Uroloq Elchin Mustafayev

Uroloq Elchin Mustafayev Uroloq, tibb üzrə fəlsəfə doktoru. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana, şöbə müdiri, 0507533156

Mustafayev Elçin Məmməd oğlu, 06 iyun 1977 ci ildə Bakı şəhərində anadan olmuşdur.
1984 cü ildən 1994 cü ilə qədər Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb, fərqlənmə diplomu ilə bitirib.
1994-cü ildə Azərbaycan Tibb Universiteti I müalicə-profilaktika fakultəsinə daxil olub, 2000 ci ildə bitirib.
2000-2001-ci illərdə Respublika Klinik Xəstəxana Urologiya şöbəsi Həkim-interna
2001-2002- ci illərdə Mərkəzi Klinik Xəstəxana uroloq işləyib
2002-2004- cü illərdə Moskva Urologoya Elmi Tədqiqat institutu Endourologiya şöbəsi klinik-ordinaturada oxuyub
2004-cü ildə Moskva Urologiya Elmi Tədqiqat institutu Endourologiya şöbəsində aspiranturaya daxil olub
2007 ci ildə “TUR prostat əməliyyatının infeksion-iltihabi ağırlaşmalırının profilaktikasında ozonoterapiyanın istifadəsi” mövzusunda elmi iş müdafiə edərək tibb elmləri namizədi adını alıb
2006-cı ildə 3 ay müddətində Moskva RMAPO ozonterapiya kursu keçmiş və ozonoterapevt ixtisasını alıb
2007-ci ildə 3ay Moskva RMAPO “urologiyadaultrasəs müayinə” sertifikasiya kursu keçib
2007-ci il 3ay Moskva RMAPO “endourologiya və laparoskopik urologiya” kursu keçib. Avropa Uroloji Cəmiyyətin aktiv üzvüdür
2012 ci il iyun ayında Fransa, Strasburg şəhərində İRCAD laparoskopik uroloji cərrahiyə intensiv kursunu keçib, praktik və teoretik sahələrdən imtahan verərək sretifikat və Strasburg universitetinin diplomunu qazanmışdır

2007 -2014 ci N. Tusi adına klinika
2014-2017 Mərkəzi Dənizçilər xəstəxanası, Urologiya şöbəsi müdiri, Modern hospitalda uroloq
2017-2020 HB Güvən klinikada Uroloq
2020 Caspian international hospital

23/12/2024
23/12/2024
19/12/2024
26/09/2024
20/05/2023

Həkimlərlə əlaqə saxlayarkən səsli mesaj yerinə niyə mətn yazılmalıdır?

1. Arxiv: Mətn formatında yazılan mesajlar həkimlərin sizin məlumatlarınızı və şikayətlərinizi daha asanlıqla qeyd edərək, daha sonra yenidən baxmağa və təhlil etməyə imkan verir. Təkrar əlaqə saxladığınızda daha əvvəlki yazışmanı görmək mümkündür, səsli mesajların içində isə axtarılan məlumatı tapmaq çətindir.

2. Təhlil: Mətn, məlumatların daha sürətli və düzgün təhlilinə imkan verir. Həkimlər mətni oxuyaraq problemin ümumi şəklini daha asan anlaya bilər.

3. Zaman: Səsli mesajları dinləmək və başa düşmək daha çox vaxt tələb edir. Həkimlərin çox sayda pasientlə işləməsi və onların müraciətlərinə cavab verməsi lazım olduğundan, mətnləşdirmə zamanın daha səmərəli istifadəsinə kömək edir.

4. Eşitmə: Həkim səsinizin səviyyəsini, dialektinizi və ya aksentinizi anlamaqda çətinlik çəkə bilər. Mətnləşdirmə ilə bu cür problemlərin qarşısı alınıb, daha asan və səmərəli kommunikasiya təmin edilir.

5. Səssiz mühit: Həkim səssiz mühitlərdə ola bilər və səsli mesajları dinləmək üçün uyğun vaxt olmaya bilər. Mətn yazmaq bu cür mühitlərdə də kommunikasiyanı asanlaşdırır.

Bəli səsli mesaj göndərmək sizin üçün asan ola bilər, amma düzgün və davamlı kommunikasiya üçün mətndən istifadə edilməsi tövsiyə olunur. Sağlam qalın!

23/03/2023

Əziz Valideynlər,
Mən uşaq uroloquyam və sizinlə sıx qarşılaşdığım önəmli bir məsələni paylaşmaq istəyirəm:

👶🏻 Müayinə etdiyimiz, daha əvvəl diqnozu qoyulmuş və əməliyyat qərarı verilmiş uşaq uroloji xəstəliklərin bir qismində ya əməliyyata ehtiyac duyulmur və ya fərqli yanaşmaya ehtiyac duyulur.
Bu səbəblə, sizə tövsiyə edirəm ki, mutləq ikinci bir peşəkarının fikrini alın.

👩‍⚕️👨‍⚕️ İkinci görüş almaq xəstəliklə bağlı təcrübəli bir uşaq uroloqundan əlavə təhlil və məsləhət almanın əhəmiyyətini artırır. Bu, daha dəqiq bir diaqnoz və ən uyğun müalicə üsulunu seçməyə kömək edir.

📚 Bu, həm də, uroloji xəstəliklərə dair elmi bilik və təcrübə daim inkişaf etdiyindən, sizə daha yeni və effektiv müalicə yanaşmalarından xəbər tutmaq imkanı verir.

🏥 İkinci görüş alarkən, uşağınızın bütün tibbi sənədlərini, ultrasəs və ya digər təhlil nəticələrini təqdim etməyi unutmayın.

👨‍👩‍👧‍👦 Bu xəstəliklərlə bağlı online konsultasiya mümkündür :

- təkrarlayan sidik yolları infeksiyaları
- anadangəlmə hidronefroz
- sidik axarı reflyuksu
- ureteroperlvik darlıq
- gecə vəya gündüz sidik qaçırmaları, enurez
- uşaqlarda anadangəlmə və sonradan qazanılmış bütün üroloji xəstəlikləri

Bəzi xəstəliklərdə əl ilə müayinə vacibdir, bu xəstəliklərdə ancaq ikinci görüş olaraq konsultasiya mümkündür:
- enməmiş xaya
- hipospadiya
- sünnət xətaları
- hidrosele
- böyrək daşları
- xaya törəmələri
- varikosele
Övladınıza əməliyyat qərarı verilibsə mütləq ikinci görüş alın!

Online konsultasiyalar üçün 050 444 30 35 nömrəsi ilə əlaqə saxlayın!

Canlı konsultasiyalar İyun ayından etibarən Baklda olacaq.







09/02/2023

Akademik Mirməmməd Cavadzadənin xalqımızın ümumilli lideri Heydər Əliyevlə münasibətləri ötən əsrin 60-cı illərindən başlayıb. Heydər Əliyev Respublika rəhbəri seçiləndən sonra daha tez-tez ünsiyyət saxlayıblar və ulu öndər onun təşəbbüs və fikirlərini həyata keçirməsi üçün hər tərəfli şərait yaradıb.

Respublika Uroloji Kliikasının bazasında 1972-ci ildə Uroloqların 1-ci Ümumittifaq Qurultayı, 1976-cl ildə Ümumittifaq Nefrolloqlar Cəmiyyətinin İdarə Heyyətinin 3-cü plenumu, 1979-cu ildə orqan və toxumaların transplantasiyası üzrə 8-ci Ümumittifaq Qurultay-konfransı, 1980-ci ildə Nefroloqların 8-ci Ümumittifaq Qurultayı, 1984-cü ildə hemodializ üzrə Sovet – Yapon Simpoziumu, 1987-ci ildə isə gənc alim uroloqların Ümumittifaq məktəb- seminarı məhz Heydər Əliyevin xeyir-duası ilə baş tutub.

Böyük liderlə böyük alimin əməkdaşlığı nəticəsində ölkə səhiyyəsi üçün çox gərəkli və vacib işlər görülüb. 1980-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun 450 yerlik mehmanxana tipli müasir çoxmərtəbəli yataqxanasının tikilməsi, həmin il Bakıda nefroloqların 8-ci ümumittifaq qurultayın keçirilməsi, 1998-ci ildə İnstitutda Tibb fakültəsinin açılması, bunların hamısı Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvi, Avropa və beynəlxalq uroloqlar cəmiyyətinin üzvü, Çexiyanın tibb və Bolqarıstanın Uroloqlar Cəmiyyətinin fəxri üzvü seçilən Mirməmməd Cavadzadənin şəxsi rəhbərliyi ilə 17 elmlər doktoru, 71 elmlər namizədi yetişib.

Elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində böyük xidmətlərinə görə 1997-ci ildə M.C.Cavadzadə Azərbaycan Respublikası Prezidentinin Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Address

Baku

Telephone

+994507533156

Website

Alerts

Be the first to know and let us send you an email when Uroloq Elchin Mustafayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uroloq Elchin Mustafayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram