Respublika Perinatal Merkezi

Respublika Perinatal Merkezi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Qəbul şöbəsi : 0124895135

2 fevral - Azərbaycan Gəncləri Günüdür.
02/02/2024

2 fevral - Azərbaycan Gəncləri Günüdür.

Qohum nikahının səbəb olduğu xəstəliklər:▪️ Kistoz fibroz,▪️ Ürək qüsurları,▪️ Talassemiya,▪️ Hemofiliya,▪️ Daun sindrom...
30/01/2024

Qohum nikahının səbəb olduğu xəstəliklər:
▪️ Kistoz fibroz,
▪️ Ürək qüsurları,
▪️ Talassemiya,
▪️ Hemofiliya,
▪️ Daun sindromu,
▪️ Uşaqlarda görmə, nitq, eşitmə qüsurları və s.

Vətəndə qarış-qarış...Qarlı hava şəraiti ilə əlaqədar avtomobillərin hərəkət edə bilmədiyi ucqar ərazilərdə, işğaldan az...
24/01/2024

Vətəndə qarış-qarış...

Qarlı hava şəraiti ilə əlaqədar avtomobillərin hərəkət edə bilmədiyi ucqar ərazilərdə, işğaldan azad olunmuş torpaqlarımızda şərəf və qürurla tibbi xidmət göstərən fədakar təbiblərimiz...

Laçın şəhəri, 1 Dekabr küçəsi, 24.01.2024

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) ...
09/01/2024

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatı

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.

Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Ana Əsgərova Günel dörd il sonsuzluqdan sonra , 29 – cu həftədə təbii yolla əkiz qız uşaqları dünyaya gətirib. Uşaqların...
08/01/2024

Ana Əsgərova Günel dörd il sonsuzluqdan sonra , 29 – cu həftədə təbii yolla əkiz qız uşaqları dünyaya gətirib. Uşaqların hər ikisinin çəkisi - 1300 qr , boyu - 38 sm – dir. Körpələr 21 gün müddətində yenidoğulmuşların reanimasiyası bölməsində Dr. Könül Məmmədovanın , uşaq patologiyasında isə Dr. Zibeydə Quliyevanın müşayiəti ilə müalicə olunmuşlar. Ginekoloq Dr.Şahnaz Vəliyevadır.
06.01.2024 – cü il tarixində hər iki körpə evə yazılıb.

Həkim neonatoloq Təhminə Həbibli  “Yenidoğulmuş sarılıqları” mövzusunda ən son protokola, araşdırmalara uyğun seminar il...
08/01/2024

Həkim neonatoloq Təhminə Həbibli “Yenidoğulmuş sarılıqları” mövzusunda ən son protokola, araşdırmalara uyğun seminar ilə çıxış etmişdir. Yenidoğulmuşların ən azı 2/3-də yaşamın ilk həftəsində kliniki olaraq sarılıq müşahidə olunur. Əksər vaxt bu sarılıqlar təhlükəsizdir , fizioloji , normal hal kimi qəbul edilir. Ancaq bəzi yenidoğulmuşlarda sarılıq geridönüşü olmayan beyin zədəsi verə biləcək həddə ola bilir.
Yenidoğulmuş sarılıqları 5 yaşdan kiçik hər 100000 ölümlərdən 8-ə səbəb olmaqla bu yaşda görülən ölüm səbəbləri arasında 16-cı yerdədir. Vaxtında diaqnoz qoyulmayan və müalicə olunmayan yüksək sarılıq səviyyəsinin səbəb olduğu “bilirubin ensefalopatiyası” ciddi nevroloji fəsadlara səbəb olur. Kernikterus kimi tanınan “atetoid serebral iflic” inkişaf edə bilir, hətta ölümlə nəticələnə bilir. Sarılıqdan əziyyət çəkən körpədə əsas məqsəd sarılıq səviyyəsinin həddindən artıq yüksəlməsinin qarşısını almaq və nevroloji zədələnmə riskini aradan qaldırmaqdır.

2024 – cü ildə ilk evə yazılan körpəmiz .Ana – Əhmədova SürnazKörpənin cinsi – qız Çəkisi – 1250 qr Anadan olub – 27.11....
05/01/2024

2024 – cü ildə ilk evə yazılan körpəmiz .

Ana – Əhmədova Sürnaz
Körpənin cinsi – qız
Çəkisi – 1250 qr
Anadan olub – 27.11.2023
Evə yazılıb – 01.01.2024

Respublika Perinatal Mərkəzin həkimi Lor - Otolarinqoloq – Dr. Aliyə Mehralıyeva uşaqlarda və yenidoğulmuşlarda nitq və ...
29/12/2023

Respublika Perinatal Mərkəzin həkimi Lor - Otolarinqoloq – Dr. Aliyə Mehralıyeva uşaqlarda və yenidoğulmuşlarda nitq və eşitmə pozuqluqları mövzusunda çıxış etmişdir.

Həkimin xüsusən vurğuladığı məqam körpələrdə yaşa və aylara uyğun duyma və səs reflekslərinin olmasıdır .

Digər diqqətçəkən məqam isə yenidoğulmuşlarda eşitmənin yoxlanılmasıdır.

Bu Otoakustik emmisiya (OAE) müayinə metodu vasitəsilə Mərkəzimizdə həyata keçirilir. Prosedur zamanı xarici qulaq keçəcəyinə yerləşdirilən prob vasitəsilə koxleada yerləşən xarici tük hüceyrələrinin çalışıb – çalışmadığı müəyyən olunur. Yenidoğulmuşun müayinəsi anadan olduqdan 12 saat sonra aparılmalıdır. Qeysəriyyə əməliyyatı ilə doğulmuş uşaqların müayinəsinin daha gec aparmaq əlverişlidir.
Müayinə xarici səslər istisna olunmuş otaqda aparılır , lakin xüsusi səs izolyasiyalı otaq tələb olunmur. Müayinə uşaq yatan zaman qidalanmadan 30 – 40 dəqiqə sonra elastik , asanlıqla əyilə bilən zond ilə təchiz edilmiş cihaz vasitəsilə aparılır. Zondun üzərinə birdəfəlik qarmaq keçirilir və qulağa yerləşdirilir. Əks səda almaq üçün səs ilə stimulyasiya aparılır , əgər əks səda varsa cihazın ekranında müvafiq işarə göstərilir. Müayinə ağrısızdır və bir neçə dəqiqə ərzində aparılır. Körpə ağladıqda müayinəni aparmaq tövsiyə olunmur, həmçinin əmzikdən istifadə etdikdə müayinənin nəticələri yalnış ola bilər.

Respublika Perinatal Mərkəzin uşaq nevroloqu Dr. Ülkər Mürsəlova apardığı tədqiqat barəsində cıxış etmişdir. Tədqiqatın ...
28/12/2023

Respublika Perinatal Mərkəzin uşaq nevroloqu Dr. Ülkər Mürsəlova apardığı tədqiqat barəsində cıxış etmişdir. Tədqiqatın obyekti təxmini 1000 diri doğulmuş körpə olacaq. Onlar yaşa, bədən kütləsinə, hestasiya yaşına, Apqar şkalasına, perinatal patologiyalarına görə bölgüsü aparılacaq və hər bölgü üzrə qeyri-travmatik kəllədaxili travmaların tezliyi ilə müəyyən olunacaqdır.

Məqsəd :

•Perinatal mərkəzdə ekstremal yetkinləşmiş və yetkinləşməmiş yenidoğulmuşlarda qeyri-travmatik kəllədaxili qansızamaların aşkarlanma tezliyinə əsaslandırmaq;
•Qeyri-travmatik kəllədaxili qansızamaların risk amillərini müəyyənləşdirmək, riskin səviyyəsinə görə onları səciyyələndirmək;
•Qeyri-travmatik kəllədaxili qansızamaları fonunda perinatal itkilərin səviyyəsini qiymətləndirmək, onların azaldılma imkanlarını araşdırmaqdır.

Pasiyent təşəkkürnaməsi Mən Bilalova Həvayət Əfsər qızı başda Mehriban xanım olmaqla ,övladımın dünyaya gəlməsində mənə ...
27/12/2023

Pasiyent təşəkkürnaməsi

Mən Bilalova Həvayət Əfsər qızı başda Mehriban xanım olmaqla ,övladımın dünyaya gəlməsində mənə bu gözəl neməti 11 ildən sonra bəxş etməsinə həyata olan sevincimi qaytardıqlarına görə həkimim Nisə xanıma , neonatoloqlara Quliyeva Zübeydə xanıma , Əsgərova Dilarə xanıma , Daşdəmirova Gülmirə xanıma dərin təşəkkürümü bildirirəm , ömrümün sonunadək sonsuz minnətdarlığımı bildirirəm .
15.12.2023

Azərbaycan Pediatri Cəmiyyətinin Millli Konqresində iştirak etmiş neonatoloqlar.Konqresin keçirilməsinde əsas məqsəd ped...
21/12/2023

Azərbaycan Pediatri Cəmiyyətinin Millli Konqresində iştirak etmiş neonatoloqlar.
Konqresin keçirilməsinde əsas məqsəd pediatriya sahəsində fəaliyyət göstərən həkimlərin yeni müayinə və müalicə üsulları , eyni zamanda yerli və beynəlxalq mütəxəssislərin təcrübələri haqqında məlumatlandırılmasıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaradılmasından 5 il ötür!Sizə xidmət etməkdən qürur və məmnunluq duyuruq! ...
20/12/2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaradılmasından 5 il ötür!

Sizə xidmət etməkdən qürur və məmnunluq duyuruq!

Address

Хатаи, Юсиф Сафаров, 22
Baku
AZ1025

Telephone

+994124895114

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Perinatal Merkezi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Perinatal Merkezi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category