Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital

Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital Bakı ş, K.Kazımzadə küç. 118 Tel.: (012) 404 08 08; WhatsApp: (050) 404 08 08; www.customshospital.az
(311)

Mərkəzi Gömrük Hospitalında “Sağlam psixosial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda maarifləndirici tədbir k...
17/04/2026

Mərkəzi Gömrük Hospitalında “Sağlam psixosial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda maarifləndirici tədbir keçirilib

17 aprel 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumdünya Əməyin Mühafizəsi gününə həsr edilmiş “Sağlam psixosial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Poliklinka şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev əməyin mühafizəsinin əhəmiyyəti, sağlam və təhlükəsiz iş mühitinin formalaşdırılması, həmçinin psixosial rifahın yüksəldilməsinin əmək məhsuldarlığına və ümumi təşkilati mühitə təsiri barədə ətraflı çıxış edib.

Rəsmi hissədə Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə çıxış edərək iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasının, əməkdaşların sosial rifahının yüksəldilməsinin və psixosial dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, belə maarifləndirici tədbirlərin əməkdaşların motivasiyasına, komanda ruhunun formalaşmasına və ümumi iş mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin psixoloqu Sona Məmmədova “Stresin idarə edilməsinin sağlam psixososial iş mühitinin yaradılmasında əhəmiyyəti” mövzusunda təlim keçib. Təlim zamanı iş mühitində yaranan stres faktorları, onların əməkdaşların psixoloji vəziyyətinə və iş səmərəliliyinə təsiri, eləcə də stresin düzgün idarə olunması və emosional dayanıqlığın gücləndirilməsi yolları barədə ətraflı məlumat verilib. Praktik nümunələr əsasında iştirakçılara gündəlik iş prosesində psixoloji tarazlığın qorunması və qarşılıqlı ünsiyyətin düzgün qurulması üzrə tövsiyələr təqdim olunub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və belə maarifləndirici tədbirlərin əməkdaşların rifahının yüksəldilməsi və sağlam iş mühitinin formalaşdırılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118



Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.e.d. Aynur Səfiyeva beynəlxalq konfransda çıxış edibMərkəzi Gömrük Hospital...
17/04/2026

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.e.d. Aynur Səfiyeva beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva Misir-ın paytaxtı Qahirə şəhərində keçirilən nüfuzlu beynəlxalq “Qahirə Kolorektal və Çanaq üzrə 20-ci İllik Toplantı” elmi tədbirində məruzəçi qismində iştirak edib.

Kolorektal və çanaq cərrahiyyəsi sahəsində ən son elmi yeniliklərin müzakirə olunduğu bu mötəbər tədbir dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssisləri bir araya gətirib. Konfrans çərçivəsində müasir diaqnostika və müalicə üsulları, minimal invaziv cərrahiyyə texnikaları, həmçinin pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş innovativ yanaşmalar geniş şəkildə təqdim olunub.

Tədbir çərçivəsində Dr. Aynur Səfiyeva “Obstruktiv defekasiya sindromunda defekoqrafiyanın rolu və əhəmiyyəti” mövzusunda elmi məruzə ilə çıxış edərək obstruktiv defekasiya sindromunun diaqnostikasında defekoqrafiyanın rolu, bu metodun klinik əhəmiyyəti və müalicə strategiyalarının müəyyənləşdirilməsində verdiyi töhfələr geniş şəkildə izah olunub.

17/04/2026

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu İctimai TV-nin “Xəbərimiz var” proqramına “Gənclər arasında infarkt halları niyə artır?” mövzusunda ətraflı müsahibə verib. Süjeti Sizə təqdim edirəm.

17/04/2026

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova və böyük tibb bacısı Nigar Maqsudova ATV-nin “Xəbərin olsun” proqramına “Dırnaqyemə vərdişinin fəsadları nələrdir?” mövzusunda müsahibə veriblər. Süjeti sizə təqdim edirik.

Gömrük əməkdaşları üçün təlim keçirilibBakı Baş Gömrük İdarəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların...
16/04/2026

Gömrük əməkdaşları üçün təlim keçirilib

Bakı Baş Gömrük İdarəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə edilməklə gömrük əməkdaşlarının peşəkarlığının yüksəldilməsi” mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri tərəfindən iştirakçılara təqdimatlar əsasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər haqqında ətraflı məlumat verilib.

Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təqdimatla çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin insan orqanizmində yaratdığı ciddi təhlükələr, bu maddələrin istifadəçilərində müşahidə olunan xarakterik davranış və fizioloji əlamətlər barədə ətraflı məlumat verib.

Həmçinin iştirakçılar nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması zamanı diqqət edilməli məqamlar, gizli saxlanc yerlərinin müəyyən olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı digər mövzularda məlumatlandırılıblar.

Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

16/04/2026

14–16 aprel 2026-cı il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin 2026–2030-cu illər üçün İnkişaf Strategiyasına uyğun olaraq, Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə genişmiqyaslı tibbi skrininq müayinələri aparılıb. Tibbi aksiya ilə bağlı Səhiyyə TV-də yayımlanan süjeti Sizə təqdim edirik.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə



Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının geni...
16/04/2026

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının genişmiqyaslı skrininq müayinələri aparılıb

14–16 aprel 2026-cı il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin 2026–2030-cu illər üçün İnkişaf Strategiyasına uyğun olaraq, Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə genişmiqyaslı tibbi skrininq müayinələri aparılıb.

Tibbi aksiyada Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Kardiologiya şöbəsinin həkimləri Emin Hacıbalayev, Nərgiz Ələkbərova, Emin Allahverdiyev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova və tibb bacıları iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev bildirib ki, müayinələr çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, anket sorğuları vasitəsilə zərərli vərdişlər, irsi meyillilik, yanaşı xəstəliklər və digər risk amilləri ilkin qiymətləndirilib, əməkdaşlar həkimlər tərəfindən EKQ müayinəsindən keçirilib, lipid profili analiz olunub və kardioloq müayinəsi aparılıb.

Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, keçirilən skrininq müayinələri nəticəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndirilib, ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına imkan verən əsas risk faktorları müəyyənləşdirilərək hər bir əməkdaş üçün fərdi tibbi tövsiyələr hazırlanıb.
Lipid profilinin analizi ümumi xolesterin, aşağı sıxlıqlı lipoprotein (LDL), yüksək sıxlıqlı lipoprotein (HDL) və triqliseridlər kimi əsas göstəriciləri əhatə etməklə ürək-damar xəstəlikləri riskinin erkən mərhələdə müəyyən olunmasına və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan yaradıb.

Aparılmış müayinələr nəticəsində daha ətraflı müayinəyə və zərurət yarandıqda müalicəyə ehtiyacı olan əməkdaşlar Mərkəzi Gömrük Hospitalına dəvət olunacaqlar. Qısa müddət ərzində bu cür tibbi müayinələrin bütün gömrük əməkdaşlarını əhatə etməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində gömrük əməkdaşlarının peşə fəaliyyətindən irəli gələn və sağlamlıqlarında yaranan xarakterik problemlərin müəyyən edilməsi, onların aradan qaldırılması yollarının işlənib hazırlanması, eləcə də profilaktik yanaşmaları və sağlamlığın qorunması üsullarını əhatə edən vahid, elmi əsaslara söykənən metodologiyanın formalaşdırılması nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müasir tibbi avadanlıqlarla təchiz olunmuş səyyar mobil hospitalı vasitəsilə bu cür tibbi müayinələrin regionlarda davamlı şəkildə təşkili təmin edilir. Bu tibbi aksiyalar uzaq ərazilərdə çalışan gömrük əməkdaşlarının mütəmadi tibbi nəzarətdə saxlanılmasına, xəstəliklərin erkən aşkarlanmasına və profilaktik tədbirlərin effektiv həyata keçirilməsinə mühüm töhfə verir.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə



Mərkəzi Gömrük Hospitalında tətbiq olunan Onlayn Şəxsi Kabinet sistemi pasiyentlər üçün laborator müayinə cavablarını on...
15/04/2026

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan Onlayn Şəxsi Kabinet sistemi pasiyentlər üçün laborator müayinə cavablarını onlayn almağa yeni imkanlar açır. Bu sistemin üstünlükləri və praktiki əhəmiyyəti barədə Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimovanın "Sia" agentliyində yayımlanan müsahibəsini Sizə təqdim edirik.

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

15/04/2026

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov AZTV-nin “TeleSəhər” proqramında yayımlanan “Telehəkim” verilişində “Ürək döyüntülərinin normadan artıq olmasının səbəbləri nələrdir?” mövzusunda çıxış edib. Nabil həkimin müsahibəsini Sizə təqdim edirik.

13/04/2026

Mərkəzi Gömrük Hospitalının pasiyenti Gözəl Əsgərovanın təşəkkür rəyini Sizə təqdim edirik.

13/04/2026

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova canlı yayımda ARB24 TV-nin “Xəbərlər” proqramına “Suçiçəyi xəstəliyi niyə artıb?” mövzusunda ətraflı müsahibə verib. Aygün həkimin çıxışını Sizə təqdim edirik.

11/04/2026

Mərkəzi Gömrük Hospitalının həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Aynurə Əliyeva yenidoğulmuşların müayinə paketi çərçivəsində aparılan oftalmoloji müayinələrin əhəmiyyəti barədə ətraflı və maarifləndirici məlumat verib. Aynurə həkim çıxışında vurğulayıb ki, erkən dövrdə aparılan göz müayinələri körpələrdə görmə ilə bağlı mümkün problemlərin vaxtında aşkarlanması və qarşısının alınması baxımından olduqca mühüm rol oynayır.

Address

Kazim Kazimzade Str. 118
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital:

Share

Mərkəzi Gömrük Hospitalı

Sağlamlığınızın keşiyində etimadınızı doğruldan tibbi xidmət!