03/03/2026
Bəzən zehnimiz dolu bir otağa bənzəyir.
Hava ağırlaşır, düşüncələr qaralır.
Nietzsche Ağladığında romanında keçən “baca təmizliyi” metaforu bunu xatırladır:
bəzən sadəcə qapaqları açmaq lazımdır.
Duyğulara yer vermək.
Ağır düşüncələri havalandırmaq.
İçimizdə yığılanları təmizləmək.
Psixoterapiya da bir az buna bənzəyir —
zehnin pəncərəsini açmaq cəsarəti.