30/01/2023
https://www.unolabmmc.com/product/?rutin-laxtalanma-testl-ri
Rutin laxtalanma testləri
PT (Protrombin vaxtı) testi
Bu testlərə PT (protrombin vaxtı), APTT (hissəvi tromboplastin vaxtı), Fİbrinogen və TT (trombin vaxtı) daxildir.
• PT testi xarici faktorların (məsələn: VII Faktor) və ümuni faktorların (məslən: Faktor X, V, II, fibrinogen) çatışmazlığını və inhibitorlarını qiymətləndirmək üçün aparılır.
• PT ölçülməsi
PT reagenti toxuma faktoru (həmçinin tromboplastin kimi tanınır), fosfolipidlər və kalsium xlorid mənbəyinidir. Plazma 37 °C-ə qədər qızdırılır, əvvəlcədən isidilmiş PT reagenti əlavə edilir və laxtanın əmələ gəlməsi üçün vaxt saniyələrlə ölçülür. PT dəyərləri istifadə olunan reagent və cihazdan asılıdır və normativi laboratoriyalar özləri təyin edir. Normal PT təxminən 9-15 saniyədir.
Beynəlxalq Normallaşdırılmış Nisbət (INR)
• Beynəlxalq Normallaşdırılmış Nisbət (INR) müxtəlif laboratoriyalarda oral vitamin K antoqonist terapiyasının (məsələn, warfarin) monitorinqinə imkan vermək üçün PT-ni standartlaşdırmaq üçün hazırlanmışdır. INR-ni hesablamaq üçün saniyələrlə PT vaxtı istifadə olunur.
• PT reagentinin hər bir partiyasının Beynəlxalq Həssaslıq İndeksi (ISI) müəyyən edilmiş/təyin edilmiş olmalıdır ki, bu da reagentin Ümumdünya Səhiyyə Təşkilatının istinad standartı ilə müqayisədə Vitamin K-dan asılı amillərdəki çatışmazlıqlara nə dərəcədə həssas olduğunu göstərir.
• INR-in hesablanması üçün xəstənin PT dəyərinin (san), PT-nin normal dəyərinin həndəsi ortasına bölüb, (minimum 20 normal könüllüdən alınmış) reagentin ISI dəyərində qüvvətinə yüksəldilir:
INR = (xəstənin PT / orta normal PT)ISI
APTT (aktivləşmiş hissəvi tromboplastin vaxtı) testi
• APTT (aktiv hissəvi tromboplastin vaxtı), daxili faktorların (Faktor XII, XI, IX, VIII) və ümumi faktorların (Faktor X, I, II, Fibrinogen) çatışmazlıqlarını və ya inhibitorlarını qiymətləndirmək üçün istifadə olunur.
• APTT ölçülməsi:
• APTT Reagenti tərkibində kontakt aktivatoru (məsələn, silisium, ellaidin turşusu və ya kaolin) və fosfolipidlər var, ancaq toxuma faktoru və ya kalsium xlorid yoxdur.
• Xəstə plazması APTT reaktivi ilə qarışdırıldıqda və 37 °C-də inkubasiya edildikdə, daxili faktorlar "aktivləşdirilir".
• Kalsium xlorid əlavə olunur və laxtalanma vaxtı ölçülür.
• APTT reagentində toxuma faktoru olmadığı üçün onun adına "hissəvi tromboplastin" testi və ya aktivləşdirilmiş hissəvi tromboplastin vaxtı deyilir.
• APTT dəyəri istifadə olunan reaktiv və ölçü cihazından asılıdır və normativi laboratoriyalar özləri təyin edir. Normal APTT dəyəri təxminən 25-35 saniyə təşkil edir.
TT (trombin vaxtı) testi
• TT fibrinogen çatışmazlığı yaxud disfunksiyası və ya trombinin inhibitorunun (Faktor IIa) mövcudluğunu qiymətləndirmək üçün istifadə olunur. TT müddətinin uzanmasının ən ümumi səbəbi antikoaqulyant dərman müalicəsidir (məsələn, heparin və ya birbaşa trombin inhibitoru). Digər səbəblərə kəmiyyət və ya keyfiyyət baxımından fibrinogen anormallıqları və laxtalanmanın artması məhsulları (məsələn, yayılmış intravaskulyar laxtalanmada fibrin deqradasiyası məhsulları) daxildir.
TT ölçülməsi
• Xəstənin plazması 37°C-də qızdırılır və trombin reagenti əlavə edilir. Plazmanın laxtalanması üçün lazım olan vaxt saniyələrlə ölçülür
• TT nəticələri istifadə olunan reagent və ölçü cihazından asılıdır və normativi laboratoriyalar özləri təyin edir.
Fibrinogen testi
• Fibrinogen analizi fibrinogen aktivliyini qiymətləndirir.
• Hipofibrinogenemiya adətən fibrinogen itkisi (məsələn, qanaxma), istifadə olunma (məsələn, travmatik zədədən sonra hiperfibrinoliz, yayılmış damardaxili laxtalanma) və ya sintezin zəifləməsi (məsələn, ağır qaraciyər xəstəliyi) nəticəsində baş verir. Digər nadir səbəblər isə anadangəlmə hipofibrinogenemiya və disfibrinogenemiya (anormal fibrinogen) aiddir.
• Fibrinogen kəskin faza reaktividir və kəskin və ya xroniki iltihab zamanı qeyri-spesifik olaraq yüksələ bilər.
Klauss metodu əsasında fibrinogenin ölçülməsi:
• Plazma fizioloji məhlul ilə durulaşdırılır, 37 ° C-ə qədər qızdırılır və yüksək konsentrasiyada trombin əlavə edilir. Trombin fibrinogeni polimerləşən fibrin monomerlərinə ayırır. Plazmanın laxtalanma müddəti saniyələrlə ölçülür. Saniyədə vaxt standart kalibrasiya əyrisindən əldə edilən fibrinogen aktivliyi ilə tərs mütənasibdir. Laxtalanma müddəti nə qədər uzun olarsa, nümunədə fibrinogenin konsentrasiyası bir o qədər aşağı olar.
• Laboratoriyalar kalibrasiya əyrisi üçün ÜST tərəfindən kalibrlənmiş plazmadan istifadə etdiyinə görə Klauss fibrinogen aktivliyi standartlaşdırılmış testdir. Laboratoriyalar arasında referans aralıqlarında kiçik fərqlər olması mümkün olsa da, referans aralığı təxminən 1,5-4 q/l təşkil edir.
D-dimer testi
• D-dimerlər, plazminin çarpaz birləşmiş fibrinə təsiri nəticəsində yaranan parçalanma məhsullarıdır. D-dimer iki çarpaz birləşmiş D fraqmentindən ibarətdir.
• Mənfi D-dimer bəzi ambulator xəstələrdə (VTE-nin aşağı və ya orta dərəcədə klinik ehtimalı olan) venoz tromboemboliyanı (VTE) istisna etmək üçün istifadə edilə bilər. D-dimer yalnız təsdiqlənmiş VTE diaqnostik alqoritminin bir hissəsi kimi istifadə edilməlidir.
• Yüksək D-dimer tromboza xas deyil və bir sıra digər qeyri-spesifik xəstəliklər və ya iltihablı vəziyyətlərlə (məsələn, cərrahiyyə və ya travma, xərçəng, kəskin və ya xroniki yoluxucu və ya iltihablı xəstəliklər, yayılmış damardaxili laxtalanma, normal hamiləlik və s.) ilə əlaqəli ola bilər.
D-dimerin ölçülməsi:
• D-dimerin ölçülməsi üçün bir neçə fərqli analiz mövcuddur. Bunlara D-dimerin müxtəlif epitoplarına monoklonal antitellərdən istifadə edən ELISA (Fermentlə Bağlı İmmunosorbent Test) və ya LIA (Lateks İmmuntest) kimi keyfiyyət (müsbət və ya mənfi), yarı kəmiyyət və ya kəmiyyət üsulları daxildir. Müxtəlif analizlərlə əldə edilən D-dimer kəmiyyət nəticələri istifadə edilən monoklonal antitelin dəyişkənliyinə görə qeyri-standartdır. Ona görə də D-dimer nəticələri istifadə olunan analiz əsasında şərh edilməlidir. Vahidlər analizlər arasında dəyişir, məs. DDU (D-dimer vahidləri) və ya FEU (Fibrinogen ekvivalent vahidləri).