyyatı da ciddi göstərişlər əsasında,təbii doğuş mümkün olmadıqda aparılmalıdır.
🟢Əgər qadında çanağın ölçüsü, dölün ölçüsü və digər doğum üçün lazım olan şərtlər uyğundursa, həkimin doğru yönləndirməsilə hamiləliyi normal doğumla başa çatdırmaq lazımdır və bu orqanizm üçün çox faydalıdır.
Qadına öncədən psixoloji dəstək verib normal doğuşa hazırladıqda, bizim üçün də, anamız üçün də doğuş asan və uğurlu keçir.
✅Hər bir ginekoloq hər xəstənin keysəriyyə istəyinə “hə” deməməli və düzgün yönləndirməyi bacarmalıdır.

‼️Doğuşdan qorxmayın‼️

✅Əgər həkiminiz yanınızdadırsa və nəzarət altındasızsa, mütləq hamiləliyi normal doğumla başa çatdırmaq qadın sağlamlığına çox xeyirdir.

Özünüzün və körpələrinizin sağlamlığını etibarlı əllərə əmanət edin.🌸


T.Ü.F.D.Ginekoloq Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

⁉️Histerosalpinqoqrafiya nədir⁉️🔹Uşaqlıq və uşaqlıq borularının kontrast maddə yeridilərək,rentgen filminin çəkilməsilə ...
22/11/2023

⁉️Histerosalpinqoqrafiya nədir⁉️
🔹Uşaqlıq və uşaqlıq borularının kontrast maddə yeridilərək,rentgen filminin çəkilməsilə uşaqlıq borularının açıq olub-olmamasını,eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur.Kontrast maddə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur.
♦️Əsasən sonsuzluq şikayətilə müraciət edən xəstələrdə aparılmalı olan ən vacib müayinələrdən biridir.Əgər boruların keçiriciliyi yoxlanmayıbsa,bu zaman sonsuzluğun dəqiq diaqnozu mümkün deyil.Boruların keçiriciliyi yoxlandıqdan sonra digər səbəblər də araşdırılmalıdır.
❇️HSQ müalicəvi deyil,yalnız diaqnostik metoddur.Lakin,sonsuzluğa görə müayinə edilən xəstələrin əksəriyyəti prosedurdan sonrakı yaxın ilk 3 ay ərzində hamiləliyin baş tutduğunu qeyd edir.Rentgenokontrast maddə gizli keçən xroniki proses nəticəsində uşaqlıq borularının daxili səthində yaranan seliyi mexaniki olaraq yuyub apara bilir.Bunun nəticəsində boruların keçiriciliyi və kirpikli epitelin funksiyası bir müddət bərpa olunur.
🔷Xüsusiyyətləri:
- HSQ aybaşı bitimindən sonra,əsasən aybaşının 7-9 cu günləri arasında çəkilir.
- Müdaxilə ginekoloq tərəfindən və xəstənin istəyinə bağlı olaraq ümumi anesteziya altında və ya anesteziya verilmədən aparıla bilər.
- HSQ aparıldıqdan 1-2 gün ərzində,qarnın aşağı nahiyəsində ağrı,az qanlı və ya selikli ifrazat ola bilər.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

Gözəl qızım evinə getmək üçün hazırdır.🥰Hər yeni doğulan körpə həyata yeni bir fərd qazandırmaq deməkdir…Bu missiyada iş...
21/11/2023

Gözəl qızım evinə getmək üçün hazırdır.🥰
Hər yeni doğulan körpə həyata yeni bir fərd qazandırmaq deməkdir…
Bu missiyada iştirak etmək bir ayrıcalıqdır…💫
Bu körpəmizi də sağ-salamat yeni həyatına yola saldıq.🙏🏻
Sağlam, xoşbəxt böyü!❤️

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

🛑Total Abdominal Histerektomiya🛑Postmenopauzal dövrdə qarının aşağısında ağrı şikayətilə müraciət etmiş xəstəmizdə Ultra...
16/11/2023

🛑Total Abdominal Histerektomiya🛑
Postmenopauzal dövrdə qarının aşağısında ağrı şikayətilə müraciət etmiş xəstəmizdə Ultrasəs müayinəsi ilə sağ yumurtalığın iri ölçülü kistası diaqnozu qoyduq.
🆘Xəstənin şikayətləri, USM nəticəsi, MRT, laborator müayinələr, xəstənin yaşı nəzərə alınaraq düzgün müalicə üsulu təyin edilməlidir.
Bütün müayinələrə əsaslanaraq “Total Abdominal Histerektomiya” əməliyyatı icra etməyə qərar verdik.✅
Ən çox verilən suallardan:
⁉️Əməliyyat nə qədər çəkir?
- Əməliyyatın aparılma üsulu və həcmindən asılı olaraq — 1,5 saatdan 3 saata qədər davam edə bilər.
⁉️Stasionarda nə qədər qalmaq lazımdır?
- Adətən stasionarda 3gün qalmaq kifayət edir. Lazım gələrsə bu müddət artırıla bilər.
⁉️Adi həyat tərzinə nə vaxt qayıtmaq olar?
- Əməliyyatın aparılma üsulundan asılı olaraq 2-4 həftə ərzində adi həyat tərzinə qayıtmaq olar.
⁉️Əməliyyat cinsi həyata təsir edirmi?
- İlk vaxtlar cinsi həyata mənfi təsir göstərə bilər.Zaman keçdikcə hissiyyat bərpa olur.


Cərrah Mama-Ginekoloq Dr.Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

✳️Laparoskopiya✳️❇️Ənənəvi cərrahiyyə ilə müqayisədə bu metod xəstələr üçün daha incə və daha az travmatikdir.🔷Yumurtalı...
13/11/2023

✳️Laparoskopiya✳️
❇️Ənənəvi cərrahiyyə ilə müqayisədə bu metod xəstələr üçün daha incə və daha az travmatikdir.
🔷Yumurtalıq kistlərinin,uşaqlıq orqanının çıxarılması,miomanın çıxarılması,ektopik hamiləlikdə fallop borularında əməliyyatlar,polikistik over sindromunda yumurtalıqların drillinqi,diaqnostik baxış aparılması və s. üçün istifadə olunur.
🔶Üstünlükləri:
-aşağı qan itkisi və bərpa müddətini asanlaşdıran minimal toxuma travması;
- laparoskopiyadan sonra əməliyyatdan sonrakı ağrı,açıq cərrahi müdaxilədən sonrakı qədər güclü deyil,bu da ağrıkəsicilərin istifadəsini azaldır və daha yaxşı sağalmağa kömək edir;
- əməliyyatdan sonra xəstəxanadan tez çıxma və xəstənin tez sağalması;
- əməliyyatdan sonrakı infeksiyalaşma riskinin çox aşağı olması,çünki cərrahi obyektlərin daxili orqanlarla və ətraf mühitlə təması məhduddur;
- iri yara izlərinin olmaması;
-laparoskopik əməliyyatlardan sonra reproduktiv funksiyanın bərpası(hamiləliyin baş verməsi və davam etməsi),açıq əməliyyatlara nisbətən nəzərə çarpacaq dərəcədə yüksəkdir;
-üzvün saxlanması ilə cərrahi müdaxilələr etmək imkanı;(uşaqlıqdan kənar hamiləlik,uşaqlıq mioması,yumurtalıq kistası və s. hallarda)
-əməliyyat sonrası bitişmələrin əmələ gəlmə riskinin minimal olması;
-laparoskopiya olunmuş xəstələrdə həyat keyfiyyətinin və psixo-emosional durumun daha yüksək olması.
✅Biz də bu üstünlükləri nəzərə alaraq öz praktikamızda laparoskopik əməliyyatlara daha çox üstünlük verir və uğurlu nəticələri də əldə etmiş oluruq❗️

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

♦️Vaginoplastika–uşaqlıq yolu divarlarının tikilib daraldılmasıdır.Bu cərrahi müdaxilə qadının cinsi həyatının keyfiyyət...
10/11/2023

♦️Vaginoplastika–uşaqlıq yolu divarlarının tikilib daraldılmasıdır.Bu cərrahi müdaxilə qadının cinsi həyatının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə və ya tibbi göstərişlərə görə aparılır.
🔷Vaginoplastikanın məqsədi nədir?!
- Uşaqlıq yolunun həcminin azaldılması, mənfəzinin daraldılması;
- Uşaqlıq yolu divarlarının sallanmasının və ya patoloji genəlməsinin ləğv olunması,tağların xətlərinin korreksiyası;
- Uşaqlıq yolunun divarlarının möhkəmləndirilməsi.
🔴Göstərişlər:
- Sidik qaçırma-uretranın yerdəyişməsi və xarici dəliyinin genəlməsi,sidik kisəsinin uşaqlıq yolunun ön divarının sallanması ilə əlaqədardır;
- Uşaqlıq yolunun arxa divarının prolapsı zamanı düz bağırsağın yerdəyişməsi nəticəsində a**l sfinkterin çatışmazlığı-qazların qeyri-iradi çıxması;
- Defekasiyanın çətinləşməsi və bu zaman diskomfort;
- Daxili cinsiyyət orqanlarının qeyri-stabil vəziyyəti ilə əlaqədar cinsi əlaqə və fiziki gərginlik zamanı ağrı hissi;
- Uşaqlıq yolunun selikli qişasının cinsiyyət yarığından xaricə çıxması.Bu zaman daimi olaraq xaricdə olan selikli qişanın maserasiyası və xoralaşması baş verir, qanamaya meylli olan xroniki residivləşən vulvovaginit əmələ gəlir.
- uşaqlığın prolapsı.
🔶Uşaqlıq yolu sallanmasının səbəbləri:
* təkrari doğuşlar;
* çoxdöllü hamiləliyin təbii doğuşla başa çatması;
* iri dölün doğulması;
* fəsadlı doğuşlar–gücənmə dövrünün uzanması,doğuş yollarının və aralığın cırılması;
* estrogen çatışmazlığı fonunda cinsi orqanların toxumalarının atrofiyası;
* requlyar gücənmə tələb edən xronik qəbizlik;
* ağır fiziki gərginlik,ağırlıq qaldırma.
✅Düzgün aparılmış kolporrafiya nəticəsində,xəstə,onu narahat edən sallanmadan və qonşu orqanlarda yaranan problemlərdən qurtulmuş olur.Bu zaman uşaqlıq yolu öz funksiyalarını tam qoruyub saxlayır.
🆘Əgər sizdə də bu əlamətlər varsa və xilas olmağın yolunu axtarırsızsa,bizə müraciət edə bilərsiniz❗️❗️❗️

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Məmmədova
📍Mərkəzi Klinika
📲0502817000

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri...
08/11/2023

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

8 Noyabr Zəfər Günümüz mübarək!🇦🇿
Bu günü bizə yaşadan Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!🙏🏻
Qarşınızda baş əyirik!!!

Address

Merkezi Klinika
Baku
SEVINC.M-77@MAIL.RU

Website

Alerts

Be the first to know and let us send you an email when Mama-Ginekoloq Dr.Sevinc Mammadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mama-Ginekoloq Dr.Sevinc Mammadova:

Share

Category