Diaqnoz Tibb Mərkəzi

Diaqnoz Tibb Mərkəzi Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı! Diaqnoz Tibb Mərkəzi

25/03/2026

Qaraciyərin Elastoqrafiya və Doppler müayinəsi - Diaqnoz Tibb Mərkəzinin Terapevt-Hepatoloqu Tibb üzrə Fəlsəfə Doktoru Sevinc Abasova və Diaqnoz Tibb Mərkəzinin radioloqu Könül Məmmədova

☎️ 904
📱+994 55 754 43 03
🌐 www.diaqnoz.az
📍 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C
______

QARACİYƏRİNİZİ YOXLATDIRMISINIZ ❓✅ ELASTOQRAFİYA — qaraciyər xəstəliklərinin dəqiq diaqnostikasıdır!🔍 Kimlər risk altınd...
25/03/2026

QARACİYƏRİNİZİ YOXLATDIRMISINIZ ❓
✅ ELASTOQRAFİYA — qaraciyər xəstəliklərinin dəqiq diaqnostikasıdır!

🔍 Kimlər risk altındadır?
• Hepatit virusu olanlar
• Şəkərli diabet xəstələri
• Artıq çəkili şəxslər
• Alkoqol və energetik içki istifadə edənlər

⚠️ Unutmayın!
Qaraciyər xəstəlikləri uzun müddət simptomsuz inkişaf edə bilər.
📊 Elastoqrafiya qaraciyərin sərtliyini ölçərək fibrozun dərəcəsini dəqiq müəyyən edir.

✅ Vaxtında müayinə ilə:
• Sirrozun qarşısını alın
• Ağırlaşma risklərini azaldın
• Sağlamlığınızı qoruyun

✨ Üstünlüklər:
✔ Ağrısız və təhlükəsiz
✔ Qeyri-invaziv
✔ Cəmi 10–15 dəqiqə
✔ Xüsusi hazırlıq tələb olunmur

💙 Elastoqrafiya müayinəsi Diaqnoz Tibb Mərkəzində İcbari Tibbi Sığorta çərçivəsində də vətəndaşlara təqdim olunur. Bunun üçün vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli, “Xidmətlər Zərfi” çərçivəsində “Göndəriş vərəqəsi”ni əldə etməli və bu göndərişlə Diaqnoz Tibb Mərkəzinə müraciət edərək Elastoqrafiya müayinəsindən yararlana bilər.

☎️ 904
📱+994 55 754 43 03
🌐 www.diaqnoz.az
📍 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

Qastroskopiya və Kolonoskopiya 📍 Diaqnoz Tibb Mərkəzində!Qastroskopiya (FQDS) — qida borusu, mədə və onikibarmaq bağırsa...
23/03/2026

Qastroskopiya və Kolonoskopiya 📍 Diaqnoz Tibb Mərkəzində!

Qastroskopiya (FQDS) — qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir.
Göstərişlər: ürəkbulanma, qusma, qarın ağrısı, udqunma çətinliyi, qanaxma şübhəsi, anemiya və s.

Kolonoskopiya — qalın və düz bağırsağın müayinəsidir.
Göstərişlər: qarın ağrısı, rektal qanaxma, xroniki qəbizlik/ishal, səbəbi bilinməyən anemiya və s.

🔎 Erkən diaqnoz — sağlamlığın qorunması deməkdir!

☎️ 904
📱+994 55 754 43 03
🌐 www.diaqnoz.az
📍 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

Bayram günləri xidmətinizdəyik! 💙Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı - Diaqnoz Tibb Mərkəzi! ☎️ 904 📱+994 55...
23/03/2026

Bayram günləri xidmətinizdəyik! 💙

Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı - Diaqnoz Tibb Mərkəzi!

☎️ 904
📱+994 55 754 43 03
🌐 www.diaqnoz.az
📍 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

Hörmətli həmvətənlər!Bu il Novruz Bayramı ilə Ramazan Bayramı eyni sevincdə qovuşur. İki gözəl bayramın bir araya gəlməs...
20/03/2026

Hörmətli həmvətənlər!

Bu il Novruz Bayramı ilə Ramazan Bayramı eyni sevincdə qovuşur. İki gözəl bayramın bir araya gəlməsi həyatımıza ikiqat sevinc, bərəkət və ümid bəxş edir.

Hər birinizə möhkəm sağlamlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq. Təbiətin oyanışı ilə yanaşı, mənəvi saflaşmanın da qəlbinizə nur, həyatınıza yeni ümidlər və güc gətirməsini diləyirik.🌿

Sağlamlığınız daim möhkəm, arzularınız gerçək olsun! 💚

Bayramınız mübarək olsun! ✨

20/03/2026

Novruz və Ramazan bayramı münasibətilə Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarovun təbriki

Diaqnoz Tibb Mərkəzinin həkim-radioloqu Cahan Hüseynova - Ultrasəs müayinəsi (USM) haqqında bunları bilmək vacibdir!USM ...
19/03/2026

Diaqnoz Tibb Mərkəzinin həkim-radioloqu Cahan Hüseynova - Ultrasəs müayinəsi (USM) haqqında bunları bilmək vacibdir!
USM – orqanizmə zərər vermədən daxili orqanlar haqqında dəqiq məlumat verən təhlükəsiz və effektiv müayinə üsuludur.
🔹 Ağrısız və sürətlidir
🔹 Şüalanma yoxdur
🔹 Bir çox orqanların müayinəsi mümkündür
🔹 Erkən diaqnostika üçün vacibdir

Sağlamlığınızı qorumaq üçün mütəmadi yoxlanışdan keçməyi unutmayın!

📍 Ünvan: Bakı ş., Əhmədli qəs., Sarayevo küç. 38C
📞 Əlaqə: (012) 370 06 66 | 904
🌐 www.diaqnoz.az

🌸 Yaz aylarında havada artan tozcuqlar və allergenlər gözlərinizə təsir edərək gündəlik rahatlığınızı poza bilər.Əgər so...
18/03/2026

🌸 Yaz aylarında havada artan tozcuqlar və allergenlər gözlərinizə təsir edərək gündəlik rahatlığınızı poza bilər.

Əgər son günlər siz də bunları hiss edirsinizsə:
▫️ Gözlərdə dözülməz qaşınma
▫️ Davamlı sulanma
▫️ Qızartı və yanma hissi
▫️ Göz qapaqlarında şişkinlik
▫️ İşığa qarşı həssaslıq

Bu əlamətlər allergik konyunktivitin xəbərçisi ola bilər.

❗ Gözlərinizi ovuşdurmaq problemi daha da ağırlaşdıra, hətta gözün buynuz qişasına zərər verə bilər. Özbaşına istifadə olunan damcılar isə yalnız müvəqqəti rahatlıq yaradır və əsas səbəbi gizlədir.

Unutmayın — düzgün diaqnoz və sizə uyğun müalicə ilə bu narahatlıqdan qurtulmaq mümkündür.

✨ Gözləriniz yenidən rahat və sağlam olsun deyə, vaxtında mütəxəssisə müraciət edin.

☎️ 904
📱+994 55 754 43 03
🌐 www.diaqnoz.az
📍 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 38C

__________

18/03/2026

Allergiyalar niyə artır? / Xəbərin Olsun - Diaqnoz Tibb Mərkəzinin Həkim-Allerqoloqu Şahvələd Məmmədov

Diaqnoz Tibb Mərkəzinin Radioloqu, Tibb üzrə Fəlsəfə Doktoru Aydın Mirzəyev Azərbaycan Radioloqlar Cəmiyyətinin 2026-cı ...
18/03/2026

Diaqnoz Tibb Mərkəzinin Radioloqu, Tibb üzrə Fəlsəfə Doktoru Aydın Mirzəyev Azərbaycan Radioloqlar Cəmiyyətinin 2026-cı ilin II Elmi - Tədris konfransında çıxış edib.

Konfrans çərçivəsində radiologiya sahəsində aktual mövzular, müasir yanaşmalar və təcrübə mübadiləsi aparıldı.

17/03/2026

Diaqnoz Tibb Mərkəzinin Ortoped-Travmatoloqu Dr. Zahid Səfərov bud-çanaq oynağı endoprotezi barədə tez-tez verilən sualları cavablandırdı.

Sizi maraqlandıran sualları şərh bölməsində yaza bilərsiniz.

📞 Çağrı mərkəzi: 904
📲 +994 55 754 43 03
📨 info@diaqnoz.az
📍 Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C
_____

Address

Əhmədli Qəs. Sarayevo Küç. 38C, Xətai Rayonu, Bakı
Baku
AZ1149

Telephone

0123700666

Website

Alerts

Be the first to know and let us send you an email when Diaqnoz Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Diaqnoz Tibb Mərkəzi:

Share

Category

Our Story

●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Hörmətli həmvətənlər, sizi Diaqnoz Tibb Mərkəzi MMС adından salamlayıram. Diaqnoz Tibb Mərkəzi MMС 2003-сü ilin fevral ayının 2-dən rəsmi fəaliyyətə başlamışdır. Fəaliyyətinə 001720 №-li lisenziya almışdır. Yaradılmasında əsas məqsəd xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək olmuşdur. Mərkəz dünyanın ən müasir tibbi texnika və vasitələrini tətbiq etmək, ölkənin ən tanınmış həkimlərini işə cəlb etməklə Respublikanın öncül və tanınmış tibb müəssisəsinə çevrilmişdir. Bu gün müəssisədə ən tanınmış firmaların müasir cihazları respublikamızda ilk dəfə bizim klinikada tətbiq olunmuşdur. Belə cihazlardan Phillips firmasının ən müasir 6-16 slayslı Brillians seriyasından kompüter tomoqrafiya cihazı,yenə həmin firmanın müasir panoramik Envizor tipli ultrasəs aparatı, Toshiba firmasının Rəqəmsal Rentgenn Cihazı, Pentax firmasınındünyada ən nazik ultraslim qastroduodenoskopu. Medisson - 9900 tipli üç ölçülüü exokardioqrafiya cihazı, laboratoriya şöbəsində Bekman firmasının Robot analizatorları və s. bizim fəxrimizdir. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Belə cihazların köməyi ilə indiyə qədər nəinki respublikamızda, hətta keçmiş SSRİ məkanında aparılması mümkün olmayan müayinələr aparılır. Bu günkü tibbi diaqnostikada aparılan müayinələrdə insan faktorunun minimuma endirilməsi əsas vəzifə olduğundan bizim mərkəz də qarşısına bu məqsədi qoymuşdur. Düzgün diaqnozun qoyulması və müvafiq müalicənin aparılmasında ən başlıca faktorlardan biri də kadrlardır. Mərkəzin işinə cəlb olunmuş həkimlər xüsusi komissiya tərəfindən seçilir. Bizim həkimlər daima öz bilik və təcrübəsini artırmaq üçün müxtəlif ölkələrin klinikalarında ixtisasartırma kurslarından keçirlər. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Öz işimizdə Səhiyyə Nazirliyinin təsdiq etdiyi tibbi normalardan istifadə etməklə yanaşı, aparılan bütün müayinələr xüsusi kompüterlərin arxivində uzun illər saxlanılır. Bu da gələcəkdə təkrar müayinədən keçən xəstələrin əvvəlki müayinələrini həkimlərin hər zaman tanış olmasına imkan yaradır. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Bizim klinika şəxsi olsa da, qiymətlər şəhərimizin digər klinikalarında olan qiymətlərdən aşağıdır. Bizim müəssisədəki bəzi müayinələrin və əməliyyatların qiyməti hətta dövlət müəssisələrindən də aşağıdır. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sahibkarlığa göstərdiyi şəxsi qayğısından ruhlanaraq müəssisəmizin daha da genişləndirilməsi və müasirləşdirilməsi işini davam etdirəcəyik. Müasir, sırf tibbi mərkəz üçün tikilmiş, Avropa üslublu 4 mərtəbəli binada daima cari işlər aparılır, genişləndirilir. İnsanların rahatlığı üçün hər cür şərait yaradılır. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Mərkəz özünün humanist addımlarını davam etdirir. Klinikamız ulu öndər Heydər Əliyevin adını daşıyan fondla qarşılıqlı sıx əlaqədə işləyir. Fonda müraciət edən imkansız xəstələr bizim klinikada pulsuz müayinədən keçir və müalicəsi aparılır. Bundan başqa Xətai rayonundakı 3 saylı Uşaq evinin bütün uşaqları bizim klinikanın nəzarətinə götürülmüş, onlara pulsuz xidmət göstərilir. Klinikada şəhid ailələrinə və əlillərə (I-II) qrup 20%-lik güzəşt tətbiq edilir. İldə 1 dəfə müəssisədə açıq qapı günləri keçirilir. Belə günlərdə bütün müraciət edən insanlara pulsuz xidmət göstərilir. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Özünün 100 nəfərlik kollektivi ilə daima xalqımızın sağlamlığı keşiyində olan Mərkəzimiz öz sahəsində liderliyi qoruyub saxlamaq üçün gələcəkdə də çalışacaq və inkişaf edəcək. ●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬● Sonda hər kəsə firavanlıq və sağlam həyat arzulayıram. Hörmətlə, Ələddin Cabbarov Diaqnoz Tibb Mərkəzinin Baş həkimi