26/12/2023
🩸Tromboflebit nədir?
Tromboflebit xüsusilə ayaq damarlarına təsir edən bir xəstəlikdir. Əslində dərin damar trombozuna bənzəsə də, lakin fərq ondadır ki, bu xəstəlik səthi damarlar və varikoz damarlarını əhatə edir.
Tromboflebit zamanı toxunduqda dəridə, ağrı, yanma, həssaslıq,batma, qızartı,sərtlik hiss olunur.
❔Tromboflebitə nə səbəb olur?
-Damar zədələnmələri
-Uzun müddət oturmaq və ya hərəkətsiz qalmaq (məsələn, xəsarət alsanız və ya xəstəxanadasınızsa),
-Əgər irsi qan laxtalanma pozğunluğunuz varsa
-Hormon əvəzedici terapiya (HRT)
🩺Varikoz damarları qan damarlarını gərginləşdirib laxtalanmaya və qanın yığılmasına səbəb ola bilər,bu da tromboflebitə gətirib çıxarır.