İnci Laboratoriyaları

İnci Laboratoriyaları İnci Laboratoriyalarının rəsmi Facebook səhifəsi

26 Fevral – Xocalı soyqırımından 34 il ötür.Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik.
26/02/2026

26 Fevral – Xocalı soyqırımından 34 il ötür.

Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik.

📍 İNCİ CLINIC artıq Gəncədə!Laborator və patoloji xidmətlərimiz Gəncə şəhərində də əlçatandır!Dəqiq analiz, etibarlı nət...
24/02/2026

📍 İNCİ CLINIC artıq Gəncədə!

Laborator və patoloji xidmətlərimiz Gəncə şəhərində də əlçatandır!
Dəqiq analiz, etibarlı nəticə və peşəkar yanaşma ilə sağlamlığınız bizim nəzarətimizdədir.

📌 Ünvan: Gəncə şəhəri, Fətulla Həsənov küç. 7
(3 nömrəli xəstəxananın yaxınlığı)

📞 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: +994 51 229 49 75

Sağlamlığınızı etibarlı əllərə həvalə edin!

💧 Baharın müjdəçisi olan çərşənbələrdən ilki - su çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!
24/02/2026

💧 Baharın müjdəçisi olan çərşənbələrdən ilki - su çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!

22 Fevral – Ümumdünya Ensefalitlə Mübarizə Günü 🧠Ensefalit – beyin toxumasının iltihabıdır və vaxtında müdaxilə edilməzs...
22/02/2026

22 Fevral – Ümumdünya Ensefalitlə Mübarizə Günü 🧠

Ensefalit – beyin toxumasının iltihabıdır və vaxtında müdaxilə edilməzsə ciddi fəsadlara səbəb ola bilər.

Yüksək hərarət, şiddətli baş ağrısı, şüur bulanıqlığı və qıcolmalar kimi əlamətlər olduqda gecikmədən həkimə müraciət etmək vacibdir.

Unutmayın ki, erkən diaqnoz həyat xilas edir!

🌙 Bu gündən müqəddəs Ramazan ayı başlayır.Bu ayda oruc tutanların sağlamlığını qoruması xüsusilə vacibdir. Düzgün qidala...
19/02/2026

🌙 Bu gündən müqəddəs Ramazan ayı başlayır.

Bu ayda oruc tutanların sağlamlığını qoruması xüsusilə vacibdir. Düzgün qidalanma, kifayət qədər maye qəbulu və balanslı rejim əsas şərtlərdəndir. 💧🥗

Sağlam Ramazan üçün tövsiyələr:
✨ İmsak və iftarda yüngül, enerji verən və lifli qidalara üstünlük verin;
✨ Duzlu və yağlı yeməklərdən uzaq durun;
✨ Yeməkləri aramla və yaxşı çeynəyərək qəbul edin;
✨ İftarı şorba və süd məhsulları ilə açmaq daha uyğundur;
✨ Şirniyyatı yeməkdən 1–2 saat sonra qəbul edin 🍰;
✨ İftardan sonra qısa piyada gəzinti həzmi asanlaşdırır 🚶‍♂️

⚠️ Qeyd: Hamilə qadınlara, şəkərli diabet, ürək-damar və digər xroniki xəstəlikləri olanlara, yetkinlik yaşına çatmayanlara və kimyəvi terapiya alan pasiyentlərə oruc tövsiyə edilmir.

Allah tutulan orucları və edilən duaları qəbul etsin ✨

🎗 15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə GünüdürUşaq xərçəngi ilə mübarizə erkən diaqnoz, düzgün ...
15/02/2026

🎗 15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Uşaq xərçəngi ilə mübarizə erkən diaqnoz, düzgün müalicə və güclü mənəvi dəstək tələb edir.

Hər bir uşağın sağlam və xoşbəxt gələcək haqqı var.
Maariflənək, dəstək olaq, ümid olaq. 💛

10/02/2026

I Regional Multidisiplinar Hematologiya Simpoziumu keçirilib

31 yanvar 2026-cı il tarixində Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi tərəfindən Şəfa Regional Tibb Mərkəzi və İnci Laboratoriyalarının dəstəyi ilə I Regional Multidisiplinar Hematologiya Simpoziumu keçirilib.

Simpozium hematoloji xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsi, multidisiplinar diaqnostik strategiyaların tətbiqi, klinik və laborator sahələr arasında elmi əməkdaşlığın gücləndirilməsi, eləcə də erkən və dəqiq diaqnostikanın əhəmiyyətinin vurğulanması məqsədi daşıyıb.

Simpoziumun açılışında İnci Laboratoriyalarının direktoru, T.ü.F.D. Yavər Hacısoy açılış nitqi ilə çıxış edib.

Tədbirin elmi proqramı çərçivəsində müasir hematologiyada aktual klinik problemlər və multidisiplinar diaqnostik strategiyalar, hematoloji xəstəliklərin diaqnostikasında laborator testlərin rolu, ürək-damar xəstəliklərinin inkişafında hematoloji risk faktorlarının diaqnostik əhəmiyyəti, HPV və immunohematopatologiya üzrə multidisiplinar yanaşmalar, eləcə də pediatrik dövrdə irsi hematoloji xəstəliklərin erkən diaqnostika strategiyalarına həsr olunmuş panel sessiyaları təşkil olunub.

Simpozium çərçivəsində İnci Laboratoriyalarının mütəxəssisləri elmi məruzələrlə çıxış ediblər. Dr. Lalə Qəhrəmanlı “Hematoloji diaqnostikada biokimyəvi və iltihabi parametrlərin dəyərləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. PhD. Ruqiyyə Səmədzadə isə “Hematoloji xəstəliklərdə autoimmun markerlərin laborator əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin növbəti panel sessiyalarında HPV infeksiyası ilə bağlı məsələlər multidisiplinar yanaşma çərçivəsində müzakirə olunub. Dr. Müslüm Xanalıbəyli, Dr. Mahirə Nəzirova, eləcə də İnci Laboratoriyalarının patoloji bölmə rəhbəri Uzm. Dr. Aynurə Zeynalova müvafiq mövzular üzrə çıxış ediblər.

Tədbir çərçivəsində keçirilən dördüncü panelə İnci Laboratoriyalarının direktoru, T.ü.F.D. Yavər Hacısoy sədrlik edib.

İnteraktiv formatda baş tutan simpozium regional səhiyyə mütəxəssisləri üçün elmi bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Bir siqaret az, bir nəfəs çox 🌿Bu gün yox, indi başla! 🚭
09/02/2026

Bir siqaret az, bir nəfəs çox 🌿

Bu gün yox, indi başla! 🚭

9 Fevral – Beynəlxalq Stomatoloqlar Günüdür.🦷 Sağlam dişlər, sağlam həyat üçün çalışan bütün stomatoloqları təbrik ediri...
09/02/2026

9 Fevral – Beynəlxalq Stomatoloqlar Günüdür.

🦷 Sağlam dişlər, sağlam həyat üçün çalışan bütün stomatoloqları təbrik edirik!

4 Fevral – Dünya Xərçənglə Mübarizə GünüdürXərçənglə mübarizədə ən güclü silahımız erkən diaqnostika və məlumatlılıqdır....
04/02/2026

4 Fevral – Dünya Xərçənglə Mübarizə Günüdür

Xərçənglə mübarizədə ən güclü silahımız erkən diaqnostika və məlumatlılıqdır.

Vaxtında aparılan müayinələr həyat qurtarır. Sağlamlığınızı təxirə salmayın, bu gün addım atın!

Hərəkətsiz həyat tərzi, oturaq iş rejimi qaraciyərinizə necə təsir edir?Gün ərzində az hərəkət, uzunmüddətli oturaq reji...
02/02/2026

Hərəkətsiz həyat tərzi, oturaq iş rejimi qaraciyərinizə necə təsir edir?

Gün ərzində az hərəkət, uzunmüddətli oturaq rejim və balanssız həyat tərzi qaraciyərin yükünü artırır. Maddələr mübadiləsi yavaşlayır, yağlanma riski yüksəlir və qaraciyərin özünü bərpa etmə qabiliyyəti azalır. Bu proseslər çox zaman sakit və simptomsuz irəliləyir.

🧪 İnci Laboratoriyaları-nda aparılan geniş panelli laborator müayinələr qaraciyər funksiyalarındakı dəyişiklikləri erkən mərhələdə aşkar etməyə kömək edir.

⚠️ Unutmayın: vaxtında yoxlanış, düzgün qidalanma və gündəlik fiziki aktivlik qaraciyərin “yaşını” gənc saxlayan əsas amillərdəndir.

📌 Sağlamlığınızı hərəkətə gətirin — qaraciyəriniz də sizə təşəkkür edəcək!

📞 *1113

“Qarabağ” FK Çempionlar Liqasının “Play-off” mərhələsində yoluna davam edir. 💪🏻Təbriklər Qarabağ!
30/01/2026

“Qarabağ” FK Çempionlar Liqasının “Play-off” mərhələsində yoluna davam edir. 💪🏻

Təbriklər Qarabağ!

Address

Bül Bül рr. 58G
Baku
AZ1014

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 20:00

Telephone

+994124648920

Alerts

Be the first to know and let us send you an email when İnci Laboratoriyaları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İnci Laboratoriyaları:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

İnci Laboratoriyaları

Laboratoriyamızda dünyanın referens mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST, CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Bununla yanaşı, xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühim rola malikdir.

Bizimlə əməkdaşlıq edən müalicə həkimləri laborator müayinə istəklərinə uyğun barkodlanmış nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra analiz nəticələrini öz kompyuterlərində görə biləcəklər. Pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.

TƏDQİQATDA İRƏLİLƏYİŞ

Elm və texnologiyanın sürətli inkişafı, yeni metodların kəşfi son zamanlar Klinik laborator diaqnostikanın təbabətin bütün sahələri ilə inteqrasiyasına şərait yaratmışdır. Mikrobioloji, immunoloji və molekulyar genetik müayinə metodlarının tətbiqi bir sıra ölümcül xəstəliklərin tamamilə aradan qaldırılmasına imkan verir.