Psixoloq Arzu Baylarli

Psixoloq Arzu Baylarli Səhifə məlumatlandırma məqsədi daşıyır.

S*x və gender arasındakı fərqS*x bioloji və fizioloji özəlliklərə dayanan bir termindir. Gender isə toplumsal və kültüre...
18/07/2023

S*x və gender arasındakı fərq

S*x bioloji və fizioloji özəlliklərə dayanan bir termindir. Gender isə toplumsal və kültüreç olaraq inşa edilən bir anlayışdır. S*x kişinin anadangəlmə cinsi özəlliklərinə (ge***al orqanlar, xromosomlar, hormonlar və s.) arxalanır. Ümumiyyətlə erkək və dişi olaraq sinifləndirilir.
Gender isə toplumun müəyyənləşdirdiyi rol, davranış, gözlənti və normalara dayalı olur. Qadınlıq və kişilik, cəmiyyətin cinsiyyət rolları və normaları tərəfindən müəyyənləşdirilən bir misaldır. Gender sosial bir strukturdur və cəmiyyətin mədəni, sosial və tarixi faktorlarına bağlı olaraq dəyişə bilir. Gender həm də bir insanın özünü daxildə necə hissetdiyini və özünü hansı şəkildə tanımladığına diqqət verər.

Bu rəng çox istifadə olunduqda həddən çox sevimlilik hissi verə bilər və ya bəzilərinə görə yumşaq və həssas bir təsir y...
15/07/2023

Bu rəng çox istifadə olunduqda həddən çox sevimlilik hissi verə bilər və ya bəzilərinə görə yumşaq və həssas bir təsir yarada bilər.
Xüsusən qız uşaqlarının çox sevdiyi və hər əşyasında həvəslə istifadə etdiyi bu rəng romantizm, şəfqət və emosionallıqla əlaqələndirilir.
Sevgi və həssaslıqdan əlavə isə gənclik, sakitlik, mehribanlıq kimi xüsusiyyətləri də özündə cəmləyir.

Salam dostlar! Bu gün sizinlə bipolyar pozğunluq haqqında məlumatlılığı artırmaq istəyirəm. Bipolyar pozğunluq əsas psix...
14/07/2023

Salam dostlar! Bu gün sizinlə bipolyar pozğunluq haqqında məlumatlılığı artırmaq istəyirəm. Bipolyar pozğunluq əsas psixi sağlamlıq vəziyyətidir və bir çox insanın həyatına təsir edir. Bununla bağlı bəzi əsas məqamlar bunlardır:

Bipolyar pozğunluq nədir? Bipolyar pozğunluq əhval dəyişikliyi, enerji səviyyələrindəki dalğalanmalar və arabir depressiya və maniya epizodları ilə xarakterizə olunur.

2. Simptomlar: Bipolyar pozğunluğun müxtəlif əlamətləri var. Depressiya dövrlərində insan enerji çatışmazlığı, kədər və ümidsizlik hissləri kimi simptomlarla qarşılaşa bilər. Mani dövrlərində həddindən artıq enerji, yüksək özünə inam, sürətli danışma və düşüncə axını kimi əlamətlər meydana gələ bilər.

3. Müalicə: Bipolyar pozğunluğun müalicəsi mümkündür. Dəqiq diaqnoz və müalicə planı ilə simptomları idarə etmək və insanın həyat keyfiyyətini yaxşılaşdırmaq olar. Psixoterapiya və dərman müalicəsi ən çox istifadə edilən müalicə üsullarıdır.

4. Dəstək və anlayış: Bipolyar pozğunluğu olan insanlar cəmiyyətin anlayışına və dəstəyinə ehtiyac duyurlar. Empati göstərmək, emosional dəstək vermək və damğalanmadan qaçmaq çox vacibdir.

5. Özünə qulluq: Bipolyar pozğunluğu olan şəxslərin özlərinə yaxşı baxması vacibdir. Nizamlı yuxu, sağlam qidalanma, məşq və stressin idarə edilməsi kimi sağlam həyat tərzi vərdişləri bu prosesə kömək edə bilər.

Gəlin bipolyar pozğunluq haqqında məlumatlılığı artırmaq, qərəzləri azaltmaq və dəstək vermək üçün birlikdə çalışaq. Əgər bipolyar pozğunluq haqqında daha çox məlumata ehtiyacınız varsa, mən sizə etibarlı mənbələr axtarmağı təklif edirəm.

Boss vs. LeaderRəhbər və lider arasındakı fərq artıq bir çoxunuza məlumdur. Liderlik: bir qrup və ya təşkilatı istiqamət...
13/07/2023

Boss vs. Leader

Rəhbər və lider arasındakı fərq artıq bir çoxunuza məlumdur.

Liderlik: bir qrup və ya təşkilatı istiqamətləndirmək, təsir etmək və irəli aparan, hədəfləri, vizyonu, strategiyaları olan və məqsədlərə çatmaq üçün komanda üzvlərinə rəhbərlik edən şəxsdir. Lider qərar qəbul etmə səlahiyyətinə malik, məsuliyyəti öz üzərinə götürməyi və insanları idarə etməyi əhatə edir. Uzaqgörənlik, xarizma, ünsiyyət bacarıqları və problem həll etmə qabiliyyəti kimi xüsusiyyətlərə malik ola bilirlər.

Rəhbərlik: fərdləri və ya qrupları istiqamətləndirmək, dəstəkləmək və istiqamətləndirmək prosesidir. Rəhbər dinləməyi bacarır, anlayır, empatiya qurur və şəxsi münasibətlər qurmaq kimi bacarıqları əhatə edir. Onlar öz müdrikliyi, təcrübəsi, anlayışı və öyrətmə bacarıqları ilə seçilir.

Bu iki anlayış arasında əsas fərq liderlərin adətən bir qrupun və ya təşkilatın məqsədlərinə fokus olması, idarəetmə vəzifəsində səlahiyyətə malik olması, məqsədlər qpyub, komandanı işi bitirməyə yönləndirməsi və ierarxik münasibətlərə əsaslanması, rəhbərin isə daha çox fərdlərin şəxsi inkişafına və məqsədlərinə diqqət etməsi, məsləhətçi rolunda olması, onlara dəstək verməsi və paylaşma, öyrənmə və əməkdaşlığa əsaslanmasıdır.

Hər iki termin də fərqli vəziyyət və ehtiyaclarda önəmlidir.

💜Bənövşəyi rəng zənginlik, gizəm, lüks və zadəganlıqla əlaqələndirilən bir rəngdir. 💟Bənövşəyi rəng yaradıcılıq, gizlili...
12/07/2023

💜Bənövşəyi rəng zənginlik, gizəm, lüks və zadəganlıqla əlaqələndirilən bir rəngdir.

💟Bənövşəyi rəng yaradıcılıq, gizlilik, lüks və emosional balansı ifadə edir.
İnsanların xəyal gücünü hərəkətə keçirə bilir və yaradıcı və zehni fəaliyyətlərdə ilham qaynağı ola bilir.

🟣Bəzi mədəniyyətlərdə bənövşəyi rəng bilgəlik və mənəviyatla bağlı olur.

🙆‍♀️Bu rənglə əlaqədə olmaq şəxsin özünü özəl və prestijli hiss etməsinə səbəb olur.

🧘‍♀️Xəfif tonları sakitləşdirici bir təsir yaradır və stressi azaltmağa kömək edir.

Empatiya başqalarının emosiyalarını anlama, özünü başqa bir şəxsin yerinə qoyma bacarığıdır. Empatiya, başqalarının təcr...
12/07/2023

Empatiya başqalarının emosiyalarını anlama, özünü başqa bir şəxsin yerinə qoyma bacarığıdır. Empatiya, başqalarının təcrübələrini başa düşmək, emosional vəziyyətlərini paylaşmaq və onlara dəstək olmaq üçün istifadə olunur.

1. Emosional Empatiya: Başqalarının emosional təcrübələrini başa düşmək və hissetmək. Başqa birinin sevincini, kədərini, qorxusunu və ya digər hislərini başa düşməyə çalışmaq və bu emosiyaları paylaşmaq və s.
2. Koqnitiv Empatiya: Başqalarının düşüncələrini, baxış bucaqlarını və perspektivlərini başa düşmək.
3. Emosional Bağ Qurma: İnsanlar arasında emosional bir bağ qurmağa kömək edir.
4. Sosial bacarıqların inkişafı: Sosial münasibətdə daha təsirli olmaq, yola getmək və mübahisələri həll etmək.

Empatiya, insanlar arasında daha yaxşı bir münasibət qurmağı, münasibətləri gücləndirməyi və başqalarına dəstək olmağa çalışır. İnsanlar empatiyaya ehtiyacları olduğu üçün başqalarını başa düşər. Bu zaman insan obyektiv olmaz və tamamilə subyektiv fikir və emosiyalarla qarşıdakına yanaşar.

İlluziya və hallüsinasiya eynidir mi?İlluziya və hallüsinasiya eyni kimi görünən, amma fərqli olan iki termindir. İlluzi...
12/07/2023

İlluziya və hallüsinasiya eynidir mi?

İlluziya və hallüsinasiya eyni kimi görünən, amma fərqli olan iki termindir.
İlluziya reallıqla uyumsuz qavrayış formasına verilən addır. Bəzən qavradığımız şeylər reallıqla zidd olsa da, qavrama sistemimizin işləyişi səbəbiylə bu yanılsamalar ortaya çıxar. İlluziyalara misal olaraq: nir şəkildəki xətlər və ya şəkillərin realda olduğundan fərqli görünməsi. Ümumiyyətlə, reallıqla uyumlu qavrama xətalarıdır və görsəl və ya eşitsəl ola bilir.

Hallüsinasiyalar: Reallıqla tamamilə uyumsuz qavrayışlrdır, bir stimul olmaması və ya xaricdən hər hansısa bir stimula dayanmaması səbəbiylə ortaya çıxır. Hallüsinasiyalar şəxsin öz zehni bə ya qavrayışsal süreçlerinden qaynaqlanır. Şəxs real olmayan səslər, görüntülər, qoxular və ya toxunma kimi duyğular yaşayar. Bu daha çox psixiatrik pozuntular (məsələn, şixofreniya) və ya bəzi dərmanların yan təsiri kimi ortaya çıxa bilir.

💙Göy rəng sakitlik, huzur və dinclik hissini oyandıran, güvən və diqqəti təmsil edir. 🌀Göy rəng səma, su və dənizi xatır...
06/07/2023

💙Göy rəng sakitlik, huzur və dinclik hissini oyandıran, güvən və diqqəti təmsil edir.

🌀Göy rəng səma, su və dənizi xatırlatdığı üçün fərahlıq və təmizliyi də ifadə edir. Buna görə də SPA, hamam və ya təmizlik məhsulları kimi sahələrdə adətən bu rəngə üstünlük verilir. Xüsusilə, açıq mavi və pastel tonları bir insanın enerjisini düşürərək rahatlamasına səbəb ola bilər.

🥏Göy rəng olan əşyalara və ya mühitə məruz qaldıqda insanlar özlərini güvəndə hissedə bilir.
Çalışma yerlərində və ya öyrədici mühitlərdə bu rəngin çox istifadə edilməsinin səbəbi zehni fəaliyyətə, düşünmə və konsantrasiyaya yaxşı təsir etməsidir.

🔵Bununla belə həddən çox mavi rəngdən istifadə soyuq və ya emosional məsafəli bir atmosfer yarada bilir.

ADHD - Diqqət Əksikliyi və Hiperaktivite pozuntusu - uşaqlıq yaşından başlayaraq yetişkinlik dövrünə kimi çəkən bir neyr...
05/07/2023

ADHD - Diqqət Əksikliyi və Hiperaktivite pozuntusu - uşaqlıq yaşından başlayaraq yetişkinlik dövrünə kimi çəkən bir neyrogelişimsel pozuntudur. Təməl olaraq diqqət əksikliyi, hiperaktivlik və dürtüsellik simptomlarıyla xarakterizə edilir.
Diqqət dağınıqlığı, odaklanma çətinliyi, vəzifələri tamamlamaqda çətinlik və orqanizasiya əksikliyi kimi simptomları özündə ehtiva edir. Diqqəti tez dağıla bilir, detalları görməz, işləri tamamlamaqda çətinlik çəkər və daim bir daxili düşüncə axını yaşaya bilir.
Hiperaktivlik: həddən çox hərəkətlilik, yerində dura bilməmə, daim danışma, sakit oturmamaq və daim əllər və ayaqlarla oynama. Daim bir enerji partlaması hissedə bilər və rahatlamaq üçün daim hərəkət etmə ehtiyacı hiss edər.
Dürtüsellik: düşünmədən davranma, sərhədləri zorlama, səbrsizlik, başqalarının sözünü kəsmə və tələskən davranma kimi davranışları özündə ehtiva edər. Düşüncə və hərəkətlərini kontrol etməkdə çətinlik çəkər.

Taklntılar insanın zehnində daim təkrarlanan, narahat edici və istənməyən düşüncə, görüntü və dürtülərdir. Həmin şəxs bu...
04/07/2023

Taklntılar insanın zehnində daim təkrarlanan, narahat edici və istənməyən düşüncə, görüntü və dürtülərdir. Həmin şəxs bu takıntılı düşüncələrdən qaçmağa və ya onları kontrol etməyə çalışsa da adətən uğursuz olurlar. Takıntı ifrat narahatlıq, qorxu və ya diskomfort hissiylə birlikdə gəlir. Məsələn, simmetriya düzəni, güvənlik, xəstəlik qorxusu, kirlilik qorxusu və s. aiddir.

OCD - Obsessiv Kompulsiv Pozuntu (OKP) - təkrarlanan takıntılı düşüncələr və bu düşüncələrin xəfifləməsi üçün edilən təkrarlanan davranışlar və ya rituallarla xarakterizə edilir. Şəxs takıntılı düşüncələriylə başa çıxmaq üçün müxtəlif kompulsiv davranışlar sərgiləyir. Bu davranışlar normalda keçici bir rahatlama hissi verir, amma uzun müddətli takıntı döngüsünü davam etdirə bilir. OKP davranışlarına misal olaraq əl yuma, daimi kontrol etmə, sayma, düzəltmə kimi rituallar aiddir.

OKP normal həyatda şəxsin günlük yaşamına neqativ təsir göstərə bilər və zamanın böyük bir hissəsini takıntılar və kompulsiv davranışlarla məşğul olmaqla keçirə bilər.

💚Yaşıl rəng təbiət və bitkilərlə əlaqələndirilən bir rəngdir və insanlar üzərində təsiri aşağıdakı kimidir:🌱Rahatlama və...
03/07/2023

💚Yaşıl rəng təbiət və bitkilərlə əlaqələndirilən bir rəngdir və insanlar üzərində təsiri aşağıdakı kimidir:

🌱Rahatlama və huzur: Stressi azalda, zehni sakitləşdirə və dinclik hissi yarada bilər. Buna görə insanlar istirahət üçün bəzən yaşıllığı seçə bilir.

❇️Canlandırma və təzələmə: Yorğunluğu aparır, enerjini artırmağa və canlılıq hissi yaratmağa kömək edir.

♻️Sağaltma və yeniləmə: Zehni təzəlik yaratdığı üçün yaşıl rəng terapevtik mühitlərdə və sağlamlıq xidmətlərində istifadə olunur.

🌿Təbiət və adaptasiya: İnsanın təbiətlə adaptasiyasına və təhlükəsizliyinə səbəb olur.

🟢Bununla belə yaşıl rəng bəzi insanlarda qısqanclıq kimi neqativ hislər də əmələ gətirə bilər.

Bağlılıq aşağıdakı formalarda ifadə edilə bilir:Şəxsi bağlılıq: bir fərdin dəyərləri, inancları və şəxsi hədəflərinə uyğ...
02/07/2023

Bağlılıq aşağıdakı formalarda ifadə edilə bilir:

Şəxsi bağlılıq: bir fərdin dəyərləri, inancları və şəxsi hədəflərinə uyğun olaraq bir şeyə və ya birinə olan bağlılıq. Məsələn, bir insanın öz dəyərlərinə əsasən bir peşə, bir ideologiya və ya bir yaşam tərzinə bağlılıq hiss etməsi.

Əlaqəli bağlılıq: bir şəxsin başqa bir şəxsə və ya insanlar arasındakı münasibətlərə olan bağlılığını ifadə edir. Ailə üzvləri, dostlar, romantik partnyorlar və ya iş yoldaşları kimi münasibətlərdə ola bilər. Bu cür bağlılıq güvən, sədaqət və emosional dəstəyi özündə ehtiva edir.

Kurumsal bağlılıq: Bir fərdin bir iş yerinə, quruluşa və ya qrupa olan bağlılığı. İş yerindəki vəzifələrə, komanda şəklində işləməyə, şirkətin məqsələrinə və dəyərlərinə olan bağlılıq.

Bağlılıq fərdlər aradında fərqliliyi göstərir və şəxsin dəyərləri, təcrübəlıri, mədəni və sosial faktorlar tərəfindən şəkillənir. Bağlılıq forması zamanla dəyişə və şəxsi inkişaf, təcrünələr və yaşayış şərtlərinin təsirilə təkamül edə bilər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Arzu Baylarli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Arzu Baylarli:

Share

Category