24/06/2025
✅Pediatr: Püstə Məmmədyarova
Liflər bağıqrsaqların normal hərəkətini təmin edir. Qəbizliyi önləmək üçün uşağın yaşı + 5-10 qram lif miqdarı gərəklidir. Əgər uşağın 5 yaşı varsa gündə 10-15 qram lif qəbul etməlidir. Və ya hər 1000kalorilik qidya 14 qram lif əlavə olunmalıdır.
Liflər tam taxıllı çörəkdə,paxlalılarda, çərəzlərdə, meyvə və tərəvəzlərdə mövcuddur.
Daha çox çiy tərəvəz-kök, çerri pomidor, tünd yaşıl yarpaqlı göyərtilər, qabıqlı meyvə-gavalı, armud
Meyvə şirələri-sorbitol saxladığı üçün (alma, gavalı, armud) 120-240 ml həcmdə qəbizliyə kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki, meyvənin özündə daha çox lif mövcuddur!
Həmçinin gün ərzində qəbul edilən maye həcmini 1-2litrə çatdırın (4-8 stəkan)
3 yaşdan yuxarı uşaqların qidalarına çərəzlər əlavə edə bilərsiz.
Qeyd: Həll olan liflər-meyvə, noxud, lobya, kəpək və arpada ürək sağlamlığı üçün də xeyirli olub, xolesterini azaldır.
Suda həll olmayan liflər-buğda, çovdarda, və digər taxıllarda olub. Xüsusilə qəbizlik üçün xeyirlidir.
6 yaşlı uşaq gün ərzində-11-16 qr lif qəbul etməlidir: Çörək 3 dilim (1,8 qr)+alma şirəsi (1 fincan 0,5 qr)+pokorn (3 fincan-3,6 qr)+ gavalı (1/2 fincan 6,2 ar) + pomidor (1 ədəd-1,5 qr)+ xiyar (1 ədəd-1,5 qr)=15,1 qr
Müayinə və müalicə üçün müraciət edə bilərsiniz.
Əlaqə: (050) 210 11 94
(012) 566 79 49
Ünvan: Optimed klinika H.Məmmədov küç.12
(N.Nərimanov m/s yanı)