11/12/2025
Hər gün hər xarakterdə, hər yaşda cox sayda pasiyent qəbul edirik. Hərəsinin öz həyat hekayesi var. Bu gün mənə çox dəyərli bir həyat dərsi verən 17 yaşlı qızcığazın təşəkkür hekayəsini sizlərlə bölüşəcəm.Daha doğrusu onun anasının.
Deməli, bir neçə ay bundan öncə 17 yaşlı qız uşağı və anası yanıma gəldilər . Amma uşaq sıradan bir uşaq deyildi. Doğuşdan serebral ifliç xəstəliyindən əziyyət çəkirmiş. Evin bir uşağı idi. Uşağın xəstə olduğunu biləndən sonra, atası anasından ayrılıb. Yenə cefakeş, qəhrəman analar silsiləsindən , ana xəstə uşağı tək böyüdüb. Böyüdükcə belə uşağa baxmaq o qədır çətinləşir ki..Harasa aparmaq, çimizdirmək,gündəlik tələbatlarını təmin etmək o qədər zəhmət, səbr tələb edir ki…
qızımızı müayinə etdik müalicə yazdıq. Mədə ağrısı İştahsızlığı , ürəkbulanması vardı. Danışdıq ki, əgər şikayəti düzəlməsə qastroskopiya ederik. Aradan 2 həftə keçmişdi. Ana yanıma gəldi. Ananı və qızı görəndə dedim yəqin gətirib ki, qastroskopiya edək. Amma onlar təşəkkürə gəlmişdilər . Çox sevincli , üzügülər. Əllərini göyə açıb, elə xoşbəxtliklə, doktor allaha çox şükür dedi. …. Qeyri adi sözünü kəsib nəyə şükr edirsiz , dedim
—Doktor, qızım artıq normal yeyib içir, hətta kilo da alıb..Çox şükür🙏… Özümü saxlaya bilmədim, gözlərim doldu, göz yaşlarım sel oldu …Bilmədim nə deyəm ..Qarşımda dünyanın ən güclü anası dururdu… Qəhrəman ana… Böyük qəlbli, böyük insan🙏..Danışmayan, yeriməyən, ana deyə bilməyən övladının yemək yediyi üçün şükr edən ana… Hər nə olursa olsun, ovladını bir an belə tərk etməyən ana… Toya, nişana, gəzməyə xəstə uşağı olduğu üçün getməyən ana…
Bir də içi mən qarışıq uşağın dəcəlliyindən şikayət edən analar, istədiyimiz olmadığı üçün etdiyimiz üsyanlar… Nəyisə elde ede bilməyəndə həyata küsmələr ….Allahım nə qədər naşükürlük etmişik. Belə anaların yerində 1 saat ola bilmək belə çox çətindir. Mənim xalqımın belə anaları çoxdur. Dağ kimi balalarının arxasındadırlar. Ovladlarına bir şey olar deye hər gün ölüb dirilirlər.Allah onlara güc- qüvvət, səbr versin.
Rəbbim bu anaları uzun və sağlam ömürlə mükafatlandırsın🙏.
Dostlar hər oyandığımız səhər üçün, gördüyümüz günəş üçün ,aldığımız nəfəs üçün… hər şey üçün şükr edək və təşəkkür edək🙏