Op. Dr. Ruslan Məmmədov - Cərrah Oftalmoloq

Op. Dr. Ruslan Məmmədov - Cərrah Oftalmoloq Vitreoretinal Cərrah-oftalmoloq

Göz təzyiqi (qlaukoma) çox vaxt heç bir əlamət vermədən inkişaf edir.Pasiyentlər uzun müddət heç nə hiss etməsə də, bu p...
09/04/2026

Göz təzyiqi (qlaukoma) çox vaxt heç bir əlamət vermədən inkişaf edir.

Pasiyentlər uzun müddət heç nə hiss etməsə də, bu proses ərzində görmə siniri zədələnir və geri dönüşü mümkün olmayan görmə itkisi yarana bilər.

🔹 Ən təhlükəli tərəfi — səssiz irəliləməsidir
🔹 Əlamətlər adətən gec mərhələdə ortaya çıxır
🔹 Erkən diaqnoz isə görməni qorumağın yeganə yoludur

40 yaşdan sonra ildə ən azı bir dəfə müayinə olunmaqla qlaukomanı erkən mərhələdə aşkar etmək və qarşısını almaq mümkündür.

Gözlərdə ağırlıq, bulanıqlıq və tez yorulma — sadəcə yorğunluq deyil.Bu əlamətlər:🔸 Refraktiv qüsurların🔸 Quru göz sindr...
03/04/2026

Gözlərdə ağırlıq, bulanıqlıq və tez yorulma — sadəcə yorğunluq deyil.

Bu əlamətlər:
🔸 Refraktiv qüsurların
🔸 Quru göz sindromunun
🔸 Erkən patologiyaların göstəricisi ola bilər

Erkən mərhələdə aşkarlanan problemlər daha asan həll olunur.

👓 Özbaşına alınan eynəklər görməyə zərər verə bilər.Bir çox insan göz müayinəsi olmadan eynək istifadə edir. Lakin düzgü...
25/03/2026

👓 Özbaşına alınan eynəklər görməyə zərər verə bilər.

Bir çox insan göz müayinəsi olmadan eynək istifadə edir. Lakin düzgün təyin olunmamış eynək:

▪️ Görmənin zəifləməsinə
▪️ Baş və göz ağrılarına
▪️ Mövcud göz xəstəliklərinin gec aşkarlanmasına səbəb ola bilər.

🔎 Göz sağlamlığınızı riskə atmayın.
Eynək yalnız göz müayinəsindən sonra həkim təyinatı ilə seçilməlidir.

Hər kəsi müqəddəs Ramazam Bayramı münasibəti ilə təbrik edirəm. Bütün dərdləriniz dərman tapsın!
20/03/2026

Hər kəsi müqəddəs Ramazam Bayramı münasibəti ilə təbrik edirəm. Bütün dərdləriniz dərman tapsın!

Bu bayram evlərə ruzi bərəkət, ürəklərə sevinc gətirsin. Üzünüzdən təbəssüm əksik olmasın. Ən gözəl arzularla bütün xalq...
20/03/2026

Bu bayram evlərə ruzi bərəkət, ürəklərə sevinc gətirsin. Üzünüzdən təbəssüm əksik olmasın. Ən gözəl arzularla bütün xalqımızı təbrik edirəm. Novruz Bayramınız mübarək.

Əziz xanımlar, Sizi 8 mart Beynəlxalq Qadınlar Günü Münasibətilə Təbrik edirəm
08/03/2026

Əziz xanımlar, Sizi 8 mart Beynəlxalq Qadınlar Günü Münasibətilə Təbrik edirəm

Niyə göz müayinəsi zamanı bəbək genişləndirici damcılar istifadə olunur? 👁Oftalmoloji müayinə zamanı həkim bəzən gözə xü...
07/03/2026

Niyə göz müayinəsi zamanı bəbək genişləndirici damcılar istifadə olunur? 👁

Oftalmoloji müayinə zamanı həkim bəzən gözə xüsusi damcılar damızdıraraq göz bəbəyini genişləndirir. Bu, gözün daxili strukturlarını daha dəqiq qiymətləndirmək üçün tətbiq olunan vacib bir üsuldur.

🔎 Bəbək genişləndirildikdə həkim nəyi daha yaxşı görə bilir?

• Tor qişanın (retinanın) vəziyyətini
• Görmə sinirini
• Makula – mərkəzi görmə sahəsini
• Tor qişada yaranan dəyişiklikləri

Bu müayinə sayəsində bir çox göz xəstəlikləri erkən mərhələdə aşkar edilə bilər.

⚠️ Damcıların təsiri müvəqqətidir.
Adətən 3–6 saat ərzində bəbək geniş qalır və bu müddətdə işığa həssaslıq və yaxın görmədə zəifləmə hiss oluna bilər.

👁 Unutmayın:
Bir çox göz xəstəlikləri ilkin mərhələdə simptom vermir. Buna görə müntəzəm göz müayinəsi görmə sağlamlığının qorunmasında mühüm rol oynayır.

👁️✨ Dünyaya sağlam gözlərlə baxın.

Oftalmoloq-cərrah Ruslan Məmmədov
📱(077) 766 77 33

Od çərşənbəniz mübarək!🔥Evinizə nur, qəlbinizə istilik dolsun.
03/03/2026

Od çərşənbəniz mübarək!🔥

Evinizə nur, qəlbinizə istilik dolsun.

Xocalı Faciəsi Qan Yaddaşımızdır.
26/02/2026

Xocalı Faciəsi Qan Yaddaşımızdır.

👁️ Göz əməliyyatları ümumi narkozla edilir?Bu, pasiyentlərin bizə ən çox verdiyi suallardandır.Əksər hallarda göz əməliy...
18/02/2026

👁️ Göz əməliyyatları ümumi narkozla edilir?

Bu, pasiyentlərin bizə ən çox verdiyi suallardandır.
Əksər hallarda göz əməliyyatları:
✔️ Yerli keyitmə ilə
✔️ Damcı anesteziyası ilə
✔️ Ağrısız və qısa müddətli şəkildə aparılır.
Ümumi narkoz isə yalnız:
🔹 Uşaqlarda
🔹 Xüsusi tibbi göstəriş olduqda
🔹 Daha mürəkkəb əməliyyatlarda
istifadə edilir.
💬 Qorxu və yanlış məlumatlar sizi əməliyyatdan çəkindirməsin.

Hər pasiyent fərdidir və qərar müayinə əsasında verilir.

👁️✨ Dünyaya sağlam gözlərlə baxın.

Oftalmoloq-cərrah Ruslan Məmmədov
📱(077) 766 77 33

Təəssüf ki, diabetik retinopatiya (şəkərin göz dibinə vurduğu zərər) yalnız bugünkü şəkər göstəricinizlə bağlı deyil. Şə...
21/01/2026

Təəssüf ki, diabetik retinopatiya (şəkərin göz dibinə vurduğu zərər) yalnız bugünkü şəkər göstəricinizlə bağlı deyil. Şəkəriniz normal olsa belə, gözlərinizdə ciddi fəsadların yaranmasının 3 əsas səbəbi var:

1️⃣ Keçmişin “izi”: Diabet illər əvvəl damarlarda kiçik zədələr yaratmağa başlamış ola bilər. Şəkəriniz indi normal olsa belə, o dövrdə başlayan zədələnmə prosesi “gecikmiş effekt” kimi illər sonra üzə çıxa bilir. ⏳
2️⃣ Ani dalğalanmalar: Gün ərzində şəkərin qəfil qalxıb-enməsi damar divarlarını yorur. Hətta ümumi analizləriniz yaxşı çıxsa da, bu qısamüddətli “sıçrayışlar” torlu qişaya zərər vermək üçün kifayətdir. ⚡
3️⃣ Gizli düşmən — Qan təzyiqi: Diabet xəstələrində yüksək qan təzyiqi çox vaxt şəkərlə “əl-ələ” verir. Şəkər normal olsa da, nəzarətsiz təzyiq göz dibi damarlarını partlada və ya qanaxmaya səbəb ola bilər. 🩸

Ən təhlükəli tərəfi nədir? Diabetik retinopatiya mərkəzi görməni zədələyənə qədər heç bir əlamət verməyə bilər. Yəni siz “hər şeyi əla görürəm” dediyiniz anda, torlu qişanızda qanaxmalar başlamış ola bilər.

✅ Çıxış yolu: Şəkərinizdən asılı olmayaraq, ildə bir dəfə mütləq göz dibi müayinəsindən keçməlisiniz.

36 il əvvəl xalqımızın tarixinə qara hərflərlə yazılan bu faciəni əsla unutmaq olmaz! İgid oğul və qızlarımız tarixin ən...
20/01/2026

36 il əvvəl xalqımızın tarixinə qara hərflərlə yazılan bu faciəni əsla unutmaq olmaz!

İgid oğul və qızlarımız tarixin ən ədalətsiz qırğınlarından biri olan 20 Yanvar hadisələri zamanı həlak oldular. Bizi qorumaq üçün canından keçən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 🥀🖤

Address

A. Abbaszadə Küç. 13a
Baku
1111

Alerts

Be the first to know and let us send you an email when Op. Dr. Ruslan Məmmədov - Cərrah Oftalmoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op. Dr. Ruslan Məmmədov - Cərrah Oftalmoloq:

Share

Category