Respublika Pediatriya Mərkəzi

Respublika Pediatriya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Respublika Pediatriya Mərkəzi, Hospital, Mirəsədulla Mirqasımov küç. 2, Baku.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Azərbaycan və Türkiyə tərəfləri arasında “Vaxtından əvvəl doğulmuş körpələr üçün optimal qulluq və müalicə növləri: OCTO...
14/04/2026

Azərbaycan və Türkiyə tərəfləri arasında “Vaxtından əvvəl doğulmuş körpələr üçün optimal qulluq və müalicə növləri: OCTOPUS layihəsi” çərçivəsində görüş keçirilib.

Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini, professor Ömər Erdeve, Neonatologiya kafedrasının əməkdaşları professor Emel Okulu və doktor Ezgi Köstekçi Azərbaycana səfər ediblər. Səfər çərçivəsində Azərbaycan tərəfdən layihənin rəhbəri Azər Əhmədov və doktor Nərmin Əzizova Türkiyə nümayəndə heyəti ilə görüş keçirərək layihə ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

AMEA və TÜBİTAK tərəfindən elan edilmiş layihə qalibləri arasında təşkil olunan görüşdə layihə üzrə müzakirələr aparılıb, gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Layihənin Azərbaycan tərəfdən rəhbəri Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Türkiyə tərəfdən isə Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini Ömər Erdevedir.

14/04/2026
Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini, professor Ömər Erdeve, Neonatologiya kafedrasının əməkdaşları pr...
13/04/2026

Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini, professor Ömər Erdeve, Neonatologiya kafedrasının əməkdaşları professor Emel Okulu və Doktor Ezgi Köstekçidən ibarət nümayəndə heyəti Respublika Pediatriya Mərkəzində olub.

Mərkəzin direktoru Azər Əhmədov qonaqları salamlayaraq müəssisədə həyata keçirilən yeniliklər, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və yaradılan müasir infrastruktur barədə ətraflı məlumat verib. Qeyd olunub ki, mərkəzdə uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və effektivliyinin artırılması məqsədilə davamlı yenidənqurma və modernizasiya işləri aparılır, müasir tibbi yanaşmalar tətbiq olunur.

Səfər çərçivəsində nümayəndə heyəti yenidən qurulan laboratoriya, təcili yardım və yenidoğulmuşların reanimasiya şöbələri ilə tanış olub, bölmələrdə tətbiq olunan tibbi avadanlıqlar və təşkilati proseslər barədə məlumatlandırılıb.

Görüş zamanı tərəflər arasında pediatriya və neonatologiya sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və birgə elmi-praktik təşəbbüslər müzakirə olunub.

06 aprel 2026-cı il tarixində Respublika Pediatriya Mərkəzi nəzdində fəaliyyət göstərən Ə.Qarayev adına Uşaq Klinik Xəst...
06/04/2026

06 aprel 2026-cı il tarixində Respublika Pediatriya Mərkəzi nəzdində fəaliyyət göstərən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında Böyük Britaniyada "Chelsea and Westminster" Xəstəxanasında çalışan uşaq cərrahı İlhamə Cəfərlinin “Pediatrik cərrahiyyədə təcili hallar” mövzusunda seminarı keçirilib. Seminar zamanı beynəlxalq təcrübəyə əsaslanan yanaşmalar iştirakçılarla bölüşülüb.

Uşaq Klinik Xəstəxanasının akt zalında keçirilən təqdimatda Mərkəzin həkimləri və tibb kollektivi iştirak ediblər. Təqdimatın sonunda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

03/04/2026
Müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik edirik.
20/03/2026

Müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik edirik.

Novruz yenilənmənin, sağlamlığın və ümidin bayramıdır. Uşaqlarımızın gülüşü, sağlamlığı və xoşbəxtliyi bizim üçün ən böy...
20/03/2026

Novruz yenilənmənin, sağlamlığın və ümidin bayramıdır. Uşaqlarımızın gülüşü, sağlamlığı və xoşbəxtliyi bizim üçün ən böyük dəyərdir. 🌿✨

Respublika Pediatriya Mərkəzi adından hər kəsi Novruz bayramı münasibətilə təbrik edirik! Balalarımızın hər günü bayram kimi sevinc dolu olsun! 🌸🎊

Torpaq çərşənbəniz mübarək! 🌱Torpaq oyanır, həyat yenilənir! Hər evə sağlamlıq, ruzi və bərəkət dolu günlər arzulayırıq....
17/03/2026

Torpaq çərşənbəniz mübarək! 🌱

Torpaq oyanır, həyat yenilənir! Hər evə sağlamlıq, ruzi və bərəkət dolu günlər arzulayırıq. Ümidləriniz torpaq kimi bərəkətli olsun!

Yel Çərşənbəniz mübarək!Həyatınıza təravət, süfrənizə bərəkət, qəlbinizə rahatlıq gətirsin!
10/03/2026

Yel Çərşənbəniz mübarək!

Həyatınıza təravət, süfrənizə bərəkət, qəlbinizə rahatlıq gətirsin!

Address

Mirəsədulla Mirqasımov Küç. 2
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Pediatriya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category