Azərbaycan Diabet Liqası - ADL İB. Azerbaijan Diabetes League - ADL PA.

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Diabet Liqası - ADL İB. Azerbaijan Diabetes League - ADL PA.

Azərbaycan Diabet Liqası - ADL İB.     Azerbaijan Diabetes League - ADL PA. Tibbi proqram;
2. Hüquqi, sosial və humanitar yardım proqramı;
3.

Azərbaycan Diabet Liqası (ADL) 1999-ci ildən yaranmasına baxmayaraq, 14.09.00-ci ildən dövlət qeydiyyatından keçmiş (şəhadətnamə №1319) ictimai birlik kimi fəaliyyət göstərir. ADL-in missiyası: «Şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyat keyfiyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir».
Тəşkilat yarandığı gündən 3 proqram daxilində fəaliyyət göstərir:
1. Fiziki və psixoloji yardım proqramı. Bu proqramlar çərçivəsində 30-dan çox müxtəlif layihələr, tədbirlər və aksiyalar həyata keçirilib. Qeyd etmək lazımdır ki, ADL İB dövlət strukturlarının fəaliyyətini təkrarlamadan onların gördüyü işlərə dəstək olur. Tibbi proqram çərçivəsində şəkərli diabetlə bağlı müxtəlif mövzularda еlmi-praktik seminarlar, konfranslar təşkil edilib, şəkərli diabet xəstəliyinin terapevtik təlimi proqramını hazırlayıb və tətbiq edir, müxtəlif tibbi-maarifləndirici nəşrlər dərc edilib, əhali arasında maarifləndirmə işi aparılır, yoxsul, kimsəsiz üzvlərinə pulsuz tibbi xidmətlər təşkil edir. Hüquqi, sosial və humanitar yardım proqramı çərçivəsində adından göründüyü kimi 3 istiqamətdə iş aparılır: 1) Hüquqi yardım məqsədi ilə «Qaynar xətt» telefon əlaqəsi (4980071) təşkil edilmişdir. Təqdim etdiyimiz kitabın yaranmasıda bu praoqram daxilindədir. Hüquqi maarifləndirmə məqsədilə digər tətbirlərdə həyata keçirilir. ADL şəkərli diabetlə bağlı qanunvericilikdə aparılan dəyişikliklərlə əlaqədar(“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında qanunun, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın hazırlanması üçün) təşkil edilmiş işçi qruplarında aktiv iştirak etmişdir. Sonralar «2005-2009-cu illər üçün Şəkərli diabetlə bağlı Dövlət Proqramı»nın icrası ilə əlaqədar monitorinqində də iştirak etmişdir. 2-3) Sosial və humanitar yardım məqsədi ilə təşkilatın könüllüləri müxtəlif layihələr daxilində və tam sərbəst olaraq кimsəsiz və köməksiz əlillərə, ağır yataq xəstələrinə, qocalara, ehtiyacı olanlara evlərində yardım göstərilmişdir. Bu proqram daxilində diabetli gənc insanların cəmiyyətə inteqrasiyasını surətləndirmək məqsədi ilə pulsuz və ya böyük güzəştlə peşə kurslarında iştirakları təşkil edilir. Sonralar isə bir çoxlarının işlə təmin edilmələrində onlara yardım göstərilmişdir. Xarici və yerli təşkilatların köməkliyi ilə ehtiyacı olan üzvlərimizə dərman, qida və digər ləvazimatlarla humanitar yardım göstərilmişdir. Fiziki və psixoloji yardım proqramı çərçivəsində Milli Məclisin deputatı, Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın şəxsi yardımı, Gənclər və İdman Nazirliyinin, farmoseptik şirkətlərin, digər təşklatlarin dəstəyi ilə hər il ADL şəkərli diabetlə xəstə olan uşaq və yeniyetmələr üçün xüsusi yay düşərgələri təşkil edir. Yaşlı diabetlı üzvlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin köməkliyi ilə Nabranda 10-15 günlük istirahətləri təşkil edilir. Psixoloji reablitasiya məqsədi ilə müxtəlif layihələr və maraqlı görüşlər təşkil edilir. ADL-nın 2000-dən çox üzvü, 7 regionda nümayəndəliyi var. ADL Azərbaycanın ictimai aləmində də çox fəaldır. O, Milli QHT Forumun, Uşaq hüquqları üzrə QHT Alyansın, AR Gənclər Təşkilatının Milli Şurasının, Əlil Təşkilatlar İttifaqının və “Sağlamlığa Çağırış” QHT Alyansının üzvüdür və əksəriyyətinin idarə heyetinə daxildir.

26/05/2025
16/08/2023

EN: On August 6-10, 2023, the Azerbaijan Diabetes League, two doctors of the Republican Endocrinology Center (REM), Yegana Sultanova and Sariyya Aghayeva, and 5 young people diagnosed with type 1 diabetes went to the summer camp organized by JDRF in Alon Tavor, Israel at the invitation of the Ministry of Health of the Republic of Azerbaijan. We would like to THANK the Minister of Health and his staff, Mukhtar Mammadov, Ambassador of the Republic of Azerbaijan to Israel, Ruthie Rubin-Gross, Head of Social Programs of AS Holding and her management, Mrs. Efrat, President of JDRF in Israel, Mrs. Tamara, President of Juvenile Diabetes Research Foundation (JDRF), in charge of the summer camp, and all the volunteers there, Elad, the group leader of our Azerbaijani children, for implementing a very interesting project on behalf of our group and the parents of the children. Although ADL has been organizing summer camps for children and young people with diabetes since 2000, this was a very interesting experience. Such summer camps create friendship, experience of living with diabetes and faith in a bright future.

AZ: Azərbaycan Diabet Liqası Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 6-10 Avqust 2023-cü il tarixlərində Respublika Endokrinoloji Mərkəzin (REM) iki həkimi Yeganə Sultanova və Səriyyə Ağayeva, eləcə də 5 nəfər şəkərli diabet tip 1 diaqnozlu yeniyetmələr İsrailin Alon Tavorda yerləşən JDRF tərəfindən təşkil edilən yay düşərgəsinə dəvət aldılar. Səhiyyə Naziri və onun əməkdaşlarına, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədova, bizə sponsorluq edən AS holdinqin sosial proqramlar üzrə rəhbəri Ruthie Rubin-Gross'a və onun rəhbərliyinə, Juvenil Diabet Araşdırma Fondunun (JDRF) rəhbəri xanım Efrata, yay düşərgəsinin rəhbəri Tamara xanıma və orada olan bütün könüllülərə, bizim azərbaycanlı uşaqlarının qrup rəhbəri Elada, bizim qrup və uşaqların valideynləri adından çox maraqlı layihənin həyata keçməsilə bağlı TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK. Baxmayaraq ki, ADL 2000-ci ildən diabetli uşaqlar və yeniyetmələr üçün yay düşərgələri təşkil edir, bu çox maraqlı təcrübə idi. Belə yay düşərgələrində dostluq, diabetlə yaşamaq təcrübəsi, parlaq gələcəyə inam yaranır.

RU: С 6 по 10 августа 2023 года Азербайджанская диабетическая лига, два врача Республиканского эндокринологического центра (РЭЦ) Егана Султанова и Сария Агаева, а также 5 молодых людей с диагнозом диабет 1 типа по приглашению Министерства здравоохранения Азербайджанской Республики отправились в летний лагерь, организованный JDRF в Алон Тавор (Израиль). Мы хотели бы поблагодарить министра здравоохранения и его сотрудников, Мухтара Мамедова, посла Азербайджанской Республики в Израиле, Рути Рубин-Гросс, руководителя социальных программ холдинга AS, и ее руководство, г-жу Эфрат, президента JDRF в Израиле, г-жу Тамару, президента организации "Ювенильный диабет" в Израиле. Тамаре, президенту Фонда исследования ювенильного диабета (JDRF), ответственной за летний лагерь, и всем волонтерам, работающим в нем, Эладу, руководителю группы наших азербайджанских детей, за реализацию очень интересного проекта от имени нашей группы и родителей детей. Хотя АДЛ организует летние лагеря для детей и молодых людей с диабетом с 2000 года, это был очень интересный опыт. В таких летних лагерях зарождается дружба, опыт жизни с диабетом и вера в светлое будущее.

13/08/2023
Elan. Bu fürsətdən bəhrələnin.
31/07/2023

Elan. Bu fürsətdən bəhrələnin.

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli y...
26/07/2023

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirildi. Səhiyyə naziri cənab Teymur Musayev və İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Diabet Liqasının rəhbərliyini və bir qrup nümayəndəsini qəbul etdi. Bu görüşün məqsədi İsrail tərəfdən 5 nəfər tip1 şəkərli diabetli uşağın və 2 nəfər onları müşayiət edən həkimlərin İsraildə təşkil edilmiş yay düşərgəsinə təcrübə mübadiləsi və uşaqların istirahəti üçün göndərilməsi idi. Qeyd edək ki, ADL 2000-ci ildən hər il diabetli uşaqlar üçün yay düşərgəsi təşkil edir. Beynəlxalq Diabet Federasiyasının üzvü kimi də hər il bir nümayəndə xarici ölkələrə göndərilir. Ona görə də bu layihə çərçivəsində təcrübə mübadiləsinin olması ADL üçün maraqlı və sevindirici hadisədir.

In 1922, a group of scientists went to the Toronto General hospital where diabetic children were kept in wards, often 50...
19/01/2023

In 1922, a group of scientists went to the Toronto General hospital where diabetic children were kept in wards, often 50 or more at a time. Most of them were comatose and dying from diabetic keto-acidosis. Others were being treated by being placed on an extremely strict diet, which inevitably led to starvation.

These children were essentially in their death beds, awaiting what was at that time, certain death. The scientists moved swiftly and proceeded to inject the children with a new purified extract of insulin.

As they began to inject the last comatose child, the first one to be injected began to wake up. Then one by one, all the children awoke from their diabetic comas. A room that was full of death and gloom, suddenly became a place of joy and hope.

In the early 1920s, Frederick Banting and Charles Best discovered insulin under John Macleod at the University of Toronto. With the help of James Collip, insulin was purified, making it available to successfully treat diabetes. Both Banting and Macleod earned Nobel Prizes for their work in 1923.

In the same year, Banting, Collip, and Best decided to sell the insulin patent to the University of Toronto for $1. Banting famously went on to say, “Insulin does not belong to me, it belongs to the world.”

IDF 2022 Lissabon Dünya Diabet Konqresi
12/12/2022

IDF 2022 Lissabon Dünya Diabet Konqresi

Azərbaycan Diabet Liqası

Gənclər Təşkilatlarının V Konqresi
09/12/2022

Gənclər Təşkilatlarının V Konqresi

07/12/2022

TƏBİB-in əməkdaşları Beynəlxalq Diabet Federasiyasının konqresində iştirak edir

Portuqaliyanın paytaxtı Lissabon şəhərində Beynəlxalq Diabet Federasiyasının (BDF) 5-8 dekabr 2022-ci il tarixlərində keçirilən “Diabetin gələcəyini formalaşdırmaq” adlı konqresdə BDF-nin üzvü olan Azərbaycan Diabet Liqasının nümayəndələri iştirak edir.

İştirak edən şəxslər arasında TƏBİB-in tabeliyindəki Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova, Mərkəzin əməkdaşları - Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, sədr müavini Səriyyə Ağayeva və başqaları olub.

Konqres çərçivəsində ən son elmi tədqiqatlar, səhiyyədə diabetoloji xidmətlərin təşkili, qlobal səhiyyə sistemində diabet mövzusunun yenilikləri müzakirə edilib.

Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərlə görüşlər baş tutub, təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyası 180 ölkədən 240 təşkilatı özündə birləşdirən, qlobal səhiyyə problemləri içində diabet mövzusunda çıxış edən, ÜST və BMT ilə sıx əməkdaşlıqda olan dünya səviyyəli təşkilatdır.

Address

Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00

Telephone

+994124980071

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Diabet Liqası - ADL İB. Azerbaijan Diabetes League - ADL PA. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azərbaycan Diabet Liqası - ADL İB. Azerbaijan Diabetes League - ADL PA.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram