Our Story
Oriqami uşaq və yeniyetmələr ictimai birliyi 04 aprel 2001-ci ildə bir qrup müəllim tərəfindən təsis edilmişdir.Məqsəd uşaq və yeniyetmələrin,eləcə də əlil uşaqların intellektual inkişafına yardım,asudə vaxtının yeni məzmunda təşkili və mənəvi inkişafı olmuşdur. Oriqami təşkilatı 29/12/2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.Bakı şəhərində yerləşən internat məktəblərində, Şəki, İcmayıllı, Qəbələ rayonlarında “ Gəlin,kağızdan dünya yaradaq”umumi leytmotivı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla layihələr həyat keçirmişdir.Bu layihələrdə azərbaycanlı oğlan və qızlar,məktəblilər,internat şagirdləri, əlil şəxslər kağız incəsənətinə-oriqami məşğuliyyətinə qoşulmuşlar.Bakı şəhərində Apşeron,Qala,Vəcihə Səmədova adına,Səttar Bəhlulzadə adına rəsm qalereyalarında, Mİniatür sənət Mərkəzində,səfirliklərdə oriqami fiqurları sərgilərini təşkil etmişdir.2005-ci ildə Suraxanı rayonu Bül-Bülə qəsəbəsində Oriqami Reabilitasiya Mərkəzini açmış və bu Mərkəzə Bül-Bülə,Suraxanı,Əmircan,Hövsan,Zığ qəsəbələrində yaşayan 79 nəfər əlil uşağı cəlb etmişdir.2005-ci ildən başlayaraq Qusar rayonu Yasab kəndındə əlil uşaqlar üçün Yay sağlamlıq Düşərgəsi təşkil etmişdir .Bu fəaliyyət 2015-ci ilə kimi davam etmiş və əlil uşaqların sağlamlığının qorunmasında, dünyagörüşünün genişlənməsində,qabiliyyət və bacarıqların artırılmasında , mənəvi inkişafında əhəmiyyətli rol oynamışdır.Oriqami təşkilatı 2015-ci ildən başlayaraq Sabunçu rayonu,Maştağa qəsəbəsində
səyyar fəaliyyət göstərir. Sabunçu rayonunda 1301 nəfər (DSMF-nin statistik məlumatı 2017-ci il) 6-18 yaşlı əlil vətəndaşların olduğunu nəzərə alaraq ,Maştağada (282 nəfər əlil şəxs) reabilitasiya fəaliyyətini genişləndirməyə və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyasına çalışır. Azərbaycan Respublikası Gənclər Fondunun,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəctəyi Şurasınin maliyyə yardımı ilə yeni layihələr icra edir. Oriqami təşkilatı 2019-cu ildə Sabunçu rayonu Maştağa qəsəbəsində əlil uşaq və yeniyetmələr üçün Reabilitasiya Evinin təşkilini nəzərdə tutan “Sosial ehtiyacları olan ailələrə dəstək Proqramı”, ”Sosial Taksi”xidmətinin təşkili “ Pilot layihələrini işləyib hazırlamış və həyata keçirilməsi arzusu ilə bir çox təşkilatlara müraciətlər etmişdir.Bu layihələrin həyat keçirilməsi çətin həyat şəraitində yaşayan əlil övladları olan ailələrə reabilitasiya xidmətlərindən istifadəni əlçatan edər .əlil şəxslərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunmasına töhfə olar. Oriqami təşkilatı xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inkişafı sahəsində innovativ layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, əlindən gələni əsirgəməyəcəkdir.