19/06/2024
Takıntılar yəni, obsessiv kompulsiv pozuntu müəyyən bir zamanda hərkəsdə ola bilər. Uşaqlarda isə daha çox 7-8 yaşdan müşahidə olunur.
•Onlarda rast gəlinən "takıntı" halları- obsessiyalar təmizliklə və ailəsini, sevdiklərini itirməklə bağlı olur. Məsələn, hər yerin çirkli olduğu düşüncəsi (obsessiya) və bu düşüncənin yaratdığı narahatlığı aradan qaldırmaq üçün əllərini çoxlu yumaq, tez-tez paltar dəyişmək, hamamda uzun müddət qalmaq davranışları (kompulsiya) özünü göstərir.
•Valideynlərini itirəcəyi, öləcəyi və ya p*s bir hadisə baş verəcəyi ilə bağlı "takıntılı" düşüncələr sayəsində uşaq özünü sakitləşdirmək üçün valideynlərə bununla bağlı çoxlu suallar verir. Bu halda, valideynin öhdəliyi sualları eşitməzdən gəlməmək, dolğun cavab verərək uşağı sakitləşdirməkdir.
•Uşaq etdiyi kompulsiv davranışları təkcə özü etməklə kifayətlənmir, valideynlərinin də etməsini istəyirlər. Məsələn, içəri daxil olarkən qapını 5 dəfə açıb bağlamaq, yerdə xətlərə basmadan gəzmək, küçədə bütün plakatları, maşın nömrələrini oxumaq və s.
Əgər övladınızda bu kimi əlamətlər varsa, mərkəzimizə müraciət edə bilərsiniz.✅ *st