23/04/2022
Əsrlər boyu insanlar orqanizmi,sözün əsl mənasında,"təmizləmək" üçün intervalla-müəyyən müddət ərzində yemək və içməkdən imtina etməklə aclıq ediblər.Maraqlı fakt ondan ibarətdir ki,aclıqla pəhriz bir çox dinlərdə müəyyən formada mövcuddur:İnduizmdə , İudaizmdə, xristianlıqda və hazırda davam edən Müqəddəs Ramazan ayında tutduğumuz oruc.
Müəyyən edilib ki, interval aclığa keçid zamanı artıq ilk 3 gün ərzində metabolik proseslər 10% sürətlənir.Stressə davamlılıq artır,iş qabiliyyəti yüksəlir, yuxu və əhval-ruhiyyə yaxşılaşır, bütün bədəndə yüngüllük hiss olunur. Bu pəhriz zamanı hətta xarici görünüş dəyişilir,dəri təravətlənir,cavanlaşır,saç və dırnaqlar möhkəmlənir,qanda xolesterinin səviyyəsi aşağı düşür,artıq çəkisi olanlarda arıqlama baş verə bilər.İnsan qidalanmasına çox diqqət etsə də, bədən toksinlərdən təmizlənmǝdikcə,lazım olan faydanı əldə etmək mümkün deyil.Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur.Alimlər sübut etmişlər ki,oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələr işə düşür.İl ərzində fasiləsiz olaraq işləyən orqanlar dincəlir, köhnə,ölü,xəstə hüceyrələr yeniləri ilə əvəz olunur, həzm sistemi hüceyrələri təzələndiyi üçün həzm prosesi də yaxşılaşır,bağırsaq mikroflorası faydalıların artması istiqamətində dəyişir.
Lakin hər bir orqanizm fərdidir və intervalla aclıq-oruc hər kəs üçün uyğun olmaya və yaxud istənilən nəticəni verməyə bilər:
📌klinik tədqiqatların bir qismi göstərdi ki, piylənmə diaqnozu qoyulmuş insanların bir qrupunda bu pəhriz heç bir nəticə vermədi, arıqlama, maddələr mübadiləsinin sürətlənməsi baş vermədi.
📌Digər qismində kortizol səviyyəsində artım müşahidə olunmuş,yüksək konsentrasiyada olan stress hormonu kortizol immunitet sistemini zəiflədir və həmçinin yağ ehtiyatlarının yığılmasına kömək edir.
📌Saç tökülməsi;
📌 Menstrual pozğunluqlar;
📌Yuxu pozğunluqları;
📌 Mədə-bağırsaq sisteminin xəstəliklərinin kəskinləşməsi;
📌Öd kisəsində durğunluq,daş əmələ gəlməsi kimi neqativ hallar ola bilər.
📍Bədən Çəki İndeksi 18,5-dən az olanların;
📍Hamilə qadınların və süd verən anaların bu pəhrizə riayət etməsi isə tövsiyə olunmur.
Odur ki,hər hansı səbəbdən pəhrizə başlarkən,orqanizmi dinləmək,
öyrənmək vacibdir.