
15/01/2025
Şizofreniyanın əsas əlamətlərindən biri də Həqiqətdən qopmadır. Pasient izləndiyini, digər insanların ona zərər vermək istədiyini, TV-dən ona mesaj verildiyini, özünün önəmli insan olduğunu, müharibələri onun başlatdığını və bitirdiyini, Jennifer Lopezin (məşhur bir şəxsin) ona aşiq olduğunu, müqəddəs bir varlıq olduğunu, Allahla danışdığını, mələklərin ona mesajlar gətirdiyini, cinlərdən hamilə qaldığını, anasının öz anası olmadığı, başqa qadının anası cildində olduğunu və.s kimi geniş yelpazədə olan psixotik fikirləri düşünəbilər.
Əsas məsələ isə bütün bunların məntiqli mübahisə ilə dəyişdirilə bilməməsidir