03/02/2026
Beynəlxalq elmi platformada növbəti uğurumuz
Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirhaşim Calalov və şöbənin rezidenti Billurə Dəmirovanın elmi işi Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) rəsmi elmi jurnalı “Experimental and Clinical Transplantation”-da dərc olunub.
“Nutritional Status of Hemodialysis Patients in the Azerbaijan Republic: A Retrospective Analysis” (“Azərbaycan Respublikasında hemodializ xəstələrinin qidalanma vəziyyəti: retrospektiv təhlil”) adlı elmi tezis jurnalda yayımlanıb.
Bu nəşr ölkəmizdə hemodializ sahəsində aparılan elmi araşdırmaların beynəlxalq səviyyədə tanınmasının və Azərbaycan tibb elminin qlobal elmi mühitə inteqrasiyasının növbəti göstəricisidir.
Həkimlərimizi təbrik edir, elmi fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!
Qeyd edək ki, MESOT 1987-ci ildə yaradılmış, Yaxın Şərq və ətraf regionlarda orqan transplantasiyası sahəsində elmi tədqiqatları, təhsili və əməkdaşlığı təşviq edən beynəlxalq qeyri-kommersiya elmi təşkilatdır. 29-dan çox ölkəni birləşdirən cəmiyyət etik standartları təşviq edir və mütəmadi beynəlxalq konqreslər keçirir. Son konqres 04–07 noyabr 2025-ci ildə Ankarada baş tutub.