Psycho Treatment

Psycho Treatment Psixoloji Dəstək Platformu

❤ Sevgililər Günü həm sevgi ilə dolu bir gün, həm də sevdiklərimizi xatırlamaq və onlarla xoş hisslərimizi bölüşmək üçün...
14/02/2025

❤ Sevgililər Günü həm sevgi ilə dolu bir gün, həm də sevdiklərimizi xatırlamaq və onlarla xoş hisslərimizi bölüşmək üçün xüsusi bir fürsətdir.

💌 Bu gün təbəssüm və qayğıyla sevgi, bağlılıq, romantikanı qeyd etmək üçün sizə mükəmməl anlar yaşamaq imkanı yaradır...

❤ Sevdiklərinizlə birlikdə, ən özəl xatirələr yaşayacağınız bir gün olması diləyiylə...
_____________________________________________co

💕

“Günümüzün qaçaqaçında hamımız həddindən çox düşünür, həddindən çox axtarır, həddindən çox istəyirik - bununla da yalnız...
08/12/2024

“Günümüzün qaçaqaçında hamımız həddindən çox düşünür, həddindən çox axtarır,
həddindən çox istəyirik - bununla da yalnızca var olmağın sevincini unuduruq.”

Eckhart Tolle

Sən də bu fikirlə razısanmı?💫
_______________________________________________co

Postpartum (Doğuş sonrası) depressiya qadının doğuşdan sonrakı ilk bir neçə həftə və ya ay ərzində yaşadığı kədər, narah...
30/11/2024

Postpartum (Doğuş sonrası) depressiya qadının doğuşdan sonrakı ilk bir neçə həftə və ya ay ərzində yaşadığı kədər, narahatlıq və ümidsizlik kimi simptomları əhatə edir. Bu simptomlar ,əsasən, doğuşdan sonrakı hormon dəyişiklikləri, yuxusuzluq, stress və yeni valideynlik öhdəlikləri kimi amillərdən qaynaqlanır.

Postpartum depressiyanın simptomlarır:

1. Heç nədən zövq ala bilməmək: Ana normal olaraq həzz aldığı fəaliyyətlərdən zövq almır və ya marağını itirir. Dostlar və ya ailə üzvləri ilə ünsiyyət qurmaq istəyi azala bilir.

2. Davamlı kədərli hiss etmək, kövrəklik: Doğuşdan sonra ana hər zaman kədərli, ümidsiz hiss edə bilər. Bu hisslər çox vaxt uzun müddət davam edir.

3. Yuxusuzluq və ya həddindən artıq yuxu: Doğuşdan sonra depressiya yaşayan qadınlar tez-tez yuxu problemi yaşayırlar.

4. Təşviş və narahatlıq: Generalizə olunmuş təşviş, narahatlıq və ya daxili gərginlik hissləri yaşana bilər. Gələcəklə bağlı bədbin fikirlərə sahib ola bilər.

5. Diqqət, yaddaş problemləri: Doğuşdan sonrakı depressiyaya məruz qalan qadınlar tez-tez konsentrasiya qabiliyyətinin azalması, yaddaş problemləri ilə üzləşirlər.

6. İştah dəyişiklikləri: Doğuşdan sonrakı depressiyaya məruz qalan qadınlar tez-tez iştahlarında dəyişikliklər yaşayırlar.

7. Həddindən artıq narahatlıq və ya qorxu: Ana özü və ya körpəsi ilə bağlı həddindən artıq narahatlıq və ya qorxu yaşaya bilər. Bu narahatlıqlar bəzən qeyri-real ola, daima kabuslar və ya ən p*s vəziyyət ssenariləri haqqında düşüncələr formalaşa bilər.

8. Həddindən artıq yorğunluq və enerji itkisi: Normal doğuşdan sonrakı yorğunluq depressiya ilə əlaqəli həddindən artıq yorğunluqdan fərqlidir. Ana özünü daim yorğun hiss edir, bu da gündəlik işləri belə çətinləşdirir.

Bu simptomlar hər bir qadında fərqli ola bilər, daha yüngül və ya daha şiddətli simptomlar yaşana bilər. Doğuş sonrası bir qadın bu simptomları yaşayırsa və öhdəsindən gəlməkdə çətinlik çəkirsə, mütəxəssisə müraciət etmək vacibdir.
______________________________________________co

Seanslara qeydiyyat üçün :
📲 (+994) 51 500 18 28

❓Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlarda və yetkinlərdə hansı xüsusiyyətlərinə görə fərqlənir?📍Cavabı post...
22/11/2024

❓Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlarda və yetkinlərdə hansı xüsusiyyətlərinə görə fərqlənir?

📍Cavabı postda. ⤴️
__________________________________________co


💫_____________________________________________co
18/11/2024

💫
_____________________________________________
co

“ Uğursuzluq hər zaman bir yanlış deyildir ; sadəcə mövcud şəraitdə edilə biləcək ən yaxşı şey ola bilər. Əsl yanlış sın...
12/11/2024

“ Uğursuzluq hər zaman bir yanlış deyildir ; sadəcə mövcud şəraitdə edilə biləcək ən yaxşı şey ola bilər. Əsl yanlış sınamağı dayandırmaqdır ”.

B. F. Skinner 💫
_______________________________________________co

*st

İki fərqli valideyn yanaşması💫Əziz valideynlər,bəs sizin övladınıza yanaşma üsulunuz necədir?___________________________...
11/11/2024

İki fərqli valideyn yanaşması💫

Əziz valideynlər,bəs sizin övladınıza yanaşma üsulunuz necədir?
__________________________________________


Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!Allah şəhidlərimizə rəhmət elə...
27/09/2024

Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!🥀
_______________________________________co



🎼Musiqi endorfin və dopamin hormonunun ifraz olunmasına təsir edir və müsbət emosional reaksiyalara səbəb olur.🕵Bir çox ...
28/08/2024

🎼Musiqi endorfin və dopamin hormonunun ifraz olunmasına təsir edir və müsbət emosional reaksiyalara səbəb olur.

🕵Bir çox araşdırmalar göstərir ki, musiqi beyin funksiyalarını yaxşılaşdırır. Tədqiqatlar nəticəsində musiqinin depressiyadan qurtulmağa kömək etməklə yanaşı , xroniki ağrıları da azaltdığı müəyyənləşdirilib.

Musiqinin insan psixologiyasına faydaları nələrdir?
▪Depressiyanı azaldır
▪Daha xoşbəxt hiss etdirir
▪Motivasiyanı artırır
▪Stressi azaldır
▪Diqqəti artırır

🧠Musiqi dinləyərkən beyindəki zövq alma mərkəzi olan "nucleud accumbens" hərəkətə keçərək yaxşı hiss etməyinizə səbəb olan dopamini sərbəst buraxır. Bu hormon çox sevdiyimiz bir şeyi yeyərkən ifraz olunan kimyəvi maddədir. Eyni zamanda musiqi dinləyərkən endorfin hormonu da ifraz olunur ki, bu da təbii ağrı kəsicidir.
_____________________________________________co

✨ Sağlam münasibət demək, heç zaman mübahisə olmayan bir münasibət demək deyildir. Cütlüklər bəzən bir-birini anlamaya b...
26/08/2024

✨ Sağlam münasibət demək, heç zaman mübahisə olmayan bir münasibət demək deyildir. Cütlüklər bəzən bir-birini anlamaya bilər və ziddiyyətlər mübahisələr yaradar.
✅ Əsas məqam bu hallarda empatiya ilə yanaşa bilmək, bərpa edici, sakitləşdirici və doğru ifadələrdən istifadə edərək həll yolları sınamaqdır.

↪ Məhz bu araşdırma da 6 kateqoriyada bu ifadələri bizə təqdim edir.

Məlumatlar faydalı oldusa, bəyənməyi və başqaları ilə paylaşmağı unutma!

__________________________________________

👨‍👩‍👧Uşaqların psixoloji sağlamlığı onların ümumi həyat keyfiyyətinə və nailiyyətlərinə ciddi şəkildə təsir göstərir. Va...
22/08/2024

👨‍👩‍👧Uşaqların psixoloji sağlamlığı onların ümumi həyat keyfiyyətinə və nailiyyətlərinə ciddi şəkildə təsir göstərir.
Valideynlər və onları himayə edən şəxslər olaraq onların psixoloji sağlamlığını dəstəkləmək olduqca vacibdir.

☀Uşaqların psixoloji sağlamlığının qorunması və dəstəklənməsi onların xoşbəxt, sağlam və uğurlu gələcəyə hazırlaşmasına kömək edir.

Bəs uşaqların psixoloji sağlamlığı nəyə rəsir edir? :
🔸Ümumi sağlamlıq və Rifah halına
Öyrənməyə
🔸Sosial münasibətlərə
🔸Böhran vəziyyətin və stressin öhdəsindən gəlməyə
🔸Emosional balansı qorumağa
🔸Və sağlam inkişafı dəstəkləyən daha bir çox amillərə..

🔑Övladlarınızın daxili dünyasını anlamaq-onların sağlam böyümələrinə və xoşbəxt bir həyat yaşamaqlarına kömək edə bilər.

Əziz valideynlər,əgər övladığınız inkişaf mərhələlərində çətinlik yaşayırsınızsa,mütəxəssislərimizdən “VALİDEYN SEANSI” alaraq övladlarınıza dəstək ola bilərsiniz💫

_________________________________________co

Bəs sən bu siyahıya daha nələri əlavə edərdin?_______________________________________________co                         ...
21/08/2024

Bəs sən bu siyahıya daha nələri əlavə edərdin?

_______________________________________________co

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Psycho Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psycho Treatment:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram