
28/05/2025
BPPV (xoşxassəli paroksizmal pozisyon vertigo) daxili qulaqda yerləşən otolit kristallarının (və ya otolitlərin) yer dəyişməsi nəticəsində baş verir. Bu kristallar, normalda daxili qulaqda otolitik orqanda yerləşir və oradan ayrılıb yarımkanallara keçdikdə, başın müəyyən bir vəziyyətə gətirilməsi zamanı başgicəllənmə və ya vertigo yarada bilər.
BPPV-nin əsas əlamətləri:
Başın müəyyən bir vəziyyətə gətirilməsi zamanı ani və qısa müddətli başgicəllənmə.
Ən çox yatağa uzanan, yataqdan qalxan və ya başı bir tərəfə çevirdikdə baş verir.
Başgicəllənmə qısa sürətli olur və adətən bir neçə saniyə davam edir.
Kristalların hansı qulaqda və hansı kanala düşməsini dəqiqləşdirmək üçün Dix-Holpayk manevrası aparılır. Bu zaman nistaqmın - göz almalarının hərəkətinin istiqamətinə əsasən hansı kanalın zədələnməsi müəyyən edilir.
Bu vəziyyətin müalicəsi kristalların hansı kanala düşməsindən asılı olaraq Epley və s. manevri kimi xüsusi hərəkətlərlə həyata keçirilir. Epley manevri, başın müəyyən istiqamətlərə döndərilməsi və hərəkət etdirilməsi yolu ilə otolit kristallarının yarımkanallardan çıxsrılmasına kömək edir.