Qaradağ Şüşə Zavodu

Qaradağ Şüşə Zavodu Şüşə qablar zavodu

27 sentyabr  2023 cü il  saat 12:00  da "Qaradağ ŞüŞƏ" ASC  zavodunda rəhbərliyin  təşkilatçılığı ilə  Vətən müharibəsi ...
27/09/2023

27 sentyabr 2023 cü il saat 12:00 da "Qaradağ ŞüŞƏ" ASC zavodunda rəhbərliyin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir qəqiqəlik sükutla yad edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

ASK “Şüşə” kollektivi olaraq ənənəmizə sadiq qalaraq Anım gününə 50 ədəd zeytun ağacı əkdik və saat 12 də şəhidlərimizin...
27/09/2021

ASK “Şüşə” kollektivi olaraq ənənəmizə sadiq qalaraq Anım gününə 50 ədəd zeytun ağacı əkdik və saat 12 də şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla ehtiramala yad etdik.

26/06/2021
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci...
08/05/2021

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası“ ASC -nin təşəbbüsü ilə 08 May 2021-ci il tarixində saat 11:00-da ağacəkmə kampaniyası keçirildi

08/05/2021

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası“ ASC -nin təşəbbüsü ilə 08 May 2021-ci il tarixində saat 11:00-da ağacəkmə kampaniyası keçirildi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci...
08/05/2021

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası“ ASC -nin təşəbbüsü ilə 08 May 2021-ci il tarixində saat 11:00-da ağacəkmə kampaniyası keçirildi.

03/05/2021

"ASK Şüşə" MMC - (“Проект века” , CBC)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Mərkəzi Aparatın və törəmə müəssisələrin rəhbər heyətinin iştirakı ilə 2020-ci ...
12/04/2021

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Mərkəzi Aparatın və törəmə müəssisələrin rəhbər heyətinin iştirakı ilə 2020-ci ilin yekunlarına və qarşıda görüləcək işlərə həsr edilmiş video-konfrans formatında hesabat iclası keçirilib.

İclasda qeyd edilib ki, 2020-ci il qlobal pandemiya səbəbindən dünya iqtisadiyyatı üçün çox çətin bir il olmuşdur. Dünya iqtisadiyyatında yaranmış durğunluq və geriləmə ölkəmizə də təsir etmişdir, bunun da nəticəsində iqtisadi fəallıq aşağı düşmüşdür. Sərt karantin səbəblərindən bir çox ölkələr ciddi qapanma tədbirləri görərək sərhədləri bağlamaq məcburiyyətində qalmışlar ki, bu da xarici bazarlara çıxışı, potensial investorların cəlbi prosesini, marketinq və satış imkanlarını aşağı salmışdır. Həmçinin, 44 günlük Vətən Müharibəsi zamanı hərbi vəziyyət səbəbindən bəzi müəssisələrin təsərrüfat fəaliyyətində müəyyən fasilələr yaranmışdır. Bu çətinliklərə baxmayaraq Korporasiya müəyyən dayanıqlıq göstərə bilmiş və qeyd edilmiş təsirləri yumşaldaraq ili müsbət nəticələrlə başa vurmuşdur. Belə ki, istər məhsul tədarükündə, istər emal və istehsal prosesində, istərsə də xidmətlərin göstərilməsində fasiləsizlik təmin olunmuş, işçi qüvvəsi ilə bağlı heç bir ixtisarlara yol verilməmiş, əmək haqqı, müvafiq vergi və sosial ayırmalar vaxtında ödənilmiş, aqrar və sənaye sahələrinin inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Sonra hər bir müəssisə üzrə maliyyə nəticələrinin müzakirəsi davam etmiş və qeyd olunmuşdur ki, hal-hazırda müəssisələrdə kənar audit prosesi davam etməkdədir.

Cəmiyyət üzrə qazanılmış nailiyyətlərdə Korporasiyanın ən iri müəssisəsi olan “Azəralüminium” MMC-nin rolu xüsusilə vurğulanmışdır. İlin ilk 8 ayı üzrə dünya birjalarında alüminiumun qiymətinin düşməsi müəssisənin göstəricilərinə mənfi təsir etsə də, müəssisə tam istehsal gücü ilə işləməkdə davam etmiş və biznes proseslərində müəyyən optimallaşdırmalar tətbiq edərək proqnoz ediləndən daha çox mənfəət əldə edə bilmişdir.

Korporasiyanın ən iri müəssisələrindən olan “Azərpambıq ASK” MMC də ili mənfəətlə başa vurmuşdur. Müəssisə xam pambıq tədarükü və məhsul istehsalı üzrə büdcə proqnozunda nəzərdə tutulmuş həcmlərə nail olmuş və istehsal etdiyi məhsulun satışı strategiyasını uğurla quraraq ilin sonuna doğru xarici bazarlara məhsul satışı həcmlərini artırmış və maliyyə vəziyyətinin stabilləşməsinə nail ola bilmişdir.

Büdcə proqnozlarından artıq nəticə göstərən müəssisələrdən biri də “Azəripək” MMC olmuşdur. Müəssisə rəhbərliyi tərəfindən həm daxili bazar, həm də xarici bazarlarda satış imkanları ətraflı təhlil edilmiş, düzgün marketinq tədbirləri həyata keçirməklə gəlirlərin artırılmasına nail olunmuşdur. Barama, ipək parça və müxtəlif ipək məhsullarının satışı ilə yanaşı, həmçinin Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq, bu qədim sənət növünü nəsildən-nəsilə ötürmək məqsədilə müəssisənin xalça sexi fəaliyyətini bərpa etmiş və ipək xalça istehsalına başlanılmışdır ki, bu istiqamətdə də tanıtım işləri davam etdirilir. Bundan əlavə Azərbaycanın zəngin milli mədəniyyətinin genlərini daşıyan, əsl mədəniyyət nümunəsi sayılan kəlağayının istehsal həcminin artırılması, bu qədim irsin yeni dövrün tələblərinə uyğun işlənməsi, öyrənilməsi və dünya bazarlarına çıxışı, eləcə də tanınması, milli brendin təşviqi istiqamətində də “Azəripək” MMC tərəfindən yola saldığımız ildə əsaslı addımlar atılmışdır.

Əvvəlki illər ilə müqayisədə öz gəlirlərini və əməliyyat mənfəətini əhəmiyyətli dərəcədə artıran müəssisələr arasında “ASK Ayaqqabı Fabriki” MMC də qeyd olundu. Fabrik əsasən Azərbaycan Respublikasının güc strukturları üçün (AR Müdafiə Nazirliyi, AR DİN-nin Daxili Qoşunları, AR DİN-in Təchizat İdarəsi, AR Dövlət Sərhəd Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti-Milli Qvardiya) təbii dəridən uzunboğaz əsgər və dənizçi botları, zabit heyəti və qadın hərbi qulluqçuları üçün yay və qış çəkmələri, kazarma və hospital başmaqları istehsal etməklə yanaşı həmçinin, istehsalatda, tikintidə, limanda və dəmir yollarında çalışan fəhlələr üçün xüsusi ayaqqabılar, kişi və qadınlar üçün müxtəlif çeşiddə ayaqqabılar və idman ayaqqabıları da istehsal edir.

İllər üzrə istehsal və satış həcmlərini, həmçinin əməliyyat mənfəətini artıran müəssisələrdən biri də “ASK Şüşə MMC” olmuşdur. Belə ki, 2020-ci il ərzində həyata keçirilmiş infrastruktur layihələr, investisiya qoyuluşu və texnoloji proseslərdəki təkmilləşdirmələr istehsal həcminin artırılmasını şərtləndirmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası səbəbindən iaşə sektorundakı tənəzzül müəssisənin satış imkanlarını xeyli aşağı salmışdır və zavodun istehsal gücündən tam istifadəni mümkünsüz etmişdir. Buna baxmayaraq müəssisə ili əməliyyat mənfəəti ilə başa vurmuş və göstəricilərini əvvəlki illər ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilmişdir.

2020-ci ildə əsas fərqlənən müəssisələrdən biri də “ASK Şəki Su Elektrik Stansiyası” MMC olmuşdur. Əvvəlki illər ilə müqayisədə yağıntıların az olması və il ərzində davam edən quraqlıq səbəbindən çayda suyun səviyyəsi aşağı olmuş, bu da elektrik enerjisinin istehsalında və satışında əhəmiyyətli azalmaya gətirib çıxarmışdır. Buna baxmayaraq müəssisədə effektiv idarəetmənin tətbiq edilməsi nəticəsində təsərrüfat fəaliyyətinin fasiləsizliyi təmin edilmiş və öhdəliklərin yerinə yetirilməsinə nail olunmuşdur.

COVİD-19 pandemiyası səbəbindən xarici bazarlara çıxış imkanlarının azalması “Azərtütün ASK” MMC-nin maliyyə nəticələrinə mənfi təsir göstərmiş, müəssisə büdcədə nəzərdə tutulmuş hazır məhsul satışı üzrə proqnozu kəsirlə icra edərək ili zərərlə başa vurmuşdur. Satışların azalması nəticəsində müəssisənin maliyyə öhdəliklərinin icrasında müəyyən yubanmalar yaranmışdır ki, bu da əlavə kredit resurslarının cəlb edilməsini qaçılmaz etmişdir.

Pandemiya səbəbindən tətbiq olunan sərt karantin rejimində bir sıra sahələrin fəaliyyətinin qismən, bəzi sahələrin fəaliyyətinin isə tam dayanması planlaşdırılan tikinti layihələrinin dayanması ilə nəticələnmişdir və bu da əsas sifarişçiləri tikinti sektorunda olan “ASK İzolit” MMC-nin fəaliyyətinin demək olar ki, dayanmasına və 2020-ci ili zərərlə başa vurmasına gətirib çıxarmışdır.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə tərəfindən fəaliyyətini zərərlə başa vurmuş törəmə müəssisələrin 2021-ci il üçün prioritet və hədəflərinin müəyyənləşdirilməsi, bazar tendensiyalarının öyrənilməsi, yüksək tələbat olan məhsulların müəyyən edilməsi və istehsal həcminin genişləndirilməsi, potensial bazarlara çıxış yollarının araşdırılmasına dair tapşırıqlar verildi. Korporasiyanın rəhbəri qarşıya qoyulan hədəflərə uyğun olaraq uzunmüddətli perspektivdə davamlı inkişafın və fəaliyyətin təmin edilməsinə nail olunması istiqamətində tövsiyyələrini də bildirdi.

İclasın sonunda konsolidə edilmiş maliyyə göstəriciləri nəzərdən keçirildi və qeyd edildi ki, Korporasiya amortizasiya, kredit faizi və vergi xərclərindən öncəki mənfəət (“EBİTDA”) göstəricisi üzrə ili müsbət nəticələrlə başa vurmuşdur. Korporasiya rəhbərliyi tərəfindən 2020-ci ildə əldə edilmiş bu müsbət nailiyyətə görə Mərkəzi Aparatın və törəmə müəssisələrin kollektivlərinə təşəkkür edildi, 2021-ci ilin tədbirlər planı üzrə qarşıda görüləcək işlər ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verildi, əsas istiqamətlər və prioritetlər qeyd olundu, müasir texnologiyalar və beynəlxalq təcrübədən maksimum faydalanmaq, vaxtında və düzgün biznes qərarlarının verilməsi üçün uçot, hesabatlılıq, təhlil, planlaşdırma və daxili nəzarət proseslərinin daim təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi zəruriliyi vurğulandı.

Azərbaycan Sənaye Korporasiyası

08/01/2021

Address

Azərbaycan, Bakı şəhəri, Qaradağ R-nu , Səlyan şossesi 25
Baku
AZ1083

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125657190

Alerts

Be the first to know and let us send you an email when Qaradağ Şüşə Zavodu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Qaradağ Şüşə Zavodu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

#“ASK ŞÜŞƏ” MMC

Artıq dünya brendlərinin üzərində Azərbaycanın da adı olacaq. Azərbaycan sənaye Koorporasiyasından yaxşı xəbərlərimiz var. Ölkənin istehsal sənayesində böyük uğura nail olunub. Belə ki, Azərbaycan sənaye koorporasiyasının tərkibində fəaliyyət göstərən və tam texnoloji tələblərə cavab verən "ASK şüşə" qlobal istehsal prosesinə qoşularaq dünyanın məşhur brendi ilə müqavilə bağlayıb. Zaur Yaqubov- ASK şüşə zavodunun rəhbəri İndi isə gəlin Dünya brendi ilə əməkdaşlığa başlayan zavodda işin gedişi və məhsulun hazırlanması prosesinin necə aparılması isə yaxından tanış olaq.

İş ilk olaraq tərkib sexindən başlayır, xaricdən gələn xammal bura gətirilir. Burada xammallar qarışdırıldıqdan sonra şıxda hazırlanır. Konveyr vasitəsi ilə regenerativ tipli sobaya göndərilir. Və ərimə başlayır. Ərimiş məhsul formalaşdırıcı maşına ötürülür, sonra tablama sobasına daxil olur. Sonrakı mərhələdə texniki nəzarət şöbəsi tərəfindən yoxlanılır. Sonuncu mərhələdə isə tam texniki baxışdan keçdikdən sonra qablaşdıriciya ötürülür. Görülən işlərin bir uğurlu nəticəsi var. Artıq dünya brendlərinin üzərində Azərbaycan sənaye Korporasiyasının möhürünü görə biləcəyik.