Uzman Ginekoloq Dr. Rahshanda Aslanova

Uzman Ginekoloq Dr. Rahshanda Aslanova Normal və riskli hamiləliklər, normal doğuş və keysəriyyə əməliyatı, sonsuzluq müalicəsi və süni mayalanma, bütün ginekoloji əməliyatlar, USM

Siz ağlayanda… körpəniz nə hiss edir? 🤍Körpə sözləri anlamır.Amma hissləri çox dəqiq hiss edir.Siz stress keçirəndəbədən...
24/04/2026

Siz ağlayanda… körpəniz nə hiss edir? 🤍

Körpə sözləri anlamır.
Amma hissləri çox dəqiq hiss edir.

Siz stress keçirəndə
bədəniniz kortizol ifraz edir.
Bu hormon qana keçir…
qan — plasentaya…
plasenta — körpəyə.

Amma bu o demək deyil ki,
siz heç vaxt ağlamamalısınız.

Bəzən ağlamaq,
çətin bir gün keçirmək — normaldır.

Əksinə…
körpəniz sizinlə öyrənir:
həyatın yalnız asan olmadığını.

🌿 Birdəfəlik göz yaşı — zərər vermir
🌿 Amma xroniki stress diqqət tələb edir

Özünüzə qayğı göstərin.
Çünki sizin halınız —
körpənizin dünyasıdır 🤍

Bu xəbər mənim üçün çox dəyərlidir 🤍Reproduktiv tibb sahəsindəən nüfuzlu beynəlxalq konqreslərdən biri —European Society...
21/04/2026

Bu xəbər mənim üçün çox dəyərlidir 🤍

Reproduktiv tibb sahəsində
ən nüfuzlu beynəlxalq konqreslərdən biri —
European Society of Human Reproduction and Embryology 2026-da
elmi işim qəbul olundu ✨

Hər gün gördüyümüz klinik işin arxasında böyük elm dayanır.
Və bu yol davam edir…

Tanış vəziyyətdir: yaxşı yatırsan (demək olar), keyfiyyətli kosmetika istifadə edirsən, su içirsən, amma güzgüdə — yorğu...
17/04/2026

Tanış vəziyyətdir: yaxşı yatırsan (demək olar), keyfiyyətli kosmetika istifadə edirsən, su içirsən, amma güzgüdə — yorğun, solğun üz? Saçlar tökülür, dəri qurudur, qarın nahiyəsində artıq çəki qalır, halbuki sportla məşqul olursan?

Sirr nədir?
Gözəllik kosmetika deyil. Gözəllik – endokrinologiyadır.

1. Estrogen. Sənin bazan.
Bu hormon qadını qadın edən əsas hormondur. Dərinin elastikliyinə, saçın sıxlığına və o “cazibədar” formaya cavabdehdir.

‼️ Problem ondadır ki, müasir həyat tərzi onu azaldır: diyetlər, rasionda yağların azlığı, stress. Estrogen yağlar olmadan sintez olunmur. Əgər sən yağlardan qorxub yalnız az yağlı qidalar yeyirsənsə – qadınlığın sadəcə “sönür”. Nöqtə.

2. Kortizol. Sənin “diversantın”.
Onun missiyası səni stressdə qorumaqdır. Amma daim yüksək olarsa, bədən belə düşünür: “Bizi öldürmək istəyirlər, çoxalma və gözəllik üçün vaxt yoxdur.”

‼️ Yüksək kortizol “sağ qalma üzünü” yaradır: gərgin mimika, ödemlər, qarın nahiyəsində yağ (ən təhlükəlisi – visseral). Sən 8 saat yatsan belə, yenə də yorğun görünə bilərsən.

Kortizolu iradə ilə azaltmaq olmur. Özünü “rahat ol” deməklə bu mümkün deyil. O yalnız bədən təhlükəsizlik siqnalı aldıqda düşür. Bu isə: müntəzəm qidalanma, maqnezium, özünə diqqət və acqarına qəhvədən imtina (səhər acqarına qəhvə = kortizolun kəskin artımı).

3. Oksitosin. Sənin sehrin.
Bu hormon səndə o məşhur “qadın cazibəsini” aktivləşdirir. Normada olduqda, insanlar səni sadəcə belə, əlavə səy olmadan bəyənir.

‼️ Oksitosin çatışmazlığı – bədənin gərgin olması və “soyuq baxış” deməkdir. Çox gözəl ola bilərsən, amma… soyuq və hisssiz görünə bilərsən. Oksitosin “zülal-yağ-karbohidrat” rejimində yaranmır. Ona qucaqlaşmalar, güvən, istilik və “mən özümlə yaxşıyam” hissi lazımdır.

🌿 Nəticə sadədir:
Sən özünü nə qədər “tənbələm” deyə qınasan da, hormonlar balansda deyilsə – bədən gözəlliyi yox, sağ qalmağı seçəcək. Özünlə mübarizə aparma. Sadəcə orqanizminə kömək etməyə başla.

Məqaləm Scopus-da indekslənən jurnalda dərc olundu 🤍Praktik işimi çox sevirəm, amma elmi fəaliyyət, öyrətmək və öyrənmək...
05/04/2026

Məqaləm Scopus-da indekslənən jurnalda dərc olundu 🤍

Praktik işimi çox sevirəm, amma elmi fəaliyyət, öyrətmək və öyrənmək də mənə xüsusi zövq verir ✨

Uşaqlıqdaxili həyat – hər bir insanın keçdiyi bənzərsiz bir yoldur! Uşaqlıq daxilində körpənin obrazları və düşüncələri ...
31/03/2026

Uşaqlıqdaxili həyat – hər bir insanın keçdiyi bənzərsiz bir yoldur! Uşaqlıq daxilində körpənin obrazları və düşüncələri yoxdur, amma bədən hissləri var. Körpə reflektor olaraq əlini, ayağını tərpədə, bədəninin vəziyyətini dəyişə, sizin halınıza və səsinizə reaksiya verə bilər. Hıçqıra bilər, narahat şəkildə hərəkət edə və hətta USM-də üzünü gizlədə bilər. Həyat da məhz belə başlayır – anlamaqla yox, hiss etməklə. Sonra isə biz böyüyürük, daha rasional oluruq və bunu unuduruq. Unuduruq ki, bəzən hiss etmək anlamaqdan daha önəmlidir ❤️





Kənardan baxanda elə görünür ki, gərgin işləyən, daim yorğun olan insanlar üçün tətil daha çox gözlənilən və daha çox la...
29/03/2026

Kənardan baxanda elə görünür ki, gərgin işləyən, daim yorğun olan insanlar üçün tətil daha çox gözlənilən və daha çox lazım olan şeydir… amma reallıq bir az fərqlidir.
İllərlə rejimsiz, stressli, məsuliyyətli bir ritmdə yaşayanda beyin də buna uyğunlaşır. Gecə-gündüz fərqi olmur, təcili hallar, ani qərarlar, daimi diqqət… və birdən-birə sakitlik. Tətil kənardan çox rahat görünsə də, daxilən o rahatlığa uyğunlaşa bilmirik.
Düşünürəm ki, bunu həkimlərin çoxu yaşayır…
Bəlkə də məsələ istirahətdə deyil… istirahət etməyi bacarmaqdadır.🍀

Analar Məktəbi ilə çox gözəl və faydalı bir görüş keçirdik.👩🏻‍⚕️ Bu görüşdə gələcək analarla hamiləlik dövründə sağlamlı...
16/03/2026

Analar Məktəbi ilə çox gözəl və faydalı bir görüş keçirdik.👩🏻‍⚕️
Bu görüşdə gələcək analarla hamiləlik dövründə sağlamlıq, düzgün qidalanma, müayinələrin əhəmiyyəti və doğuşa hazırlıq haqqında danışdıq.
Hər bir sualın arxasında bir ana qayğısı, bir körpə sevgisi dayanır. Bu cür görüşlər həm məlumatlandırıcı, həm də çox dəyərli olur.
Gələcək analara sağlam və rahat hamiləlik arzulayıram. 🤍

10/03/2026
Əziz xanımlar, bayramınız mübarək 🌷
08/03/2026

Əziz xanımlar, bayramınız mübarək 🌷

Tibb sabit deyil — elm inkişaf etdikcə biliklər də dəyişir.Bir zamanlar doğru hesab etdiyimiz bəzi məsləhətlər bu gün ar...
07/03/2026

Tibb sabit deyil — elm inkişaf etdikcə biliklər də dəyişir.

Bir zamanlar doğru hesab etdiyimiz bəzi məsləhətlər bu gün artıq elmi araşdırmalar tərəfindən təkzib olunur.

Vaginal sağlamlıqla bağlı da illərlə doğru kimi qəbul edilən, amma əslində yanlış olan bir çox yanaşma var.

Bu karuseldə sizinlə ən çox rast gəlinən yanlış fikirləri və müasir tibbin bu məsələlərə necə yanaşdığını paylaşacağam.👩🏻‍⚕️



Bu gün Azərbaycan Kardiologiya Assosiasiyasının təşkil etdiyi konfransda çıxış etmək mənim üçün böyük şərəf və məsuliyyə...
03/03/2026

Bu gün Azərbaycan Kardiologiya Assosiasiyasının təşkil etdiyi konfransda çıxış etmək mənim üçün böyük şərəf və məsuliyyət idi.

Kardioloq həmkarlarımızla qadın sağlamlığının multifaktorial aspektlərini müzakirə etmək xüsusi əhəmiyyət daşıyırdı.

Müxtəlif ixtisasların bir araya gəlməsi tibbin ən güclü tərəfidir. Çünki inteqrativ yanaşma pasiyent üçün daha təhlükəsiz və daha effektiv nəticələr verir.

Elm və klinik təcrübənin kəsişdiyi nöqtədə olmaq, həmkarlarla fikir mübadiləsi aparmaq və birgə düşünmək hər zaman ilhamvericidir.

Azərbaycan Kardiologiya Assosiasiyasının sədri Yasmin Rüstəmovaya dəvətə və yüksək səviyyəli təşkilatçılığa görə səmimi təşəkkürümü bildirirəm.


Address

Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994552260635

Alerts

Be the first to know and let us send you an email when Uzman Ginekoloq Dr. Rahshanda Aslanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Ginekoloq Dr. Rahshanda Aslanova:

Share