
24/06/2023
Kitabla Terapiya sosial platformasının əsasının qoyulmasından bu gün 5 il keçir. Platforma yarandığı gündən məqsədi sosial media və əyani tədbirlərlə gənclərin mütaliəyə marağını artırmaqdır. Bu məqsədi həyata keçirərkən ixtisaslı psixoloqlar tərəfindən biblioterapiya (kitabla terapiya) texnikalarından istifadə edilir.
Platformanın əsası psixoloq Muxtar Həşimzadə və Turan Balaşzadə tərəfindən qoyulmuş, təsisçilərlə yanaşı həmtəsisçilər olan klinik psixoloq Samir Rüstəmov və psixoloq Kamil Hamidovun da dəstəyi ilə sosial media ilə yanaşı real , qrup biblioterapiyaları təşkil edilmişdir.
Hazırda Kitabla Terapiya sosial platforması fəaliyyətini müvəqqəti olaraq yalnız sosial media üzərindən davam etdirir. Başlanğıcda 4 nəfərlə yola çıxan platforma heyəti, hazırda işlərini 2 təsisçi (Psixoloq Muxtar Həşimzadə və psixoloq Turan Balaşzadə) ilə davam etdirir. Oxşar işlər görməyə çalışan digər platforma və ya hansısa qürumun, həmtəsisçi olmuş şəxslərin rəsmi Kitabla Terapiya sosial platforması və ya təsisçilərilə heç bir əlaqəsi yoxdur.
5 il ərzində qrup terapiyalarının keçirilməsində əməyi keçmiş hər kəsə təşəkkür edirik.