
15/05/2024
👩🏻⚕️Əziz izləyicilərimiz, bu gün sizə hamiləliyin 20-22 ci həftələrinin özəllikləri haqqında məlumat vermək istərdim.
🤰🏻Hamiləliyin beşinci ayı ana orqanizmində ciddi dəyişikliklərə səbəb olur: ürək atımı əvvəlkindən 40% artır; dövran edən qanın həcmi 500 ml artır, buna görə də nəbz tezləşir; qanın plazması eritrositlərə nisbətən artır və eyni vaxtda hemoqlobinin səviyyəsi azalır.
😡😭Qadının əhvalı pozulur: beldə ağrı əmələ gəlir, qızdırma, ağrılı sidik ifrazı ola bilər, çünki böyümüş uşaqlıq sidik kisəsini basır. Sidik durğunluğu hamilə pielonefriti verə bilər, hansı ki, dölün sonrakı inkişafı üçün təhlükə yaradır.
👶🏼Döl kiçik badımcan boyda olur. Onun bədəni ağ pendirəbənzər maddə ilə örtülüdür. O, nazik və incə dərini zədələnmədən qoruyur. Yarımçıq uşaqlar doğuş vaxtı belə örtüklə doğula bilər.
🧬🧪Döl artıq sağ və ya sol əlindən daha çox istifadə etməyi bacarır. Onun beynində toxunma, dad, görmə, qoxu, eşitmə mərkəzləri formalaşıb – indi bu sistemlər yetişir. Xaricdən gələn yüksək səslər uşağa ötürülür. O, stresə hərəki aktivliyini artırmaqla cavab verir.
🫁🗣️Bu ana qədər qaraciyər və dalaq yalnız qan hüceyrələrinin yaranmasına cavabdehdirlər. Amma indi bu funksiyanı öz üzərinə sümük iliyi götürür (dalaq qan hüceyrələrini yaratmağı 30 həftədən sonra, qaraciyər isə – doğuşdan bir neçə həftə qabaq dayandırır).
🩺🩸Onurğa sütununda 33 fəqərə, 150 oynaq, 1000-ə yaxın bağ olur, hansı ki, dölün böyüməsini təmin edir.
📞Əlaqə: +994 51 984 34 49
📍Ünvan: Bioloji Təbabət Klinikası