Xuraman Muradova

Xuraman Muradova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xuraman Muradova, Nərimanov Əhməd Rəcəbli 1/21 Milan Hospital, Baku.

Xuraman Muradova İşinsanı.Sahibkar.VİPMilan Hospitalın direktoru.🇦🇿🇹🇷🇺🇿Azerbaycan,Türkiye,Özbekistan Yazıçılar Birliyinin Üzvü.Türkiye Onur,Altun medalyalar mükafatçısı.Özbekistan Dövlet Alişir Nevai ad.Univer-ninTürkDünAraşUniver-nin Fexri PROFES

14/04/2026

Türk dünyasının dəyərli ziyalısı, əziz qardaşımız Abdullah Erenə uğurlar diləyirik.
Onun gördüyü işlər, atdığı addımlar türk birliyinə, ortaq tariximizə və mədəniyyətimizə böyük töhfədir.

Eyni zamanda, Türk Ədəbiyyatı Vəqfinin dəyərli başkanı, əziz qardaşım Sərhat Kabaklıya da uğurlar arzulayıram.
Onun rəhbərliyi ilə türk ədəbiyyatı və mədəniyyəti daha da ucalır, daha geniş coğrafiyalara yayılır.

Qoy bu yol daim açıq olsun, gördüyünüz bütün işlər uğurla nəticələnsin.
Türk dünyasının birliyi, gücü və səsi daha da yüksəlsin!

Xuraman MuradovaXuraman MuradovaAbdullah Eren

12/04/2026

Hacı Mənzər xanım Ağayeva – 15 dini-elmi kitabın müəllifi olan dəyərli ilahiyyatçı
12.04.2026 tarixində keçirilən kitab təqdimatı böyük maraq və ehtiramla yadda qaldı.

Belə ziyalılar cəmiyyətin mənəvi sütunudur! 📚
çıkar
Xuraman Muradova
Necibe Ilkin
Xuraman Muradova



11/04/2026

Canım Qızıma
Xuraman Muradova

Ay Laçınım könlü gözəl mələyim,
Sənsən xoşbəxtliyim, sənsən diləyim.
Günəş ol hər zaman, yaşa dünyamda,
Ən gözəl duamsan hər an ağlımda.

Dünyamda ən zərif çiçəyim sənsən,
Bu yorğun ruhuma huzur verənim.
Dönüb baxdığımda qəlb rahatlığım,
Bu dünyada elə özümsən mənim.

Mövlam min bərəkət versin ömrünə,
Düşməsin qamətin, dik olsun başın,
Səndən əsirgəsin bütün dərdləri
Gözündən axmasın bir damla yaşın.

Ruhun nurla dolsun, bədənin sağlam,
Heç əskik olma sən mənim ömrümdən.
Qədəm qoyduğun yer cənnətin olsun,
Əllərimdən bərk tut, ayrılma məndən.

Səninlə rəng alır hər bir sabahım.
Sənsən duaların ümidi, səsi.
Sənsiz bu dünyada yoxdur sabahım.
Sənsən ürəyimin ən saf nəfəsi.

Hər sabah dilimdə olan duam sən,
Hər zaman sevgimdə olan vəfam sən.
Nə olur, həyatda heç üzülmə sən,
Səni üzən hər kəs üzülər məndən.

Heç vaxt bükülməsin o dik qamətin,
Ruhun sarsılmasın, solmasın üzün.
Daim uca olsun şanın, hörmətin.
Səndən uzaq olsun kədər və hüzün.

Sənsən həyatımın dadı, mənası,
Həmişə yanımda, yaxınımda ol.
Sənsən bu könlümün sönməz sevdası.
Sən mənim ömrümdə ən şərəfli yol.
Sən mənim ömrümdə ən şərəfli yol …
Xuraman MuradovaXuraman Muradova@sıkı hayranlar




09/04/2026

İndi inandınmı?…

Xuraman Muradova

“Mələksən”deyərdin hər zaman mənə,
Deyərdin: ki, küsmək bizə yasaqdır.
İnanardıq o sevginin gücünə,
Sanardıq ayrılıq bizdən uzaqdır.

Mənsə sakit-sakit deyərdim hərdən:
“Bəlkə bir gün gələr, ayrılarıq biz…”
İndi o kədərlə mən üz-üzəyəm,
İndi sahillərdə təkdi izimiz.

Bax, indi ayrıyıq, sükut danışır,
Yollar da ayrılıb uzağa gedir.
Köhnə xatirələr oda alışır,
Həsrət ürəyimi imtahan edir.

İndi inandınmı bu ayrılığa?
Ayrılıq – o vədin bitdiyi yerdir.
Qərq olub o sonsuz, lal qaranlığa,
Demək, bu taleyin yazdığı birdir.

Bildinmi sevməkdə ayrılmaq da var?
Ayrılıq bu imiş – uzun bir zaman…
Dünən mələk olan, bu gün çox uzaq,
Aramızda qaldı ağır imtahan.

Gözlərin dolmuşdu o son baxışda,
Dilin “getmə” deyib, ürəyin susdu.
İslanmış arzular soyuq yağışda,
Bizə taleyimiz pusqu qurmuşdu.

“Başqa yol yox…” dedim, kədərlə baxdın,
İmkansız bir dərdi bölüşdük yarı.
O “mələk” kəlməsi göylərə axdı
Doldurdu boşluğu həsrət qubarı.

İnanmazdın mənə… bax, indi inan —
Ayrılıq o yaşlı gözlərdə qaldı.
Bizdən gerçək deyil, xəyaldan olan
Xatirələr dolu bir sevgi qaldı…
Xatirələr dolu bir sevgi qaldı…
Xuraman MuradovaXuraman Muradova


08/04/2026

“Ədəb gərəkdir”
Xuraman Muradova

Mərifət mülkünə girmək istəsən,
Könül qapısında ədəb gərəkdir.
Haqqın dərgahına yetmək istəsən,
Ruhun libasında ədəb gərəkdir.

Dildəki hikmətin mayası budur,
İrfan dəryasının qayası budur.
Yolun əvvəl, sonu qayəsi budur:
Hər iki dünyada ədəb gərəkdir.

Nəfsini tanıyan Rəbbini tanar,
Həqiqət çırağı ədəblə yanar.
Kibirlə ucalan odda qalanar,
Eşqin zirvəsində ədəb gərəkdir.

Sükutun içində min bir məna var,
Ədəbli susubsa böyük səda var.
Həddini biləndə sonsuz səfa var,
Sözün cövhərində ədəb gərəkdir.

Gözəllik ötəri, zamanla solar,
Ədəbdir ruhlara əbədi bahar.
Cahillər "elmiylə" öyünüb qalar,
Arif ürəyində ədəb gərəkdir.

Xuraman, bu yolda mənlikdən uzaq,
Ədəbdir hər qəlbi eyləyən çıraq.
Haqqın hüzuruna üzüağ varmaq —
Hər iki dünyada ədəb gərəkdir.

Xuraman MuradovaXuraman Muradova

Bu gün — 7 aprel 2026-cı ilqəlbimdə xüsusi iz buraxan unudulmaz bir gün oldu…Özbəkistan, Qırğızıstan, Tacikistan və bütö...
07/04/2026

Bu gün — 7 aprel 2026-cı il
qəlbimdə xüsusi iz buraxan unudulmaz bir gün oldu…

Özbəkistan, Qırğızıstan, Tacikistan və bütövlükdə Türk dünyasından olan tanınmış şairlərin qonağımız olması mənim üçün böyük şərəf və qürur idi.

Türk dünyasına aid nəşr olunan mötəbər kitabda mənim də şeirlərimin yer alması — sözə, qələmə verilən ən böyük dəyərin göstəricisidir.

Bu gün bir başqa qüruru da yaşadım…
Mən qürur duyuram ki, tanımadığım evlərdə, tanımadığım ailələrdə — Türk dünyasının müxtəlif guşələrində mənim şeirlərim oxunur, sevilir…

Hətta qonaqlardan biri bildirdi ki, onun xanımı hər dəfə mənim şeirlərimi böyük duyğu ilə dinləyir…
Bu, bir şair üçün ən böyük mükafatdır.

Bir daha anladım ki, söz sərhəd tanımır…
Ruhlar birləşəndə, ürəklər danışanda — Türk dünyası bir olur.

Qürur duyuram ki, bu böyük ədəbi ailənin içində mənim də adım var…
və sözlərim artıq Türk dünyasının nəfəsi ilə yaşayır.

Dərin təşəkkür və sonsuz ehtiramla…

Xuraman Muradova ✍️

Xuraman MuradovaXuraman Muradova@sıkı hayranlar



#

07/04/2026

Bu gün — 7 aprel 2026-cı il
qəlbimdə xüsusi iz buraxan unudulmaz bir gün oldu…

Özbəkistan, Qırğızıstan, Tacikistan və bütövlükdə Türk dünyasından olan tanınmış şairlərin qonağımız olması mənim üçün böyük şərəf və qürur idi.

Türk dünyasına aid nəşr olunan mötəbər kitabda mənim də şeirlərimin yer alması — sözə, qələmə verilən ən böyük dəyərin göstəricisidir.

Bu gün bir başqa qüruru da yaşadım…
Mən qürur duyuram ki, tanımadığım evlərdə, tanımadığım ailələrdə — Türk dünyasının müxtəlif guşələrində mənim şeirlərim oxunur, sevilir…

Hətta qonaqlardan biri bildirdi ki, onun xanımı hər dəfə mənim şeirlərimi böyük duyğu ilə dinləyir…
Bu, bir şair üçün ən böyük mükafatdır.

Bir daha anladım ki, söz sərhəd tanımır…
Ruhlar birləşəndə, ürəklər danışanda — Türk dünyası bir olur.

Qürur duyuram ki, bu böyük ədəbi ailənin içində mənim də adım var…
və sözlərim artıq Türk dünyasının nəfəsi ilə yaşayır.

Dərin təşəkkür və sonsuz ehtiramla…
Xuraman Muradova ✍️

Əziz və dəyərli xalq yazıçımız Çingiz Abdullayev!Sizi ürəkdən təbrik edir, doğum gününüz münasibətilə ən xoş arzularımı ...
07/04/2026

Əziz və dəyərli xalq yazıçımız Çingiz Abdullayev!

Sizi ürəkdən təbrik edir, doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırıram.
Siz yalnız böyük yazıçı deyil, həm də xalqımızın qürurla daşıdığı xalq yazıçısı adını şərəflə yaşadan nadir söz ustadlarındansınız.

Sizin zəngin yaradıcılığınız sayəsində Azərbaycan ədəbiyyatı və Azərbaycanımız dünya miqyasında tanınır və sevilir.
Siz sözünüzlə yalnız əsərlər yazmırsınız, həm də bir millətin ruhunu, kimliyini və dəyərini dünyaya təqdim edirsiniz.

Qələminiz hər zaman kəsərli, sözünüz hər zaman dəyərli olsun.
Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz ilham və yeni-yeni uğurlar arzulayıram.

Ad gününüz mübarək olsun!

Dərin hörmət və ehtiramla,
Xuraman Muradova

06/04/2026

🇹🇷🇦🇿Xuraman Muradova:BAŞKA BİRİSİNE BENZETTİM SENİ
Ben seni benzettim başka birine,
Yanılmışım affet, o sen değilsin…
Bana benden yakın idi o adam,
Sen ki onun gibi seven değilsin…
Ben seni benzettim uzak geçmişten,
Beni delilerce seven birine...
Yarıp karanlığı, yorup yolları,
Gün doğmadan bana gelen birine…
Ben seni benzettim hasret sevgimin,
Uzak semalardan gelen sesine.
Her seher sevgiyle doğan güneşe…
Geceleri doğan ay nefesine…
Ben seni benzettim, çok yakınlardan
Kalbimde yaşayan arzularıma.
Meğer kara kışta yazı aramışım,
Rüzgârlar ekmişim ilkbaharıma…
Üşüttü ruhumu soğuk baharın,
O an anladım ki, o değilsin sen.
Kışta yaz nefesli duygularımla
Seni sevdiğime benzetmişim ben.
Niye başkasına benzettim seni,
Yazda kış faslını yaşadı ömrüm?
Yazık aldanmışım, nerden bileyim,
Yine sevda yükü taşıdı ömrüm...
Xuraman Muradova
Xuraman Muradova
hayranlar





05/04/2026

Haqqın tərəzisi…

Mərd olan zəhmətlə ucaldar adı,
Düzlükdə tapıbdır şirin bir dadı.
Vuruşar, çalışar, əyilməz heç vaxt,
Haqqın dərgahıdır onun imdadı.

Namərdin ürəyi həsədlə dolar,
Başqası gül açsa, o, vaxtsız solar.
Üzdə dost olanın qəlbi bəd niyyət,
Qurduğu tələdə özü tək qalar.

Haqqın qabağında yerimir yalan,
Zülmün mayasında xeyir görünmür.
Zəhməti tapdayan nankor kimsənin,
Bir gün də ocağı, odu isinmir.

“Yalanın ömrü çox qısa olar” – bil,
Hiylə ilə kimsə murada yetməz.
Zəhməti, əməyi itirməz Allah,
Namərd evinə də xeyir yetirməz.

“Quyu qazan özü düşər” məsəldir,
Zülmün sonu hər vaxt ağır bədəldir.
Allahdan qorxmayan bəndə bilsin ki,
İlahi ədalət ən düz təməldir.

Hər kim nə əkərsə, onu da biçər,
Haqq gələr, nahaqın ömrü tez keçər.
Qazılan quyular öz başınadır,
Namərd öz oduna özü tək düşər.

Rəbbim, Özün qoru hər mərd insanı,
İtməz dürüstlərin heç vaxt nişanı.
Zəhmətin bəhrəsi nur olar göydə,
Ucaldar həmişə təmiz vicdanı.
Müəllif: Xuraman Muradova

04/04/2026

Dəyərlərim Var
— Xuraman Muradova

Mənim dəyərlərim var,
Satılmayan, əyilməyən, sönməyən dəyərlər.
Onlar mənim köküm, mənim ruhum,
Məni mən edən görünməyən sərhədlər.
Mən yurdumu sevirəm,
Hər qarış torpağını, hər daşını.
Küləklə danışan ağaclarını,
Səssizcə gülümsəyən çiçəklərini.
Mən vətənimi sevirəm,
Adını qürurla daşıdığım bu torpağı.
Dağlarını, düzlərini, yollarını,
Kənd-kənd, rayon-rayon doğmalığı.
Mən sevirəm,
Sadəcə sözlə yox — ruhumla, qanımla.
Sevgi mənim içimdə bir alov kimi,
Sönməyən, əbədi bir inamla.
Bax, mən beləcə sevirəm,
Sadə, amma həqiqi, dərin və saf.
Və bu sevgi ilə, inan ki,
Mən çoxlarından daha varlıyam, daha xoşbəxtəm.
Çünki mənim ürəyim doludur...
Sevgi ilə, vətənlə, torpaqla.
Və bu, hər şeydən daha çoxdur,
Hər şeydən daha güclü.
Qoy məni sadə insanlar sevsin,
Qəlbi təmiz, ruhu uca olanlar.
Vətəni torpaq kimi yox,
Canı kimi sevən insanlar.
Onların varı qızıl deyil,
Amma ürəkləri xəzinədir.
Onların adı bəlkə sadədir,
Amma sevgiləri əfsanədir.
Qoy məni onlar anlasın,
Sözümün çəkisini, şeirimin mənasını.
Çünki onlar bilir
Torpağın, daşın, vəfanın qiymətini.
Bəli, mənim ən böyük sevgim də budur,
Ən böyük sevincim də.
Mənim var-dövlətim
Sadə insanlar,
Vətənsevən qəlblər,
Gözəl insanlar...
Onlar varsa
Mən zənginəm.
Onlar varsa
Mən xoşbəxtəm.
Və mən bu sevgi ilə,
bu dəyərlərlə
Dünyanın ən varlısıyam…

Xuraman MuradovaXuraman Muradova@sıkı hayranlar









03/04/2026

Yarımçıq məktublar....
Xuraman Muradova…
Bağışla ki, yazmadım məktublarda sevgimi,
Məktublar da yarımçıq qaldı sevgimiz kimi...
Neyləyim ki, qürurum üstələdi sevgimi …
Ağladı məktublar da bu gecikmiş sevgimi.
Səndən yazacaq qəlbim incidi, küsdü nədən,
Yazmadı bircə kəlmə sənə olan sevgimdən.
Oxudu məktubları payızın rüzgarları,
Gözündə yaz yağmuru ,ağlatdı buludları.
Məktublar dilə gəldi, intizar gecələrdə,
Gecələrin sinəsi əridi pərdə-pərdə...
Bilmədim məktubların yolu niyə bağlandı?
Məktublar da bizim tək düşdü sevdalı dərdə..
Sevgimizin nurunda məktublar gecələrmiş.
Sən demə lal sevgimiz həsrətlə gözləyərmiş.
Yarımçıq məktubların qərib sevdası kimi,
Ağlayan sətirlərin göz yaşını sirlərmiş.
Bu sevdanın gözləri hələ çox yol çəkəcək,
Yarımçıq məktublar tək həsrət yaşı tökəcək.
Çox çalışdım məktubu bağışla bitirmədim,
Bəlkə yarımçıq sevgi məktubu bitirəcək...
Məktubu bitirəcək

Address

Nərimanov Əhməd Rəcəbli 1/21 Milan Hospital
Baku
1111

Telephone

+994503004329

Website

Alerts

Be the first to know and let us send you an email when Xuraman Muradova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xuraman Muradova:

Share