Infeksionist - Hepatoloq Dr. Azər Nağıyev

Infeksionist - Hepatoloq Dr. Azər Nağıyev Infeksionist Hepatoloq

02/03/2020

1960-cı illərdən dünyada mövcud olan koronavirus 2019-cu ilin dekabr ayında Çində yenidən rast gəlinərək qısa müddətdə dünyanın 40-dan artıq ölkəsinə yayıldı. Bu virusun mənşəyi tam olaraq bilinmir. İlk dəfə Çinin Vuhan şəhərindəki h...

https://baku.ws/doctor/81832"Koronavirus deyildiyi qədər qorxulu deyil" - İnfeksionistdən AÇIQLAMA28 fevral 09:42 Korona...
28/02/2020

https://baku.ws/doctor/81832
"Koronavirus deyildiyi qədər qorxulu deyil" - İnfeksionistdən AÇIQLAMA
28 fevral 09:42

Koronavirus hava-damcı yolu ilə yoluxan kəskin respirator virusdur. Qriplə oxşar əlamətləri var, amma qrip deyil, sadəcə virusun bir növüdür. Düzgün müayinə aparılarsa, həyat üçün deyildiyi qədər təhlükəli deyil". Bunu infeksionist Azər Nağıyev deyib.

BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Azər Nağıyev uşaqlarda infeksiyalara qarşı davamlılığın daha güclü olduğunu deyib:

"Belə infeksiyalar yaşlılar, sağlamlıq problemi olan insanlara daha tez təsir göstərir. Buna görə də koronavirus nəticəsində həyatını itirənlər arasında uşaqlara rast gəlinmir. Adətən uşaqlar belə infeksiyaları yüngül və fəsadsız keçirirlər".

İnfeksionistin sözlərinə görə, Azərbaycanda virus aşkarlanmasa da, əhali ehtiyatlı olmalıdır:

"Hər bir ölkəyə virus yayıla bilər. Nəzərə alaq ki, qonşu ölkələrdə bu virus var. Bu, bir daha sübut etdi ki, heç bir ölkə virusdan sığortalanmayıb". Azər Nağıyev bildirib ki, epidemiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir:

"Orqanizmi sağlam saxlamalıyıq. Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Hər bir insan təkcə özünü deyil, ətrafını da düşünüb, gigiyenik qaydalara əməl etməlidir. Eyni zamanda vaxtaşırı təmiz havaya çıxmaq lazımdır. Qapalı mühitdə profilaktik tədbirlər görülməlidir".

İnfeksionistin sözlərinə görə, virusun əşyalar vasitəsilə keçmə ehtimalı çox aşağıdır:

"37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır. Əgər əşyanın üzəri qurudursa, açıqdırsa, virus qısa müddətdə məhv olur. Virus insanlardan bir-birinə keçir".

Həkim qeyd edib ki, ölkəmizdə virusla bağlı profilaktik tədbirlər görülüb:

"İnsanlar özlərində şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Epidemiyanın yayılmasının qarşısını almaq və xəstəliyə yoluxanların müalicəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

Hazırda İranda, Çində və digər ölkələrdə Azərbaycan vətəndaşları var ki, onlar geri, öz vətənlərinə qayıdırlar. Virus daşıyıcısı olmadıqları təqdirdə belə karantində saxlanılırlar".

BAKU.WS

Koronavirus hava-damcı yolu ilə yoluxan kəskin respirator virusdur. Qriplə oxşar əlamətləri var, amma qrip deyil, sadəcə virusun bir növüdür. Düzgün müayinə aparılarsa, həyat üçün deyildiyi qədər təhlükəli deyil". Bunu infeksionist Azər Nağıyev deyib. BAKU.WS teleqraf.c...

31/07/2018

Hepatit C virusu tam müalicə edilir. Sadəcə zamanında müraciət etmək lazımdır

Naməlum mənşəli qızdırmaNaməlum mənşəli qızdırma (NMQ) stasionar və ya ambulator olaraq aparılan müayinələrə baxmayaraq ...
26/07/2018

Naməlum mənşəli qızdırma

Naməlum mənşəli qızdırma (NMQ) stasionar və ya ambulator olaraq aparılan müayinələrə baxmayaraq ən azı 3 həftə davam edərək səbəbi tapılmayan 38.3 °C-dən yuxarı olan bir hərarətdir. Bədən hərarətinin artmasının səbəbi fizioloji də ola bilər. Əksər hallarda isə bu hər hansı bir infeksion xəstəlik, iltihablı prosess və ya bədxassəli bir xəstəlikdən qaynaqlana bilər. Naməlum mənşəli qızdırma bütün yaş qruplarında və hər iki cinsdə rast gəlinir. Lakin, bu xəstəlik daha çox uşaq və gənc yaşlı insanlarda daha çox qeydə alınır. Naməlum mənşəli qızdırmanın səbəbləri arasında epidemioloji amillər dünya üzrə fərqlidir. Xəstəliyin hekayəti araşdırıldıqda bu yaxınlarda edilmiş səyahət də nəzərə alınmalıdır. Yoluxucu xəstəliklər naməlum mənşəli qızdırmalar üzrə ən çox rast gələn etioloji kateqoriyaya aid edilir. Endemik olmayan ölkələrdə nisbətən az rast gəlməsinə baxmayaraq vərəm və ya malyariya dünya üzrə bu təzahürün ümumi səbəbləri olaraq qalmaqdadır.

NMQ-ın səbəbləri aşağıda göstərilənlər kimi təsnif edilə bilər:
• İnfeksiya: vərəm, infeksion mononükleaz, Laym xəstəliyi, endokardit və s.
• İltihab: qırmızı qurd eşənəyi,revmatoid artrit, iltihabi bağırsaq xəstəliyi və s
• Yeni törəmə: limfoma, leykemiya, pankreas karsinoması,digər xərçəng və sarkomalar.
• Qarışıq: narkotik maddə istifadəsi, hipertiroidizm, hepatit və digər kateqoriyalara uyğun gəlməyən amillərin səbəb olduğu hərarət
Hərarətin tipik əlamətləri bədən hərarətinin körpələr üçün 38 °C, uşaqlar və böyüklər üçün 37.5 °-dək yüksəlməsi, tərləmə, titrətmə, baş ağrıları və s. Əzələ və ya oynaq ağrıları, ümumi zəiflik, boğazda ağrı, yorğunluq, öskürək, səpkilər hərarəti müşayiət edən digər simptomlardır. Bundan başqa dəridə avazıma, qızartı və ya sarılıq əlamətləri diqqətlə gözdən keçirilir.

Qızdırma kifayət qədər uzun müddət davam edərsə, həkim əsas səbəbi müəyyənləşdirmək üçün müəyyən yoxlamalar aparır. Həkim xəstədən bəzi məlumatları soruşur: ölkədən kənarda olub-olmadığını, hər hansı ətraf mühit təsirlərinə məruz qalıb-qalmadığını, gündəlik həyatında dəyişikliklərin olub-olmadığını, heyvanlarla təmasın olub-olmamasını və s. Qan analizi və fiziki müayinədə hər hansı bir pozitiv göstərici çıxarsa, diaqnozu təsdiq etməzdən əvvəl həkim ehtiyac bildiyi digər testəri də tələb edəcəkdir.

Bəzi hallarda, hər hansı bir göstərici əlamət olmadıqda, qısamüddətli qızdırmalar üçün adətən gözləmə və müşahidə taktikası istifadə olunur. NMQ üçün müalicə səbəbə görə dəyişir:
-Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD) və antihistaminlər əsas səbəbləri görünməyən NMQ müalicəsində istifadə edilə bilər.
-Səbəbinin immun çatışmazlığı olduğu düşünülmüş xəstələrdə geniş spektrli antibiotiklərlə müalicə istifadə edilə bilər.
NMQ olan insanlar 50%-ə qədər hallarda qəti diaqnoz olmadan xəstəxanadan evə buraxılır. Bu halların bir çoxunda xəstə özü-özlüyündən sağalır.. .

Qarın yatalağı. Hələ eramızdan əvvəl Hippokrat dövründə yüksək hərarət, soyuqlama, huşun qaranlıqlaşması ılə gedən bütün...
25/07/2018

Qarın yatalağı.

Hələ eramızdan əvvəl Hippokrat dövründə yüksək hərarət, soyuqlama, huşun qaranlıqlaşması ılə gedən bütün xəstəlikləri yatalaq hesab edirdilər. Əsrlər boyu bu xəstəliyin epidemiyalarından külli sayda insanlar əziyyət çəkmiş, minlərlə insan həyatlarını itirmişlər. Qarın yatalagı ilə ancaq insanlar xəstələnirlər. Xəstəliyin mənbəyi xəstələr və ya sağlam bakteriya gəzdiricilərdir. Onlar qarın yatalağı çöplərini nəcis, sidik, az-az hallarda isə tüpürcək ilə ifraz edirlər. Xəstəliyin fekal-oral yol ilə ötürülür. Yoluxma istər xəstələrlə bilavasitə ünsiyyət, istərsə də çirklənmiş əşyalar ilə baş verir. Su və kanalizasiya sistemlərində olan texniki nasazlıqlar, səxsi və ictimai gigiyena qaydalarına kifayət dərəcədə riayət olunmaması epidemik kükrəyişlər səbəb olur. Xəstəlik üçün yay-payız ayları daha xarakterikdir. Qarın yatalağına əksərən sporadik şəkildə (tək-tək) rast gəlinir. Bəzən törədicilər su, qida və kompakt yaşayan əhali qrupları arasında məişət-təmas yolu ilə yayılaraq epidemik kükrəyişlər törədir. Bu törədicilər suda və torpaqda bir neçə aya qədər qala bilirlər.
Xəstəliyin əlamətlərinin inkişaf etdiyi ilk günlərdə xəstələr tez yorulmadan, ümumi zəiflikdən, üşütmə, başağrıları, iştəhasızlıqdan şikayət edirlər. Bədən hərarəti 1-3 günə kimi yüksələrək yüksək həddə (39-400C) çatır. Xəstə getdikcə zəifləyir, yuxu pozulur, ətrafdakılara etinasızlıq, gündüzlər yuxuculluq əmələ gəlir. Vaxtında tibbi yardım almayan xəstələrin zaman ötdükcə huşu qaranlıqlaşaraq özünənəzarət itir. Əksər xəstələrdə qəbizlik müşahidə olunur. Bəzi hallarda isə gün ərzində 2-4 dəfə olmaqla diarreya (qarın işləməsi) müşahidə edilir. Üzü solğunlaşır, dərisi quruyur, üzü pastozlaşır, arterial təzyiqi düşür. Xəstələrin bir qismində 8-10-cu günlərdə qarının dərisi üzərində xırda ölçülü qırmızı rəngli səpgilər yaranır və bir neçə günə çəkilir. Xəstəliyin ən təhlükəli fəsadlaşmaları bağırsaq qanaxması və perforasiyası (deşilməsi) sayılır.

Xəstəliyin diaqnozu ilk günlərdə qızdırma zamanı götürülən qanın müayinəsi (hemokultura), elecə də sidiyin və nəcisin əkilməsi - bakterioloji müayinələrlə qoyulur. Hər bir xəstə təcrid olunmalı və stasionar müalicə almalıdır. Müalicə antibakterial, simptomatik dərman preparatları ilə aparılır. Antibakterial müalicə xəstəliyin ən azı 10 qızdırmasız günü başa çatanadək davam etdiriıməlidir. Müalicə başa çatdıqdan sonra xəstələr təkrari dördqat bakterioloji müayinənin mənfi nəticəsi olarsa klinik sagalma ilə stasionardan yazıla bilərlər. Xəstəliyi keçirmişlər üzərində 6 ay müddətində dispanser müşahidə aparılır. İçilən suyun və qəbul edilən qidaların keyfiyyətli olmasına diqqət edilməsi, şəxsi və ictimai gigiyena qaydalarına riayət edilməsi, yaşayış yerlərində milçəklərin məhv edilməsi və s. xəstəliyə yoluxman ehtimalını azaldır.

  nədir?Qaraciyər insan orqanizminin ən vacib orqanlarından biridir. Onun zədələnməsinə gətirib çixaran əsas səbəblər al...
24/07/2018

nədir?

Qaraciyər insan orqanizminin ən vacib orqanlarından biridir. Onun zədələnməsinə gətirib çixaran əsas səbəblər alkohol qəbulu, izafi bədən çəkisi və hepatit viruslarıdır. Qaraciyər funksiyalarının bir sıra səbəblərdən pozulması nəticəsində insan həyatına təhlükə yaradan xəstəliklər meydana gəlir. Bu xəstəliklərin başında sirroz dayandığını söyləmək mümkündür ki, bunun nəticəsində bəzən insanlar həyatlarını itirə bilir və ya şikəstlik olurlar. Unutmamaq lazımdır ki, sizrrozlu xəstələrin bir qismində qaraciyər xərçəngi inkişaf edir.

Sirroz xəstəliyinin əlamətləri hansılardlr? Bütün venoz damarlarda genişlənmə, kəskin halsızlıq, konsentrasiya və huşun pozulması, səbəbsiz arıqlama, ayaqlarda ağrı, ürəkbulanma, qusma, iştəhsızlıq, qarında şişkinlik (gecikmiş sirrozda), gözlərdə və dəridə sarılıq, dəri qaşınması, dalağın böyüməsi, asan baş verən qanamalar, sümüklərdə ağrı və s.
Sirrozlu xəstəyə diaqnoz necə qoyulur? Sirrozun ilk mərhələsində bariz bir əlamətlərin olmaması xəstəliyin gizli bir şəkildə irəliləməsinə səbəb olur. İlk mərhələdə təsadüfi və ya planlı bir müayinə nəticəsində sirroz aşkar edilərsə, onun daha ətraflı müayinə edilib erkən müalicəyə başlanması xəstəliyin kifayət qədər qarşısını almağa və həyat keyfiyyətini saxlayaraq yaxşılaşdırmağa xidmət edir. Əsas müayinələr qanda hepatit viruslarının, qaraciyər sınaqlarının və lipid spektrinin təyinidir. Ehtiyac olan hallarda diaqnozun dəqiqləşdirilməsi üçün qaraciyərin biopsiyası və USM, kompyuter tomoqrafiya və qaraciyərin elastometriyası kimi instrumental müayinələrdən də istifadə edilir.
Sirrozun müalicəsi necə aparılır? Sirrozlu xəstədə ilk növbədə onun əsas səbəbi araşdırılmalı və buna qarşı bütün tədbirlər həyata keçirilməlidir. Müalicə zamanı aşağıdakılara diqqət etmək lazımdır:

• Alkohol qəbul edənlər dərhal bunu dayandırmalıdır.
• Xəstənin vitamin ehtiyatı azalıbsa vitamin preparatları qəbul etməlidir.
• Yanaşı olan zob, şəkərli diabet, arterial hipertoniya və s. kimi xəstəliklər üçün istifadə edilən dərman preparatları dayandırılmamalı, davam etdirməlidir.
• İçilən maye və ifraz olunan sidiyin miqdarı nəzarətdə saxlanılmalıdır.
• Pəhrizə riayət etməli, izafi çəki planlı şəkildə aradan qaldırlmalıdır.
• Həkimin verdiyi məsləhətlər və dərman preparatlarının qəbulu diqqətlə yerinə yetirilməli, ehtiyac yarandıqda həkimlə əlaqə saxlanılmalıdır.

Sirroz olmamaq üçün nə edilməlidir? Xəstəliyin yaranmasının əsas səbəblərindən biri sayılan spirtli içki qəbul edilməməsi və ya qəbul edənlərin bundan imtina etməsi sirroz yaranmasını əngəlləyir. Sirroz olmamaq üçün hepatit viruslarına yoluxmaqdan da qaçmaq lazımdır. Bunun üçün isə peyvənd olunmaq böyük əhəmiyyət kəsb edir. Düzgün və lazımi miqdarda qidalanmaq qaraciyəri artıq yüklərdən azad edir. Ailəsində sirroz olmuş şəxslər daha diqqətli olmalı, tez-tez lazımi profilaktik müayinələrdən keçməlidir.

 Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil o...
23/07/2018



Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələri, eləcə də qidaların düzgün bişirilib-hazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması nəticəsində baş verir. Qida zəhərlənmələrinin 90 %-ni bakterial təbiətli zəhərlənmələr təşkil edir.

Mütəxəssislərə görə, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.
Zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş, hipovitaminozu olan şəxslərdə, eləcə də uşaqlarda və qocalarda tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir. Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla (orta hesabla 6-24 saat) qəflətən baş verməsi, sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması qida zəhərlənmələrinin əsas səciyyəvi xüsusiyyətləridir.
Qida toksikoinfeksiyalarının ən geniş yayılmış forması salmonellozlardır ki, bunlara səbəb əksər hallarda heyvani mənşəli ərzaq məhsullarıdır. Ət, balıq, quş əti, süd və süd məhsulları, qaz və ördək yumurtaları toksikoinfeksiyaların yayılmasında mühüm rol oynayır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər. Bu cür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyuducuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər. Əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır. Qarın nahiyəsində ağrılar, şiddətli ishal, ürəkbulanması, qusma baş verir. Temperatur 2-4 gün ərzində 38-39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Belə hallarda mütləq şübhəli qida istifadədən çıxarılmalı, qida qalıqları, qusuntu kütləsi, ishal materialı nümunə üçün götürülüb, bakterioloji laboratoriyaya təqdim olunmalıdır.

Qida zəhərlənmələrinin ən ağır növü botulizmdir. Bu növ zəhərlənməyə ilin hər fəslində təsadüf etmək olar. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur.
İlk yardım: mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədə adi qaydada yuyulur, təmizləyici imalə edilir. Sonrakı müalicə üçün həkimə müraciət edilir.

Profilaktik tədbirlər:
1. Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalı.
2. İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C-dən aşağı temperaturda saxlanmalı.
3. Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməli.
4. Qaz və ördək yumurtaları15 dəqiqədən az olmayaraq bişirməli.
5. Tərəvəzləri axar su altında bir neçə dəfə diqqətlə yumalı.
6. Qida maddələrinə ev heyvanlarının və gəmiricilərin toxunmasına imkan verməməli.

22/07/2018

Qurd xəstəliyi haqqında

Brusellyoz – bütün zamanların vəbütün məkanların infeksion xəstəliyiBrusellyoz (el arasında bu xəstəliyi mal qızdırması ...
21/07/2018

Brusellyoz – bütün zamanların və
bütün məkanların infeksion xəstəliyi

Brusellyoz (el arasında bu xəstəliyi mal qızdırması da adlandırırlar) heyvanlardan insanlara ötürülən Brucella bakteriyalarının əmələ gətirdiyi bir infeksion zoonoz xəstəlikdir. Bruselloz əksər dünya ölkələrində və əksər yaş qruplarında rast gəlinir. Japoniya, Urugvay və Qərbi Avropa ölkələrində tam yox edildiyi bildirilir.
Brusellyoz heyvanlar arasında çox rast gəlinən bir xəstəlikdir. İribuynuzlu və xırda buynuzlu heyvanlardan və onların məhsullarından insan brusellyoz xəstəliyinə yoluxa bilər. Bruselloz xəstəliyi yoluxmuş hayvan toxumaları, qanı, ge***al axıntısı, sidik və nəcisi, bütünlüyü pozulmuş dəri ya da konjuktivaya birbaşa təması ilə, ət, süd və süd məhsullarının qəbulu ilə yayılır. Heyvan kübrəsilə çirklənmiş göyərtidən də brusellyoz xəstəliyinə yoluxmaq mümkündür. Duzlanmış pendirdən, qatıq bişirilmiş süd məhsullarından brusellyoz xəstəliyinə yoluxmaq mümkün deyildir. Brucella bakteriyası suda və topraqda 10 həftə, heyvan kübrəsində 2 il, dondurmada 30 gün, soyuducuda 140 gün, kərə yağında 4 ay, duzlu pendirdə 45 günə qədər canlılığını saxlaya bilir.
Xəstəliyin inkubasiya dövrü 10-30 gün arasındadır. Brusellyoz xəstəliyi fərqli klinik mənzərələrə sahibdir:
- Simptomzus brusellyoz xəstəliyi. Heyvanlar ilə sıx təmasda olan yüksək risk qruplarında görülür. Xəstəliyin bəlli bir kliniki əlaməti yoxdur. Xəstəliyin diaqnozu təsadüfi müayinə sonrası qoyulur.
- Kəskin bruselloz əlamətləri: Üşütmə, titrətmə ilə yüksələn bədən hərarəti, səhərə yaxın bol tərləmə ilə düşər. Dalgalı qızdırma, gəzici oynaq-əzələ ağrıları, hərəkət məhdudlaşması, oynaq zədələnmələri kimi çoxlu dəyişiliklər müşahidə oluna bilir.
- Xronik brusellyoz əlamətləri: Psixiatrik və revmatoloji xəstəliklərə bənzər əlamətlər müşahidə edilir. Xronik yorğunluq sindromu, depressiya, oynaq ağrısı şəklində özünü biruzə verir.
Brusellyozun diaqnozunun dəqiqləşdirilməsi üçün laborator müayinələr vacibdir. Bu zaman seroloji və immunoferment müayinə üsullarından istifadə edilir. Brusellyozun müalicəsində antibiotik (kombinasiyalı) müalicəsi qaçılmazdır. Bu zaman bir neçə antibiotic qrupundan olan dərman preparatlarından istifadə edilir. Sadə (fəsadlaşmamış) brusellyozun müalicəsi zamanı antibiotik qəbulu 6 həftədir. Fəsadlaşma hallarında bu bir neçə aya kimi uzadıla bilər. Brusellyoz xəstəliyinə yoluxmamaq üçün duzsuz pendir, qaynadılmamış süd, tam bişməmiş ət məhsullarının qəbulundan imtina etmək, xəstə heyvan ilə birbaşa təmasdan qaçmaq lazımdır.

 Dizenteriya infeksion bir xəstəlikdir. Əksər hallarda xəstəlik kəskin başlayır. Özünü diareya (tezləşmiş nəcis ifrazı) ...
12/07/2018



Dizenteriya infeksion bir xəstəlikdir. Əksər hallarda xəstəlik kəskin başlayır. Özünü diareya (tezləşmiş nəcis ifrazı) və intoksikasiya (qızdırma, halsızlıq və s.) ilə göstərir. Bədən temperaturu tez bir zamanda maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır. Bu yoluxucu xəstəlik yaşlı insanlar və kiçik yaşlı uşaqlar üçün çox təhlükəlidir və mümkün qədər tez müalicə edilməlidir. Vaxtında müalicə edilmədiyi hallarda təəssüf ki, ölümlə nəticələnə bilir.

Bu ölümcül xəstəliyin yaranmasının ən vacib səbəbi yaxşı yuyulmayan tərəvəz və meyvələrdir, ən əhəmiyyətlisi isə çirkli sudur. Həm yoluxucu, həm də təhlükəli olan bu xəstəliyə tutulmamaq üçün sanitar-gigiyenik qaydalara ciddi əməl edilməlidir.

Dizenteriyanın əsas simptomları: yüksək qızdırma, qanlı ishal, qarında ağrı, iştahsızlıq, ürəkbulanma, qusma və s. Dizenteriya xəstəliyinin iki əsas forması vardır:

Basil dizenteriyası. Bu basillər (çöplər) bədənə daxil olduqdan 2-7 gün sonra bəzi simptomlarla insanı narahat etməyə başlayır. Əsasən milçəklər vasitəsi ilə yayılır. İnsan yoluxduqdan sonra digər insanları da yoluxdura bilir. Əsas simptomlar yüksək qızdırma, bəlğəmli-qanlı ishal, kəskin halsızlıq, qarında ağrılardır. Müayinə zamanı dil ərpli olur, bağırsaq ağrıyır, bərkiyir, quruldayır. Defekasiya (qarın işləməsi) 3-5 dəfəyə qədər və daha çox tezləşir. Xəstəlik əsasən 5 gün, daha az hallarda 7-8 gün davam edir və sağalma ilə qurtarır.

Amöb dizenteriyası. Bu mikrob bədənə daxil olduqdan 10-21 gün sonra kliniki əlamətlər ortaya çıxır. Amöb dizenteriyasının simptomları ümumi halsızlıq, qanlı ishal, bədən hərarətinin yüksək hədlərə yüksəlməsi, sürətli arıqlama, qarında güclü ağrılardır.

Dizenteriya diqqətə alınacaq bir xəstəlikdir. Dizenteriyalı xəstələri evdə, yaxud stasionarda müalicə etmək olar. Bu xəstəliyə gətirib çıxaran səbəblər mütləq araşdırılmalı və müvafiq müalicə-profilaktik tədbirlər həyata keçirilməlidir. Antibiotiklərdən istifadə qaçıılmazdır. Simptomlar çox ağır olduqda, antibiotiklərin istifadəsi müddəti və dozası artır. Yaşlılar və kiçik yaşlı uşaqlarda dizenteriya olarsa müalicə daha diqqətli aparılmalıdır.

 Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil o...
10/07/2018



Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələri, eləcə də qidaların düzgün bişirilib-hazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması nəticəsində baş verir. Qida zəhərlənmələrinin 90 %-ni bakterial təbiətli zəhərlənmələr təşkil edir. Mütəxəssislərə görə, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.

Zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş, hipovitaminozu olan şəxslərdə, eləcə də uşaqlarda və qocalarda tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir. Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla (orta hesabla 6-24 saat) qəflətən baş verməsi, sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması qida zəhərlənmələrinin əsas səciyyəvi xüsusiyyətləridir.

Qida toksikoinfeksiyalarının ən geniş yayılmış forması salmonellozlardır ki, bunlara səbəb əksər hallarda heyvani mənşəli ərzaq məhsullarıdır. Ət, balıq, quş əti, süd və süd məhsulları, qaz və ördək yumurtaları toksikoinfeksiyaların yayılmasında mühüm rol oynayır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər. Bu cür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyuducuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər.

Əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır. Qarın nahiyəsində ağrılar, şiddətli ishal, ürəkbulanması, qusma baş verir. Temperatur 2-4 gün ərzində 38-39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Belə hallarda mütləq şübhəli qida istifadədən çıxarılmalı, qida qalıqları, qusuntu kütləsi, ishal materialı nümunə üçün götürülüb, bakterioloji laboratoriyaya təqdim olunmalıdır.

Qida zəhərlənmələrinin ən ağır növü botulizmdir. Bu növ zəhərlənməyə ilin hər fəslində təsadüf etmək olar. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur.

İlk yardım: mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədə adi qaydada yuyulur, təmizləyici imalə edilir. Sonrakı müalicə üçün həkimə müraciət edilir.
Profilaktik tədbirlər:
1. Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalı.
2. İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C-dən aşağı temperaturda saxlanmalı.
3. Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməli.
4. Qaz və ördək yumurtaları15 dəqiqədən az olmayaraq bişirməli.
5. Tərəvəzləri axar su altında bir neçə dəfə diqqətlə yumalı.
6. Qida maddələrinə ev heyvanlarının və gəmiricilərin toxunmasına imkan verməməli.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Infeksionist - Hepatoloq Dr. Azər Nağıyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Infeksionist - Hepatoloq Dr. Azər Nağıyev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Dr. Azər Nağıyev

İnfeksionist - Hepatoloq Dr . Azər Nağıyev Təhsil : Ali, Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinə 1986-cı ildə qəbul olunaraq 1994-cü ildə bitirmişdir (1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət). 1994-1995 Ə.Əliyev adına ADHTİ Hərbi Həkimlərin İnternaturası, Hərbi səhra terapiyası üzrə 5 aylıq kurs 1999 Ə.Əliyev adına ADHTİ Hərbi Həkimlərin İnternaturası , Yoluxucu xəstəliklər üzrə 2 aylıq kurs 2003-2004 Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyası, Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə təkmilləşmə kursu 2016 Ə.Əliyev adına ADHTİ terapiya üzrə 2 həftəlik kurs 2016 Terapiya üzrə sertifikasiya 2011-ci ildən EASL (Qaraciyər Xəstəliklərinin Öyrənilməsi üzrə Avropa Assosiasiyası) üzvlük 2016 APASL EASL (Qaraciyər Xəstəliklərinin Öyrənilməsi üzrə Asiya və Fars Körfəzi ölkələri Assosiasiyası) üzvlük 2016-cı ildən Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin üzvü Xüsusi dərəcələri: - 1 Səmərələşdirici təklif - Azərbaycan, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Rusiya Respublikalarında dərc olunmuş elmi məqalələr - Azərbaycan, Ukrayna, Rusiya Respublikalarında elmi konfranslarda məruzələr - Almaniya, Hollandiya, Avstriya, İngiltərə, İspaniya, İsrail, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Latviya, Estoniya, Ukrayna respublikalarında keçrilən elmi assambleya, konfrans və seminarlarda iştirak İş təcrübəsi : 1994 – 1995 N saylı hərbi hissənin tibb bölüyü – Ordinator-psixonevroloq 1995 - 1997 Saatlı Hərbi Hospitalının qəbul-diaqnostika bölməsinin baş ordinator-terapevti 1997 - 2004 Gəncə Hərbi Hospitalın qastroentorologiya bölməsinin baş ordinatoru, yoluxucu xəstəliklər bölməsinin rəisi 2004 - 2015 Silahlı Qüvvələrin baş infeksionisti, SQ BKH-nın yoluxucu xəstəliklər bölmə rəisi Yanvar 2016 – Dekabr 2017 “Sağlam Ailə” Tibb Mərkəzində həkim-terapevt Dekabr 2017-ci ildən MedEra Hospital – infeksionist hepatoloq