World Health Organization Azerbaijan

World Health Organization Azerbaijan World Health Organization Azerbaijan

19/12/2025
MDB regionunda cüzamın eliminasiyasına doğru: ÜST tərəfindən sertifikatlaşdırma üçün səylərin gücləndirilməsiMDB ölkələr...
19/12/2025

MDB regionunda cüzamın eliminasiyasına doğru: ÜST tərəfindən sertifikatlaşdırma üçün səylərin gücləndirilməsi

MDB ölkələrində lepranın (cüzamın) eliminasiyası üzrə səylərin gücləndirilməsi məqsədilə 10–11 dekabr 2025-ci il tarixlərində Daşkənd şəhərində Subregional Müşavirə keçirilmişdir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Dermatovenerologiya kafedrasının əməkdaşları – professor Mir-Riad Cavad-zadə və kafedranın assistenti Medina İsmayılova müşavirədə iştirak etmiş və Azərbaycanda cüzamın eliminasiyası sahəsində əldə olunmuş nailiyyətləri təqdim etmişlər.

Son onilliklər ərzində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri cüzam yükünün azaldılması istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Erkən halların aşkarlanması, vaxtında və effektiv müalicə, eləcə də cüzama qarşı xidmətlərin ilkin səhiyyə sistemlərinə inteqrasiyası sayəsində ölkələrin əksəriyyəti artıq eliminasiya həddinə çatmış (10 000 nəfərə 1-dən az xəstəlik halı) və ya bu həddə çox yaxınlaşmışdır. Nəticə etibarilə, hazırda regionda bu xəstəliyə nadir hallara rast gəlinir.

Region bu mühüm mərhələyə yaxınlaşdıqca, diqqət cüzamın eliminasiyası üzrə ÜST-nin rəsmi sertifikatının əldə edilməsinə yönəlir. Bu isə proqramların güclü icrasını, etibarlı sənədləşməni, dayanıqlı epidemioloji nəzarət sistemlərini və xəstəliyin yenidən yayılmasının qarşısının alınması üçün effektiv tədbirləri tələb edir.

Görüşün məqsədləri:

✅ Cüzamın eliminasiyası üzrə qlobal və regional strategiyaların nəzərdən keçirilməsi
✅ Sertifikatlaşdırmaya hazırlıq üçün ÜST-nin alət və təlimatlarının təqdim edilməsi
✅ Sertifikatlaşdırma üzrə milli strateji planların və yol xəritələrinin hazırlanmasına dəstək
✅ Təcrübə mübadiləsinin və regional əməkdaşlığın təşviqi
✅ Əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək üçün siyasi öhdəliklərin və tərəfdaşlıqların gücləndirilməsi

Görüşdə iştirakçılar cüzamın ÜST tərəfindən sertifikatlaşdırılmış eliminasiyasına doğru milli planların irəlilədilməsi və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri bilik və alətlərlə təmin edilmişdir.



https://www.adhti.edu.az/2025.php?go=xeber129

🌍 2-ci gün | Bilikdən Fəaliyyətə: Azərbaycanda Köməkçi Texnologiya üzrə Təhsilin Gücləndirilməsi15–16 dekabr tarixlərind...
17/12/2025

🌍 2-ci gün | Bilikdən Fəaliyyətə: Azərbaycanda Köməkçi Texnologiya üzrə Təhsilin Gücləndirilməsi

15–16 dekabr tarixlərində keçirilən Köməkçi Texnologiyaların Səhiyyə və Sosial Qayğı üzrə Peşəkar Təlim Proqramlarına İnteqrasiyası üzrə seminarın ikinci günü səhiyyə və sosial qayğı mütəxəssislərinin bilik və təcrübələrinin praktik fəaliyyətə çevrilməsinə həsr olunmuşdur.

ÜST Azərbaycan ofisinin və ÜST-nin Avropa Regional Ofisinin texniki dəstəyi ilə iştirakçılar aşağıdakı istiqamətlər üzrə qrup işi aparmış və təqdimatlar hazırlamışlar:

🔹 Səhiyyə və sosial qayğı üzrə peşəkar təlim proqramlarında köməkçi texnologiyaların mövcudluğunu müəyyən etmək məqsədilə kurikulum xəritələşdirilməsi və təhlili
🔹 Görmə, eşitmə, idrak, ünsiyyət, hərəkət və özünəqulluq funksional sahələri üzrə təlim proqramlarında boşluqların təhlili
🔹 Köməkçi texnologiyaların ilkin təhsil və davamlı peşəkar inkişaf proqramlarına inteqrasiyası üçün ölkə üzrə fəaliyyət planının hazırlanması (qısa, orta və uzunmüddətli hədəflər)

Bu interaktiv sessiyalar zamanı iştirakçılar təhsil islahatlarının milli prioritetlərlə uyğunlaşdırılması, sektorlararası əməkdaşlığın gücləndirilməsi və keyfiyyətli köməkçi texnologiyalara bərabər çıxışı dəstəkləyən gələcəyə hazır kadr potensialının formalaşdırılması istiqamətində fikir və bilik mübadiləsi aparmışlar.

Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB ilə əməkdaşlıqda, AT Scale – Köməkçi Texnologiya üzrə Qlobal Tərəfdaşlığın dəstəyi ilə həyata keçirilir.

Birlikdə biz köməkçi texnologiyaların səhiyyə və sosial qayğı üzrə peşəkar təhsil sistemlərinə davamlı və sistemli şəkildə inteqrasiyasına töhfə veririk.

16/12/2025

Azərbaycanda Köməkçi Məhsullara Əlçatanlığın Gücləndirilməsi

🌍 Köməkçi Texnologiyaların Səhiyyə və Sosial Qayğı üzrə Peşəkar Təlim Proqramlarına İnteqrasiyasıÜmumdünya Səhiyyə Təşki...
15/12/2025

🌍 Köməkçi Texnologiyaların Səhiyyə və Sosial Qayğı üzrə Peşəkar Təlim Proqramlarına İnteqrasiyası

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzv ölkələrdə səhiyyə və sosial qayğı üzrə təhsil sistemlərinin gücləndirilməsi məqsədilə Köməkçi Texnologiyaların (KT) həm ilkin təhsil, həm də davamlı peşəkar inkişaf proqramlarına inteqrasiyasına dəstək göstərir.

15–16 dekabr tarixlərində Azərbaycanda iki günlük hibrid formatlı tədbirə start verilmişdir. Tədbir Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TABIB ilə əməkdaşlıqda, ÜST Avropa Regional Ofisinin Köməkçi Texnologiyalar komandasının və AT Scale Köməkçi Texnologiya üzrə Qlobal Tərəfdaşlığın dəstəyi ilə keçirilir.

Əhali yaşlandıqca, qeyri-infeksion xəstəliklərin artması və funksional məhdudiyyətlərin geniş yayılması fonunda, səhiyyə və sosial qayğı mütəxəssislərinin görmə, eşitmə, idrak, ünsiyyət, hərəkət və özünəqulluq sahələrində keyfiyyətli köməkçi texnologiyalara çıxışı dəstəkləmək üçün zəruri bilik və bacarıqlarla təmin olunması vacibdir.

Tədbirin açılışında Səhiyyə Nazirliyinin Səhiyyə Siyasəti şöbəsinin müdiri cənab Ramik Quliyev, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyəti sədrinin müavini cənab Vüqar Məmmədov, TƏBİB-in İlkin Səhiyyə Xidmətləri Departamentinin rəhbəri cənab Rəşad Çobanlı və ÜST Azərbaycanın milli mütəxəssisi xanım Turanə Əliyeva çıxış edərək köməkçi texnologiyalara artan ehtiyac, təşəbbüsün dövlət prioritetləri ilə uzlaşması və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.

Daha sonra tədbir ÜST Avropa Regional Ofisinin ekspert təqdimatları ilə davam etmişdir.

Birlikdə biz inklüziv, ədalətli və hamı üçün əlçatan səhiyyə və sosial qayğı xidmətlərinin qurulmasına töhfə veririk.

🌟 3-cü Gün – Hərəkətlilik, Müyəssərlik və İnklüzivlikTəlimin üçüncü günü insanların gündəlik mühitdə daha rahat və təhlü...
11/12/2025

🌟 3-cü Gün – Hərəkətlilik, Müyəssərlik və İnklüzivlik

Təlimin üçüncü günü insanların gündəlik mühitdə daha rahat və təhlükəsiz hərəkət etməsinə dəstək olan yardımçı məhsullara həsr olundu. Praktiki məşğələlər zamanı həkim və tibb bacıları aşağıdakı bacarıqları inkişaf etdirdilər:

🔹 Transfer lövhələrindən istifadə edərək çarpayıdan oturacağa və ya təkərli oturacağa keçidi təhlükəsiz şəkildə dəstəkləmək
🔹 Portativ rampaların quraşdırılması və tətbiqi vasitəsilə evlərdə və ictimai məkanlarda müyəssərliyi artırmaq
🔹 Çıxarıla bilən sərt ortez çəkmələrin düzgün seçilməsi və tətbiqi ilə, xüsusən də zədələnmələrdən sonra və reabilitasiya dövründə, təhlükəsiz hərəkətə şərait yaratmaq
🔹 Terapevtik ortopedik ayaqqabıların uyğun seçilməsi vasitəsilə postural balansı gücləndirmək və ayaq komfortunu artırmaq

Bu vasitələr sadə görünə bilər, lakin bir çox insan üçün müstəqilliyə, təhlükəsizliyə və sosial inklüzivliyə aparan vacib körpüdür. Bu gün ilkin səhiyyə xidməti səviyyəsində çalışan tibb işçiləri təkcə məhsulların tətbiqini deyil, həm də klinik qərarvermə, risk qiymətləndirməsi və pasiyentlərin davamlı müşahidəsi kimi əsas bacarıqları da praktik şəkildə sınadılar.

Qazanılan hər yeni bacarıq daha inklüziv, daha əlçatan səhiyyə xidmətlərinə doğru atılmış növbəti addımdır.

Bərdədə Köməkçi Məhsullar üzrə Təlimlərin 2-ci Günü: Bilikdən Təcrübəyə!Bərda və ətraf kəndlərdən 20 ilkin səhiyyə həkim...
09/12/2025

Bərdədə Köməkçi Məhsullar üzrə Təlimlərin 2-ci Günü: Bilikdən Təcrübəyə!

Bərda və ətraf kəndlərdən 20 ilkin səhiyyə həkimi və tibb bacısı biliklərini interaktiv qrup işi və praktik məşğələlər zamanı tətbiq edərək, bu gün hərəkəti dəstəkləyən köməkçi məhsullara 🦽🩼🦵 fokuslanıblar.

Təlim iştirakçılarından biri təlimin faydasına dair düşüncələrini paylaşdı:

“Mən mütəmadi olaraq ailələrə baş çəkirəm və getdiyim bir ailədə qoltuqaltı ağacdan istifadə edən şəxs var. Bu köməkçi məhsul onun qoltuqaltısını ağrıdır və o vaxt mən ona necə kömək edəcəyimi bilmirdim. İndi isə nə məsləhət verəcəyimi bilirəm və köməkçi məhsullardan istifadə edən xəstələrimə daha yaxşı xidmət göstərmək üçün özümü daha hazır hiss edirəm.”

İcmalarına xidmət göstərməyə həvəsli bu həkimlər və tibb bacıları ilə birlikdə, Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin ATscale-ın dəstəyi ilə biz ilkin səhiyyə xidmətlərində köməkçi məhsullar üzrə bilik və bacarıqları gücləndirməyə davam edirik — Azərbaycanda hamı üçün əlçatan və inklüziv köməkçi texnologiyalar sistemi qurmaq üçün addım-addım irəliləyirik.

🎉 Azərbaycanda Köməkçi Məhsullara Əlçatanlığın GücləndirilməsiÜST-nin komandası yenidən bölgədədir — bu dəfə Bərdədə — i...
08/12/2025

🎉 Azərbaycanda Köməkçi Məhsullara Əlçatanlığın Gücləndirilməsi

ÜST-nin komandası yenidən bölgədədir — bu dəfə Bərdədə — ilkin səhiyyə səviyyəsində çalışan həkim və tibb bacıları üçün Köməkçi Məhsullar üzrə Təlimlərin dördüncü silsiləsini başladı. Proqram ÜST-nin Azərbaycan Ofisi, Səhiyyə Nazirliyi, TABIB və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq nəticəsində, həmçinin ATscale – Köməkçi Məhsullar üzrə Qlobal Tərəfdaşlıqın dəstəyi ilə həyata keçirilir.

Təlimlər ÜST-nin Learning on TAP rəqəmsal platforması üzərindən Köməkçi Texnologiyalar Kursu vasitəsilə keçirilir və artıq tam olaraq Azərbaycan dilində mövcuddur 👉 https://www.gate-tap.org/course-list/assistive-technology/.

Rayon və kənd səviyyəsində 157,000 nəfər əhaliyə xidmət göstərən ilkin səhiyyə həkimləri və tibb bacılarından ibarət yeni qrup, funksional məhdudiyyətləri müəyyən etmək, köməkçi məhsullara olan ehtiyacları qiymətləndirmək və müvafiq məhsul və xidmətlərə yönləndirmək üzrə bilik və praktiki bacarıqlarını gücləndirir.

Bu təşəbbüs Azərbaycanda daha inklüziv və dayanıqlı köməkçi texnologiyalar sisteminin qurulmasına doğru mühüm addım hesab olunur — ilkin səhiyyədə erkən aşkarlama və vaxtında yönləndirmə standart təcrübəyə çevrilir. Bu təşəbbüs Hamı üçün Sağlamlıq yanaşmasına töhfə verərək, funksional məhdudiyyətləri olan insanlara müvafiq dəstəyi göstərərək heç kəsin kənarda qalmamasını təmin edir.

05/12/2025

“Antibiotiklərdən sui-istifadəyə yox deyək!”

Bu gün, 3 dekabr, ÜST-ün Əlilliyi Olan Şəxslər üçün Səhiyyədə Bərabərlik üzrə Qlobal Hesabatından əsas mesajı diqqətə ça...
03/12/2025

Bu gün, 3 dekabr, ÜST-ün Əlilliyi Olan Şəxslər üçün Səhiyyədə Bərabərlik üzrə Qlobal Hesabatından əsas mesajı diqqətə çatdırırıq:

Hər bir insanın — istisna olmadan — ən yüksək mümkün sağlamlıq səviyyəsinə çatmaq hüququ var.

Lakin dünyada 1,3 milyard insan (əhalinin 16%-i) hələ də qarşısı alına bilən maneələrlə üzləşir:
▪️ Səhiyyə xidmətlərinə çıxışda çətinliklər
▪️ Daha zəif sağlamlıq nəticələri
▪️ Fövqəladə hallarda daha yüksək risk
▪️ Köməkçi məhsullara və dəstəyə məhdud çıxış
▪️ Qərar qəbuletmədə iştirak imkanlarının məhdudluğu

Hesabat aşağıdakı fəaliyyət istiqamətlərini vurğulayır:
🔹 Güclü siyasi öhdəlik və liderlik
🔹 Əlilliyi əhatə edən ilkin səhiyyə xidmətlərinin qurulması
🔹 Əlçatan xidmətlərə və köməkçi məhsullara çıxışın artırılması
🔹 Əlilliyi olan şəxslərin və onların təşkilatlarının gücləndirilməsi
🔹 İrəliləyişin monitorinqi və hesabatlılıq

Səhiyyədə bərabərlik yalnız əlilliyi olan şəxslər həyatlarına təsir edən qərarların mərkəzində olduqda mümkündür.

Gəlin, heç kəsi kənarda qoymayan səhiyyə sistemləri quraq. 💙♿️

Azərbaycan Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Bir Addım Daha Yaxın!“Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Doğru...
28/11/2025

Azərbaycan Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Bir Addım Daha Yaxın!
“Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Doğru: Tədqiqatdan Tətbiqə” adlı milli seminarda səhiyyə mütəxəssisləri, dövlət rəsmiləri və təhsil işçiləri bir araya gələrək uşaqlıq boynu xərçənginin qarşısını almaqda təsdiqlənmiş vasitə olan HPV peyvəndini müzakirə etdi.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil edilən seminarda Azərbaycanda uşaqlıq boynu xərçəngi üzrə cari vəziyyət və HPV peyvəndi ilə bağlı ÜST-nin son tövsiyələri təqdim edildi.
Tədbirin əsas məqamlarından biri kimi, HPV peyvəndi barədə tibb işçiləri, valideynlər və icma liderlərinin bilik və təsəvvürlərini öyrənmək məqsədilə keçirilmiş formativ tədqiqatın nəticələrinin təqdimatı oldu. Nəticələr göstərdi ki, tədqiqat iştirakçıları HPV peyvəndinə qarşı yüksək maraq və müsbət münasibət nümayiş etdirirlər, eyni zamanda peyvəndin təhlükəsizliyi və effektivliyi barədə bütün qruplarda məlumat və maarifləndirmənin artırılmasının vacibliyi vurğulandı.
Seminar iştirakçıları HPV peyvəndinin ölkə üzrə tətbiqi üçün hərtərəfli planın hazırlanması üzrə müzakirələrdə fəal iştirak etdilər.
Bu tədbir Azərbaycan Respublikasının uşaqlıq boynu xərçəngini aradan qaldırmaq və ÜST-nin Uşaqlıq Boynu Xərçənginin Eliminasiyası üzrə Qlobal Strategiyası və Avropa İmmunizasiya Gündəliyi 2030 ilə uyğunlaşmaq öhdəliyini əks etdirir.
Gəlin birlikdə qadınlar və cəmiyyət üçün daha sağlam bir gələcək quraq!

🎉 Azərbaycanda Köməkçi Məhsullara Əlçatanlığın GücləndirilməsiÜST Azərbaycan, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Res...
27/11/2025

🎉 Azərbaycanda Köməkçi Məhsullara Əlçatanlığın Gücləndirilməsi

ÜST Azərbaycan, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, ATscale – Qlobal Köməkçi Texnologiyalar Tərəfdaşlığının dəstəyi ilə Şamaxıda köməkçi texnologiyalar üzrə ilkin səhiyyə xidmətində çalışan həkim və tibb bacıları üçün təlimlərin üçüncü mərhələsini uğurla tamamlayıb.

Dörd gün davam edən təlimlərdə, 157,000 nəfərə xidmət göstərən rayon və ətrafdakı 11 kənddən 18 ilkin səhiyyə müəssisəsini təmsil edən 20 həkim və tibb bacısı iştirak edib. Bu müəssisələrə ailə sağlamlığı mərkəzləri, kənd həkim məntəqələri və kənd tibb məntəqələri daxildir.

Təlimlər ÜST-nin Learning on TAP rəqəmsal öyrənmə platforması vasitəsilə həyata keçirilən Köməkçi Texnologiyalar üzrə kurs (artıq tam şəkildə Azərbaycan dilində mövcuddur 👉 https://www.gate-tap.org/course-list/assistive-technology/) və sadə köməkçi məhsullarla praktiki məşğələlərdən ibarət olub.

İştirakçılar köməkçi texnologiyalara ehtiyacın müəyyənləşdirilməsi, ilkin dəstəyin göstərilməsi və uyğun məhsul və xidmətlərə yönləndirilmə sahəsində bilik və bacarıqlarını gücləndiriblər. Bu təşəbbüs, köməkçi texnologiyalara çıxışın hər kəs üçün təmin edilməsində ilkin səhiyyə səviyyəsində atılmış mühüm addımdır.

Address

3, UN 50th Anniversary Street
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124372896

Alerts

Be the first to know and let us send you an email when World Health Organization Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to World Health Organization Azerbaijan:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı