Dr. Allerqoloq Aytəkin Həsənzadə

Dr. Allerqoloq Aytəkin Həsənzadə Dr. Allerqoloq Aytəkin Həsənzadənin səhifəsi ALLERGEN SPESIFIK IMMUNOTERAPIYA vasitəsilə astma və rinit kimi xəstəliklərin köklü mualicesi həyata keçirilir.

Uşaqlarda və böyüklərdə Allergik rinit,bronxit, Bronxial astma
Kəskin ve xroniki bronxit, övrə, atopik dermatit,dərman allergiyaları, kontakt və Allergik dermatitlerin standartlara və protokollara əsasən diaqnostikası və müalicəsi, Allergik dəri sınaqları, yama testleri(Patch test) vasitəsilə səbəbkar allergenin aşkarlanması, Spirometriya və Pikfloumetriyanin köməyi ilə tənəffüs funksiyasının qiymətləndirilməsi.

02/04/2020
🔴Hamilelik zamanı sıx rast gəlinən allergiyalardan biri də ovredir(urtikaria, крапивница). Urtikarianin səbəbləri çox mü...
02/04/2020

🔴Hamilelik zamanı sıx rast gəlinən allergiyalardan biri də ovredir(urtikaria, крапивница). Urtikarianin səbəbləri çox müxtəlif olsa da bir neçəsini sadalamaq lazım gələrsə:
✔️İstifadə olunan dərmanlar
✔️Vitamin kompleksləri ✔️Dietin pozulması ✔️Hormonal olaraq və s..
✔️ Və səbəbi məlum olmayan övrəni qeyd edə bilərik. 🔴Hamiləliyin periodundan asılı olaraq dərman seçimi düzgün olduqda nə döle, nə də anaya heç bir yan təsir olmadan hamilə pasientin şikayətlərini aradan qaldıra bilirik. 🔴Hamiləlikdə rast gəlinən digər bir allergiya isə PUPPP(pruritic urticarial papules and plaques) sindromudur- hamiləliyin qaşınan urtikarial papul və plakları) bu haqda isə artıq səhifəmdə post olduğuna görə ətraflı oradan oxuya bilərsiz➡️➡️➡️ https://www.instagram.com/p/B0oECvRBoRB/?igshid=1d3zwnt55idkg
🔴 Bir də hamilelik zamanı istifadə olunan kremler, nemlendiricileri ve s. tipli məhsullar da öz növbəsində həm kontakt ovre verə bilərlər, həm də konakt dermatitlərə də yol aça bilərlər.
P. S 📌 Hal-hazırda fövqəladə vəziyyətle əlaqədar olaraq pasientler haqlı olaraq klinikalara getmekden çəkinirlər. Buna görə də "online qəbul" keçiririk.Ətraflı məlumat üçün dm 📩 yaza ve ya 050 320 2623📲 nömrəsinə zəng edə bilərsiz.

Hamiləlikdə ən çox rast gəlinən allergiyalar🤰🤰🤰🔴 Hamiləlik qadın orqanizminde çox böyük hormonal dəyişiklərə yol açdığın...
30/03/2020

Hamiləlikdə ən çox rast gəlinən allergiyalar🤰🤰🤰
🔴 Hamiləlik qadın orqanizminde çox böyük hormonal dəyişiklərə yol açdığına görə bu öz növbəsində bir çox xəstəliklərin də üzə çıxmasına, kəskinləşməsinə gətirə bilir. Bunlardan biri də allergiyadir.
🔴 Əgər hamiləlikdən əvvəl də allergik rinit şikayətleriniz varsa, bu hamilelik zamanı daha da kəskinləşə bilər. Əgər şikayətleriniz hansısa mövsümdə kəskinləşirsə, bitki tozcuqlarinin intensiv olduğu səhər saatlarında küçəyə çıxmaginiz məsləhət deyil. Əgər şikayətleriniz ilboyu hər gün davam edirsə, o zaman ev şəraitinə fikir vermək lazımdır. Bu haqda highlights bölməsində kifayət qədər məlumat tapa bilərsiz.
🔴İkinci sırada isə astma gəlir. Astma da öz növbəsində ilboyu özünü göstərə bilər. Və ya konkret olaraq hansısa bir mövsümdə kəskinləşə bilər. Yenə də ev şəraitinə fikir vermək və tozcuqlarin havada çox olduğu vaxtlarda müvafiq tədbirlər görmək hamilə xanımların vəziyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. ‼️Bəzən səhv olaraq xəstələr elə düşünürlər ki, hamiləlik zamanı allergiya əleyhinə dərmanlardan istifadə etmək dölün inkişafın mənfi təsir edəcək. Ancaq əksinə hamiləlikdə istifadə olunan xüsusi qrup dərmanlar dölün inkişafın heç bir mənfi təsir göstərmir. Əksinə sizin nəfəs darlığınız dölün hipoksiyasina ( oksigensiz qalmasına) səbəb olur ki, bu isə daha ağır hal hesab olunur. ‼️ Hələlik bu qədər. Sabah isə hamiləlik zamanı rast gəlinən övrə ( urtikaria, крапивница) haqqında post yerləşdirməyi düşünürəm. Postu bəyənməyi unutmayın👍👍👍
P. S 📌 Hal-hazırda fövqəladə vəziyyətle əlaqədar olaraq pasientler haqlı olaraq klinikalara getmekden çəkinirlər. Buna görə "online qəbul" keçiririk.Ətraflı məlumat üçün dm📩 yaza ve ya 📲050 320 2623 nömrəsinə zəng edə bilərsiz.

17/01/2020
Bu pasientin anamnezi en az bu qaralama qədər qarışıqdi. Ancaq qısaca onu deyə bilərəm ki, pasient mənə müraciət eləyənd...
23/12/2019

Bu pasientin anamnezi en az bu qaralama qədər qarışıqdi. Ancaq qısaca onu deyə bilərəm ki, pasient mənə müraciət eləyəndə üç gün idi ki, kəskin övrədən əziyyət çəkirdi. Belə məlum oldu ki, yuxarı tənəffüs yollarında infeskion prosesə görə lor ( qulaq-burun-boğaz) həkimi antibakterial dərmanla yanaşı ola biləcək dərman allergiyasına görə həm hemen antibiotikle dəri sınağı təyin edib ( ki, mənasızdır.☝️☝️☝️ Şok elə sınaq yerindəncə başlaya bilər) eyni zamanda yenə də hər ehtimala qarşı suprastin (antihistamin) də təyin edib. Bir də bəlğəmgetirici preparat. Dərmanları yarım saat ara ile qəbul edən xəstədə təxminən bir-iki saat sonra səpgilər əmələ gəlib. Üzü, gözləri, dodaqları şişib. Hemen lor hekim yenə də suprastin verilməsini tapşırıb. Eyni gün ikinci dəfə suprastin.😡 Yenə də səpgilər azalmayib və təcili yardım çağırılıb. Təcili yardım xəstəyə kömək üçün dimedrol təyin edib. Və nəticədə dalbadal bu qədər suprastin, dimedrol alan xəstənin təzyiqi 80/55- ə düşüb. Birtəhər onu vəziyyətdən çıxarıblar təzyiq özünə normallaşmağa başladıqdan sonra sahə həkimine müraciət ediblər. O isə ringer məhlulu təyin edib ( vena daxili məhlul) təbii ki, təkbaşına bu müalicə sayılmır. Və adətən xəstədə bunula yaxşılaşma gormerik. Mənə müraciət edəndə allergiya üç gün idi, fasilələrlə davam edirdi. Və yanaşı olaraq öskürək. Müalicə təyin etdik. Yüngülvari də pəhriz. Və yola saldıq.

22/12/2019

ASİT (ALLERGENSPESİFİK İMMUNOTERAPİYA) haqqında pasient rəyi.

Od çərşənbəniz mübarek 🔥🔥🔥🔥🔥
05/03/2019

Od çərşənbəniz mübarek 🔥🔥🔥🔥🔥

İnstagram səhifəsimi izleyirsizmi?Follow me on Instagram
25/11/2018

İnstagram səhifəsimi izleyirsizmi?
Follow me on Instagram

Address

Xətai R-nu, Əhmədli Qəsəbəsi, Sarayevo Küç. 184
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Allerqoloq Aytəkin Həsənzadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram