
07/08/2025
Diz endoprotezi nədir?
Diz oynağı ciddi zədələndikdə və ya artroz səbəbindən ağrılar həyat keyfiyyətini aşağı saldıqda tətbiq olunan cərrahi üsuldur. Bu əməliyyatda zədələnmiş oynaq səthləri xüsusi metal və plastik materiallardan ibarət süni oynaq (protez) ilə əvəz olunur.
Qoyulan protez nə qədər davamlıdır?
Müasir diz protezləri təxminən 15–20 il və daha çox müddət problemsiz xidmət göstərə bilər. Bu, pasiyentin həyat tərzi və əməliyyatdan sonrakı qayğı ilə sıx bağlıdır.
Əməliyyatdan sonra reabilitasiya necə keçir?
Reabilitasiya adətən mərhələli olur:
✔️ İlk günlərdə yüngül fiziki məşqlər başlanır
✔️ 2–3 həftəyə əksər pasiyentlər adətən əsa və ya yürüteçsiz yeriyə bilir
✔️ 1–3 hefte ərzində tam normal gediş və ağrısız həyat mümkündür
Unutmayın: Doğru müalicə, təcrübəli ortoped və düzgün fiziki reabilitasiya uğurlu nəticənin açarıdır!