19/04/2026
🦵 Ayaqda təzyiq niyə ölçülür?
Adətən hamı arterial təzyiqi qolda ölçür. Amma bəzən ayaqda ölçmək daha çox məlumat verir… və açığı, bu sadə üsulla ciddi damar problemlərini erkən tutmaq olur.
📊 Bu nə üçündür?
Ayaqlara gedən damarlar daralıbsa və ya tutulubsa, ayaqda təzyiq qoldan aşağı olur.
Bu fərqi ölçərək biz periferik arteriya xəstəliyini erkən mərhələdə aşkar edə bilərik.
Xüsusilə risk qrupunda olanlar üçün vacibdir👇
🚬 siqaret çəkənlər
🍬 diabeti olanlar
🧈 yüksək xolesterini olanlar
👤 50 yaşdan yuxarı şəxslər
Bəzən heç bir şikayət olmur… amma problem artıq başlayıb.
📏 Necə ölçülür?
Çox da çətin deyil, sadəcə düzgün etmək lazımdır.
1️⃣ Əvvəlcə qolda ölçürük
🩺 adi qaydada
📌 əsas göstərici — sistolik təzyiq (yuxarı rəqəm)
2️⃣ Sonra ayaqda ölçürük
🦵 manjet baldır nahiyəsinə qoyulur
📍 ölçmə topuq səviyyəsində aparılır
👉 Ən dəqiq üsul Doppler ilədir, amma bəzən adi aparat da ilkin fikir verə bilər.
🧮 Hesablama necədir?
Ayaqdakı sistolik təzyiqi
qoldakı sistolik təzyiqə bölürük
Bu göstərici adlanır👇
📊 Ankle-Brachial Index (ABI)
📌 Nəticələri necə başa düşək?
🟢 1.0 – 1.3 → norma
🟡 0.9 – 1.0 → sərhəddə
🔴 0.9-dan aşağı → damar daralması ehtimalı
🚨 0.5-dən aşağı → ciddi problem
❗ 1.3-dən yuxarı olarsa — damarların sərtləşməsi ehtimalı var
⚠️ Niyə bu vacibdir?
Bu sadə ölçmə bizə imkan verir👇
❤️ infarkt riskini qiymətləndirmək
🧠 insult riskini anlamaq
🦵 ayaqlarda gizli damar xəstəliyini tapmaq
Açığı, bəzən xəstə heç nə hiss etmir… amma bu test artıq problemi göstərir.
🧠 Kiçik qeyd
Bu test təkbaşına diaqnoz qoymur. Amma çox yaxşı “screening” üsuludur.
Şübhəli nəticə çıxarsa👇
🔍 Doppler
🔍 əlavə damar müayinələri lazım ola bilər.
📍 Unutmayın: erkən aşkar olunan damar xəstəliyi — daha yaxşı nəzarət deməkdir.